Məhkəmə qərarları › İş №2(004)-2341/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2341/2020

07.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2341/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçılar İddiaçı1 və Məmmədova Gülçöhrə Rəcəb qızının, Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Məmmədova Gülçöhrə Rəcəb qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinədair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Məmmədova Gülçöhrə Rəcəb qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinədair ərizə ilə məhkəməyə müraciət edərək, onun və arvadı Məmmədova Gülçöhrə Rəcəb qızı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 4, 51 saylı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, 51 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli əsasən 1/3 hissədə onun mülkiyyətindədir. Mübahisəli mənzil ona atasından vərəsə əmlakı kimi qalmışdır. Atası xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlakının 3/1 hissəsini qəbul etmiş, lakin 2/3 hissəsi açıq qalmışdır. Həmçinin o, anadan olandan mübahisəli mənzildə qeydiyyatdadır. Cavabdehlər onu qeydiyyatda olduğu ünvanda yaşamağa qoymurlar. Onun həmin evə mülkiyyət hüququ var, lakin cavabdehlər isə mülkiyyət hüququnu məhdudlaşdırır. Bundan əlavə o, Məmmədova Gülçöhrə Rəcəb qızı ilə nikaha daxil olmuşlar. Onun da iddiaçı kimi həmin mənzildə yaşamaq hüququ var. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, o, Cavabdeh4 ilə anası rəhmətə gedənə qədər onları narahat etməyəcəyini, lakin anası rəhmətə getdikdən sonra o evə köçəcəyi barədə razılıq əldə etmişlər. Anasının ölümündən 40 gün keçdikdən sonra cavabdehlər buna narazılıq etməmişlər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədova Gülçöhrə Rəcəb qızı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı Məmmədov İddiaçı1 Gülçöhrə Rəcəb qızı ailə qurduqdan sonra bir müddət onlarla yaşamış, sonra Sumqayıtda ev alaraq oraya köçmüşlər. Nikahları pozulduqdan sonra o, məhkəməyə ünvan 2, 51 saylı mənzilə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Bundan sonra o yenidən həmin evdə yaşamağa başlamışdır. Daha sonra o Məmmədova Gülçöhrə Rəcəb qızı ilə barışmış və yenidən Sumqayıtdakı evlərində yaşamağa başlamışlar. Halhazırda iddiaçılar Sumqayıtdakı mənzili oğlanlarına verib, özləri ünvan 2, 51 saylı mənzildə yaşamaq istəyirlər. Lakin o, bildirir ki, iddiaçı ilə münasibətlər çox gərgindir, onların birlikdə yaşamaqları mümkün deyil. Bunları nəzərə alaraq cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Digər cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil 1/3 hissədə İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil 2/3 hissədə Cavabdeh4 mülkiyyətindədir. İş materiallarında olan AZ-İ 797320 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə Məmmədova Gülçöhrə Rəcəb qızı xx xxxxxxx 2012-ci i tarixdə nikaha daxil olmuşlar. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil İddiaçı1 xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmışdır. İddiaçı mirası 3/1 hissədə, Cavabdeh4 isə mirası 2/3 hissədə qəbul etmişdir. İş materiallarında olan çıxarışlardan da görünür ki, o, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilin 1/3 hissəsi İddiaçı1, 2/3 hissəsi isə Cavabdeh4 mülkiyyətindədir. İş materiallarında olan AZ-İ 797320 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı Məmmədova Gülçöhrə Rəcəb qızı xx xxxxxxx 2012-ci i tarixdə nikaha daxil olmuşdur, hazırda da nikahdadır. İddiaçı hal-hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun arvadı Məmmədova Gülçöhrə Rəcəb qızı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 4, 51 saylı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və Məmmədova Gülçöhrə Rəcəb qızı ünvan 2 ünvanında yerləşən 51 saylı mənzilə köçürülməlidirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən əgər yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və Məmmədova Gülçöhrə Rəcəb qızı ünvan 2 ünvanında yerləşən 51 saylı mənzilə köçürülsünlər. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar