Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2347/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Ərizəçi Orucova (Cabbarova) Şahnaz Paşa qızının iştirakı ilə, Ərizəçi Orucova (Cabbarova) Şahnaz Paşa qızının Maraqlı şəxs qismində cəlb etdiyi doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Orucova (Cabbarova) Şahnaz Paşa qızı Maraqlı şəxs qismində cəlb etdiyi doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə Ermənistan Amasiya rayonunda anadan olmuş X5 doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında “X12”, atanın milliyəti “azərbaycanlı”, ana qrafasında isə “X3” “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan Amasiya rayonunda anadan olmuşdur. Məlum hadisələrə görə onun adına Ermənistan Amaşiya rayonunda tərtib olunmuş doğum haqqında akt qeydi və şəhadətnamənin əsli itmişdir. Bununla əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə tərəfindən doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Orucova (Cabbarova) Şahnaz Paşa qızı ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan Amasiya rayonunda anadan olmuşdur. Doğum şəhadətnaməsini harda hansı şəraitdə itirdiyini xatırlamır. Uzun illərdir ki, onu heç bir yerdə ondan tələb etmədikləri üçün duklikatının almasına da, zərurət olmamışdır. Lakin hazır da, əmək müqaviləsinin elektron imzalanması və qeydə alınması üçün ondan doğum haqqında şəhadətnaməsi istəyirlər. Belə ki, onun şəxsiyyət vəsiqəsində də, doğum günü və ayı qeyd edilməmiş, yalnız ili göstərilmişdir. Hazırda isə doğum haqqında şəhadətnaməni təkrar alınması üçün müraciət etsə də, müvafiq bazada ilk qeydlər barədə məlumat olmadığından verilməsindən imtina edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir, lakin məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasına iş həcminin çox olmasını və eyni zamanda işçilərin sayının azlıq təşkil etdiyini nəzərə alaraq onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. O, özü 1963-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur, bacısı X7 isə ondan yaşca böyükdür. O, 20 dekabr 1960-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. X2, anaları isə X1r. X5 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmasını, atasının X10, milliyətcə Azərbaycanlı, anasının isə X3 milliyətcə Azərbaycanlı olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısı qızıdır, ərizəçi 20 dekabr 1960-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Dayısının soyadı adı və ata adı X10 olubdur, yoldaşı isə Nəsibə Quliyeva. X10 2010-cu il tarixdə rəhmətə getmişdir. Ərizəçi X5 hal-hazırda soyadı Orucovadır. Ərizəçi X5 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmasını, atasının X10, anasının isə X3 olması faktını təsdiq edir. İş materiallarında olan: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1960-cı il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. - 16 mart 1968-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 arasında 03 iyun 1997-ci il tarixdə 277 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 1963-cü il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. X4 (milliyyəti azərbaycanlı), anası isə X1r (milliyyəti azərbaycanlı). - Maraqlı şəxs AZ-İ № 443650 saylı, 23 oktyabr 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Maraqlı şəxs tərəfindən Orucova (Cabbarova) Şahnaz Paşa qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalarda əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Maraqlı şəxs doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, ərizəçi Orucova (Cabbarova) Şahnaz Paşa qızı xx.xx.1960-cı il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuş, məlum hadisələrə görə onun doğum haqqında şəhadətnaməsi itmiş, doğum haqqında şəhadətnamənin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs isə doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə həmdə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilmsi haqqında ərizələrə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi 12 aprel 2019-cu il tarixli, 03 saylı Plenum Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə hesab edir ki, ərizəçinin səxsiyyət vəsiqəsi olsa da, vəsiqədə onun yalnız doğum ili gösdərildiyindən, məhkəmə həmdə onun hansı tarixdə, yəni gün və ayda doğulması faktını da, müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, Cabbarova (Orucova) Şahnaz Paşa qızının xx.xx.1960-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması faktı təsdiq edilməklə, doğum akt qeydi bərpa edilməli və atası qrafasında X10, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X3, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Cabbarova (Orucova) Şahnaz Paşa qızına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cabbarova (Orucova) Şahnaz Paşa qızının xx.xx.1960-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması faktı təsdiq edilməklə, doğum akt qeydi bərpa edilsin. Ata qrafasında X10, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X3, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Cabbarova (Orucova) Şahnaz Paşa qızına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2347/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2347/2024
29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver