Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2350/2023 12.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X3, İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin hərracdan alış dəyərinin (669.375 manat) Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 342/2017 saylı icra sənədi üzrə tələb məbləğindən (420.499 manat) artıq hissəsi və mülkiyyətçiyə ödənilməli olan 248.876 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 14.517,56 manat faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 554 manat pulun, cəmi 263.947,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ipoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə edilmiş pul vəsaitinin borc ödənildikdən sonra artıq qalan hissəsinin ona ödənilməsini tələb edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 2(009)-342/2017 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 (dörd yüz iyirmi min dörd yüz doxsan doqquz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1 -ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev satıldıqdan sonra cavabdehlər İddiaçı və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Həmçinin, iddia ərizəsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh QSC BOKT arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC BOKT-a keçmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 5262-291816/17 saylı, xx.xx.2021-il tarixli sifarişinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif edilmiş və bu təklif əsasında "xxxx" MMC ilə Cavabdeh QSC BOKT arasında bağlanmış 09/04 saylı, 08 fevral 2022-cl il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669.375 manata tələbkar "xxxx" QSC BOKT tərəfindən əldə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 may 2017-ci il tarixli, 2(009)-342/2017 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İddiaçı isə, hazırki tələbində həmin mənizilin satışından əldə edilmiş pul vəsaitinin borc ödənildikdən sonra artıq qalan hissəsinin ona qaytarılmadığını iddia edərək, pulun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olduğundan iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra sənədinin icraya yönəldildiyi icra qurumuna müraciət etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə yönəldilir. Həmin Qanununun 47.4-cü maddəsinə görə bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçıya məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X4 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 554 (beş yüz əlli dörd) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin müraciət etmək hüququ izah edilsin. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X4 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 554 (beş yüz əlli dörd) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2350/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2350/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver