Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-235/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı X2 Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X2 cavabdeh Sosial Mənzil MTK-ya qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdeh Sosial Mənzil MTK-ya qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sosial MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M19, m2 nömrəli mənzil üçün artıq ödədiyi 17263,5 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, o mənzil aldıqdan sonra müəyyən ölçülər aparılmış və müəyyən edilmişdir ki, real ölçülər müqavilədə yazılan ölçülərdən azdır. Ekzpertiza rəyi ilə razıdır. Cavadehdən atrıq ödədiyi pulun qaytarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilədə qeyd olunmuş mənzilin sahəsi, ümumi sahə olaraq alıcıya təqdim olunur. Mənzildə divar və digər tikinti sahəsi olduğundan mənzilin real sahəsi azalır, amma mənzilin sahəsinə daxildir və müqavilədə sözügedən sahə qeyd olunmuşdur. İş materiallarında olan satıcı Sosial Mənzil MTK ilə ipoteka saxlayan Muğanbank və ipoteka qoyan X3 arasında bağlanmış 05.11.2019-cu il tarixli 138-19/İ №li “İlkin bazardan mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən müəyyən olunur ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M19, m2 ünvanında yerləşən ümumi sahəsi 76,13 kv metr, yaşayış sahəsi 37,32 kv metr, otaqların sayı 2 olan mənzili alıcıipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 89834 manatdır, mənzilin dəyərinin 18034 manat məbləğində olan hisəssi alıcı-ipoteka qoyan özü tərəfindən, 71800 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və Alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 01 noyabr 2019-cu il tarixli 138-19/İ nömrəli kredit müqaviləsinə əsasən Kreditor-İpoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 71800 manatdır. Kreditin qaytarılma tarixi 360 ay müddətinə 05.11.2049-cu il tarixinədəkdir. Kredit üzrə illik 4 faiz dərəcəsinə hesablanan faizdir. Kredit üzrə əsas borc və hesablanan faizlər hər növbəti ayın 5-dək 342,78 manat məbləğində annuitet ödənişlər şəklində bərabər hissələrlə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M19, m2 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Muğanbank ASC ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli 138-19/İ “Kredit müqaviləsi”nə əsasən müəyyən olunur ki, kreditor bu müqavilənin şərtlərinə uyğun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 71800 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti verir, borcalan kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. İş materiallarında olan 13.04.2022-ci il tarixli 10/7209 №-li Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A, M19, m2 saylı mənzilin faktiki tikintialtı sahəsi 76,13 m2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən isə 61,5 m2 təşkil edir. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf iddia ərizəsində mənzilin sahəsinin müqavilədə nəzərdə tutulduğundan az təqdim olunduğu halda, müqavilədə göstərilən sahə üçün vəsait ödədiyini bildirsə də qeyd edilən halları məhkəmədə sübut edə bilməmişdir. Belə ki, ekspert rəyindən də görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A, M19, m2 saylı mənzilin faktiki tikintialtı sahəsi 76,13 m2- dir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə qeyd olunan məbləğ müqavilədə göstərilən mənzil sahəsi üçün ödənildiyindən və ekspert rəyi ilə mənzilin tikintialtı sahəsi müqavilə ilə eynilik təşkil etdiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə Mülki Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X2 cavabdeh Sosial MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M19, m2 nömrəli mənzil üçün artıq ödədiyi 17263,5 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-235/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-235/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver