Məhkəmə qərarları › İş №2(004)-229/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-229/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-229/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 136368 manat pulun tutularaq ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 153970 manat pulun tutularaq ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, təmir-tikinti fəaliyyəti ilə məşğul olmuşdur. 2015-ci ilin ortalarında Xəlilbəy Günəşov və Aydın Mürvələdovla mişar daşı bloklarının alqı-satqısından tanışlığı yaranmış, ona Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən obyektin bir hissəsini icarəyə götürüb işlətməsini təklif etmişdilər. Aralarında olan razılığa əsasən onlar bu obyekti blok daşlar hazırlanması üçün material ilə təchiz edəcək, o blok daşların hazırlanmasını təmin edəcəkdi və onlar bu blokları ondan razılaşdırılmış qiymətə alacaqdılar. Razılığa əsasən icarəçi, hazlırkı iş üzrə cavabdeh X6 ilə aralarında, ona məxsus olub Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 kv.m. sahə ona icarəyə verildi. Həmin sahə boş sahə olmaqla ancaq torpaq sahəsindən ibarət idi. Razılığa əsasən dəyəri və çəkdiyi xərclər sonradan həmin şəxslər tərəfindən ödənilməsi şərtilə həmin sahədə blok daşların kəsimi və hazırlanması üçün işlər görməli, sexi işə salıb fəaliyyət göstərməli idi. Göstərilən işlərin görülməsi üçün ilk növbədə elektrik enerjisi və təbii su təminatı ilə bağlı tərəfindən Cavabdeh adına texniki şərtlər alındı və bu işlərə tərəfindən 19770 manat, suyun texniki şərti üçün 248 manat, avadanlıqlar alınması və su xəttinin çəkilməsinə əlavə nəqd pul ödənildi. Müvafiq qurğuların alınması və qurulmasına 20000 manat xərcləndi. Bu kimi işlər görüldükdən sonra həmin təsərrüfat obyekt üçün 2 saylı Vergilər Departamentində vergi uçotuan alınmış və müvafiq kod verilmişdir. Bundan sonra ərazidə planlama-quruculuq işləri aparılmış və bu işlərə 20000 manat şəxsi vəsaiti xərclənmişdi. Göstərilən işlər yerinə yetirildikdən sonra sexi, işlətməyə başladı. 2019-cu ilin əvvəllərindən göstərilən şəxslər işinə müdaxilə etməyə başladılar, işi ləngitmək üçün xammal verilməsində, hazır məhsulun alınıb-aparılmasında maneələr yaradıldı və 15.04.2019-cu il tarixdə Dadaşov Bəhram, Duranxan və hazırda da həmin sexi işlədənRadik adlı şəxslər tərəfindən sexdən zorla qovulub, çıxarıldı. Həmin vaxtdan sexə yaxın buraxılmır və bu günə qədər etdiyi tələblərə baxmayaraq ona məxsus olub, sexdə qalan əşyalar: - 1 maşının dəyəri 850 manat olmaqla 8 maşın blok daşlar (6800 manat); - dəyəri 6000 manat olan “Frez” dəzgahı; - 1 ədədinin dəyəri 300 manat olmaqla 100 ədəd yonucu bıçaqlar (30000 manat); - 6500 manat dəyərində hazır məhsullar; - dəyəri 15000 manat olan plitələr, karnizlər və digər məhsullar; - 1 ədədinin dəyəri 900 manat olmaqla 15 ədəd kəsici mişarlar (13500 manat); - dəyəri 250 manat olan itil əy i c i dəzgah; - dəyəri 150 manat olan “Dayva” markalı televizor; - dəyəri 150 manat olan “Dayva” markalı soyuducu və digərləri əlindən alınmış, mənimsənilmiş, ona külli miqdarda zərər yetirilmişdir. Dadaşov Bəhram, Duranxan və Radik adlı şəxslər və bu işdə onların əsas cinayətkar havadarları olan Xəlilbəy Günəşov və digərləri barələrində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına etdiyi müraciətlər üzrə cinayət işinin başlanıİmasının rədd olunması barədə qərar qəbul edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. İndi ona məlum olur ki, Cavabdeh bu vasitə və üsullarla onu aldatmış, məqsədli surətdə öz niyyətinə nail olmuşdur və bundan istifadə etməyə çalışaraq ona qarşı Abşeron rayon məhkəməsində iddia tələbi irəli sürmüşdür. Əlavə olaraq qeyd edir ki. həmin xərclərdən avadanlıqlar alınmaqla, konbaynın qurulması üçün 6000 manat, qaldırıcı qurğuların quraşdırılması üçün 3000 manat (1500x2) kəsici mişarların qurulması üçün 2400 (600x4) manat.Kəsici mişarların elektrik >əbəkəsinə qoşulmaları üçün 1200 manat (400x3), su nasoslarının quraşdırılması üçün 1000 manat (500x2), içərisində ehtiyat hissələr və təmir alətləri olan anbarın təşkil olunması üçün 2000 manat (cəmi 15600 manat) tərəfindən pul vəsaiti xərclənmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 6(012)-36/2021 saylı qərarına əsasən müəyyən etmişdir ki, 06.05.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməs haqqında” qərardla Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X16 tərəfindən X3 şikayəti üzrə cinayət işinin başlanması rədc edilmişdir. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, o, X4 uzun müddət tanımış, onunla aralarında heç bir qərəzli münasibətlər olmamışdır. X1 arasında bağlanmış 15.10.2015-ci i tarixli müqaviləyə əsasən X7 onun mülkiyyətində olan daş sexini həı ay 500 manat ödəmək şərti ilə icarəyə götürmüş, lakin X7 müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat pul vəsaitini ödəməsinə dair öhdəliklərini yerinə yetirməmiş, Aşağı Güzdək qəsəbəsində yerləşən ona məxsus daş sexini dörd il ərzində istifadə etsə də, icarə haqqını ödəməmişdir. Eyni zamanda onun tərəfindər "xxxx" MMC-dən alınaraq ona məxsus, lakin X3 icarəsində olan daş sexinə gətirdiyi blok 40x40x80 1-ci növ, 20 maşın, hər biri 1000 manat olmaqla, cəm 20000 manat, blok 40x40x80 2-ci növ, 15 maşın, hər biri 800 manat olmaqla, cəmi 12000 manat 40x40x80 3-cü növ, 5 maşın,hər biri 500 manat olmaqla cəmi 2500 manat, ümumilikdə 3450C manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları onun tərəfindər yararsız vəziyyətə salınmış və dəyərini bugünkü günədək ödəməmişdir. O, icarə haqqın ödəmədiyi üçün onun daş sexində işləməsini dayandırmışdır. X4r daş sexində əmlakı qalmamışdır. Ona maddi və mənəvi cəhətdən vurduğu ziyana görə məhkəməyə müraciət etməmişdir. İstintaq zamanı izahatı alınmış X11 isə göstərmişdir ki, əvvəllər Bak Baş Tikinti idarəsinin sədri işləmişdir. X7 rəhbərlik etdiyi tikint sahəsində fəhlə işlədiyi üçün onu tanımışdır. X8 obyektlərin birində üzlük daş hörmüş və onun işini bəyəndiyi üçün elə işləri ona verilməsini və üzlük daşları yaxş işlədiyini ətrafındakı dostlarına bildirmişdir. Cavabdeh da onun rəhbərlik etdiyi tikint idarəsində idarə rəisi işləmişdir. Cavanşirin də daşı sexi, olmuş, həmin daş sexi sökülmüş və başqa yerdə qurulmuşdur. O, Cəlaləddinin daş işini yaxşı bildiyini və onun sexdə işləməsini Cavanşirə təklif etmişdir. Cavanşir Cəlaləddin ilə danışmış və o, Cavanşirin Abşeron rayonu Güzdək qəsəbəsində olan daş sexində işiəməyə başlamışdır. Ondan sonra Cavanşirlə Cəlaləddinin hansı qaydada işləmələrinin ona aidiyyəti olmamışdır. İşlədiyi Tikinti İdarəsində həı hansı bir obyektə daş lazım olubsa digər daş sexlərindən, həmçinin Cəlaləddinin işlətdiyi daş sexindən daşlar alınaraq istifadə edilmiş və daşların pulu da rəsmi qaydada Cəlaləddinə ödənilmişdir. Cəlaləddinin yaxşı daş ustası olduğunu bildiyi üçün tikinti işini görən tanışına Cəlaləddindən daş almasını məsləhət görmüşdür. Son vaxtlarda Cəlaləddinin Cavanşirdər ayrıldığı və onun daş sexini işlətmədiyi ona məlum olmuşdur. X3 Cavanşirin sexindən hansı qaydada çıxmasından onun məlumatı olmamışdır. Materiala əlavə edilmiş 15.10.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşər obyektdən 80 kv.metr sahəni X5 icarəyə vermişdir. Müstəntiq apardığı araşdırma zamanı X3 tanıdığı X17 tərəfindən sözlə hədələnməsi barədə göstərdiyi xüsusatların toplanmış materilada öz təsdiqini tapmadığı, həmçinin sözlə hədələmə real hədə faktı olmadığından X9 əməlində cinayət tərkibi müəyyən edilmədiyi, mübahisə zaman hədənin icra ediləcəyi üçün real əsasların olmadığı, tərəflər arasında münasibətlər pozulduğı üçün bir-birləri ilə qərəzli mövqedə olmaları qənaətinə gələrək toplanmış materialda cinayət əməlinin tərkibi aşkaı olunmadığı üçün material üzrə cinayət işinin başlanmasını rədd etmişdir. Göründüyü kimi, icarə müqaviləsi üzrə tərəflər arasında müqavilə haqqı və sexə daşınmış daş bloklarının dəyərinin ödənilməməsi ilə əlaqədar mübahisə yaranmışdır. Həmin mübahisələr isə mülki qanunvericilik normaları ilə tənzimlənməlidir. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəfləı arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki icraat qaydasında məhkəməye müraciət olunmalıdır və şikayət üzrə düzgün olaraq cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əavə olunmuş 13.06.2013-cü il tarixli, TT131640V086 nömrəli qəbzin surətindən görünür ki, X7 tərəfindən X2 məxsus olan Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdə elektrik yükünün hesabatı üçün A. ET və LAE İnstitutu MMC-nin hesabına 372,88 manat pul ödənilmişdir. İş materiallarına əavə olunmuş 15.07.2014-cü il tarixli, TT141960KLL8 nömrəli qəbzin surətindən görünür ki, X7 tərəfindən X2 məxsus olan Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektə texniki şərtin alınması üçün Sumqayıt Regional Elektrik Şəbəkəsinin hesabına 19000 manat pul ödənilmişdir. İş materiallarına əavə olunmuş 27.07.2014-cü il tarixli, TT141983XPSR nömrəli qəbzin surətindən görünür ki, X7 tərəfindən X2 məxsus olan Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektə 100 voltluq sayğacın quraşdırılması üçün Sumqayıt Regional Elektrik Şəbəkəsinin hesabına 400 manat pul ödənilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, 15.10.2015-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşər obyektdən 80 kv.metr sahəni X5 icarəyə vermişdir. Həmin obyektə görə iddiaçı tərəfindən cavabdehin əvəzinə cəmi 19772,88 manat məbləğində pul xərclənmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçı X5 19772,88 manat maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19772,88 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı X5 ödənilməlidir. İddia tələbi qalan hissədə heç bir mötəbər sübutla əsaslandırılmadığına, bu səbəbdən də, əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19772,88 (on doqquz min yeddi yüz yetmiş iki manat 88 qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı X5 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar