Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-23/2023 19.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "binanın inzibati otağının, açarlarının, binaya aid sənədlərin, möhür və sxemlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "binanın inzibati otağının, açarlarının, binaya aid sənədlərin, möhür və sxemlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh olan "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin keçmiş qanuni təmsilçisi Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın inzibati ofisinin, onun açarlarını, möhürünün, binanın sənədlərinin və sxemin alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə xx.xx.2018-ci il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adında qurum yaradıldı. Həmin dövrdə qurumun qanuni təmsilçisi cavabdeh olan Cavabdeh seçilmişdir. Cavabdehin "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin rəhbəri kimi özünü doğrultmadığı, yığılan pullar hesabına binanın təmir-tikinti işləri ilə məşğul olmadığı, binanın liftinin təzələnməsi və s. işlərin görülməməsi səbəbindən mülkiyyətçilərin razılığı ilə yenidən ümumi yığıncaq keçirərək cəmiyyətə yeni təsisçi seçilməsi üçün xx.xx.2020-ci il tarixində iclas keçirildi və iddiaçı olaraq o İddiaçı yığıncağın qərarı ilə yeni qanuni təmsilçi seçilmişdir. Ümumi yığıncağın yeni qərarı ilə xx.xx.2020-ci il tarixdə nizamnamədə dəyişiklik qeydə alınaraq onun qanuni təmsilçi kimi səlahiyyətli şəxs olaraq qeydə alınmış və Azərbaycan Respublikasının Qeydiyyat və notariat baş idarəsinin rəisi İ.Məmmədov tərəfindən təsdiq edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh hal-hazırda da öz əməlindən əl çəkmir, səlahiyyətli şəxs kimi binanın inzibati ofisinin, onun açarlarını, möhürü, binanın sənədlərini və sxemi təqdim etmir və bundan qəsdən yayınır. Halbuki, artıq bütün bu qeyd edilən sənədlər və s. əşyalar ona təhvil verilməlidir. Çünki artıq bütün səlahiyyətlər ondadır və hazırda bunlara cavabdehlik onun üzərinə düşmümşdür. Cavabdehə dəfələrlə bununla bağlı müraciət etsəkdə nəticəsiz qalmışdır və bu səbəblərə görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMMC-nin təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan, 21,06.2018-ci il tarixdə 1119-MM5-0084 nömrə ilə AR Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Reyestrində qeydə alınmış, fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olan hüquqi şəxsdir. Fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, X1, D.Bünyadzadə küçəsi, ev 1 ünvanıdır. Əvvəlki qanuni təmsilçi X3 olmuş, 23.01,2019-cu il tarixli protokolu əsasında onu Cavabdeh əvəz etmişdir. "xxxx" MMMC-nin növbəti ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, MMMC-nin fəaliyyət göstərdiyi binada mövcud olan sahə mülkiyyətçilərinin sayı 139 nəfər, MMMC-nin iştirakçısı olan sahə mülkiyyətçilərinin sayı 80 nəfər və ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin sayı 65 nəfərdir. Ümumi yığıncağın gündəliyində duran "Yasamal-24” MMMC-nin hüquqi ünvanının dəyişdirilməsi, idarə heyətinin seçilməsi, idarə heyəti üzvləri sırasından İddiaçı idarə heyətinin sədri seçilməsi, nəzarət təftiş komissiyasının seçilməsi məsələləri üzrə yekdilliklə qərar qəbul edilmiş, cəmiyyətin yeni hüquqi ünvanı ünvan 3nzil 107 müəyyən edilməsi və buna müvafiq olaraq nizamnaməyə dəyişiklik edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi qərara alınmışdır. "xxxx" MMMC-nin nizamnaməsinə xx.xx.2020-ci il tarixdə edilmiş və AR ƏN- də qeydiyyata alınmış dəyişikliyə əsasən ümumi yığıncağın xx.xx.2020-ci il tarixli qərarı əsasında qanuni təmsilçi Cavabdeh İddiaçı onu əvəz etmiş, cəmiyyətin yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, X1, D.Bünyadzadə küçəsi, ev 107 kimi qeyd edilmişdir. "xxxx" MMMC-nin növbəti ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarının qəbul edilməsinə razılıqları barədə MMMC-nin 65 sahə mülkiyyətçilərinin imzaları qərara əlavə olunmuşdur. Daha sonra iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “ümumi yığıncağın qərarının, həmin qərar əsasında tərtib edilmiş protokolun və həmin protokol əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3446/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək "xxxx" MMMC ümumi yığıncağının xx.xx.2020-ci il tarixli Qərarı və Protokolunun, həmin Protokol əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya qurumlarının Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/3938/4-14 saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMMC-nin nizamnaməsinə xx.xx.2020-ci il tarixdə edilmiş və AR ƏN- də qeydiyyata alınmış dəyişikliyə əsasən ümumi yığıncağın xx.xx.2020-ci il tarixli qərarı əsasında qanuni təmsilçi Cavabdeh İddiaçı onu əvəz etmiş, cəmiyyətin yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, X1, D.Bünyadzadə küçəsi, ev 107 kimi qeyd edilmişdir. "xxxx" MMMC-nin növbəti ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarının qəbul edilməsinə razılıqları barədə MMMC-nin 65 sahə mülkiyyətçilərinin imzaları qərara əlavə olunmuşdur. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3446/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMMC ümumi yığıncağının xx.xx.2020-ci il tarixli Qərarı və Protokolunun, həmin Protokol əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri- Kommersiya qurumlarının Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/3938/4-14 saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "binanın inzibati otağının, açarlarının, binaya aid sənədlərin, möhür və sxemlərin təhvil verilməsi” tələbninə dair iddiası təmin edilməmə və iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "binanın inzibati otağının, açarlarının, binaya aid sənədlərin, möhür və sxemlərin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-23/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-23/2023
19.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver