Məhkəmə qərarları › İş №2(004)-2282/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2282/2022

24.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2282/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı "işə bərpa edilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı "işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov tərəfindən imzalanmış 02 iyul 2021-ci il tarixli 145/k saylı əmrin ləğv edilib onun əvvəlki işinə bərpa edilməsi və qətnamə qanuni qüvvəsini alan günədək məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə ETSN-in Meşələrin İnkişafı Xidmətinin Lənkəran RMTM-in Razvondaband meşəbəyliyinin “meşəbəyi” vəzifəsində çalışmağa başlamışdır. Çalışdığı müddətdə heç bir nöqsana yol verməmişdir. Lənkəran RMTM-nin direktoru vəzifəsinə Fizuli Məmmədov təyin olunduqdan sonra, o, sonuncunun qanunazidd əməllərini yerinə yetirmədiyinə görə ona qarşı əlbir olaraq barəsində əsassız olaraq Meşələrin İnkişafı Xidmətinə təqdimat yazmışdır. Bu səbəbdən o, işdən azad olunmuşdur. İşdən azad olunmağına səbəb olaraq göstərilmişdir ki, o, mühafizə etdiyi Razvandaband meşəbəyiliyinin 17 və 18 saylı dolaylarında qanunsuz kəsilən ağaclara damğa vurmuş və mərkəzdən heç bir sənəd yoxdur. Həmçinin qeyd etmişdir ki, 17 və 18 saylı dolaylarında qanunsuz kötüklərə vurduğu damğaları qanunauyğun qaydada akt tərtib edərək mərkəzə təhvil vermişdir. Həmin aktların idarəyə daxil olma surətləri ştamp vurulmuş qaydada onda vardır və həmin sənədləri iddia ərizəsinə əlavə etmişdir. Lakin ETSN tərəfindən ona ünvanlanan məktubda həmin ağaclara aid heç bir sənədin olmadığı göstərilmişdir. İddiaçı, əlavə olaraq bildirmişdir ki, Xidmət tərəfindən ona tətbiq edilmiş təhbeh tədbirləri də qanunsuz olmuşdur. Göstərilənlərə əsasən Razvondaband məşəbəyisi tərəfindən verilmiş əsassız təqdimatın məhkəmə qaydasında tam araşdırılmasını, iddia tələbi təmin edilərək qəbul edilmiş 02 iyul 2021-ci il tarixli 145/k saylı əmrin ləğv edilməsini, onun əvvəlki işinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin ödənilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti iddia tələbi ilə razılaşmayaraq yazılı etirazını və sübutlarını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müaciət edə bilər. Həmçinin həmin Məcəllənin 296.3-cü maddəsinin tələbərinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. İddiaçı müqaviləsinə xitam verilməsi barədə Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 145/k nömrəli və bunun əsasında qəbul edilmiş X16 Təsərrüfatı Mərkəzinin xx.xx.2021-ci il tarixli 107 nömrəli əmrlərinin surətlərini xx.xx.2021-ci il tarixində əldə etmiş və eyni zamanda iyul ayı ərzində son haqq-hesabı hesablanaraq ona ödənilmişdir. Etiraza əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı öz mövqeyinə əsasən hüququnun pozulduğunu aşkar etdiyi halda qanunla müəyyən edilmiş iddia müddəti üçün nəzərdə tutulan 1 təqvim ayını ötürərək məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Beləliklə nümayəndə cavabdeh tərəfindən hər hansı əmək qanunvericiliyinin hər hansı normasının pozuntusuna yol verilmədiyindən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında İddiaçı əlavə olaraq bildirmişdir ki, onun işdən azad olunması ilə bağlı xx.xx.2021-ci il tarixli 145/k nömrəli əmr ona xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Həmin vaxtdan hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, onun barəsində təqdimat vermiş və özünün köməkçisi olduğu meşəbəyi Nazir Orucovun təhsilinə dair diplomunun saxta olması, onun təqdimat vermək səlahiyyətinin olmamasını sübut etmək məqsədilə aidiyyəti üzrə Lənkəran rayon prokurorluğuna, daha sonra rayon məhkəməsinə müraciət etmiş və bu fakt öz təsdiqini tapmışdır. Bu səbəbdən işdən azad olunması ilə bağlı əmrdən bir aylıq müddət ötürməklə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. O, həmçinin müddətinin ötürülməsi səbəbinin onunla izah etmişdir ki, onun işdən azad edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov tərəfindən imzalanmış əmrdə şikayət verilmə müddəti və qaydası göstərilməmişdir. Göstərilənlərə əsasən iddianın İddiaçı tələbinin təmin olunmasının xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 iddia ərizəsinə etiraz edərək, iddianı qəbul etmədiyini və qanunla müəyyən edilmiş iddia müddəti üçün nəzərdə tutulan 1 təqvim ayını ötürərək məhkəməyə müraciət etmək hüququnu itirdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, İddiaçı iş fəaliyyətindən yol verdiyi nöqsanlara görə, yəni işə icazəsiz gəlməməsi və qanunsuz ağac qırıntılarının aşkar edilməsi faktlarına görə işdən azad edilmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 da eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etmişdir ki, həqiqətən də İddiaçı tərəfindən verilmiş şikayət əsasında xidməti araşdırma aparılmış və Razvandoband meşəbəyliyində meşəbəyi vəzifəsində çalışan Nazir Orucovun təhsil sənədinin hüquqi əsasının olmaması müəyyən edildiyindən işdən azad olunmuşdur. Bundan başqa regional idarənin rəisi Füzuli Məmmədov da tutduğu vəzifədən azad edilmişdir. Meşəbəyi köməkçisi vəzifəsində işləmiş İddiaçı isə öz əmək fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı işdən azad edilmişdir. Lakin onun işdən azad edilməsinin Nazir Orucovun işdən azad edilməsi əsası ilə bağlı olmamışdır Ona görə də hesab edir ki, iddiaçının hazırki tələbi tamamilə əsassız olmaqla rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - X14 X3 Əfqan Əmənulla oğluna ünvanlanmış 30 iyun 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Razvandoband meşəbəyilində aparılan təhvil-təslim zamanı 79 ədəd müxtəlif cins və diametrlərdə 134,09 m3 həcmində 13663,29 manat dəyərində nırx və ziyan dəyərində işlik və odunluq ağaclarının kəsilməsi faktı aşkar edilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Xidmətinin əməkdaşları tərəfindən meşəbəyliyin 18 saylı dolayısında qəfləti yoxlama aparılmış və 43,54 m3 həcmində 6001 manat məbləğində nırx və ziyan hesablanmışdır. Aşkar olunmuş qanunsuz ağaclardan 7 ədədi İddiaçı xidməti istifadəsində olan N-021 saylı damğa ilə ağacların dib kötükləri damğalanmış, lakin Mərkəzin meşə qanunvericiliyinin pozulmasına dair qeydiyyat kitabında öz əksini tapmamışdır. X20 9,98 m3 həcmində 1849,62 manat məbləğində ziyan vurmuşdur. Razvondaband meşəbəyliyinin meşəbəyisi Nazir Orucov xx.xx.2021-ci il tarixdə Mərkəzin rəhbərliyinə təqdimatla müraciət edərək bildirmişdir ki, meşəbəyi köməkçisi İddiaçı heç bir üzrlü səbəb göstəmədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işə çıxmamışdır. Aparılan araşdırma zamanı Razvondaband meşəbəyliyinin bütün meşə gözətçiləri izahat verərək bildirmişlər ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək meşəbəyliyin heç bir dolayında olmamasını bildirmişdir. Odur ki, qeyd olunan nöqsanlarla bağlı İddiaçı xx.xx.2021-ci il tarixdə qeyd olunan faktlara münasibət bildirməsi üçün Mərkəzə gəlməsi ondan tələb edilmişdir. - X14 Təsərrüfatı Mərkəzinin direktoru Fizuli Məmmədov tərəfindən imzalanmış 05 iyul 2021-ci il tarixli 107 saylı əmrdən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə) ləğv edilmişdir. Əmrə əsas olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 145/k nömrəli əmri göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 05 iyul 2021-ci il tarixli 107 saylı əmrdən müəyyən edilir ki, əmr İddiaçı xx.xx.2021-ci il tarixdə imza edilməklə təqdim edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 145/k nömrəli əmrinin surətindən də görünür ki, əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə X16 X1 meşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmiş və həmin əmrlə X16 Təsərrüfatı Mərkəzinin direktoru X4 mərkəzin iş fəaliyyəti üzərində nəzarəti gücləndirməklə müvafiq araşdırma və yoxlamaların keçirilməsinin təmin edilməsi, eləcə də Əmrdən irəli gələrək meşə mühafizə işində ciddi dönüş yaradılması üçün qəti və təsirli tədbirlər görülməsi tapşırılmışdır. Həmin əmrin qəbul edilməsinə əsas kimi X16 Təsərrüfatı Mərkəzinin xx.xx.2021-ci il tarixli 436 nömrəli təqdimatı göstərilmişdir. Qeyd olunan əmrin məzmunundan həmçinin müəyyən edilir ki, Kazımov X6 İnkişafı Xidmətinin 313/k nömrəli Əmri ilə X16 X1 meşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsinə təyin edilməklə Razvondaband meşəbəyliyinin meşəbəyisi vəzifəsi ona həvalə edilmişdir. Meşələrin İnkişafı Xidmətinin 03.02 2021-cı il tarixli 015/K nömrəli Əmri ilə Razvondaband meşəbəyliyinə yeni meşəbəyi təyin edilmiş və Mərkəz tərəfindən eyni tarixli 34 nömrəli Əmrlə təhvil-qəbul komissiyası yaradılmışdır. Təhvil-qəbul zamanı 79 ədəd müxtəlif cins və diametrdə 134.09 kv həcmində 13663.29 manat nırx və ziyan dəyərində işlik və odunluq ağacların kəsilməsi faktı aşkar edilmişdir. Eyni zamanda, “Lerik meşələrinin məhv edilməsi barədə" Lerik rayonu Qələbin kənd sakini X2 adından “Millətin səsi” internet səhifəsində xx.xx.2021-ci il tarixində yayımlanan məlumatlar X10 Xidmətinin əməkdaşları tərəfindən X16 Təsərrüfatı Mərkəzinin mütəxəssislərinin və şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmaya dəvət olunan şikayətçi X9 yazılı izahat verərək X16 X1 meşəbəyliyinin meşəbəyi köməkçisi İddiaçı tərəfindən 17 və 18 saylı dolaylarda qanunsuz olaraq ağac kəsildiyini bildirmişdir. Bu yoxlama zamanı Razvondaband meşəbəyliyinin 18-ci dolayının ərazisində qanunsuz olaraq kəsilmiş və dib kötüklərinin üzərində Razvondaband meşəbəyliyinin meşəbəyi köməkçisi İddiaçı istifadəsində olan N 021 nömrəli meşə damğası ilə damğalanmış 7 ədəd 1849,62 manat zərər məbləğində (fıstıq cinsindən diametı 64 sm-lik 1 ədəd, vələs cinsindən diameti 32 sm-lik 1 ədəd, qızılağac cinsindən diametrləri 44 sm-lik 1 ədəd, 48 sm-lik 1 ədəd, 60 sm-lik 1 ədəd, 64 sm-lik 2 ədəd) ağacın kəsilməsi faktının rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Bundan baqşa Razvandoband meşəbəyliyinin meşəbəyisi Nazir Orucov 19.04 2021-cı il tarixində Lənkəran RMTM-in rəhbərliyinə təqdimatla müraciət edərək bildirmişdir ki, İddiaçı heç bir üzrlü səbəb göstərmədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər işə çıxmamışdır. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən meşəbəyliyin bütün meşə gözətçiləri izahat verərək bildirmişdilər ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək heç bir meşə dolaylarında olmamışdır. Əmrdə həmçinin qeyd edilmişdir ki, İddiaçı Lənkəran RMTM-in 10.09 2020-ci il tarixli 221 nömrəli Əmri ilə əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra ƏM) 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Bundan əlavə, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 049/ü nömrəli Əmrini rəhbər tutaraq ƏM-in 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən Lənkəran RMTM-in xx.xx.2021-ci il tarixli 67 nömrəli Əmri ilə əmək funksiyası öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Eləcə də Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən Lənkəran RMTMin Həmkarlar İttifaqının üzvü olan İddiaçı əmək müqaviləsini ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqədar ləğv edilməsi üçün Mərkəzin rəhbərliyi tərəfindən həmkarlar ittifaqı təşkilatına 377 nömrəli əsaslandırılmış yazılı təqdimat göndərilmişdir. Həmin təqdimat əsasında Lənkəran RMTM-nin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, İddiaçı təqsirli əməlləri müzakirə olunmuş və onun haqqında əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi əsaslı hesab edilmişdir. Əmrdə vurğulanmışdır ki, İddiaçı Mərkəzin xx.xx.2021-ci il tarixli 03 nömrəli məktubu ilə həmkarlar ittifaqının iclası barədə məlumat verilmiş, lakin İddiaçı iclasa gəlməmişdir. Daha sonra Lənkəran RMTM xx.xx.2021-ci il tarixli 436 nömrəli təqdimatla İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirməsi üçün Meşələrin İnkişafı Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında aidiyyəti məsul şəxslərdən izahatlar alınmış, sənədlər təhlil edilmiş və müəyyən edilmişdir ki, müvafiq sahədə işin təşkili və nəzarət tələb olunan səviyyədə aparılmamış, nəticədə İddiaçı həvalə edilmiş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməmişdir. X16 X7 İttifaqının 08 iyun 2021-ci il tarixli Protokolu ilə X16 Təsərrüfatı Mərkəzinin direktorunun 27 may 2021-ci il tarixli 377 saylı təqdimatına əsasən mərkəzin Razvandoband meşəbəyliyinin meşəbəyi köməkçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Lənkəran RMTM-nin Razvandoband meşəbəyliyində aparılmış təhvil-qəbul zamanı 79 ədəd 134.09 m3həcmində 13663.29 manat nırx və ziyan dəyərində işlik və odunluq ağacların kəsilməsi faktı aşkar edilmişdir. Meşəbəylikdə DETX-nin və 1 saylı ETSİ-nin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı 19 ədəd 43.54 m3 həcmində 6602.11 manat məbləğində nırx və ziyan aşkarlanmışdır. DETX-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində Razvandoband meşəbəyliyinin 18 saylı meşə dolayısında İddiaçı məxsus N-021 saylı damğa ilə müxtəlif cins və diametrli 7 ədəd ağacların damğalanması aşkar olunmuş, lakin Mərkəzin meşə qanunvericiliyinin pozulmasına dair qeydiyyat kitabında öz əksini tapmamışdır. Bununla İddiaçı vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət meşəsinə 1849,62 manat məbləğində ziyan vurmuşdur. Razvandoband meşəbəyliyinin meşəbəyisi Nazir Orucov xx.xx.2021-ci il tarixdə mərkəzin rəhbərliyinə təqdimatla müraciət edərək bildirmişdir ki, meşəbəyi köməkçisi İddiaçı heç bir üzrlü səbəb göstərmədən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək işə çıxmamışdır. Bununla bağlı araşdırma zamanı sözügedən meşəbəyliyin bütün meşə gözətçiləri izahat verərək bildirmişdilər ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir meşə dolaylarında olmamışdır. Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən aparılan yoxlamaların nəticələrinə görə xx.xx.2021-ci il tarixli 049/ü saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq və şiddətli töhmət və verilmişdir. İddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 145/k nömrəli əmrinin surətindən həmçinin müəyyən edilir ki, İddiaçı həmin əmrin surəti 24 avqust 2021-ci il tarixdə təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Bu faktı məhkəmə iclası zamanı iddiaçının özü də etiraf etmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 05 noyabr 2021ci il tarixli 6(049)- 17/2021 saylı qərarından görünür ki, İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran şəhər-Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və İddiaçı şikayətinin təmin olunması, toplanmış material üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qərar əsassız hesab edilərək ləğv olunması, iş üzrə araşdırma aparılması, işin həqiqi hallarının müəyyən edilib, onlara məcmu şəkildə hüquqi qiymət verilib müvafiq qərar qəbul edilməsi üçün qanuni tədbirlərin görülməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinə çatdırması qərara alınmışdır. Bununla da iddiaçı araşdırma müddətini nəzərə alaraq xx.xx.2021-ci il tarixli 145/k nömrəli əmrdən şikayəti gec, yəni xx.xx.2022-ci il tarixdə vermişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 107 nömrəli əmrinin surətindən görünür ki, sonuncu haqq-hesabın ödənilməsi baş mühasib ( Mustafa Bədəlova) tapşırılmışdır. İddiaçı hesabında olan ot biçən maşın, istilik mişarı (SİTHL) və damğanın təhvil alınmasında ötrü komissiya yaradılmışdır və əmrə nəzarət baş meşəbəyi Eyvaz Babayevə tapşırılmışdır. Əmrlə aidiyyatı işçiləri tanış etmək kadr işəri üzrə baş mütəxəssis Cəlalə Aslanovaya tapşırılmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2ci maddəyə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəyə görə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəyə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2019-cu ildə ETSN-in Meşələrin İnkişafı xidmətinin Lənkəran RMTM-in Razvondaband meşəbəyliyinin “meşəbəyi” vəzifəsində çalışmağa başlamışdır. Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti rəisi Namik Xıdırovun imzaladığı 02 iyul 2021-ci il tarixli 145/k saylı əmrinə əsasən işdən çıxarılmışdır. Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 049/ü nömrəli Əmrini rəhbər tutaraq ƏM-in 186-cı maddəsinin 2-cı hissəsinin b”” bəndinə əsasən Lənkəran RMTM-in xx.xx.2021-ci il tarixli 67 nömrəli Əmri ilə əmək funksiyası öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 107 nömrəli əmrinin surətindən görünür ki,sonuncu haqq-hesabın ödənilməsi baş mühasib ( Mustafa Bədəlova) tapşırılmışdır. İddiaçı hesabında olan ot biçən maşın, istilik mişarı (SİTHL) və damğanın təhvil alınmasında ötrü komissiya yaradılmışdır və əmrə nəzarət baş meşəbəyi Eyvaz Babayevə tapşırılmışdır. Əmrlə aidiyyatı işçiləri tanış etmək kadr işəri üzrə baş mütəxəssis Cəlalə Aslanovaya tapşırılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun imzaladığı 02 iyul 2021-ci il tarixli 145/k saylı əmrinin etibarsız hesab edilməsi və iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 70-ci maddələrinin tələblərinə əməl edilmişdir. Həmçinin 02 iyul 2021-ci il tarixli 145/k saylı əmrin surəti 24 avqust 2021-ci il tarixdə İddiaçı təqdim edilmiş, lakin iddia ərizəsi qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa edilmə” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı "işə bərpa edilmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar