Məhkəmə qərarları › İş №2(004)-2279/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2279/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2279/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 01.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 22.11.2013-cü il tarixli 231UM/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.11.2018-ci il tarixli 69İK7/GAR/18 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 53.207,50 manat əsas borc, 4.674,64 manat faiz borcu olmaqla, cəmi 57.882,14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 57.952,14 manat pul tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan və cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 saylı evin yaşayış sahəsi 40,6 kv.m olan iki otaqlı 48 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti likvid dəyərinin 68.000 manat müəyyən edilməklə, açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 cəmi 57.952,14 manat borcun iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 saylı evin yaşayış sahəsi 40,6 kv.m olan iki otaqlı 48 saylı mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 22.11.2013-cü il tarixli 231UM/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.11.2018-ci il tarixli 69İK7GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 27.11.2020-ci il tarixədək illik 13% ödəmək şərtilə 59.040 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi «xxxx» KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 22.11.2013-cü il tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə imzalanmış 21.11.2018-ci il tarixli Sazişə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 nömrəli evin 48 nömrəli mənzili «xxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuş, daşınmaz əmlakın qiymətləndirilməsi barədə 08.11.2018-ci il tarixli 427 saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid qiymət) 68.000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi və ona imzalanmış saziş müvafiq olaraq 23.11.2013-cü və 22.11.2018-ci il tarixlərdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 09.02.2021-ci il tarixə 27.11.2018-ci il tarixli əlavə kredit müqaviləsinə görə əsas borcu 53.207,50 manat, faiz borcu 4.674,64 manat olmaqla, cəmi 57.882,14 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdar edilmiş edilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından göründüyü kimi, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 22.11.2013-cü il tarixli 231UM/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.11.2018-ci il tarixli 69İK7GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən S.Abbasova 24 ay müddətinə 27.11.2020-ci il tarixədək illik 13% ödəmək şərtilə 59.040 manat kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka saxlayan «xxxx» KB ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli 231UMİ/13 saylı ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 22.11.2013-cü il tarixli 231UM/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.11.2018-ci il tarixli 69İK7GAR/18 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 nömrəli evin 48 nömrəli mənzilini ipoteka saxlayan «xxxx» KB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 08.11.2018-ci il tarixli 427 nömrəli rəyə əsasən Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 nömrəli evin 48 nömrəli mənzilin ilkin satış qiyməti bazar qiyməti 85.000 manat, bir ay müddətində satış qiymət 75.000 manat, likvid dəyəri 68.000 manat müəyyən edilmişdir. Mənzilə dair bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və 22.11.2013cü il tarixli əvvəlki kredit müqaviləsinə və 21.11.2018-ci il tarixli sazişə əsasən ipoteka ilə yüklülük 23.11.2013-cü ildə və 22.11.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan S.Abbasov kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «xxxx» KB ASC tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində müraciət etmiş və mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. «xxxx» KB ASC-nin 09.02.2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 27.10.2018-ci il tarixli kredit müqaviləsi üzrə 09.02.2020-ci il tarixdə 53.207,5 manat əsas borc, 4.674,64 manat faiz borcu olmaqla, cəmi 57.882,14 manat borcu yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 22.11.2013-cü il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.11.2018-ci il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 53.207,50 manat əsas borc, 4.674,64 manat faiz borcu olmaqla, cəmi 57.882,14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 57.952,14 manat pul tutularaq “xxxx” KB ASC-yə ödənilməlidir. Tutma ipoteka predmeti olan və cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 saylı evin yaşayış sahəsi 40,6 kv.m olan iki otaqlı 48 saylı mənzilinə yönəldilməli, 08.11.2018-ci il tarixli 427 nömrəli ekspert rəyinə əsasən mənzilin ilkin satış qiyməti bazar qiyməti 85.000 manat, bir ay müddətində satış qiymət 75.000 manat, likvid dəyəri 68.000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 cəmi 57.952,14 manat borcu iddiaçı “xxxx” KB ASC-yə ödənilməli, artıq qalan vəsait mənzilin mülkiyyətçisi X2 qaytarılmalıdır. Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 saylı evin yaşayış sahəsi 40,6 kv.m olan iki otaqlı 48 saylı mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və mənzil boşaldılaraq yeni alıcıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 22.11.2013-cü il tarixli 231UM/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.11.2018-ci il tarixli 69İK7/GAR/18 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 53.207,50 manat əsas borc, 4.674,64 manat faiz borcu olmaqla, cəmi 57.882,14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 57.952,14 (əlli yeddi min doqquz yüz əlli iki manat on dörd qəpik) manat pul tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan və cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 saylı evin yaşayış sahəsi 40,6 kv.m olan iki otaqlı 48 saylı mənzilinə yönəldilsin. 08.11.2018-ci il tarixli 427 nömrəli ekspert rəyinə əsasən mənzilin ilkin satış qiyməti bazar qiyməti 85.000 (səksən beş min) manat, bir ay müddətində satış qiymət 75.000 (yetmiş beş min) manat, likvid dəyəri 68.000 (altmış səkkiz min) manat müəyyən edilməklə, açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 cəmi 57.952,14 (əlli yeddi min doqquz yüz əlli iki manat on dörd qəpik) manat borcu iddiaçı “xxxx” KB ASC-yə ödənilsin, artıq qalan vəsait mənzilin mülkiyyətçisi X2 qaytarılsın. Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 55 saylı evin yaşayış sahəsi 40,6 kv.m olan iki otaqlı 48 saylı mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar və mənzil boşaldılaraq yeni alıcıya təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar