Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2293/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, cavabdeh «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «xxxxxxxxxx» QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddiaları üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «xxxxxxxxxx» QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, X5 ilə «xxxxxxxxxx» QSC arasında xx xxxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanılmış, müqavilənin şərtlərinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Müqavilənin şərtlərinə əsasən verilən hər bir kreditin məbləği faiz dərəcəsi, müddəti məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən olunur. Kredit xətti müqaviləsi bankın kredit vermə vədini ifadə etmir. Daha sonra xx xxxxxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən Sevinc Həsənovaya 10000 manat məbləğində kredit verilmiş və onlar öhdəliyin təminatı olaraq həmin kredit müqaviləsinə zamin durmuş və zamanında həmin kredit əsas borclu tərəfindən tam olaraq ödənilmişdir. Daha sonra onların məlumatı və razılığı olmadan xx xxxxx 2015-ci il tarixdə X2 20000 ABŞ dolları məbləğində aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 18 ay müddətinə kredit verilmişdir. Bir daha qeyd edirlər ki, onların həmin kredit müqaviləsindən xəbərləri olmamışdır. Bank ilə Sevinc Həsənova arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank hissələrlə kredit alana 50000 ABŞ dolları məbləğində kredit xətti açır, müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, kreditlər tərəflər arasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcəkdir, bu müqavilə bankın kredit vermə vədini ifadə etmir. Bundan əlavə sözü gedən müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Bundan əlavə kreditin verilməsi və qaytarılması şərtlərini tənzimləyən 2-ci maddədə qeyd edilmişdir ki, hər hansı bir kredit verilməmişdən əvvəl kredit alan bu müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə zaminlik müqaviləsinin bağlanmasını təmin etməlidir. İddiaçı bank ilə onlar arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun şəkildə tərtib edilməmiş, əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmamışdır. Müqavilənin bütün mühüm şərtləri barədə tərəflər arasında razılıq əldə edilməsi gərəkdiyi halda onların arasında bağlanmış müqavilə ümumi xarakter daşımış, müqavilədə borcluya verilməsi nəzərdə tutumuş kreditin məbləği, qaytarma müddəti, faiz dərəcəsi və digər şərtləri qeyd edilməmişdir. Kredit xətti müqaviləsi üzrə kredit alan 2013-cü il tarixdə 10000 manat məbləğində kredit götürmüş və öhdəliyini vaxtı vaxtında icra etməklə krediti bağlamışdır. Daha sonra onların xəbəri və razılığı olmadan (hansı ki, kredit xətti müqaviləsində qeyd edilmişdir ki, kredit verilməmişdən əvvəl öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə zaminlik müqaviləsi bağlanmalı idi.) xx xxxxx 2015-ci il tarixdə devalvasiya dövründə, dolların manat qarşısında bahalaşdığı bir dövrdə əsas borclu Sevinc Həsənova kredit xətti müqaviləsinə istinad edərək 18 ay müddətinə faktiki illik faiz dərəcəsi 27,89 % olmaqla 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onlar isə həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasına zamin durmamışdır. Aralarında belə bir müqavilə olmamışdır. Aralarında imzalanmış zaminlik müqaviləsində onlar Bankla borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasına zamin dursa da, həmin kredit xətti müqaviləsində kredit müqaviləsinin bütün mühüm şərtləri, o cümlədən faiz dərəcəsi, dəbbə pulu və veriləcək hər bir kredit məbləğinin qaytarılması müddətləri və digər əsas şərtlər müəyyən edilməmişdir. Eyni zamanda həmin şərtlərin müəyyən edildiyi xx.xx.2015ci il tarixli kredit razılaşmasını imzalamamış, müqavilənin şərtləri barədə məlumatları olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqelərə görə zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Bundan əlavə kredit müqaviləsinin bağlandığı dövrdə 2 dəfə devalvasiya olmuş 1 manat 1,05 ABŞ dollarına, 2ci devalvasiyadan sonra isə 1,70 ABŞ dollarına bərabər olmuşdur ki, bu da onların öhdəliyin icrası ilə bağlı götürəcəyi riski artırdığından və borc alanın vaxtı vaxtında öhdəliyini icra etməsi ilə bağlı əsaslı şübhələri olduğundan onların bu şərtlərlə zamin durmağı qeyri mümkün idi. Göründüyü kimi, bu hal da onların vəziyyətini ağırlaşdırmışdır. Göstərilənlərə əsasən İddiaçı1 ilə «xxxxxxxxxx» QSC arasında bağlanılmış xx xxxxxxx 2013-cü il tarixli № 05S000009946 saylı, İddiaçı3 ilə «xxxxxxxxxx» QSC arasında bağlanılmış xx xxxxxxx 2013-cü il tarixli № 05S000009944 saylı, İddiaçı2 ilə «xxxxxxxxxx» QSC arasında bağlanılmış xx xxxxxxx 2013-cü il tarixli № 05S000009943 saylı zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) xəbərdar olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh «xxxxxxxxxx» QSC-nin nümayəndəsi işin mahiyyəti üzrə həll edilməsini tələb etmiş və işə iddiaçıların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-719/2018 saylı qətnaməsinə əsasən, iddiaçı «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və X7 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 13138.65 ABŞ dolları məbləğində kredit borcu, 3156.29 məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16794.94 ABŞ dolları (ödəniş gününə olan Azərbaycan manatına uyğun məzənnə ilə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 730/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-719/2018 saylı qətnaməsi cavabdeh İddiaçı1 Vqif oğluna aid hissədə qismən, 3156.29 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissədə ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-7558/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdehlər tərəfindən hazırki iddia rəizəsində göstərilmiş hallar artq mübahisələndirilmiş, apellyasiya və kasasiya şikayətləriinin əsası da hazırki iddia tələbinin əsasları ilə eynilik təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasənişə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işin halları ilə müəyyən edilir ki, X5 ilə «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 05L000004528 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank kredit alana 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açmış, İddiaçı2, İddiaçı3, İddiaçı1 və X10 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, sonuncular xx.xx.2013-cü il tarixli kredit xətti və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə 120 ay müddətində verilməsi nəzərdə tutulan 50000 ABŞ dollarının qaytarılması üzrə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. X5 ilə «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən kredit alana 18 ay müddətinə, aylıq 2.1667 faizlə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)- 719/2018 saylı qətnaməsinə əsasən, iddiaçı «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və X7 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 13138.65 ABŞ dolları məbləğində kredit borcu, 3156.29 məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16794.94 ABŞ dolları (ödəniş gününə olan Azərbaycan manatına uyğun məzənnə ilə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-730/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-719/2018 saylı qətnaməsi cavabdeh İddiaçı1 Vqif oğluna aid hissədə qismən, 3156.29 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissədə ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-7558/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Müvafiq iş üzrə İddiaçı1 kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-7558/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, təmin edilməyərkən həmin qərarla hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət gösdərildiyindən zaminlərin borcu X3 verilmiş həmin kreditə görə daha öncə bağlanmiş kredit xətti müqaviləsinə əsasən sonuncu ilə birlikdə kreditin ödənilməsinə görə öhdəlik daşımaları qənaətinə gəlinmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki,iş üzrə olan sübutlarla zaminlik öhdəliyinə xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən əhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «xxxxxxxxxx» QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddiaları rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2293/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2293/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver