Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2389/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, doğum haqqında şəhadətnamədə düzəliş aparılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, doğum haqqında şəhadətnamədə düzəliş aparılması” tələbinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş qızı - X5 verilmiş doğum haqqında şəhadətnamənin valideynləri bölməsindəki, atanın milliyyəti göstərilən qrafasında azərbaycanlı sözünün, yəhudi sözü ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri Maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, X8 ilə xx.xx.2017-ci ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir uşağı var. O, qızı Amiraya doğum haqqında şəhadətnamə almaq üçün xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş və sənədlərini təqdim etmişdir. xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş qızı - X3 adına yazılmış xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnaməni ona təqdim etmişlər. O, şəhadətnaməni oxuduqda uşağın valideynləri bölməsində, atanın milliyyəti göstərilən qrafada azərbaycanlı yazıldığını görmüşdür. O, özü və atası yəhudi olduğuna görə uşağının atasının milliyyəti qrafasında da yəhudi yazılmasını xahiş etmişdir. Lakin ona bildirmişlər ki, artıq gecdir, şəhadətnamə yazılıb, düzəliş edilməsi üçün məhkəməyə müraciət etməlidir. Halbu ki, onun təqdim etdiyi özünün doğum haqqında şəhadətnaməsində atası X2 milliyyətinin yəhudi yazılması qeydiyyat orqanına məlum olmuş və o, qızına şəhadətnamə alarkən şifahi olaraq bildirmişdir ki, uşağın atasının milliyyətinin yəhudi yazılmasını istəyir. Buna baxmayaraq qeydiyyat orqanı onun fikrini nəzərə almadan, qızının doğum haqqında şəhadətnaməsində ata qrafasında onun milliyyətini yəhudi deyil, azırbaycanlı olaraq göstərmişdir. Hesab edir ki, qeydiyyat orqanının bu hərəkəti və düzəliş aparmaqdan imtina etməsi barədə hərəkəti qanunsuzdur. Odur ki, Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş qızı - X5 verilmiş doğum haqqında şəhadətnamənin valideynləri bölməsindəki, atanın milliyyəti göstərilən qrafasında azərbaycanlı sözünün, yəhudi sözü ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan və məhkəmənin sorğusuna əsasən əldə edilmiş xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X4 barəsində xx.xx.2017-ci il tarixdə 4877 nömrəli doğum akt qeydinin aparılmasına əsas olmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi - inzibati orqan olan Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi və inzibati orqanın doğum akt qeydlərində düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı inzibati tələb olduğuna və bu tələbi inzibati məhkəmə tərəfindən baxılmalı olduğuna görə, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. İşdə olan sənədlərdən və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05/Q-915/13 nömrəli məktubu ilə məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna əsasən məhkəməyə göndərilmiş xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X4 barəsində xx.xx.2017-ci il tarixdə 4877 nömrəli doğum akt qeydinin aparılmasına əsas olmuş sənədlərdən müəyyən edilir ki, Ərizəçi xx.xx.2017-ci il tarixli ərizə ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək, uşağı X5 doğum haqqında şəhadətnamə almaq üçün müvafiq sənədləri təqdim etmişdir. Ərizəçi ərizəsində uşağın soyadının “Ağayeva”, adının “Amira”, ata adının “Ruslan” yazılmasını xahiş etmişdir. Ərizənin üzərində atanın milliyyətinin Azərbaycanlı qeyd olunması yazılmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X4 barəsində xx.xx.2017-ci il tarixdə aparılmış 4877 nömrəli doğum akt qeydində X4 atası Ərizəçi və anası X6 milliyəti azərbaycanlı qeyd edilmişdir. Həmin akt qeydində xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi atasının milliyyətinin yəhudi, anasının milliyyəti azərbaycanlı; xx.xx.1999-cu ildə Ağcabədi şəhərində doğulmuş X6 atasının və anasının milliyyəti azərbaycanlı göstərilmişdir. Ərizəçi xx.xx.2017-ci il tarixdə doğum akt qeydinə imza etməklə övladı X4 adına yazılmış xx.xx.2017-ci il tarixli AZ-İV 009878 nömrəli doğum haqqında şəhadətnamə qeydiyyat orqanından şəxsən almışdır. xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi xx.xx.1997-ci il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamədə atası X2 milliyyəti yəhudi, anası X1 milliyəti isə azərbaycanlı olaraq qeyd edilmişdir. İnzibati orqan olan Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi qızı - xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X4 barəsində xx.xx.2017-ci il tarixdə aparılmış 4877 nömrəli doğum akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamədə düzəlişin aparılması inzibati tələblər olmaqla, baxılması inzibati məhkəmənin səlahiyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndində əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ərizəçiyə izah edilməlidir ki, hazırkı ərizəsində göstərdiyi tələblə, yəni - inzibati orqan olan Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi qızı - xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X4 barəsində xx.xx.2017-ci il tarixdə aparılmış 4877 nömrəli doğum akt qeydində düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı iddia ərizəsi ilə həmin inzibati orqanlara qarşı aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Həmçinin, Ərizəçi qızı - xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X4 barəsində xx.xx.2017ci il tarixdə aparılmış 4877 nömrəli doğum akt qeydində müvafiq düzəlişlərin edilməsi ilə bağlı ərizə ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə (doğum akt qeydini həyata keçirmiş) müraciət etməlidir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi ərizəçinin qeyd etdiyi düzəlişin edilməsindən imtina etdiyi təqdirdə, həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı və bu məsələyə həmin icraatda baxılmaqla qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262.4, 262.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, doğum haqqında şəhadətnamədə düzəliş aparılması” tələbinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs imtinasının əsassız hesab edilməsi, xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş qızı - X5 verilmiş doğum haqqında şəhadətnamənin valideynləri bölməsindəki, atanın milliyyəti göstərilən qrafasında azərbaycanlı sözünün, yəhudi sözü ilə əvəz edilməsi” tələbinə dair mülki işin icraatına, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçi izah edilsin ki, aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2389/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2389/2021
26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver