Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2338/2020 11.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1MTK, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və X2 qarşı maliyyə arayışının, orderin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və X2 qarşı maliyyə arayışının, orderin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (1 otaqdan ibarət, ümumi sahəsi 80,0 kv.m olan) dair Cavabdeh1 tərəfindən tərtib edilərək digər Cavabdeh2 xeyrinə verilmiş (yazılmış) maliyyə arayışının və xx.xx.2006-cı il tarixli, 010304 nömrəli orderin etibarsız hesab edilməsi; mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (l otaqdan ibarət, ümumi sahəsi 80,0 kv.m olan) dair xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsCavabdeh1dırılmışdır ki, «Cavabdeh1" MTK ilə iddiaçı arasında "kooperativ binada mənzil tikintisi üçün" xx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən, 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzil təfindən alınmışdır. Mənzilin dəyəri müqavilənin bağlanması ilə eyni vaxtda tam şəkildə ödənilmiş və hətta bu barədə müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndində birbaşa qeyd edilmişdir. Daha sonra MTK tərəfindən iddiaçıya order üçün 250 ABŞ dolları və həmin mənzilə aid olan eyvan üçün 300ABŞ dolları ödənilməsi tələb edilmişdir. Həmin ödənişlər iddiaçı tərəfindən eyvan üçün 300 ABŞ dolları xx.xx.2006-cı il tarixdə, order üçün isə 250 ABŞ dolları xx.xx.2006-cı il tarixdə ödənilmişdir. Bundan sonra, mənzilin iddiaçıya təhvil verilməsi barədə xx.xx.2006-cı il tarixli, 23 nömrəli Akt tərtib olunmuş və mənzilin həm də faktiki olaraq iddiaçıya verilməsi yekunlaşmışdır. Bununla da, xx.xx.2006-cı tarixdən mənzilə həm hüquqi əsasların mövcudluğu ilə bərabər, həm də faktiki olaraq sahiblik və istifadə etməyə başlamışdır. Mənzilə dair xx.xx.2006-cı il tarixdə müqavilənin bağlanması ilə yanaşı mənzildə təmir işlərinə başlanılmış və bu təmir də həmin ilin may ayına qədər davam etmişdir. Təmir işləri tam qurtardıqdan sonra, 2006-cı ilin may ayından başlayaraq bu günə qədər iddiaçı həmin mənzildə yaşayır. Məhz elə təmirin başa çatması və yaşayışa başlamağının səbəbindən xx.xx.2006-cı il tarixli, 23 nömrəli Akt tərtib olunmuşdur. Həmin mənzildə yaşamağa başladığı gündən etibarən 14 il müddətində tərəfindən bütün kommunal və bu kimi digər xərclər MTK-ya ödənilmişdir. MTK ilə iddiaçı arasında hal-hazıra qədər heç bir mübahisə və ya məhkəmə müstəvisində olan iş olmamışdır. Mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətinə xx.xx.2019-cu il tarixdə, **********28 nömrəli imtina məktubu ilə cavablandırılmışdır. İmtinanın səbəbi kimi, mənzilin digər fiziki şəxsin adına özəlləşdirilməsinin göstərilməsi olmuşdur. Belə olan halda, ilk olaraq, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi qaydada MTK-ya müraciət olunaraq, bu qanuna zidd hərəkətlərin nədən ibarət olması, əgər belə bir hal olmuşdursa, bununla bağlı müvafiq rəsmi məlumatların ona təqdim olunması xahiş olunmuşdur. Məktub MTK-nın həm hüquqi ünvanına, həm də faktik olaraq mənzilin yerləşdiyi binada olan ofisinə göndərilmişdir. Lakin, qeyd edilən məktubların hər ikisinə MTK tərəfindən imtina olunmuş və bu barədə poçt daşıma xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə imtina aktları tərtib edilmişdir.Həmçinin, vəkil sorğusu ilə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi barəsinə müraciət olunaraq mənzilin kimin adına və hansı hüquqi əsaslar əsasında özəlləşdirilməsi barədə rəsmi qaydada cavab istənilmişdir. Həmin sorğuya sonuncu idarənin xx.xx.2019-cu il tarixli, **********95 nömrəli məktubu ilə bildirilmişdir ki, mənzil Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmiş və bu qeydə alınmanın da hüquqi əsasları kimi, Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 tarixli qətnaməsi, xx.xx.2006-cı il tarixli, 010304 saylı order, forma-2 və maliyyə arayışı çıxış etmişdir. Qeyd olunan hüquqi əsasa görə növbəti vəkil sorğusu ilə Nərimanov rayon Məhkəməsinə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yenidən müraciət edərək qeyd edilən sənədlərin rəsmi qaydada verilməsi xahiş olunmuşdur. Nərimanov rayon Məhkəməsinin qətnaməsinin təsdiq edilmiş kserosurəti elə Məhkəmənin özü tərəfindən xx.xx.2020-ci il tarixdə şəxsən götürülmüşdür. 1 saylı Əİ-nə ünvanlanmış vəkil sorğusuna isə, xx.xx.2020-ci il tarixli, **********20 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, istənilən sənədlərin verilməsi ancaq məhkəmənin müvafiq qərarl ilə mümkündür. Bundan başqa, xx.xx.2020-ci il tarixli, 09 nömrəli müvafiq vəkil sorğusu ilə Bakı şəhər İH-nə müraciət olunaraq adı çəkilən orderin də əldə edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Sorğuya sonuncu idarə tərəfindən xx.xx.2010-ci il tarixli, 7- 148/17 nömrəli məktubla müsbət cavab verilmiş və haqqında danışılan 010304 nömrəli orderin təsdiq edilmiş kserosurəti rəsmi qaydada təqdim edilmişdir. Orderlə ilkin tanışlıq zamanı bir daha görünür ki, vaxtı ilə Nərimanov rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsi qəbul olunarkən, mübahisəli mənzilin kvadrat sahəsi həm başqa olmuş, həm də mənzilin iddiaçıya məxsusluğu məhkəmədən gizlədilmişdir. Həmçinin, Nərimanov rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsindən müvafiq qaydada apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti verildikdən sonra, xx.xx.2020-ci il tarixli ərizəilə apelyasiya instansiyasında işlə tanış olan zaman, haqqında danışdığımız maliyyə arayışının və forma- 2 arayışının kserosurətlərini əldə etmək mümkün olmuşdur. Ümumiyyətlə, iş materiallarında da həmin sənədlərin ancaq kserosurətləridir. İstinad edilən "sənədlər"dən aydın görünür ki, hər iki sənədin tarixi yoxdur və açıq şəkildə Nərimanov rayon Məhkəməsinin qətnaməsinin araşdırdığı hallarla heç bir uyğunluq yaratmamışdır. Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə tanış olan zaman nə qədər saxta və düzgün olmayan məlumatların məhkəməyə təqdim edilməsi, eləcə də, iddiaçıya məxsus olan mənzilin vaxtı ilə iki hissəyə bölünərək yarı hissədə iddiaçıya, yarı hissədə də başqa bir şəxsə satılmasına baxmayaraq, MTK-nın keçmiş sədri Cavabdeh2 qəsdən ümumilikdə 53 nömrəli mənzili öz adına rəsmiləşdirmişdir. Guya həmin mənzilin dəyəri onun tərəfindən ödənilmiş, MTK-ya borcu yoxdur və bu barədə də müvafiq maliyyə arayışı belə hazırlanmışdır. Eləcə də, Bakı şəhər İH-nin xx.xx.2006-cı il tarixli, 30 saylı Sərəncamı ilə həmin tarixdə 010304 nömrəli order belə almışdır. Bütün bu işlərdən heç zaman nə iddiaçının, xəbəri olmuş, nə də ki, bu barədə heç kəs, heç bir idarə və ya MTK belə iddiaçıya xəbər verməmişdir. Ümumiyyətlə, Cavabdeh2 Cavabdeh1-nın sədri olmuş, iddiaçı ilə bağlanmış müqavilənin tərəfi kimi MTKnın adından çıxış etmiş, daim iddiaçı tərəfindən kommunal və bu kimi digər xərclər tam ödənilmiş və bu barədə heç zaman mübahisələri olmamışdır. Hazırki iddia tələbinin verilməsinin səbəbi iddiaçının mənzili özəlləşdirmək istəməyinin nəticəsi olaraq yaranmışdır. Əgər bu niyyəti olmasa idi, yenə də bu mənzilin Cavabdeh2 adına özəlləşdirilmiş olaraq qalmış olacaqdı və bundan da heç zaman xəbəri olmayacaqdı. Bundan başqa, mənzil həqiqətən də ona məxsus olmuşdursa, onda bu günə qədər Cavabdeh2 bir dəfə olsun bununla bağlı nə iradını bildirmiş, nə mübahisə açmamış, hətta iddiaçı tərəfindən kommunal xərclərin ödənilməsi zamanı MTK-nın sədri olaraq həmin vəsaitləri qəbul etmişdi. Digər tərəfdən, Nərimanov rayon Məhkəməsinin qətnaməsini Cavabdeh2 gizlin şəkildə qəbul etdirmiş, hətta orada təkcə iddiaçının mənzili ilə bağlı deyil, digər qonşuların da mənzillərinin taleyi bu qaydadadır. Nərimanov rayon Məhkəməsi tərəfindən 2006-cı il tarixdə qətnamə çıxarılarkən, məhkəməyə təqdim edilmiş sənədlər saxtalaşdırılmış, mənzilin həqiqi sahibi kənarda qala-qala, hüququ olmayan bir şəxsin adına mülkiyyət hüquqlarının təsdiq edilməsi barədə qətnamə qəbul edilmişdir. Ən maraqlısı isə odur ki, 2006-cı ilin fevral ayından bu günə qədər Cavabdeh2 bir dəfə belə mənzillə bağlı nə öz iradını bildirmiş, nə də ki bu barədə mübahisələri olmamışdır. Həqiqətən mübahisəli mənzilin mülkiyyətçisi O, olmuşdursa, niyə bu günə qədər bir dəfə də olsun bu barədə iradını bildirməmişdir? Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər və 3-cü şəxslərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlərin və 3-cü şəxslərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehlərin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh1-nın xx.xx.2006-cı il tarixli 23 saylı akına əsasən Orucova Valida, payçı və mənzili təhvil alan, Əsədov Məzahir - mənzili təhvil verən və Təhməzov Rüstəm tərəfindən tərtib edilmiş akta əsasən Nəsimi rayonu, M. Qaşqay küçəsi, 748-ji məhəllədə yerləşən 17 mərtəbəli yaşayış binasının 1 blok 14-cü mərtəbəsində yerləşən 80.0 m2 sahəsi olan 1 olaqlı mənzilə baxış keçirilmişdir. Akta əsasən Payçı təhvil aldığı mənzildə kondisioneri yalnız qeyd olunan yerdə quraşdırmalı və kondisionerin axarını yalnız kanalizasiyaya çıxartmalı, payçının təhvil aldığı mənzilin balkonunu bağlayıb şüşələməyə mənzildə kanalizasiya borularının yerini dəyişdirməyə, daşıyıcı divarı sökməyə ixtiyarı yoxdur. Əgər payçı yuxarıda göstərilən bəndlərdən hər hansına riayət etməzsə o, Cavabdeh1-nın payçılar siyahısından azad olunacaq və həmin şəxsə mənzilə ödədiyi məbləği mənzilin satışından sonra geri qaytaralacaqdır. - AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, 53 saylı mənzilə dair Cavabdeh2 Gülbaba oğlunun adına verilmiş xx.xx.2006 tarixli, ********* qeydiyyat nömrəli çıxarış arxiv qovluğunda saxlanılmamışdır. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli cavab məktublarından görünür ki, Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, 53 saylı mənzili Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 saylı qətnaməsinə, xx.xx.2006-cı il tarixli 010304 saylı orderə, forma-2 və maliyyə arayışlarına əsasən xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Nərimanov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 iddiası təmin edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin imtinası qeyriqanuni hesab edilərək Bakı şəhəri, M.Qaşqay küç. 748 saylı evin 161,6 kv.m olan 3 otaqdan ibarət 41-ci, sahəsi 161,6 kv.m olan 3 otaqdan ibarət 53-cü və 161,6 kv.m olan 3 otaqdan ibarət 61-ci mənzilləri Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqi qeydiyyatdan keçirilməsi və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubundan və həmin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6308/2020 saylı qərardadından görünür ki, maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2-1522/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi qismən, “Bakı şəhəri, M.Qaşqay küçəsi, 748 saylı evin 161.6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilinin Cavabdeh2 adına DƏDRX-də hüquqi qeydiyyatdan keçirilməsi, bu barədə Cavabdeh2 daşınmaz əmakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbinin təmin edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Hal-hazıra kimi qeyd olunan qərardaddan kassasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6308/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı Azərbaycan Respublikası MPM-nin 400cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. - Cavabdeh1-nın sədri F.G. Abbasovun imzaladığı xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, vətandaş İddiaçı (şəxsiyyət vəsiqəsini təştiq edən sənəd AZE №17256319 ) ünvan 2 məhəllə ünvanında giriş 1, 53 №-li mənzilə ğörə MTK-ya borcu yoxdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, 53 saylı mənzilin üzərində hüquqların qeydiyyata alınmasına dair ərizəsi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil digər fiziki şəxsin adına özəlləşdirilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 010304 nömrəli orderin təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, M.Qaşqay küç. 748 –ci məhəllə sahəsi 81,5 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilinə Cavabdeh2 adına xx.xx.2006-cı il tarixdə order verilmişdir. Orderin verilməsinə əsasən BŞİH-nin xx.xx.2006-cı il tarixli 30 saylı sərəncamı olmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli cavab məktublarından görünür ki, Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, 53A saylı mənzili Cavabdeh1-nın üzvlüyünə payçılar qəbulu və mənzillərin payçıların arasında bölüşdürülməsi barədə xx.xx.2019-cu il tarixli 10№li protokoldan çıxarışına və MTK-nın həmin tarixli maliyyə arayışına əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Cavabdeh1" MTK ilə iddiaçı arasında "kooperativ binada mənzil tikintisi üçün" xx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən, 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən, sahəsi 80 kv.m göstərilən 53 nömrəli mənzil sonuncu tərəfindən alınmış, mənzilin dəyəri müqavilənin bağlanması ilə eyni vaxtda tam şəkildə ödənilmiş, mənzildə təmir işlərinə başlanılmış və bu təmir də həmin ilin may ayına qədər davam etmişdir. Sözügedən mənzilin iddiaçıya təhvil verilməsi barədə xx.xx.2006-cı il tarixli, 23 nömrəli Akt tərtib olunmuş və bununla da mənzilin həm də faktiki olaraq iddiaçıya verilməsi yekunlaşmış, iddiaçı həmin tarixdən mənzilə həm hüquqi əsasların mövcudluğu ilə bərabər, həm də faktiki olaraq sahiblik və istifadə etməyə başlamışdır. İddiaçının sözügedən mənzildə 14 il fasiləsiz olaraq yaşaması və bütün kommunal və digər xərcləri MTK-ya ödənilməsi iş materiallarında olan sənədlərlə tam təsdiq edilməklə bu işin mübahisəsiz hallarındandır. İşin mübahisəli halı iddiaçının yaşadığı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətinə sonuncunun xx.xx.2019-cu il tarixdə, **********28 nömrəli imtina məktubu ilə cavablandırılması ilə əlaqədardır. Belə ki, məktubda imtinanın səbəbi kimi, mənzilin digər fiziki şəxsin adına özəlləşdirilməsinin göstərilməsi olmuşdur. İşin araşdırılmış hallarından görünür ki, imtina məktubunda adı göstərilən digər fiziki şəxs Cavabdeh1-nın sədri Cavabdeh2dur və mübahisəli mənzil onun adına xx.xx.2006-cı il tarixdə ilkin qeydiyyatdan keçmiş və bu qeydə alınmanın da hüquqi əsasları kimi, Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 tarixli qətnaməsi, xx.xx.2006-cı il tarixli, 010304 saylı order, forma-2 və maliyyə arayışı çıxış etmişdir. Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 tarixli xx.xx.2006-cı il tarixli qətnaməsinin məzmunundan məlum olur ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qeyri-qanuni hesab edilməklə, istifadəsində olan Bakı şəhəri, M.Qaşqay küçəsində yerləşən, sahəsi 161.6 kv.m olan, 3 otaqdan ibarət 748 saylı evin 41ci, sahəsi 161.6 kv.m olan 3 otaqdan ibarət 53-cü və sahəsi 161.6 k.m olan 3 otaqdan ibarət 61-ci mənzillərinin onun adına hüquqi qeydiyyatdan keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilən apellyasiya şikayətindən görünür ki, ona məxsus olan mənzilin vaxtı ilə iki hissəyə bölünərək yarı hissədə ona, yarı hissədə də başqa bir şəxsə satılmasına baxmayaraq, MTK-nın keçmiş sədri Cavabdeh2 qəsdən ümumilikdə 53 nömrəli mənzili öz adına rəsmiləşdirmişdir və guya həmin mənzilin dəyəri onun tərəfindən ödənilmiş, MTK-ya borcu yoxdur və bu barədə də müvafiq maliyyə arayışı belə hazırlanmışdır. Eləcə də, Bakı şəhər İH-nin xx.xx.2006-cı il tarixli 30 saylı Sərəncamı ilə həmin tarixdə 010304 nömrəli order belə almışdır. Hazırki işin materiallarından da görünür ki, Cavabdeh2 hələ 2006-cı ilin fevral ayında Cavabdeh1-nın sədri olmaqla iddiaçı ilə bağlanmış müqavilənin tərəfi kimi MTK-nın adından çıxış etməsinə baxmayaraq sonradan həmin ilin avqust ayında yuxarıda qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamənin qəbul edilməsinə və 53 saylı mənzilin xüsusi mülkiyyət kimi adına qeydiyyatdan keçirilməsinə nail olmuşdur. Lakin mübahisəli mənzilin Cavabdeh2 adına ilkin qeydiyyatdan keçməsinə əsas kimi göstərilən xx.xx.2006-cı il tarixli, 010304 saylı orderdə və maliyyə arayışında Bakı şəhəri, M.Qaşqay küç. 748–ci məhəllə 3 otaqdan ibarət 53-cü mənzilinin sahəsi 81,5 kv.m olması qeyd edilsə də, Cavabdeh1-nın forma-2 üzrə arayışında mənzilin sahəsi 161,6 kv.m göstərilmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, giriş 1, mərtəbə 14, ümumi sahəsi 81,0 kv.m olan 53A saylı mənzili X1 adına rəsmiləşdirilmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə həmçinin Bakı şəhəri, M.Qaşqay küç. 748 saylı evin 161,6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzili Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqi qeydiyyatdan keçirilməsi və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi qət edilsə də, sonuncu tərəfindən onun adına verilən xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli mülkiyyət hüquqları barədə çıxarışda 53 nömrəli mənzilin 1 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olması qeyd edilmişdir. Hazırki iş üzrə mübahisə predmeti olmayan Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, 53A saylı mənzilinin sahibi X1 adına Cavabdeh1 tərəfindən verilən sənədlərdə də mənzilin sahəsi 81,0 kv.m olması qeyd edilmişdir. Hər iki sahə üzrə sənədləşməyə dair sənədləri Cavabdeh1-nın sədri kimi, Cavabdeh2 imzalamış, hətta xx.xx.2019-cu il tarixdə X4 ilə yanaşı həmin tarixdə İddiaçı adına verdiyi maliyyə arayışlarında onların müvafiq olaraq ünvan 2 məhəllə ünvanında giriş 1, 53A və 53 №-li mənzilə ğörə MTK-ya borclarının olmamasını göstərmişdir. Lakin işin hallarından göründüyü kimi, Nəsimi rayonu, X6 küçəsi 748-ci məhəllə, 53 A saylı mənzili xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçsə də, 53 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçirilməsinə imtina edilmişdir. Səbəb məhz 53 saylı mənzilin xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçməsi və hazırda da mülkiyyətində olması olmuşdur. Məhkəmə hazırki iş üzrə iddia tələbinin predmetinin yalnız Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (l otaqdan ibarət, ümumi sahəsi 80,0 kv.m olan) dair Cavabdeh1 tərəfindən Cavabdeh2 adına verilmiş maliyyə arayışı, xx.xx.2006-cı il tarixli, 010304 nömrəli order və onun adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın qanuniliyi olmasını qeyd edir və hesab edir ki, iddiaçının sadalanan sənədlərin etibarsızlığı və ləğvinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin də, həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 53 saylı mənzilin sahəsinə dair cavabdehin adına verilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 010304 nömrəli orderdə və Cavabdeh1 tərəfindən tərtib edilən maliyyə arayışında göstərilənlər ilə mənzilə dair verilən forma 2 üzrə arayışda göstərilənlər uyğunsuzluq təşkil edir. Həmçinin də müəyyən edilmişdir ki, Bakı şəhəri, M.Qaşqay küç, 748-ci məhəllə ünvanında yerləşən 161,6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilin Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqi qeydiyyatdan keçirilməsinə əsas olmuş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2-1522/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi sözügedən mənzilə dair hissədə ləğv edilməklə icraatına xitam verilmişdir. Başqa sözlə, Bakı şəhəri, M.Qaşqay küç, 748-ci məhəllə ünvanında yerləşən 161,6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilin Cavabdeh2 adına çıxarışın verilməsinə səbəb olan hüquqi əsas artıq mövcud deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən, pay haqqı tam ödənildikdə şəxsin yaşayış sahəsinə mülkiyyət hüququ yaranır. Bu hüququn yaranmasından sonra, kooperativ tərəfindən ümumi yığıncağın qərarı ilə sahə mülkiyyətçiyə verilməli və həmin qərarda da binanın ünvanı, verilən sahənin dəqiq ölçüləri və mərtəbə göstərilməklə binada yerləşməsi qeyd edilməlidir. Həmçinin həmin qərarla yanaşı plan-cizgisi də verilməlidir (Mənzil Məcəlləsinin 113.1-ci maddəsi). AR-nın Mənzil Məcəlləsinin qeyd olunan bu tələbi sahəyə mülkiyyətçinin köçməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələbinin təminindən irəli gəlmişdir (MM-nin 113.2-ci maddəsi) Lakin 53 saylı mənzilin heç bir hüquqi əsas olmadan hazırda mülkiyyət hüququ əsasında Cavabdeh2 adında formal qalması iddiaçıya yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından 14 il əvvəl qanuni əsaslarla əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (1 otaqdan ibarət, ümumi sahəsi 80,0 kv.m olan) dair mülkiyyət hüquqlarını adına qeydiyyata alınmasına maneə yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddianın Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (l otaqdan ibarət, ümumi sahəsi 80,0 kv.m olan) dair Cavabdeh1 tərəfindən tərtib edilərək Cavabdeh2 adına verilmiş maliyyə arayışı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2006-cı il tarixli, 010304 nömrəli orderi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mülkiyyət hüquqları barədə çıxarışın qanunsuzluğuna dair hissələri əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X7 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı nümayəndəsi məhkəmə iclasında cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (1 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan) dair Cavabdeh1 tərəfindən tərtib edilərək Cavabdeh2 adına verilmiş maliyyə arayışı və xx.xx.2006-cı il tarixli, 010304 nömrəli order etibarsız hesab edilməli, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (1 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan) dair xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına verilmiş (xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli) mülkiyyət hüquqları barədə çıxarış ləğv olunmalı, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50% 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50% 15 (on beş) manatı isə cavabdehlər Cavabdeh1MTK və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (1 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan) dair Cavabdeh1 tərəfindən tərtib edilərək Cavabdeh2 adına verilmiş maliyyə arayışı və xx.xx.2006-cı il tarixli, 010304 nömrəli order etibarsız hesab edilsin. Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının İ blok, 14-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzilə (1 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan) dair xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına verilmiş (xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli) mülkiyyət hüquqları barədə çıxarış ləğv olunsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50% isə, yəni 15 (on beş) manatı isə cavabdehlər Cavabdeh1MTK və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2338/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2338/2020
11.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver