Məhkəmə qərarları › İş №2(004)-234/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-234/2020

17.08.2020 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-234/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, qardaşı - xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-5953/2019 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza rəyi məhkəməyə təqdim olunanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 2192 nömrəli ekspertiza rəyi mülki işlə birlikdə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, X3 hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək və fəaliyyət qabiliyyətli olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən, daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəməpsixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Mülki iş üzrə icraat təzələnmiş və işə baxılması xx.xx.2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-234/2020 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X3 psixi vəziyyətini müəyyən etmək üçün stasionar məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın stasionar şəraitdə aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza rəyi məhkəməyə təqdim olunanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 32 nömrəli stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi mülki iş ilə birlikdə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-234/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Əfsar oğlu məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X4 Ərizəçi doğma qardaşıdır, onlar birlikdə ünvan 1 ünvanda yaşayırlar. X4 psixi xəstəlikdən əziyyət çəkir. A.X7 Xəstəxanasında stasionar müalicədə olmuşdur, diaqnozu - şizofreniya paranoid forma, fasiləsiz gedişli depressiv paranoid sindromu F20.0. Allahverdi Qasımovun kənar şəxsin daimi qulluğuna ehtiyacı var. O, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya və dərk edə bilmir. Ərizəçi qardaşına şəxsən qulluq edir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Gəncə Ruhi-əsəb Xəstəxanasının verdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışlardan görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X1 Ruhi-əsəb Xəstəxanasında xx.xx.2019-xx.xx.2019-cu, xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə “şizofreniya paranoid forma, fasiləsiz gedişli depressiv paranoid sindromu F20.0” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 32 nömrəli stasionar məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, X4 “Paranoid Şizofreniya” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) formasında xroniki psixi xəstəlikdən əziyyət çəkir. Bunu mülki iş materialları, həmin işdəki tibbi sənədlər, anamnestik məlumatlar (qohumların verdiyi anamestik məlumatlar (qohumların verdiyi anamnestik məlumatlara əsasən 10 ilə yaxın bir müddətdə psixi xəstəlikdən əziyyət şəkməsi, X2 xx.xx.2019-xx.xx.2019-cu il tarixədək “Şizofreniya, paraoid forma, fasiləsiz gedişli, depresssiv-panaroid sindrom” diaqnozu ilə müalicədə olması, Gəncə Ruhi-Əsəb Xəstəxanasında xx.xx.2019-xx.xx.2019-cu, xx.xx.2019-xx.xx.2019-cu tarixlərdə “Şizofreniya, paraoid forma, fasiləsiz gedişli, depresssiv-panaroid sindrom F20.0” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünə qapılması, ünsiyyət qurmağa çox meyl etməməsi, geyiminə və təmizliyinə lazimi qədər fikir verməməsi, daxilən narahat halda olması, əhvaliruhiyyəsinin dəyişkən xarakterli olması, çox vaxt enməsi, müayinə gedişində zamana görə bələdliyinin zəifləməsi, zahiri görünüşünə görə yetərincə səliqəli olmaması, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, ünsiyyət zamanı söhbətə bir qədər həvəssiz və qeyri-fəal şəkildə qoşulması, monoton səslə danışması, suallara müəyyən fasilədən sonra əsasən formal tərzdə qısa və konkret cavablar verməsi, təfəkkürünün bir qədər ləng tempdə, azproduktiv olması, mülahizə və mühakimələrində bir qədər monotonluğa meyillik müşahidə edilməsi, psixi vəziyyətində qüsur əlamətlərinin üstünlük təşkil etməsi, özünə qapılaraq və passiv davranaraq daxili aləmini çətinliklə açıqlaması, psixi xəstəliyi ilə bağlı sualların çoxuna dəqiq cavab verə bilməməsi, dəfələrlə psixiatriya xəstəxanasına yerləşdirilməsinin səbəbini izah etməkdə, keçirdiyi psixotik yaşantıların məzmununu təsvir etməkdə, ümumən şikayətləri formalaşdırmaqda çətinlik çəkməsi, əsassız qorxulardan əziyyət çəkdiyini, çox vaxt fikirli olduğunu söyləməsi, fikirlərinin məzmununu tam açığlamağı bacarmaması, emosional iradi funksiyalarının nisbətən enməsi, affektiv reaksiyalarının bir qədər solğunlaşması, qeyri-verbal ünsiyyətin kasadlaşması, maraq dairəsinin məhdudlaşması, əhvali-ruhiyyə fonunda bir qədər enmə müşahidə olunnması, mimikasında dərin olmayan qəmginlik və qayğılıq ifadəsinin nəzərə çarpması, hal-hazırki psixi vəziyyətinə tənqidi münasibətinin tam həcmdə olmaması təsəvvürünün yaratması, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərməməsi və s. sübut edir. Həmin rəyin yekun hissədə göstərilmişdir ki, mülki iş materiallarının, həmin işdəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionsar məhkəmə psixiatrik ekspestizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində stasionar məhkəmə psixiatrik ekspertizası yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:

1. Yoxlanılan şəxs X4 “Paranoid şizofreniya F 20.0” formasında xroniki psixi xəstəlikdən əziyyət çəkir, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir.

2. Yoxlanılan şəxs X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar mövcuddur. A.Q.Qasımovun hazırkı psixi vəziyyəti mülki işə baxılması ilə əlaqədar olaraq onun məhkəmədə iştirakına yol vermir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən və məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən edildi ki, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş X4 (FİN 1R2UH6V) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar