Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2275/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Ərizəçi “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Ərizəçi faktiki mülkiyyətində olan ünvan 1 ünvanında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini maraqlı şəxs kimi qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1585/2023 nömrəli qərardadı ilə Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair ərizəsinin qəbulundan, ərizəyə xüsusi icraat qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilmişdir. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılması qərara alınmışdır. Sonradan, Ərizəçi “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair eyni məzmunlu ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Ərizəçi faktiki mülkiyyətində olan ünvan 1 ünvandakı daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini maraqlı şəxs kimi qeyd etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göründüyü kimi, eyni məzmunlu ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1585/2023 nömrəli qanuni qüvvəyə minmiş qərardadının olması, ərizəçiyə həmin predmet barəsində və həmin əsaslarla yenidən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməyə mane mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Ərizəçi ərizəsində ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı X1 9.000 ABŞ dollarına aldığına qeyd etsə də, bu halı təsdiq edən X2 ilə Ərizəçi arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair yazılı müqaviləni (əqdi) ərizəsinə əlavə etməmişdir. Həmçinin özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən Ərizəçi ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etməmişdir. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd (çıxarış, qeydiyyat vəsiqəsi və sair) ərizəyə əlavə edilməmişdir. Həmçinin Ərizəçi ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın hüquqi vəziyyətinə dair məhkəməyə sənəd təqdim etmədiyi üçün mübahisə var və bu səbəbdən “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə xüsusi icraat qaydasında baxıla bilməz. Bundan əlavə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin nə üçün lazım olduğunu ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırkı halda, Ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi və ya itirilmiş sənədlərin bərpası mümkün olmamasını təsdiq edən sənədlər əlavə edilməmiş və sənədlərin nə üçün lazım olduğunu bildirməmişdir. Həmçinin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və kimə məxsus olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Bunlardan başqa ərizəçi tərəfindən verilmiş tələbdə mübahisə mövcud olduğundan hazırkı tələbə xüsusi icraat qaydasında baxıla bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi faktiki mülkiyyətində olduğunu qeyd etdiyi ünvan 1 ünvandakı daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsi tərtib etməklə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Odur ki, xüsusi icraat qaydasında verilmiş ərizə baxılmaq üçün məhkəmənin icraatına qəbul edilməkdən imtina edildiyinə görə ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 153.5, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi faktiki mülkiyyətində olduğunu qeyd etdiyi “ünvan 1 ünvandakı daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan, ərizəyə xüsusi icraat qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2275/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2275/2023
07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver