Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2268/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeydiyyatdan çıxarma tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu Kamran Rzayev ilə cavabdeh arasında bağlanmış nikah övladları olmadığı üçün 2018-ci ildə pozulmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında nikah vardır. Bundan əlavə bildirmişdir ki, iddiaçıya məxsus mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi barədə iddiaçı ilə aralarında müqavilə bağlanmamışdır. İddiaçının polis idarəsinə verdiyi razılıq ərizəsinə əsasən 2019-cu ildə qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən (Daxili İşlər Nazirliyinin yerli ərazi idarələri) tərəfindən çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarıldığından hazırkı işə məhkəmədə baxılmalı deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarma tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddaçı İddiaçı Cavabdeh ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə ərizə ilə Yasamal rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. İş üzrə 16 mart 2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Əməliyyat İD: 38548929, Qəbzin nömrəsi: 11823, Terminal nömrəsi: K0210011, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: 8********) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 2(004)-2268/2022 13 may 2022-ci il Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə (Bakı şəhəri, Səməd Vurğun küçəsi, ev 135) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.04.2022-ci il tarixli 2(004)-2268/2022 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərardad, ödəniş qəbzinin surəti Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2268/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2268/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver