Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2285/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi X1 iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “nikahın qeyd edilməsi faktının tanınması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “nikahın qeyd edilməsi faktının tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1982-ci ildə Maraqlı şəxs1 ilə aralarında bağlanmış, Ermənistan SSR-in Masis rayonunun Masis qəsəbəsindəki “Nikah Evi”ndə rəsmiləşdirilmiş nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, “nikahın qeyd edilməsi faktının tanınması” barədə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxlər Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən cavabdehin işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclas protokoluna imza edilməklə rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi nümayəndəsi X2 tərəfindən “nikahın qeyd edilməsi faktının tanınması” barədə ərizənin qaytarılması barədə ərizə verildiyindən, maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı şəhəri Maraqlı şəxs2 isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “nikahın qeyd edilməsi faktının tanınması” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “nikahın qeyd edilməsi faktının tanınması” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2285/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2285/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver