Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2322/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinə qarşı “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” publik hüquqi şəxsi ilə onun- İddiaçı arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 25 dekabr 2023-cü il tarixli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa olunmağı, onunla 09 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin 2025-ci ilin yanvar ayı daxil olmaqla uzadılması (onun təqaüdə çıxacağı vaxt nəzərə alınmaqla) və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2” publik hüquqi şəxsi tərəfindən “X2”nin X1 filialının Sənədlərlə iş və inzibati şöbəsində kargüzarlıq vəzifəsində işləyən İddiaçı 09 dekabr 2022-ci il tarixind bağlanmış əmək müqaviləsinə 25 dekabr 2023-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xitam verilmişdir. Onun “X2”ndə ümumi iş stajı təxminən 23,6 ildir. Həmin strukturda o, həmişə müddətsiz əmək müqaviləsi ilə işləmişdir. 2025-ci ilin yanvarında təqaüdə çıxmalı idi. Məhkəmə qətnaməsi ilə işə bərpa edilərkən cavabdeh tərəfindən ona bildirilmişdir ki, onunla əmək müqaviləsi 2025-ci ilin yanvar ayı da daxil olmaqla bağlanılır. Bu səbəbdən də o, əmək müqaviləsinin 25 dekabr 2023-cü il tarixədək bağlanması məsələsinə fikir vermədən müqaviləni imzalamışdır. İndi ona məlum olur ki, cavabdeh ona düzgün məlumat verməmişdir. Hesab edir ki, onunla bağlanmış 09 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə 25 dekabr 2023-cü il tarixdə xitam verilməsi barədə əmr əsassız olduğundan ləğv edilməlidir. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı 11 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək əmək məzuniyyətində olduğu üçün işə davamiyyət kitabına imza atmamış, 23-24 dekabr 2023-cü il tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyindən 25 dekabr 2023-cü il tarixdə işə çıxmış, həmin gün davamiyyət kitabına imza atmış, həmin gün onunla bağlanmış əmək müqaviləsinə 25 dekabr 2023-cü il tarixdən xitam veriləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmasını növbəti günlərdə işə gəlməməyi və davamiyyət kitabında imzalarının olmaması da sübut edir.İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin 25 dekabr 2023-cü il tarixdə xitam edilməsi hazırki məhkəmə işi üzrə işin mübahisəsiz halıdır.İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən qanunvericilikdə nəzərdə tutulan iddia müddətini daha artıq müddətə ötürmüş və özü də iddia ərizəsində iddia müddətini ötürdüyünü dolayısı ilə etiraf etmişdir. Bu baxımdan iddia müddətinin ötürülməsi faktı nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, əmək müqaviləsinə 25 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. Müvafiq əmr ona 16 yanvar 2024-cü il tarixdə təqdim edilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı isə 26 dekabr 2023-cü il tarixində olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən “X2”nin X1 filialının Sənədlərlə iş və inzibati şöbəsində kargüzarlıq vəzifəsində çalışan İddiaçı 25 dekabr 2023-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmiş və onunla 09 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1200/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “X2” İdarə heyətinin sədri tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrin etibarsız hesab edilməsi, İddiaçı “X2”nin 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı 10 sentyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6770/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “X2” tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1200/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6930/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “X2” tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6770/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2”nin İddiaçı ünvanladığı 08 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə 09. Dekabr 2022-ci il tarixində bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 25 dekabr 2023-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək keçirdiyi əməliyyatla əlaqədar ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2”nin Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 01 dekabr 2023-cü il tarixli əmrinə əsasən “X2”nin X1 filialının Sənədlərlə iş və inzibati şöbəsində kargüzar vəzifəsində çalışan İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə 6 təqvim günü müddətinə əsas, 6 təqvim günü müddətinə əmək stajına görə əlavə olmaqla, cəmi 12 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsi, məzuniyyətin başlama tarixi 11 dekabr 2023-cü il, bitmə tarixi 22 dekabr 2023-cü il, 23-24 dekabr tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyindən işə çıxma tarixi 25 dekabr 2023-cü il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli KM5 və KM6 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı istifadə edilməmiş məzuniyyət günləri üçün 22,81 manat məbləğində və əmək haqqına görə 194,37 manat olmaqla, cəmi 217,18 manat məbləğində son haqq hesab ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2”nin Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 3-17-2/3-4-1976/2023 nömrəli son haqq hesab hesablaşma cədvəlindən görünür ki, İddiaçı istifadə edilməmiş məzuniyyət günləri üçün 22,81 manat məbləğində və əmək haqqına görə 194,37 manat olmaqla, cəmi 217,18 manat məbləğində son haqq hesab ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh “X2” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi AR MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən və iddia ərizəsinə mediasiyaya müraciəti ilə bağlı hər hansı bir sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən 2(004)-1655/2024 saylı işlə bağlı çıxarışdan görünür ki, İddiaçı cavabdeh “X2” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, işə bərpa tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklifi iddiaçı xx.xx.2024-cü il tarixində vermişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən “X2”nin X1 filialının Sənədlərlə iş və inzibati şöbəsində kargüzarlıq vəzifəsində çalışan İddiaçı 25 dekabr 2023-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla 09 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinə qarşı “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” publik hüquqi şəxsi ilə onun- İddiaçı arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 25 dekabr 2023-cü il tarixli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa olunmağı, onunla 09 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin 2025-ci ilin yanvar ayı daxil olmaqla uzadılması (onun təqaüdə çıxacağı vaxt nəzərə alınmaqla) və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsi isə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən qanunvericilkdə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, İddiaçı hakimin məhkəmə iclasında ona verdiyi suala cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona 16 yanvar 2024-cü il tarixdə təqdim edilmiş, əmək müaviləsinə xitam verilməsi barədə məlumatı isə 26 dekabr 2023-cü il tarixində olmuşdur. Bundan əlavə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli KM5 və KM6 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı istifadə edilməmiş məzuniyyət günləri üçün 22,81 manat məbləğində və əmək haqqına görə 194,37 manat olmaqla, cəmi 217,18 manat məbləğində son haqq hesab ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh “X2” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi AR MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən və iddia ərizəsinə mediasiyaya müraciəti ilə bağlı hər hansı bir sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən 2(004)-1655/2024 saylı işlə bağlı çıxarışdan görünür ki, İddiaçı cavabdeh “X2” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Habelə xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, işə bərpa tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklifi iddiaçı xx.xx.2024-cü il tarixində vermişdir. Qeyd edilənlər təsdiq edir ki, X2”nin X1 filialının Sənədlərlə iş və inzibati şöbəsində kargüzarlıq vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 25 dekabr 2023-cü il tarixində xitam verilmiş, işçiyə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı son-haqq hesab 26 dekabr 2023-cü il tarixdə ödənilmiş və iddiaçı mövcud əmək mübahisəsi ilə bağlı ilkin olaraq məhkəməyə 16 fevral 2024cü il tarixində müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 26 dekabr 2023-cü il tarixindən 1 aylıq müddət ərzində məhkəməyə müraciət etməli olduğu halda, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan (27 yanvar 2024-cü il tarixdən) təxminən 20 gün sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə təqdim etdiyi keçirdiyi əməliyyyatla bağlı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ambulator müalicədə olmasını təsdiq edən Ambulator kitabçadan çıxarış isə iddia müddətinin üzlü səbəbdən ötürülməsi baxımından mötəbər sübut hesab edilə bilməz. Tarixə nəzər yetirdikdə görmək olur ki, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə son haqq hesabın ödənildiyi 26 dekabr 2023-cü il tarixdir. İddiaçının səhhətində olan problem isə iddia müddətinin ötürüldüyü gündən (27 yanvar 2024-cü il) 1 ay 5 gün sonraya təsadüf edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X2” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2322/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2322/2024
11.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver