Məhkəmə qərarları › İş №2(004)-2346/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2346/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2346/2023 15.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu X1 yerləşən fərdi yaşayış evinə çardağın quraşdırılmasına görə ödədiyi 1400 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə mətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbindən imtina barədə ərizə verərək bildirdi ki, Cavabdeh ilə aralarında razılıq əldə etmişlər, Cavabdeh ona 500 manat pul ödəmişdir və o, iddia tələbindən imtina edir. Bu səbəbdən hazırkı iş üzrə Cavabdeh qarşı iddia tələbindən imtinasının qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. İddia tələbindən imtina barədə ərizəsini və Cavabdeh 500 manat pulu almasına dair qəbzi məhkəməyə təqdim etdi, iş üzrə icraata xitam verilməsinin nəticələrinin ona aydın olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında izahıt verərək bildirdi ki, İddiaçı ilə aralarında mübahisəni sülh yolu ilə həll etmişlər. O, İddiaçı 500 manat ödəmişdir. İddiaçı 500 manatı ondan alaraq hazırkı iş üzrə iddia tələbindən imtina etmişdir. İddiaçının iddia ərizəsindən imtinasının qəbul edilməsini və iş üzrə mülki icraata xitamı verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 500 manat pulu İddiaçı ödədi və İddiaçı 500 manat pulu almasına dair xx.xx.2023-cü il tarixli qəbzi məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, İddiaçı iddiadan imtina barədə xx.xx.2023-cü il tarixli ərizəni və 500 manat pul vəsaitini almasına dair qəbzini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçının və cavabdehin izahatından, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ərizəsindən və pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən edilir ki, tərəflər arasındakı mübahisə sülh yolu ilə həll edilmişdir. Tərəflərin razılaşmasına əsasən Cavabdeh İddiaçı 500 manat pul ödəmişdir. İddiaçı bunun qarşılığında hazırkı iş üzrə iddia tələbindən tamamilə imtina edir və bu imtinanın qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu X1 yerləşən fərdi yaşayış evinə çardağın quraşdırılmasına görə ödədiyi 1400 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair 2(004)-2346/2023 nömrəli mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar