Məhkəmə qərarları › İş №2(004)-2302/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2302/2023

31.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2302/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən sıxlaşdırılmış bir otağın mövcud bazar qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib olaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2lı yaşayış evində yerləşən 11 saylı mənzil təcrid olunmuş sahələri 14 kv.m və 16.80 kv.m-dən ibarət 2 təcrid olunmuş otaqlardan, sahəsi 20.90 kv.m olan sıxlaşdırılmış 1 otaqlı mənzildən və ümumi istifadədə olan yardımçı sahələrdən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” ******* saylı Çıxarışı ilə ünvan 2lı evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən sıxlaşdırılmış bir otağına 5/12 hissədə İddiaçı1, 5/12 hissədə İsmayılov An ar Abbas oğlunun, 1/12 hissədə açıq saxlanılmış, mərhum X1 varisi Cavabdeh, 1/12 hissədə İddiaçı3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyd olunan otağa hazırki iş üzrə cavabdeh X5 ilə birlikdə onların paylı mülkiyyət hüquqları təmin olunmuşdur. Dəfələrlə Cavabdeh edilmiş xəbərdarlıq və tələblərinə baxmayaraq sözügedən ötaqdan Cavabdeh istifadə edir və onların həmin otaqdan hər hansı bir formada istifadələrinə imkan vermir. Bu hərəkətləri ilə cavabdeh otağa sahiblik və ondan istifadə barədə, habelə otağın bölünməsi və ya ondan payların ayrılması barədə heç bir razılığa gələ bilməmişlər. Otağın hazırki bazar qiymətinə uyğun paylara ayrılması barədə təkliflərinə cavabdeh münasibət bildirməmiş və öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X12 izahatında bildirmişdir ki, mübahisə predmeti olan mənzil 3 otaqlıdır. 2 ayrıca otaq və bir sahəsi 20.9 kv.m olan başqa bir otaq. Həmin bir otaq 4 nəfərin paylı mülkiyyətindədir. Təqdim etdikləri sənəddə kimin nə qədər paya sahib olduğu göstərilmişdir. Baxmayaraq ki, həmin otaq paylı mülkiyyətdədir, lakin cavabdeh həmin otaqdan tək istifadə edir. Buna görə də tərəflər arasında mübahisə yaranmışdır. Əvvəl iddiaçılar payların naturada bölgüsü ilə bağlı müraciət etmişlər. Lakin həmin iddia təmin edilmədiyindən, iddiaçılar hazırki iddia ilə müraciət etmişlər. Rüstəmov Telmanın payı isə ancaq zirzəmiyədir. Onun otaqlara heç bir pay hüququ yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Həmçinin bildirmək istəyir ki, həmin ev həbsdədir. Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə evin üzərinə həbs qoyulmuşdur. Rüstəmov Telman tərəfindən qanunsuz olaraq bir sıra hərəkətlər edildiyinə görə evə həbs qoyulmuşdur, həmçinin Rüstəmov Telman özü də həbsdədir. İddiaçı3 Türkiyə Respublikası vətəndaşıdır və həmin paya ehtiyacı da yoxdur, Türkiyədə yaşayır. İddiaçı2 ev almışlar. Hal-hazırda evi kirayə verib, anası ilə yaşayır. Məmmədcavadın isə 2 otaq və bir köməkçi sahədən ibarət yeri var. Yəni onun da ehtiyacı yoxdur. Yalnız onun ehtiyacı var. Orada da doğulmuşdur və atasının evi olub. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh ekspertiza keçirilərkən orada iştirak etməyib. Həmçinin fikirləşir ki, ekspertiza şəffaf keçirilməyib və orada müəyyən maraqlar güdülmüşdür. Ola bilər ki, tərəflər iştirak etmədən də ekspertiza keçirilsin. Lakin məhz cavabdehin evdə olmadığı bir vaxtda ekspertizanın keçirilməsi və ya şəkillərin ümumiyyətlə ekspertin gəlib iştirak edərək çəkilməsi cavabdehdə şübhə doğurur və cavabdeh düşünür ki, ekspert iddiaçı tərəfin maraqlarına xidmət edib. Buna görə də yenidən ekspertizanın keçirilməsini istəyirlər. Onlar ekspertin qoyduğu qiymətlə razı deyillər. Həmçinin istəyirlər ki, cavabdehin yeganə mülkiyyətinin qiymətləndirilməsi dövlət ekspertiza mərkəzi tərəfindən aparılsın. Hesab edirlər ki, bu onun konstitusion hüququdur. Sadəcə olaraq iddiaçı tərəf cavabdehlə prinsip aparır. Həbs Telmanın zirzəmini Şahin adlı şəxsə satması ilə bağlı qoyulub və Telmanın payı yalnız zirzəmiyədir. Lakin çıxarışda ümümi olaraq yəni 210 kv.m göstərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, təqdim etdikləri sənədlərdən göründüyü kimi, uzun müddətdir ki, otaqlar ayrılıb. Mübahisə predmeti olan və paylı mülkiyyətdə olan otaq yalnız cavabdeh tərəfindən istiadə edilir və onların istifadə hüquqları məhdudlaşdırlır. Çünki həmin otaq onun evinin içindədir. Cavabdehin ucbatından oğlunu evləndirsə də onu ailəsi ilə birlikdə öz evinə gətirə bilmir. Çünki iki düşmən münasibətdə olan ailənin bir evdə yaşaması mümkün deyil. Ona payın alınması ilə bağlı təklif göndərilib və o həmin payı almaq istəyir. Lakin digər payçıların paylarını almaq istəmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, 210,3 m2 ümumi sahəyə malik mənzilin 2 otaq yaşayış sahəsi olmaqla 30,8 kv.m və 64.1 kv.m zirzəmi X2 adına, 66,7 kv.m sahəsi olan zirzəmi X8 adına rəsmiləşdirilmiş və sahəsi 20,9 kv.m. təşkil edən 1 otaqda isə İddiaçı1 5/12 hissədə payı, İddiaçı2 5/12 hissədə payı, İddiaçı3 1/12 hissədə payı və X1 1/12 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-150/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı1, İddiaçı2n və İddiaçı3 X3 və X10 ünvanladığı bildiriş məktublarından görünür ki, ünvan 2lı evdə yerləşən 11 saylı mənzilin zirzəmisi üzrə ümumi birgə mülkiyyətçi olmağını əsas götürərək mübahisəli məsələ barədə onu məlumatlandırmış və tərəfindən hər hansı bir irəli sürüləcək təklifini müzakirəyə qəbul etmək istəyində olduqlarını və 10 gün müddətində təkliflərinin dəyərləndirilməsini xahiş etmişlər. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 66 saylı rəyinə əsasən İddiaçı1 və digərlərin paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 kv.mtəşkil edən 1 otağının müqayisəli satışlar metodundan istifadə etməklə 13 iyul 2023-cü ilə hazırki bazar dəyəri 30000 manat, likvid dəyri 25000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1.paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən, 210,3 m2 ümumi sahəyə malik mənzilin 2 otaq yaşayış sahəsi olmaqla 30,8 kv.m və 64.1 kv.m zirzəmi X2 adına, 66,7 kv.m sahəsi olan zirzəmi X8 adına rəsmiləşdirilmiş və sahəsi 20,9 kv.m. təşkil edən 1 otaqda isə İddiaçı1 5/12 hissədə payı, İddiaçı2 5/12 hissədə payı, İddiaçı3 1/12 hissədə payı və X1 1/12 hissədə payı olmaqla sadalananların ümumi paylı mülkiyyətindədir. Belə ki hazırda iş üzrə tərəflər arasında ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən bir otağından istifadə və sahiblik etmədə müəyyən maneələr yaranmışdır. Ona görə də hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən sıxlaşdırılmış bir otağın mövcud bazar qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib olaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, əvvəlcə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-150/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin mülki işə əsasən mübahisəli ümumi paylı müıliyyətdə olan otağın naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Mövcud vəziyyət tərəflərin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratdığından məhkəmə belə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və əldə olunmuş məbləğin tərəflərin paylarına mütənasib olaraq bölünməsi tələbi” ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 66 saylı rəyindən görünür ki, İddiaçı1 və digərlərin paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 kv.mtəşkil edən 1 otağının müqayisəli satışlar metodundan istifadə etməklə 13 iyul 2023-cü ilə hazırki bazar dəyəri 30000 manat, likvid dəyri 25000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın bazar dəyəri 30000 (otuz min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin 5/12 hisəsi İddiaçı1, 5/12 hissəsi İddiaçı2, 1/12 hissəsi İddiaçı3, 1/12 hissəsi isə Cavabdeh ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti də iş üzrə tərəflər arasında müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın bazar dəyəri 30000 (otuz min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin 5/12 hisəsi İddiaçı1, 5/12 hissəsi İddiaçı2, 1/12 hissəsi İddiaçı3, 1/12 hissəsi isə Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar