Məhkəmə qərarları › İş №2(004)-2267/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2267/2024

27.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2267/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinə qarşı “attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticələrinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinə qarşı “attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticələrinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, attestasiyanın keçirilməsi barədə əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticəsinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2023-cü il tarixli 518/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin, 321 manat hüquqi xidmət haqqının, etibarnamə üçün ödənilmiş 19,75 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli və həmin əmrə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 454/ü nömrəli əmrləri ilə Xidmətin 14 və 2 saylı X2 Mərkəzlərində attestasiya keçirilməsi qərara alınmış və İddiaçı da attestasiyaya cəlb edilmişdir. Xüsusilə qeyd edir ki, attestasiya İddiaçı işə başladıqdan 10 gün sonra, yəni xx.xx.2023-cü ildə keçirilmiş və iddiaçı qanunsuz və əsassız olaraq həmin attestasiyaya cəlb edilmişdir. Attestasiyanın nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2023-cü il tarixli 518//k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə “c” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinə və digər qanunvericiliyinə müvafiq olaraq attestasiyanın keçirilməsi barədə əmr iddiaçıya aid hissədə ləğv edilməli, barəsində verilmiş attestasiyanın nəticəsi və əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmr ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi təmin edilməlidir. Çünki, İddiaçı xx.xx.2023-cü il tarixdə avtomobil qəzası keçirmiş və aldığı xəsarətlərə görə xx.xx.2023-cü il tarixə kimi işə çıxmamış, əmək qabiliyyətini müvəqqəti itirmişdir. İddiaçı Qazax rayonu Yuxarı Əskipara kəndindən olan məcburi köçkündür. Ona bir ay əvvəldən attestasiya keçirilməsi barədə xəbərdarlıq edilməmişdir. İddiaçı işə çıxandan cəmi 10 gün sonra attestasiyaya cəlb edilmişdir və yaxşı nəticə göstərə bilməmişdir. İddiaçı lazımi qaydada hazırlaşa bilmədiyinə görə sualları düzgün cavablandıra bilməmişdir. Nəticədə vəzifəsinə uyğun hesab edilməmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddiaçı ilə attestasiya düzgün keçirilmədiyinə görə, əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmənin təklifi ilə mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Cavabdeh iddiaçıya Meşələrin İnkişafı Xidmətinin 2 saylı RMTM-də fəhlə işinə və Şəmkir rayonu üzrə gözətçi vəzifəsindən işləməkdən iddiaçı imtina etmişdir. Çünki, iddiaçı uzun illər meşəbəyi vəzifəsində işlədiyinə və fəhlə vəzifəsinin əmək haqqı daha az olduğuna görə, Şəmkir rayonunda olan gözətçi işi isə iddiaçının yaşadığı Qazax rayonu Xanlıqlar kəndindən uzaq məsafədə yerləşdiyinə görə iddiaçıya uyğun olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının attestasiyanın keçirilməsindən məlumatı olmadığını qeyd etməsi həqiqətə uyğun deyildir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli işçilərinin attestasiyasının keçirilməsi barədə əmri ilə komissiya yaradılmiş və həmin Komissiyanın 2023-cü il təqvim ilində işçilərin attestasiyasının keçirilməsi cədvəlində attestasiyadan keçiriləcək işçilərin siyahısı təqdim edilmişdir. Attestasiyadan keçiriləcək işçilərin siyahısında İddiaçı da adı qeyd edilmiş və bir il qabaqcadan kimlərin attestasiyadan keçirilməsi müəyyən edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə bütün X2 mərkəzlərinin direkorlarına işçilərin attestasiyadan keçirilməsi cədvəli tərtib edərək, Meşələrin İnkişafı Xidmətinə təqdim edilməsi tapşırılmış, eyni zamanda başqa bir məktubla attestasiyaya daxil edilmiş testləri cavablandırmaq üçün təqdim olunan ədəbiyyatlardan istifadə edilməsi tövsiyə edilməklə, ədəbiyyat siyahısı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə onlara cavab məktubu göndərilməklə, cədvəl təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cədvələ imza etməklə attestasiya keçirilməsindən iki ay əvvəlcədən rəsmi qaydada xəbərdar edilmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə attestasiya keçirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə dair komissiyasının iclası keçirilmiş və həmin iclasın 46 nömrəli protokolu tərtib olunaraq, attestasiyanın nəticələri müzakirə edilmişfit. Nəticədə isə Komissiya qərara almışdır ki, attestasiya olunan işçilərdən meşəbəyi İddiaçı verilən 44 sualdan (ümumilikdə 60 bal) 12 bal topladığına görə işdən azad edilməsi işəgötürənə tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrində göstərilmişdir ki, Attestasiya nəticəsində 36 və ondan yuxarı bal toplamış işçilər tutduğu vəzifəyə uyğun hesab olunur. Attestasiya nəticəsində 30-35 bal aralığında bal toplamış işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə, işəgötürənə işçinin əməyinin ödənilmə dərəcəsinin aşağı salınması və ya daha aşağı vəzifəyə keçirilməsi ilə bağlı tövsiyə olunur. Attestasiya nəticəsində 29 və ondan aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyə olunur. İddiaçı 12 bal topladığına görə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Həmçinin məhkəmənin təklifi ilə mübahisənin sülh yolu ilə həll edilməsi üçün iddiaçıya iki iş yeri təklif edilmişdir. Lakin iddiaçı bundan imtina etmişdir. Cavabdeh iddiaçıya Meşələrin İnkişafı Xidmətinin 2 saylı RMTM-də fəhlə və Şəmkir rayonu üzrə gözətçi vəzifəsini təklif etmişdir. Lakin iddiaçı bu işləri qəbul etməmiş, Tovuz rayonunda gözətçi işləməyə razı olmuş, lakin həmin vəzifə vakant olmadığı üçün ona Şəmkir rayonunda vakant olan gözətçi vəzifəsi təklif edilmişdir. İddiaçı razı olmadığına görə onu başqa işə götürmək mümkün olmamışdır. Bu hal bir ha təsdiq edir ki, cavabdehin iddiaçıya qarşı heç bir qərəzi yoxdur. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü saylı əmri ilə 2023-cü ilin 15 oktyabr tarixindən başlayaraq Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən qurumların işçilərinin attestasiyasının keçirilməsi əmr edilmiş və bu məqsədlə attestasiya komissiyası yaradılmışdır. xx.xx.2022-ci il tarixli əmrə əsasən 2023-cü ilin təqvim ilində Meşələrin İnkişafı Xidməti üzrə işçilərin attestasiyadan keçirilməsi cədvəlindən müəyyən edilir ki, Tovuz rayon MTM-də meşəbəyi işləyən İddiaçı adı işçilərin attestasiyadan keçirilməsi cədvəlində mövcuddur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Cabbar Qəribovun xx.xx.2023-cü il tarixli 27/857/d nömrəli bütün regional meşə mərkəzlərinin direktorlarına ünvanlanmış məktubundan müəyyən edilir ki, Azərbaycan Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin tabeli qurumlarında kadr potensialının gücləndirilməsini, işçilərin peşəkaralıq səviyyəsinin yoxlanılmasını və onların ixtisasına, müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə rəhbərlik etdiyiniz qurumda attestasiyanın keçirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən 2023-cü ildə rəhbərlik etdiyi qurumun mütəxəssis işçilərinin attestasiyası keçiriləcəkdir. Bununla əlaqədər, məktuba əlavə edilmiş nümunəyə uyğun işçilərin attestasiyadan keçirilməsi cədvəli tərtib edilərək, təsdiq edilmiş formada 2 gün müddətinə Meşələrin İnkişafı Xidmətinə təqdim edilməsi bütün regional meşə mərkəzlərinin direktorlarına tapşırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Cabbar Qəribovun xx.xx.2023-cü il tarixli 27/861/d nömrəli bütün X2 mərkəzlərinin direktorlarına ünvanlanmış məktubundan müəyyən edilir ki, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il 399/Ü saylı əmrinə əsasən cari ilin noyabr və dekabr aylarında mərkəzlərin işçilərinin attestasiyası aparılacaqdır. Bu barədə xx.xx.2023-cü il tarixli 27/857/d saylı məktubla bütün X2 mərkəzlərinin direktorlarına məlumat verilmişdir. Attestasiyaya daxil edilmiş testləri cavablandırmaq üçün təqdim olunan ədəbiyyatlardan istifadə edilməsi tövsiyyə olunur. Meşələrin İnkişafı Xidmətinin tabeli qurumlarında işçilərin attestasiyadan keçirilməsi barədə cədvəldən müəyəyn edilir ki, 2 saylı RMTM, 10 saylı RMTM, 14 saylı RMTM-da attestasiya 06-08 dekabr 2023-cü il tarixdə keçiriləcəkdir. 2 saylı X2 Mərkəzində attestasiyası keçiriləcək işçilərin cədvəlindən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə attestasiyanın keçirilməsi ilə bağlı məlumatlandırılmış və İddiaçı cədvələ imza etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 2 saylı X2 Mərkəzi üzrə keçirilmiş attestasiyasının nəticəsində dair komissiyanın xx.xx.2023-cü il tarixli 46 nömrəli protokolundan müəyyən edilir ki, Attestasiya olunan işçilərdən verilən 44 sualdan (ümumilikdə 60 bal) meşəbəyi İddiaçı 12 bal topladığı üçün onun işdən azad edilməsi işəgötürənə tövsiyyə edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2023-cü il tarixli 518/K nömrəli əmrindən müəyyən edilir ki, 2 saylı X2 Mərkəzinin Ceyrançöl meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən peşakarlıq səviyəsinin kifayət dərəcədə olmadığına, tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq ləğv edilmişdir. Əmrin verilməsinə əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və 156.7-ci maddəsi, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 140/Ü nömrəli əmri, attestasiya komissiyasının protokolu olmuşdur. xx.xx.2023-cü i tarixi attestasiya vərəqəsindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən (ümumi staji 24 il, o cümlədən çalışdığı vəzifədə əmək stajı 5 il 3 ay) 2 saylı RMTM-nın meşəbəyisi xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 44 test tapşırıq təqdim edilmiş, ondan 12 test cavabına tapşırığına doğru cavab vermişdir. Attestasiya qiymətləndirilməsinin nəticəsinə görə əmkdaşın tutduğun vəzifəyə uyğun olmadığı hesab edilmişdir. İddiaçı attestasiya vərəqəsi ilə tanış olmuş və vərəqəni imzalayaraq, attestasiyanın nəticələri ilə “razıyam” qeydini yazmışdır. Əmək Məcəlləsinin 67-cı maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin qeydinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinin əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Əmək Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinin əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Həmin Qaydların 1.3-cü bəndinə əsasən xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. Göründüyü kimi, iddiaçı avtomobil qəzası keçirməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə işə işə çıxmışdır. İddiaçıya attestasiyadan keçiriləcəyi barədə 2 ay 5 gün əvvəlcədən xx.xx.2023-cü il tarixdə siyahıya imza etdirilməklə şəxsən məlumat verilmişdir. İddiaçı attestasiyanın keçirilməsinin yeri və vaxtı barədə məlumatlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli işçilərinin attestasiyasının keçirilməsi barədə əmri ilə komissiya yaradılmış və həmin Komissiyanın 2023-cü il təqvim ilində işçilərin attestasiyasının keçirilməsi cədvəlində attestasiyadan keçiriləcək işçilərin siyahısı təqdim edilmişdir. Bir il qabaqcadan kimlərin attestasiyadan keçirilməsi müəyyən edilmiş və iddiaçının da adı həmin siyahıya daxil edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Bütün X2 mərkəzlərinin direkorlarına işçilərin attestasiyadan keçirilməsi cədvəli tərtib edərək Meşələrin İnkişafı Xidmətinə təqdim edilməsi tapşırılmış, eyni zamanda başqa bir məktubla attestasiyaya daxil edilmiş testləri cavablandırmaq üçün təqdim olunan ədəbiyyatlardan istifadə edilməsi tövsiyə edilməklə, ədəbiyyat siyahısı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə cavab məktubu göndərilməklə, cədvəl işəgötürənə təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə attestasiyadan keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə dair komissiyasının iclası keçirilmiş və həmin iclasın 46 nömrəli protokolu tərtib olunaraq, attestasiyanın nəticələri müzakirə edilmişdir. Nəticədə isə Komissiya qərara almışdır ki, attestasiya olunan işçilərdən meşəbəyi İddiaçı verilən 44 sualdan (ümumilikdə 60 bal) 12 bal topladığına görə onun işdən azad edilməsi işəgötürənə tövsiyə edilmişdir. Yəni İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edilmişdir. Odur ki, attestasiya keçirilən zaman qanun tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının əmək müqaviləsinə düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsi ilə müəyyən edilmiş attestasiya olunmayan işçilərin siyahısına daxil deyildir. Onun attestasiyaya cəlb edilməsi qanuni olmuş və peşəkarlıq səviyyəsi tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticəsinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia təmin edilə bilməz. Məhkəmənin təşəbbüsü ilə mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Məhkəmənin gedişi zamanı cavabdeh iddiaçıya fəhlə və gözətçi işini təklif etmişdir, lakin iddiaçı həmin işləri qəbul etməmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinə qarşı “attestasiyanın keçirilməsi barədə əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticəsinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin xx.xx.2023-cü il tarixli 518/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin, 321 manat hüquqi xidmət haqqının, etibarnamə üçün ödənilmiş 19,75 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar