Məhkəmə qərarları › İş №2(004)-2384/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2384/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2384/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “kredit müqaviləsi üzrə qalıq borcun silinməsi, evin ipoteka yüklülüyündən azad olunması və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “kredit müqaviləsi üzrə qalıq borcun silinməsi, evin ipoteka yüklülüyündən azad olunması və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, o qalıq borcunun "xxxx" BOKT MMC”-ni rəhbəri tərəfiiindən qəsdən göstərildiyi 3187,68 (üç min yüz səksən yeddi manat altmış səkkiz qəpik) manat artıq məbləğin silinməsi (ləğv edilməsi), evin ipoteka yüklülüyündən azad olunması (xitam verilməsi), girov predmeti olmuş fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması, "xxxx" BOKT MMC-nin direktoru X3 əməlində “qulluq mənafeyi əleyhinə olan cinayət” yaxud digər cinayətkar aşkar olunarsa, barəsində xüsusi qərardad çıxararaq aiddiyyatı üzrə göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “N” saylı hərbi hissənin hərbiçisidir, 2-ci Qarabağ müharibəsi veteranıdır. ailəlidir, övladının müalicəsi ilə bağlı xx.xx.2021-ci ildə Bakı şəhərində «X12 Kredit Təşkilatı(bundan sonra BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evimizi girov qoyub illik 32% olmaqla 36 ay müddətinə, hər ay təxminən 1200 manat ödəmək şərti ilə 25.000 manat məbləğində ipoteka krediti götürmüşdür, bir neçə ay kredit pulunu ödəsə də, maddi imkansızlıq səbəbindən müəyyən olunmuş qaydada və müddətlərdə ödənişləri yerinə yetirə bilməyib, nəticədə 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu (dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğ 34400.06 manat təşkil etmişdir. "xxxx" BOKT MMC-nin 34400.06 (otuz dörd min dörd yüz manat, 06 qəpik) məbləğində kredit borcunun ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Nərimanov rayon 9 saylı notariat ofisinə müraciəti əsasında aparılmış 26 aprel 2022-ci il tarixli, 81-3861 saylı reyestr nömrəli icra qeydi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Kredit borcunun müəyyən hissəsinə güzəşt edilməsində onlara köməklik olunması üçün həyat yoldaşı Sona Rəhimli Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinə xahiş məktubu ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikasının Milli Məclisinə və həyat yoldaşı Sona Rəhimliyə ünvanlanmış 13 iyun 2022-ci il tarixli 0126-2-2022 nömrəli məktubda Azərbaycan Respublikasının Milli Məslisindən 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciətiə baxılaraq borcun tutulmasına dair Bakı şəhəri 9 saylı notariat ofisinin 26 aprel 2022-ci il tarixli icra qeydinin olmasına baxmayaraq kreditin tam bağlanması şərti ilə hesablanmuş cərimə borcunun tam olaraq (5375-beş min üç yüz yetmiş beş manat) güzəşt edildiyi göstərilmişdir». Qohumlarının köməyi ilə 08 iyul 2022-ci il tarixdə "xxxx" BOKT MMC-yə kredit borcumun 25000(iyirmi beş min) manatı tərəflərindən birdəfəyə nağd ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli Qətnaməyə izah verilməsi barədə ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 saylı Qərardadda (həmin Qərardada göstərilmişdir ki, məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000(iyirmi beş min) manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMCyə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qaıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir və həmin qərardadda buraxılmış texniki səhvin aradan qaldırılması barədə məhkəməyə olunmuş təkrar müraciətinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023) saylı qərardadda (Qərardadın « qərara aldı » hissəsinə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 289/2023 nömrəli qərardadına aşağıdakı düzəliş edilsin: Qərardadın mətnində «məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(005)-289/2023 nömrəli Qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə ola 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında «Kəpəz BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir» məzmunlu abzas «Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/ 00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən ödənilməli ola qalıq borcun 4960 manat təşkil etməsi qeyd olunur. İş materiallarında olan icra qeydi və cavabdehin nümayəndəsinin izahatlarından İddiaçı ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625.06 manat (34400,06- 25400-3625,06;) təşkil etdiyi aydın olur» məzmunda abzasla əvəz edilsin göstərilmişdir»). "xxxx" BOKT MMC-yə ödənilməli olan qalıq borcunun konkret olaraq həmin müddətə 3625.06 (üç min altı yüz iyirmi beş manat altı qəpik) təşkil etməsi bir daha təsdiqini tapmışdır. "xxxx" ВОКТ MMC-yə olan qalıq borcu, yəni 3625.06 (üç min altı yüz iyirmi beş manat altı qəpik) sonradan tərəflərindən hissə-hissə tam ödənilmişdir. Tərəflərindən "xxxx" BOKT MMC-yə nağd ödənilmiş məbləğlər: xx.xx.2022-ci ildə 25000 (iyirmi beş min manat),xx.xx.2022-ci ildə 400(dörd yüz manat), xx.xx.2023-cü ildə 300 (üç yüz manat), xx.xx.2023-cü ildə 300(üç yüz manat), xx.xx.2023-cü ildə 300 (üç yüz manat), xx.xx.2023-cü ildə 300(üç yüz manat), xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat), xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2024-cü ildə 300 (üç yüz) manat, xx.xx.2024-cü ildə 1226 (bir min iki yüz iyirmi altı) manat ödənilmiş məbləğ; Cəmi: 29026 (iyirmi doqquz min iyirmi altı manat) Güzəşt edilmiş məbləğ: 5375 (beş min üç yüz yetmiş beş) manat, Ümumilikdə: (Ödənilmiş məbləğ: 29026(iyirmi doqquz min iyirmi altı manat) + güzəşt edilmiş məbləğ: 5375 (beş min üç yüz yetmiş beş manat) = 34401 (otuz dörd min dörd yüz bir manat) təşkil edir. Beləliklə, güzəşt edilmiş məbləğ və tərəflərindən ödənilmiş məbləğ nəzərə alınmaqla ümumilikdə "xxxx" BOKT MMC-yə olan ümumi borcu tam olaraq, yəni 34401 (otuz dörd min dörd yüz bir manat) tam ödənilmişdir. Ümumi borc: 34400.06 (otuz dörd min dörd yüz manat 06 qəpik) olmuşdur. Bakı şəhəri 9 sayı Notarifft Ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış 26 aprel 2022-ci il tarixli, 81-3861 reyestr nömrəli icra qeydinə əsasən "xxxx" BOKT MMC-yə 34400.06 (otuz dörd min dörd yüz manat altı qəpik) ümumi kredit borcum olmuş, həmin kredit borcun 5375 manat cərimə (dəbbə pulu) hissəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin 25 may 2022-ci il tarixli, Vİ / 87-97 nömrəli məktubuna cavab olaraq ünvanladığı 13 iyun 2022-ci il tarixli, 0126-2-2022- nömrəli məktubda güzəşt edilməsi göstərilmiş, kredit borcunun cərimə hissəsinin (dəbbə pulu), yəni 5375 manat hissəsinin tam olaraq güzəşt olunması və ödənilməli olan qalıq borcunun həmin tarixə 3625.06 (üç min altı yüz iyirmi beş manat altı qəpik) təşkil etməsi faktları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş, Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 Qətnamə və həmin Qətnamə ilə bağlı xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli 2(005)-289/2023 saylı Qərardadlarında təsdiqini tapmışdır. Həmin sübutlara və "xxxx" BOKT MMC-nin hesabına «VÖEN / TAX İD **********, hesab nömrəsi 23-269121-1» ümumilikdə 29026(iyirmi doqquz min iyirmi altı) manat pul ödəmələrini təsdiq edən ödəniş qəbzləri olan sübutlara əsasən onun "xxxx" BOKT MMC-yə kredit borcu qalmamışdır. Aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə etmiş olduğu iddia ərizəsinin təmin edilməməsi barədə 2(004)-473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnamə qəbul edilmiş, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsinin həmin məhkəmə iclasında məhkəməyə təqdim etdiyi 02 fevral 2024-cü il tarixli mədaxil cədvəlində İddiaçı borcu əsassız olaraq 4413.68 (dörd min dörd yüz on üç manat 68 qəpik) göstərilmişdir. "xxxx" BOKT MMC-nin rəhbərliyi xx.xx.2023-cü il tarixli 1587 saylı məktubunda İddiaçı xx.xx.2023-cü il tarixə «borc öhdəliyinin 9066.48 (doqquz min altımış altı manat 48 qəpik), 02 fevral 2024-cü il tarixli mədaxil cədvəlində isə iddaçı İddiaçı qalıq borcunun 4413.68 (dörd min dörd yüz on üç manat 68 qəpik) olmasını göstərməklə bir-biri ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən rəqəmlər göstərməklə təhriflərə yol vermiş, nəhayət İddiaçı qalıq borcunu qəsdən 3187.68 (üç min yüz səksən yeddi manat altımış səkkiz qəpik ) artıq göstərməklə həmin məbləği qanunsuz tələb etməsini davam etdirir. İddiaçı "xxxx" BOKT MMC-yə qalıq kredit borcunu, yəni 1225.06 (bir min iki yüz iyirmi beş manat altı qəpik) pulu xx.xx.2024-cü il tarixdə tam ödəmiş, borcun qalmaması barədə 01 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə "xxxx" BOKT MMC-yə bildirişli məktub ünvanlayaraq girov predmeti olmuş fərdi yaşayış evinin yüklülükdən azad olunması və mülkiyyət hüququnu təsdiq edən Çıxarışın qaytarılmasını xahiş etmişdir. Əfsuslar olsun ki, həmin vaxtdan bir aydan artıq vaxt keçməsinə baxmayaraq "xxxx" BOKT MMC İddiaçı heç bir cavab verməmişdir. Məlumat üçün bildirir ki, "xxxx" BOKT MMC-yə göndərilmiş yuxarıda qeyd olunan məzmunda ərizə həmin məqsədlə 28 fevral 2024-cü il tarixdə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına da ünvanlanmışdır. İddiaçı 07 may 2024-cü il tarixdə məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, ailə vəziyyəti ilə bağlı ünvan 3 ünvanda yerləşməklə fəaliyyət göstərən «Kəpəz› Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) xx.xx.2021-ci il tarixdə müqavilə bağlayaraq ailəsi ilə yaşadıqları ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evimi girov qoyaraq illik 32% olmaqla 36 ay müddətinə, hər ay təxminən 1200 manat ödəmək şərti ilə 25.000 (iyirmi beş min) manat məbləğində ipoteka krediti götürmüşdür. Bir neçə ay pulu ödəsə də, maddi imkansızlıq və digər «Kapital» banka olan kredit borcu olması səbəbindən müəyyən olunmuş qaydada və müddətlərdə ödənişləri yerinə yetirə bilməmiş, nəticədə X12 Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) apardığı hesablamaya görə 24144,35 manat sas borc: 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu (dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğ 34400.06 (otuz dörd min dörd yüz manat altı qəpik) AZN təşkil etmiş, "xxxx" BOKT MMC-nin kredit üzrə 34400.06(otuz dörd min dörd yüz manat, 06 qəpik) məbləqdə borcun ipoteka predmetinə yönəldilməsinə dair müraciətinə əsasən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 26 aprel 2022-ci il tarixli 81- 3861 reyestr nömrəli icra qeydi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, «icra qeydinin ləğv edilməsinə dair iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, kredit borcunun müəyyən hissəsinə güzəşt edilməsində onlara köməklik olunması üçün həyat yoldaşı Sona Rəhimli tərəfindən 25 may 2022-ci il tarixli Vİ/87-97 nömrəli XAHİŞ MƏKTUBU ilə Azərbaycan Respublikasının Milli Məclisinə və AZƏRBAYCAN RESPUBLİKASİNİN BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN XANİM ƏLİYEVAYA müraciət olunmuşdur. Müraciətə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılaraq hesablanmış cərimə borcunun tam olaraq (5375-beş min üç yüz yetmiş beş manat) güzəşt edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankdan Azərbaycan Respublikasının Milli Məclisinə və bizə 13 iyun 2022-ci il tarixli 0126-2-2022- nömrəli məktub ünvanlanmışdır. 08 iyul 2022ci il tarixdə qohumlarımın köməkliyi ilə Kəpəz BOKT MMC-yə olan kredit borcumun 25000 (iyirmi beş min) manatı nəqd ödənilmişdir. Həmin vaxt qalıq borcumun 3625.06 (üç min altı yüz iyirmi beş manat altı qəpik) təşkil etməsinə baxmayaraq Kəpəz BOKT MMC-nin rəhbərliyi əsassız olaraq qalıq borcumun 4960 manat təşkil etməsi barədə ondan ərizə də almağa nail olmuşdur. Eyni zamanda həmin gün Kəpəz BOKT MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 500 nömrəli məktuba əsasən «borcalan İddiaçı aid icra qeydi işinin Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23-cü maddəsinin 23.1.1 bəndinə əsasən geri qaytarılması barədə xahiş i icra olunmuş və «icra qeydi» işi xitam olunmaqla arxivə vertlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il larixli, 2(005)-289/2023 nömrəli Qətnamə ilə icra qeydinin ləğv edilməsi barədə iddia ərizəm təmin edilməmiş, həmin Qətnamədə qeyd olunan tarixə yuxarıda göstərdiyim ərizəyə əsasən qalıq borcumun 4960(dörd min doqquz yüz altınış ) manat olması bir daha göstərilmişdir. "xxxx" BOKT MMC-nin direktoru X5 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iddianın təmin olunmaması barədə həmin Qətnamədən maddi cəhətdən yararlanmaq məqsədilə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cərimə borcunun tam olaraq (5375-beş min üç yüz yetmiş beş manat) güzəşt edilməsinin həmin Qətnamə ilə guya ləğv olunduğunu qəsdən-yalandan bildirməklə xx.xx.2023-cü il tarixə borc öhdəliyimin 9066.48 (doqquz min altımış altı manat 48 )qəpik təşkil etməsi barədə tarixli 1587 saylı məktub ünvanlamışdır. mənə xx.xx.2023-cü il Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il arixli 2(005)-289/2023 Qətnaməyə izah verilməsi barədə ərizəmin təmin olunmaması barədə xx.xx.2023-cü il tarixli 2(005)- 289 /2023 saylı Qərardadda göstərilmişdir ki, ...* məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)289/2023 nömrəli Qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000(iyirmi beş min) manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi rə ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.* Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 289 /2023 saylı Qərardadında buraxılmış texniki səhvin aradan qaldırılması barədə məhkəməyə olunmuş təkrar müraciətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023) saylı Qərardadda ödənilməli olan qalıq borcunun konkret olaraq 3625.06 ( üç min altı yüz iyirmi beş manat altı qəpik) AZN təşkil etməsi bir daha təsdiqini tapmışdır. Tərəflərindən "xxxx" BOKT MMC-yə ödənilmiş pul məbləğləri: xx.xx.2022-ci ildə 25000 (iyirmi beş min manat) xx.xx.2022-ci ildə 400 (dörd yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2024-cü ildə 300 (üç yüz manat) xx.xx.2024-cü ildə 1226 (bir min iki yüz iyirmi altı) manat Ödənilmiş məbləğ; Cəmi: 29026 (iyirmi doqquz min iyirmi altı manat) Güzəşt edilmiş məbləğ: 5375 (beş min üç yüz yetmiş beş) manat Ümumilikdə: (Ödənilmiş məbləğ: 29026 (iyirmi doqquz min iyirmi altı manat) + + güzəşt edilmiş məbləğ: 5375 (beş min üç yüz yetmiş beş manat) = 34401 (otuz dörd min dörd yüz bir manat) təşkil edir. Beləliklə, güzəşt edilmiş məbləğ və tərəflərindən ödənilmiş məbləğ nəzərə alınmaqla ümumilikdə Kəpəz BOKT MMC-yə olan ümumi borcu tam olaraq, yəni 34401(otuz dörd min dörd yüz bir manat) tam ödənilmişdir. Ümumi borcu: 34400.06 (otuz dörd min dörd yüz) manat olmuşdur. Məlumat üçün onu da qeyd edir ki, «Aylıq ödəmə cədvəli və qalıq borç barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə etmiş olduğu iddia ərizəsin hakim Toğrul Axundov tərəfindən təmin edilməməsi barədə 2(004)-473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnamə qəbul edilmiş, cavabdeh Kəpəz BOKT MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 02 fevral 2024-cü il tarixli mədaxil cədvəlində borcu əsassız olaraq 4413.68 (dörd min dörd yüz on üç manat 68 qəpik) göstərilmişdir. "xxxx" BOKT MMC-nin direktoru Rəşad Əliyevin imzası ilə ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 1587 saylı məktubda borcdan 25400 (iyirmi beş min dörd yüz) manat ödəniş aparılması və Kəpəz BOKT MMC qarşısında xx.xx.2023-cü il tarixə borc öhdəliyin 9066.48(doqquz min altımış altı manat 48 qəpik) olması göstərilmişdir. Kəpəz BOKT MMC qarşısında xx.xx.2023-cü il tarixə borc öhdəliyi 9066.48 (doqquz, min altımış altı manat 48 qəpik olmuşdursa, sonradan 2400 manat ödəniş olmuşsa, bu halda qalıq borc 4413.68 (dörd min dörd yüz on üç manat, altımış səkkiz qəpik deyil, 6666.48 (altı min altı yüz altımış altı manat qırx səkkiz qəpik) təşkil etməli idi). Kəpəz BOKT MMC-nin rəhbərliyi xx.xx.2023cü il tarixli 1587 sayı məktubunda xx.xx.2023-cü il tarixə borc öhdəliyinin 9066.48 (doqquz min altımış altı manat 48 qəpik) AZN, məhkəməyə təqdim etdiyi 02 fevral 2024-cü il tarixli mədaxil cədvəlində isə qalıq borcunun 4413.68 (dörd min dörd yüz on üç manat 68 qəpik) AZN olmasını (hansı ki, 07 mart 2023-cü ildən xx.xx.2004-cü il tarixə kimi tərəfindən «Kəpəz BOKT MMC-yə 2400 manat pul ödənilmişdir») göstərməklə bir-biri ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən rəqəmlərlə təhriflərə qəsdən yol vermiş, nəhayət qalıq borcunun qəsdən 3187.68 (üç min yüz səksən yeddi manat altımış səkkiz qəpik) AZN artıq göstərməklə həmin məbləği qanunsuz tələb etməsini davam etdirir. Bir daha bildirir ki, "xxxx" BOKT MMC-yə olan kredit borcunu 28 fevral 2024-cü ildə tam ödəmişdir. Kredit borcunu tam ödədikdən sonra girov predmeti olmuş evinin yüklülükdən azad olunması barədə məktub, təmizlik arayışı və daşınmaz əmlakın mülkiyyət hüququna dair «Çıxarışın verilməsi ilə bağlı 01 mart 2024-cü il tarixdə "xxxx" BOKT MMC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına sifarişli ərizə göndərsə də, əfsuslar olsun ki, bu günə kimi "xxxx" BOKT MMC məktubunu cavablandırmamışdır "xxxx" BOKT MMC-nin direktoru X11 qüvvəyə minmiş məhkəmə aktında göstərilənləri icra etmək əvəzinə qanunsuz üstünlük əldə etmək məqsədilə «vəzifə səlahiyyətlərindən sui-istifadə», vəzifə səlahiyyətlərini aşma», «vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə» və sair qanunsuz hərəkətlərini davam etdirərək ondan qəsdən 3187.68 (üç min yüz səksən yeddi manat altımış səkkiz qəpik) AZN artıq məbləğ tələb edir. Kəpəz BOKT MMC-nin rəhbərliyinin qəsdən göstərdiyi 3187.68 (üç min yüz səksən yeddi manat altımış səkkiz qəpik) AZN artıq məbləğin silinməsi (ləğv edilməsi), təmizlik arayışının verilməsi, evinin ipoteka yüklülüyündən azad olunması (xitam verilməsi), girov predmeti olmuş fərdi yaşayış evimin mülkiyyət hüququnu təsdiq edən Çıxarışın qaytarılması və X12 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X3 əməlində «qulluq mənafeyi əleyhinə olan cinayətlər barədə xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qərardadından görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsinə izah verilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, (005)-289/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qərardadında düzəliş edilməsi və qərardadın mətnində “Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.” məzmunlu abzas “Məhkəmə onu da qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625,06 manat təşkil etdiyi aydın olur” məzmunda abzasla əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-473/2024, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbin”nə dair iddiası rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, X4 tərəfindən 25000 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli, "xxxx" MMC ödəniş vasitəsilə İddiaçı tərəfindən 400 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 1226 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixinə "xxxx" BOKT MMC-yə qalıq borcu 4413,68 manat təşkil edir. Mülki Məcəllənin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X8 ilə "xxxx" BOKT MMC arasında 06 avqust 2021-ci il tarixdə 2021/00898 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borc verən "xxxx" MMC şəxsi məqsədlər üçün borc alan İddiaçı 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti 36 ay müddətinə illik istifadəyə görə 32%, faktiki illik 43.31% ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi ilə eyni gündə, yəni 06 avqust 2021-ci il tarixdə, eyni tərəflər arasında 3M/2629 reyest nömrəli, 2021/00898-İP saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borc alan İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə D. Küçəsi, 10-cu döngədə olan 0.0750 ha torpaq sahəsi və üzərində yerləşən 40.3 kv.m. yaşayış sahəsi, 58 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı 15C nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə 24144.35 manat əsasə borc, 4880.71 manat faiz borcu, 5375 manat cərimə borcu olmaqla cəmi 34400.06 manat borcu vardır. "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutulma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. 08 iyul 2022-ci il tarixdə İddiaçı tərəfindən 06 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat ödəniş edilmiş, onun "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcu güzəşt edilmişdir. Təqdim olunmuş qəzblərə əsasən müəyyən olunur ki, İddiaçı 4960 manat məbləğində qalıq borcunu da ödəməklə, BOKT-a olan öhdəliyini lazımınca icra etmişdir. Lakin BOKT tərəfindən tərtib olunmuş çıxarışa əsasən İddiaçı xx.xx.2024-cü il tarixinə "xxxx" BOKT MMC-yə qalıq borcu 4413,68 manat təşkil etdiyi görünür. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə göstərilən 3187, 68 (üç min yüz səksən yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq borcu "xxxx" BOKT MMC tərəfindən silinməli, İddiaçı mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməli, ipoteka predmeti olmuş ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüqunu təsdiq edən çıxarış cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı cavabdehin əməlində cinayətin əlamətləri aşkar edilməmişdir. Odur ki, məhkəmə xüsusi qərardadın çıxarılması hissəsində də iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə göstərilən 3187, 68 (üç min yüz səksən yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq borcu "xxxx" BOKT MMC tərəfindən silinsin. İddiaçı mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. İpoteka predmeti olmuş ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüqunu təsdiq edən çıxarış cavabdeh tərəfindən iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar