Məhkəmə qərarları › İş №2(004)-2383/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2383/2020

27.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2383/2020 27.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10 və Cavabdeh8 qarşı yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Kərimov küç, ev 177 saylı mənzil onun xüsusi mülkiyyətindədir.Ailə tərkibi geniş olduğundan, o cümlədən, oğlunun da,onlarla birlikdə yaşadığı mənzilə qeydiyyata düşməklə yaşayırlar. Sonradan o, oğluna ev aldığından oğlu çıxaraq öz mənzilinə yaşamağa getmiş, lakin öz mənzilinə qeydiyyata düşməmişdir.Həmçinin iddia tələbində qeyd edilən digər cavabdehlər onun ailə üzvləri deyil və oların mənzillərinin çıxarışının olmasına və ünvanlarının fərqli olmasına baxmayaraq qeydiyyatları onun mənzilində görsənir. Cavabdehləronun mənzilində heç bir istifadə və sairhüququ yoxdur.Hazırda həmin torpaq sahəsi və üzərindəki yaşayış sahəsi xüsusi mülkiyyətindədir və cavabdehlərdən mənzildən qeydiyyatdan çıxmalarını tələb etməyinə baxmayaraq hələ də, cavabddehlər mənzildən qeydiyyatdan çıxmamış və tezliklə çıxacaqlarını deməklə illərdi çıxmırlar. Bu səbəbdən də, o öz mənzili üzərində sərəncam və s hüquqlarını həyata keçirə bilmir.Göstərilənlərə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh12, Cavabdeh11. Cavabdeh10 və Cavabdeh8 Yasamal rayonu, Z. Kərimov küçəsi, ev 177 yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh8, xx.xx.1988-ci il təvəllüdlü X10 və xx.xx.1985-ci il təvəllüdlü X8 Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 177 saylı yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehlər İsmayılov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 cavabdehlər siyahısından çıxarılmasıvə eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, Cavabdeh1 Bakı ş, Yasamal rayonu, Z.Kərimov küç, 177 saylı evdən istifadə hüququnun itirilməsi hesab edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onun oğludur. Oğlu. Artıq uzun müddətdir ki, özünə məxsus olan mənzildə yaşayır və sonuncu onun evində formal olaraq qeydiyyatda qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir. Cavabdeh1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, iddia tələbini qəbul etdiyini və fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdeh və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: FM seriyalı, 000454 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 177 saylı evi ½ hissədə İddiaçı, digər ½ hissədə isə X3 adına xüsusi mülkiyyət hüquqi qeydiyyatından keçmiş və bu barədə 238 nömrəli reyestr kitabında 15836 səhifədə qeydə alınmışdır. Cavabdeh1 məxsus notarial qaydada tərtib edilmiş və təsdiqlənmiş ərizədən görünür ki, o, atası İddiaçı məhkəmə iddiasını qəbul edir və fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə etiraz etmir. ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 177 saylı fərdi yaşayış evi xx.xx.1967-ci il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir.5 saylı DNK-nın xx.xx.1967-ci il tarixli 3D-1389 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən evin 1/2 hissəsi X14 adına qeydiyyatdan keçmişdir.5 saylı DNK-nın xx.xx.1967-ci il tarixdə 3N-1770 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.12 saylı DNK-nın xx.xx.1999-cu il tarixli 2v-1-300 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/2 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 3215780 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh4, X12, X10, Cavabdeh5, X13, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, X2, Cavabdeh9, Cavabdeh12, X4, Cavabdeh1, Cavabdeh11 və Cavabdeh8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 177 saylı fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh iddiaçının oğludur və uzun müddətdir ki, iddiaçıya məxsus evdən köçərək, başqa yerdə yaşayır. Cavabdeh1 iddia tələbini etiraf edir və fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə etiraz etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 177 saylı evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 177 saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar