Məhkəmə qərarları › İş №2(004)-2359/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2359/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2359/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Polşa Respublikasına işçi vizası düzəltmək adı ilə ondan aldığı və vəd etdiyi müddətdə qaytarmadığı 2500 manat məbləğində pulun ondan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatəti təmin edilmiş, cavabdeh X3 əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 yanvar 2023-cü il tarixdə Yasamal rayonu, Salamzadə küçəsində yerləşən Cavabdeh şirkətinə həyat yoldaşı ilə birlikdə yaxınlaşmışdır. Orada özünü həmin şirkətin rəhbəri kimi təqdim edən cavabdeh X3 ilə tanış olmuşdur. Ona həyat yoldaşının xəstəliyi ilə əlaqədar təcili Polşaya gedib oradan da Almanyaya aparmaq üçün işçi vizası almaq istədiyini bildirmişdir. Cavabdeh də ona ən geci 5 ay müddətində işçi vizası alacağını, bunun müqabilində bir nəfər üçün 2500 manat ödəməli olduğunu bildirmişdir. O da yoldaşı ilə birlikdə ikisi üçün hər birinə 1250 manat olmaqla, ümumilikdə 2500 manat cavabdehə ödəniş etmiş, aralarında müqavilə bağlanmışdır. Təxminən 4 ay keçdikdən sonra şirkətə gedib viza dəvəti ilə maraqlandıqda cavabdeh ona narahat olmamağını, vizanı düzəldəcəyini bildirmişdir. Sonra cavabdehlə görüşüb ona dediyi müddətdən də bir ay keçdiyini xatırladaraq ondan pulunu qaytarmasını tələb etmişdir. Cavabdeh ona imtina ərizəsi yazmasını söyləmişdir. Yalnız bundan sonra imtina ərizəsi yazmışdır. Lakin cavabdeh bugünədək pulu geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, ünvanın tam olmaması səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Rahil Alıyevin “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, X1 əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayıt işinin başlanılmasının rədd edilməsi qərara alınmış, İddiaçı tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 019 saylı Xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti (1 nəfər üçün Almanya Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsinin alınmasını təşkil etmək) göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 2500 manat təşkil edir. Həmin müqavilənin 4.2.9-cu bəndində qeyd edilmişdir ki, icraçı xidmətin müqavilə bağlandığı tarixdən, xx.xx.2023-cü il tarixdən 30-280 iş gününə kimi aralığında tamamlanmasını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 019 saylı Xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti (1 nəfər üçün Almanya Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsinin alınmasını təşkil etmək) göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 2500 manat müəyyən edilərək, iddiaçı tərəfindən həmin pul məbləği cavabdehə ödənilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulan xidmətin göstəriləcəyi müqabilində iddiaçıdan 2500 manat məbləğində pul vəsaitini almaqla müqavilədə qeyd edilən xidmətin göstərilməsi ilə bağlı vəzifələrin daşıyıcısı olmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin İŞnin müstəntiqi Rahil Alıyevin “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli Qərarı ilə müəyyən olunur ki, Cavabdeh MMC-nin rəhbəri izahatı alınan zaman aralarında bağlanmış müqavilə üzrə göstəriləcək xidmət üçün İddiaçı 2500 manat məbləğində pulun alındığını bildirmişdir. Lakin, cavabdeh xidmətin göstərilməsi ilə bağlı pul vəsaitini alsa da, bu günədək xidmətlə bağlı vəzifəsini icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilənin 4.2.9-cu bəndindən görünür ki, icraçı xidmətin bağlandığı tarixdən, xx.xx.2023-cü il tarixdən 30-280 iş gününə kimi aralığında tamamlanmasını öhdəsinə götürmüşdür. Lakin həmin müddətdə öhdəliyini icra etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə ödədiyi pulunu tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar