Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2375/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə Ərizəçi maraqlı şəxs Qəbələ ASAN Xidmət regional qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qəbələ ASAN Xidmət regional qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə maraqlı şəxs X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qeyd olunan əmlaklarla bağlı Ərizəçi başqa, daha 4 nəfər vərəsə vardır və onlardan da biri özüdür. Ərizəçi mirası faktiki olaraq qəbul etməmişdir. Analarının vəfatından sonra ataları X2 onunla yaşamış, faktiki olaraq anasından miras qalmış daşınar və daşınmaz əmlak hazırki iş üzrə ərizəçi tərəfindən deyil, maraqlı şəxs tərəfindən qəbul edilmişdir. Hazırda isə ərizəçi onun və digər vərəsələrin məlumatı olmadan ərizə ilə məhkəməyə müraciət edərək, analarından miras qalmış əmlakın onun tərəfindən qəbul olunmasını iddia etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili mülki işi baxılmamış saxlanmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, hüquq haqqında mübahisə olduğundan iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Qəbələ ASAN Xidmət regional qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2375/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2375/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver