Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2377/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhər Cavabdeh2nə qarşı “xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinə qarşı “qətnamənin icra olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsini icra etməyən borclu “xxxx MTK”-nın 60 kv.m sahəni ona vermədiyini və bununla onun mülkiyyət hüququnu qəsdən pozduğuna görə, AR MPM 265.4. maddəsi ilə xüsusi qərardad çıxarılmasını, Bakı şəhəri Yasamal rayonu İcra və Probassiya şöbəsinin 6 ildən çox müddətin keçməsinə baxmayaraq, hərəkətsizlik nümayiş etdirərək, xx xxxxxx 2014-cü il tarixli Yasamal rayon Məhkəməsinin qətnaməsini icra etmədiyini nəzərə alaraq AR MPM 265.4-cü maddəsi ilə xüsusi qərardad çıxarılmasını, hər iki cavabdehin məhkəmə qərarını icra etməkdiklərinə görə cinayət məsuliyyətinə cəlb eləməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun deyil. Belə ki, iddiaçı iddia ərizəsində AR MPM 265.4-cü maddəsi ilə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 265.4-cü maddəsinin tələbinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni iddiaçının cavabdehə qarşı əsas iddia tələbinə baxarkən əgər məhkəmə tərəflərin və ya digər şəxslərin hərəkətində cinayət əlaməti aşkar edərsə bu barədə prokurora xəbər verir. Hazırki iş üzrə isə İddiaçı cavabdeh “xxxx” MTK və Bakı şəhər Cavabdeh2nə qarşı iddia tələbi yoxdur. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə, qeyd edirəm ki, hazırki ərizədə cavabdehlərə qarşı yönəldilmiş tələb olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinə qarşı “xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2377/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2377/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver