Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2274/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 590 (beş yüz doxsan) manat dəymiş zərərin, məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və “COVİD- 19”-la bağlı ödənilmiş 95 manat olmaqla, cəmi 715 (yeddi yüz on beş) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 26 yanvar 2021-ci il tarixdə Cavabdeh turizm şikətindən 590 manata Bakı (X1 Hava Limanı) – İzmir (Adnan Menderes hava Limanı) reysi üzrə gediş-dönüş üçün təyyarə bileti almışdır. Bileti aldıqdan sonra həmçinin uçuşa buraxılmağı üçün məcburi olan 95 manat ödəyib “COVİD-19“ infeksiyasına yoluxub yoluxmamağı ilə bağlı testdən keçmişdir. Lakin uçuş zamanı, yəni 11 fevral 2021ci il tarixdə X1 Hava Limanında sənədləri yoxlanılarkən hava limanının qeydiyyat şöbəsinin əməkdaşları ona“C01141939” nömrəli ümumvətəndaş pasportunun etibarlılıq müddətinin bitdiyini və uçuşa buraxılmayacağını dedilər. Onun ümumvətəndaş pasportunun müddətinin bitməyindən xəbəri olmayıb, belə ki, Cavabdeh turizm şirkətinin pasportunun etibarlılıq müddətinin bitməsinə baxmayaraq bilet satacaqlarını ehtimal etməmişdir. Ümumvətəndaş pasportunun etibarlılıq müddətinin bitməsini o hava limanında sənədləri yoxlanılarkən bildmişdir. Hava limanında biletinin yararsız olduğu ona bildiriləndən sonra o elə həmin gün, yəni 11 fevral 2021-ci il tarixdə "xxxx" turizm şirkətinə yaxınlaşıb məsələni izah edib, rəhbərliyə ərizə ilə müraciət etmişdir. Lakin sözügedən şirkət tərəfindən ona heç bir rəsmi cavab verilmədi. O, bu barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(006)-4500/2021 saylı qərardadına əsasən cavabdeh "BAKU HOLİDAY TRAVEL” turizm şirkətinin ünvanı AZ1065, ünvan 1 əlavə olunmuş sənədlər ona geri qaytarılması qərara alınmışdır. Belə ki, “BAKU HOLİDAY TRAVEL" turizm şirkətinə aviabiletə görə 590 (beş yüz doxsan) AZN ödəmiş olduğu məbləği yuxarıda da qeyd etdiyi kimi ərizə ilə müraciət edib ona geri qaytarılmasını tələb etsə də, adıçəkilən şirkət tərəfindən ona heç bir cavab verilməmiş, belə ki, həmin şirkət pulu ona qaytarmaqdan boyun qaçırır. Ona görə də o iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bu səbəbdən də, İddiaçı Cavabdeh MMC-dən ümumilikdə 715 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında o, tələbini əsaslandırdığı dəlilləri təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini və mövcud sübutlar əsasında işə baxılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclaslarına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, iddiaçı xarici pasporta görə yox, özü uçuşa gecikmişdir. Eyni zamanda Türkiyəyə uçuşlar zamanı xarici pasporta ehtiyac olmur. Həmçinin cavabdeh qeyd edir ki, 201 manat vergi üçün nəzərdə tutulan pul iddiaçıya ödənilmişdir. Məhkəmə cabadehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bilet almaq üçün çəkdiyi xərclərin (590 manat bilet üçün edilən ödəniş və 95 manat “COVİD-19” analizi olmaqla, cəmi 685 manat) geri qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.2021-ci il tarixdə xarici pasportu təqdim edərək “İzmir-Bakı (gediş-dönüş)” bileti almaq üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Xarici pasportun etibarlılıq müddətinin bitmiş olmasına baxmayaraq ona bilet satışı icra olunmuş və uçuş günü xx.xx.2021-ci il tarixdə o qeydiyyat şöbəsindən keçərkən ona pasportun etibarlılıq müddətinin bitdiyini və Cavabdeh MMC-dən əldə etdiyi biletdən istifadə edə bilməyəcəyi deyilmişdir. İş materiallarında olan “Azərbaycan Hava Yolları” tərəfindən verilən məlumata əsasən İddiaçı özünün gecikməsinə görə uçuşa buraxılmamışdır. Eyni zamanda İddiaçı öz dəlillərini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xarici pasportun etibarlılıq müddətinin bitməsi və Cavabdeh MMC tərəfindən xəbərdarlıq edilməməsinə görə uçuşa buraxılmadığını bildirsə də, o özü gecikdiyi üçün uçuşa buraxılmamışdır. İddiaçının ərizəsini əsaslandırdığı dəlillər öz təsdiqini tapmır. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2274/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2274/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver