Məhkəmə qərarları › İş №2(004)-2290/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2290/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2290/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi X6 (Maraqlı şəxs) tərəfindən verilmiş "doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki iş (açar sözlər: doğum faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızıın katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 (Maraqlı şəxs) tərəfindən verilmiş "doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi" barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi X13 (Maraqlı şəxs) tərəfindən verilmiş "doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi" barədə tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.1931-ci il tarixdə Xızı rayonu, Qarabulaq kəndində doğulması, doğum haqqında akt qeydləri kitabında X4 atası qismində X8, anası qismində X22 göstərilməklə, xx.xx.1931-ci il tarixdə Xızı rayonu, Qarabulaq kəndində doğulması barədə qeydin aparılmasının maraqlı şəxsin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1931-ci il tarixdə Xızı rayonu, Qarabulaq kəndində anadan olmuşdur. xx.xx.1952-ci il tarixli, ИЕ № 176397 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X15 rəsmi nikaha daxil olmuşlar. Bigə nikahdan X13 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Bununla bağlı AZ-İİ № 935746 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Yasamal rayonu VVADQ tərəfindən verilmiş AZ-İ №071577 nömrəli, xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. X2 ilə X10 qardaşdırlar. Lakin hər ikisinin qeyd olunan daşınmaz əmlakda payı olub. Ümumi həyətin sənədələri əmisi X25 ğlunun adına olduğundan o, vəfat etdikdən sonra əmlak bütünlükdə həyat yoldaşı X5 mülkiyyətinə miras əmlak kimi vərəsəliik qaydasında keçmişdir. Hal-hazırda, həmin fərdi yaşayış evinin ona düşən hissəsini X11 ona bağışlamaq niyyətindədir. Lakin notariat kontorunda bağışlamanın həyata keçirilməsi üçün aralarında olan qohumluq münasibətinin sübut edilməsi, bunun üçün də atası X3 doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi bildirilmişdir. Bununla bağlı müvafiq orqanlara müraciət edilmiş, lakin X2nun doğum faktı ilə bağlı qeydi bugünədək müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 09 iyul 2024-cü il tarixli, 3-48-DA/2-C-628-6-715/2024 nömrəli məktubuna əsasən, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır.” Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-10F/2-486-2024 nömrəli məktubuna əsasən, “Xızı rayonu Qarabulaq kəndinin doğum haqqında akt qeydləri kitabları Azərbaycan Respublikası Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48DA/2-C- 1028-6-1154/2024 nömrəli məktubuna əsasən, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azəbaycan Respublikası Milli Arxiv İdarəsi Xızı Rayon İcra Hakimiyyəti Xızı rayon dövlət arxivinin xx.xx.2024-cü il tarixli, 3-4819RA/2-C-26-xx/xx/2024 nömrəli məktubuna əsasən “Xızı rayon Qarabulaq kəndində anadan olmuş X4 xx.xx.1931-ci il tarixində doğumunun qeydə alınması barədə məlumatlar aşkar edilməmişdir.” X1 xx.xx.1931-ci il tarixində doğum qeydinin bərpa edilməsi məqsədilə Maraqlı şəxsnə müraciət edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/413/25 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşayıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, X4 doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür.” Göründüyü kimi, doğumun qeyd edilmə faktının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. xx.xx.1952-ci il tarixli evlənmə haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.1931-ci il təvəllüdlü X14 ilə X19 xx.xx.1952-ci il tarixdə nikaha daxil olmuşlar.

8. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 935746 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavadov X31 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavadov X28, anası X12r.

9. Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 071577 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X9 xx.xx.2003-cü ildə vəfat etmişdir.

10. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 09 iyul 2024-cü il tarixli, 3-48- DA/2-C-628-6-715/2024 nömrəli məktubuna əsasən, müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır.

11. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-10F/2-486-2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Xızı rayonu Qarabulaq kəndinin doğum haqqında akt qeydləri kitabları Azərbaycan Respublikası Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir.

12. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 48DA/2-C-1028-6-1154/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.

13. Azəbaycan Respublikası Milli Arxiv İdarəsi Xızı Rayon İcra Hakimiyyəti Xızı Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-4819RA/2-C-26-xx/xx/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Xızı rayon Qarabulaq kəndində anadan olmuş X4 xx.xx.1931-ci il tarixində doğumunun qeydə alınması barədə məlumatlar aşkar edilməmişdir.

14. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/413/25 saylı məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşayıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, X4 doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, ərizəçinin bibisi oğludur. X9 onun dayısıdır. Vəfat edəndə təxminən 65 yaşı olardı. X4 X39məmməd, anası isə X16r. Dayısının dəfnində iştirak etmişdir.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

21. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

23. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

24. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

25. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

26. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2- ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

28. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

29. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

31. İddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, X4 şəxsiyyətini təsdiq edən sənədi vardır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X9 23 iyul 1931-ci il tarixdə Xızı rayonu, Qarabulaq kəndində doğulmuşdur. Bundan başqa ərizəçi X4 doğum akt qeydinin bərpası ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin ona xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığından doğum faktının müəyyən edilməmişdir.

32. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki şəxsiyyət vəsiqəsində ərizəçinin doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Ərizəçi doğum qeydi ilə bağlı müvafiq orqana müraciət etsə də, arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X4 xx.xx.1931-ci il tarixdə Xızı rayonu, Qarabulaq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.1931-ci il, doğulduğu yer Xızı rayonu, Qarabulaq kəndi, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X22 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

35. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. X4 xx.xx.1931-ci il tarixdə Xızı rayonu, Qarabulaq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.1931-ci il, doğulduğu yer Xızı rayonu, Qarabulaq kəndi, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X22 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi X1 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar