Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2268/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 qarşı işdən çıxarılmanın qanunsuz hesab edilməsi, əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 qarşı işdən çıxarılmanın qanunsuz hesab edilməsi, əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN DOST X2 tutduğu vəzifədən azad olunmağına dair xx.xx.2023-cü il tarixli, 3-17-7/34-208/2023 saylı əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsinə, onun işə bərpa edilməyinə, yaranmış mübahisə ilə əlaqədar məcburi iş buraxmağa görə əmək haqqlarının, məzuniyyət pullarının hesablanaraq ödənilməsinə, mediasiya xidməti üçün ödənilmiş 50.0 manat rüsumun və digər məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X6 Şəxsin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Hüquq departamentinin müdiri Nümayəndə arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. İddiaçı Agentliyə müraciət edərək onun şəxsiyyətini nəzərə alınmasını və Saziş bağlamaqla 2(004)-2268/2023 saylı mülki işi qurtarmağa iradəsini bildirir.
2. Agentlik İddiaçı müraciətini, onun səmimi etirafını, şəxsiyyətini nəzərə alaraq, habelə humanizm prinsipindən irəli gəlməklə 2(004)-2268/2023 saylı mülki işi Sazişin bağlanması ilə qurtarmağa iradəsini bildirir.
3. İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli 3-17- 7/3-4-208/2023 saylı əmrə və P.F.X3 Agentlik tərəfindən müvafiq dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 68-ci maddənin “a” bəndinə (işçinin təşəbbüsünə əsasən) xx.xx.2023-cü il tarixindən dəyişdirilmiş hesab olunur, elektron informasiya sisteminə müvafiq dəyişiklik edilməsi üçün müvafiq addımlar atılır.
4. İddiaçı Agentliyə qarşı hər hansı tələbinin olmadığını təsdiq edir.
5. Tərəflər MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2(004)-2268/2023 saylı mülki işə xitam veriləcəyi və həmin Məcəllənin 153.2.2-ci maddəsinin tələblərinin aydın olduğunu, habelə məhkəmə ilə bağlı çəkdiyi xərclərin onların özlərinə aid olduğunu təsdiq edirlər və MPM-nin 191.2-ci maddəsinə əsasən müvafiq qərardad qəbul edilməsi üçün Məhkəməyə müraciət edirlər. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 qarşı işdən çıxarılmanın qanunsuz hesab edilməsi, əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı Agentliyə müraciət edərək onun şəxsiyyətini nəzərə alınmasını və Saziş bağlamaqla 2(004)-2268/2023 saylı mülki işi qurtarmağa iradəsini bildirir.
2. Agentlik İddiaçı müraciətini, onun səmimi etirafını, şəxsiyyətini nəzərə alaraq, habelə humanizm prinsipindən irəli gəlməklə 2(004)-2268/2023 saylı mülki işi Sazişin bağlanması ilə qurtarmağa iradəsini bildirir.
3. İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli 3- 17-7/3-4-208/2023 saylı əmrə və P.F.X3 Agentlik tərəfindən müvafiq dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 68-ci maddənin “a” bəndinə (işçinin təşəbbüsünə əsasən) xx.xx.2023-cü il tarixindən dəyişdirilmiş hesab olunur, elektron informasiya sisteminə müvafiq dəyişiklik edilməsi üçün müvafiq addımlar atılır.
4. İddiaçı Agentliyə qarşı hər hansı tələbinin olmadığını təsdiq edir.
5. Tərəflər MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2(004)- 2268/2023 saylı mülki işə xitam veriləcəyi və həmin Məcəllənin 153.2.2-ci maddəsinin tələblərinin aydın olduğunu, habelə məhkəmə ilə bağlı çəkdiyi xərclərin onların özlərinə aid olduğunu təsdiq edirlər və MPM-nin 191.2-ci maddəsinə əsasən müvafiq qərardad qəbul edilməsi üçün Məhkəməyə müraciət edirlər. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 qarşı işdən çıxarılmanın qanunsuz hesab edilməsi, əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair 2(004)-2268/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov