Məhkəmə qərarları › İş №2(004)-239/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-239/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-239/2023 07.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanu Ədalət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və əşyaların təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və əşyaların təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki azyaşlı övladı - xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə birlikdə Balı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilinə (Yeni ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək sadalanan əşyaların köçəcəyi mənzildə özünə təhvil verilməsini xahiş etmişdir: 1.Qonaq otağı mebel dəstinə (TİLSİM model) daxildir: 1 ədəd masa (açılıb-bağlanan), 8 ədəd stul (satılıb əvəzində 6 stul və 1 transformer jurnal masası alınıb), 1 ədəd güzgülü ağ kamod – üçqapılı, 1 ədəd alçaq qəhvəyi şkaf- birqapılı, 1 ədəd hündür ağ şkaf- ikiqapılı, 1 ədəd hündür qəhvəyi şkafbirqapılı, 1 ədəd televizor altlığı mini-stend 2. Divan- Sabrina firmasindan 3 hissəli künc modeli, qəhvəyi, 3.Çılçıraq (İspaniya), 4. 1 xalça- ağ-qəhvəyi ipək saplarla, saçaqlı (3m x 4m), 5. 1 xalça –qəhvəyi ipək saplarla, saçaqlı (2m x 3m), 6. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 7. Televizor- Samsung firması 8. DVD- LG firması 9. 18 nəfərlik çox parçalı dördkünc formalı keramika yemək, çay və qəhvə dəstinə (Germany) daxildir: 18 ədəd böyük qab, 18 ədəd kiçik qab, 18 ədəd dərin şorba qabı, 18 ədəd kasa, 3 ədəd bulud, 1 ədəd şorba qazanı, 1 ədəd iri dərin qab, 8 ədəd duz qabı, 8 ədəd istiot qabı, 1 ədəd yağ qabı, 2 ədəd zeytun qabı, 1 ədəd salat qabı, Çay dəstinə daxildir:, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 6 ədəd qəhvə fincanı, 6 ədəd qəhvə, nəlbəkisi, 1 ədəd çaydan, 1 ədəd qəhvədan, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd qənd qabı, 10. 6 ədəd hündür qara ayaqlı bakal, 6 ədəd viski bakalı, 6 ədəd rumka, 4 ədəd qapaqlı qəndqabı, Dördbucaq şirniyyat dəsti-1 bulud və 6 qab Villeroy Boch firmasından olan qablar: 11. 18 ədəd hündürayaqlı bakal, 12. 12 ədəd hündürayaqlı bakal ( SCHOTT model ), 13. 12 ədəd dondurma qabı, 14. 2 ədəd göy güldan (biri hündür, biri alçaq), 15. 2 güldan ( biri ağ, biri boz), 16. 1 güldan-( Nachtmann model), 17. Guldan və meyvəqabı dəsti ( İGİZİA model), 18. Sushi seti (1 ədəd uzun qab, 2 ədəd balaca qab, 2 ədəd sous qabı), 19. Metal qazan dəsti - 5 qazan, 4 qapaq ( VMF firma), 20. Balıqqulağı formasında meyvəqabı dəsti – 1 ədəd dərin meyvəqabı, 2 ədəd dayaz meyvəqabı, 4 ədəd çərəz qabı, 21. 2 ədəd hündürayaqlı göy desert qabı, 22. 2 ədəd hündürayaqlı ağ desert qabı, 23. 4 ədəd dördkünc konfetqabı, 24. 2 nəfərlik çay dəsti (bordo rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki+ 2 ədəd qızılı çayqaşığı, 25. 2 nəfərlik qəhvə dəsti (krem rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki 26.BOGEMA 2 ədəd konfet qabı, 2 ədəd limon qabı, 2 hissəli güldan+meyvəqabı, 1 ədəd güldan, 1 ədəd qapaqlı konfetqabı (göy rəngdə), 1 ədəd Xonça-bulud, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd meyvəqabı (qızılı ayaqlı), 1 ədəd çərəzqabı 5 hissəli (qızılı ayaqlı), 1 ədəd göy güldan 27.KARACA 2 ədəd Ayaqlı tortqabı (kəpənəkli), 2 ədəd yaşıl rəngdə nahar dəsti 6 nəfərlik ( hər bir dəstdə 1 bulud , 6 dayaz böyük qab, 6 dayaz kiçik qab, 6 dərin qab), Oval formada şirniyyat qabıağ rəngdə, Lokumqabı- qızılı 28. 1ədəd 12 nəfərlik çemodan qaşıq-çəngəl-bıçaq dəsti (qaşıq,çəngəl,bıçaq,çay qaşığı,qəhvə qaşığı, köməkçi süfrə qaşıqları ) 2 ədəd 12 nəfərlik qaşıq-çəngəl-bıçaq dəsti, 1 gümüş çay dəstinə daxildir- 1 çaydan,6 fincan,1 qəndqabı, 1 gümüş qəndqabı, 2 ədəd firlanan şirniyyat qabı, 2 ədəd metal konus ayaqlı şamdan, 2 ədəd uzunsov dekor qabağ və boz rəngdə dəlikli, 2 ədəd ağ rəngdə dəlikli meyvəqabı, 12 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd nəlbəki ( armudu stəkan üçün), 1 qutu suvenir çayqaşığı dəsti (Özbəkistan), 2 dəst suvenir çayqaşığı dəsti ( hər birində 6 ədəd) 29. Yataq otağı mebel dəstinə (Merinos firması) daxildir: 1 ədəd ikinəfərlik çarpayı ( 2 ədəd tumbo ilə birlikdə), 1 ədəd ikiqapılı, 1 qapısı güzgülü qarderob şkafı, 1 ədəd güzgülü kamod şkaf, 4 siyirməli, 1 ədəd ortopedik ikinəfərlik çarpayı matrası (Merinos) 30. 1 ədəd çılçıraq ( Philips firması, Satral Elektrik mağazasından), 31. 1 ədəd hündürayaqlı gecə lampası ( Philips firması, Satral Elektrik mağazasından), 32. Pərdə-“Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 33. Çarpayı örtüyü və 2 yastıq üzü--“Röya” pərdə-tül mağazasından, 34. Misir naxışlı çarpayı örtüyü və 2 yastıq üzü- Jado firması, 35.İran xalçası- ipək, işıqda rəngi dəyişən (2m x 3m), 36.Kiçik xalça- boz (1,5m x 1m), 37. 6 ədəd balış (qu tükündən 50X70), 38. 2 ədəd balış (qu tükündən 70X70), 39. 2 ədəd ikinəfərlik sintefon yorğan, 40. 2 ədəd birnəfərlik sintefon yorğan, 41. 2 ədəd yun yorğan, 42. 1 ədəd qu tükündən kompakt yığılabilən ikinəfərlik döşək (öz sandığında), 43. 4 ədəd nazik sırıqlı pambıq yay yorğanı, 44. 3 cüt ədyal (2ədəd ağ, 2 ədəd yaşıl, 2 ədəd ikiüzlü), 45. 1 ədəd çəhrayı vafliqabaritli ədyal, 46. Çəhrayı çarpayı örtüyü və 2 yastıq üzü, 47. 6 ədəd böyük hamam dəsmalı, 48. 10 ədəd üz dəsmalı 49. Mətbəx: 1 ədəd soyuducu-buz dolabı X7, 1 ədəd qaz peçi – Siemens, 1ədəd mikrodalğalı soba- KenWood, 1 ədəd elektrikli bişirmə sobası, 1 ədəd şirəçəkən maşın- Bosch, 1 ədəd mikser+blender Bosch, 1 ədəd qırmızı tozsoran – Bosch, 1 ədəd elektrikli süpürgə- Bosch, Qabyuyan- Bosch, 1 ədəd kofeüyüdən-Tefal, Teflon qazan dəsti yaşıl (2 ədəd qapaqlı qazan, 1 ədəd qapaqlı tava,) - Aura firması, 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (ikidəstəli), 1 ədəd şüşə qapaqlı qara qranitteflon tava (birdəstəli), 2 ədəd qapaqlı şüşə qazan, 2 ədəd şüşədən soba üçün bişirmə qabı, 1 ədəd 6 nəfərlik çəngəl-qaşıq-bıçaq dəsti, 1 ədəd şamdanlı şüşə çaydan, 1 ədəd dördmərtəbəli metal çərəz qabı, Səhər yeməyi dəsti: 2 ədəd qapaqlı metal yağ/pendir qabı, 2 ədəd metal qapaqlı şüşə qənd/şəkər qabı, 2 ədəd duz/istiot qabı, 1 ədəd salfet qabı, 1 dəst güzgülü padnos dəsti ( 3 müxtəlif ölçülü padnos), 1 dəst teflon tava qaşıqları, 1 dəst teflon dəstəli mətbəx alətləri, 1 ədəd bıçaq dəsti (7 müxtəlif ölçülü bıçaq), 2 ədəd qapaqlı saxsı sıyıq qazanı ( biri dairəvi, biri oval formalı), 1 ədəd metal çörəkqabı, 10 ədəd çay dəsmalı, 10 ədəd mətbəx dəsmalı, Masa örtüyü 2 hissəli (ağ və qəhvəyi) TAÇ firması, 2 ədəd masa örtüyü- krem-bej rəngli, 1 ədəd masa örtüyü –işləməli, ortası tül, 1 qutu masa östüyü və masa salfeti GELİN firması 50. Hamam otağı:PaltaryuyanSamsung firması Diamond modeli 51.Uşaq otağı: 1 ədəd xalça – Liliya firması (qəhvəyi-ağ kürəcikli naxışlar 2m x 3m), 1 ədəd xalça- bordo rəng ( 1m x 2m). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, azyaşlı uşaqları ilə birlikdə köçürülmək istədiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki, 586-cı məhəllədə, 68 saylı evin 28 saylı mənzili (Yeni ünvanı Z.Xəlilov küçəsi, 208, M4,m2) nikah dövründə əri olan Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin evdə o və uşaqları yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Ailə qurduğu vaxtdan həmin mənzildə yaşamışdır. Birgə nikahdan xx.xx.2013cü il təvəllüdlü Mədinə adlı və xx.xx.2017-ci il təvəllüdlü Altay adlı iki uşağı da var. Cavabdeh nikazhın pozulması barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və iş hazırlıq mərhələsindədir. Nikahın pozulmasına razı olmadığı barədə məhkəməyə bildirmişdir. Cavabdeh 15 may 2022-ci il tarixdə onu döyərək, uşaqları ilə birlikdə yaşadığı evdən çıxarıb. Təxminən 10 gün sonra o qayıtsa da artıq cavabdeh mənzilin açarını dəyişdiyindən içəri girə bilməmişdir. Özünün və uşaqlarının şəxsi əşyaları, cehiz əşyaları yaşadığı evdə qalıb. Hesab edir ki, gəlin köçüb ailə üzvü kimi yaşadığı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülməli, bu onların haqqıdır. O, həmin evdən öz iradəsi ilə çıxmamışdır. Ona görə də o özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzildən çıxarılma olmayıb, bu mümkünsüzdür. İddiaçı istədiyi vaxt gəlib mənzildə yaşaya bilər, evi özü tərk edib, buna görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-138/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilərək mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Balı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, 1.Qonaq otağı mebel dəstinə (TİLSİM model) daxildir: 1 ədəd masa (açılıb-bağlanan), 8 ədəd stul (satılıb əvəzində 6 stul və 1 transformer jurnal masası alınıb), 1 ədəd güzgülü ağ kamod – üçqapılı, 1 ədəd alçaq qəhvəyi şkaf- birqapılı, 1 ədəd hündür ağ şkaf- ikiqapılı, 1 ədəd hündür qəhvəyi şkafbirqapılı, 1 ədəd televizor altlığı mini-stend 2. Divan- Sabrina firmasindan 3 hissəli künc modeli, qəhvəyi, 3.Çılçıraq (İspaniya), 4. 1 xalça- ağ-qəhvəyi ipək saplarla, saçaqlı (3m x 4m), 5. 1 xalça –qəhvəyi ipək saplarla, saçaqlı (2m x 3m), 6. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 7. Televizor- Samsung firması 8. DVD- LG firması 9. 18 nəfərlik çox parçalı dördkünc formalı keramika yemək, çay və qəhvə dəstinə (Germany) daxildir: 18 ədəd böyük qab, 18 ədəd kiçik qab, 18 ədəd dərin şorba qabı, 18 ədəd kasa, 3 ədəd bulud, 1 ədəd şorba qazanı, 1 ədəd iri dərin qab, 8 ədəd duz qabı, 8 ədəd istiot qabı, 1 ədəd yağ qabı, 2 ədəd zeytun qabı, 1 ədəd salat qabı, Çay dəstinə daxildir:, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 6 ədəd qəhvə fincanı, 6 ədəd qəhvə, nəlbəkisi, 1 ədəd çaydan, 1 ədəd qəhvədan, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd qənd qabı, 10. 6 ədəd hündür qara ayaqlı bakal, 6 ədəd viski bakalı, 6 ədəd rumka, 4 ədəd qapaqlı qəndqabı, Dördbucaq şirniyyat dəsti-1 bulud və 6 qab Villeroy Boch firmasından olan qablar: 11. 18 ədəd hündürayaqlı bakal, 12. 12 ədəd hündürayaqlı bakal ( SCHOTT model ), 13. 12 ədəd dondurma qabı, 14. 2 ədəd göy güldan (biri hündür, biri alçaq), 15. 2 güldan ( biri ağ, biri boz), 16. 1 güldan-( Nachtmann model), 17. Guldan və meyvəqabı dəsti ( İGİZİA model), 18. Sushi seti (1 ədəd uzun qab, 2 ədəd balaca qab, 2 ədəd sous qabı), 19. Metal qazan dəsti - 5 qazan, 4 qapaq ( VMF firma), 20. Balıqqulağı formasında meyvəqabı dəsti – 1 ədəd dərin meyvəqabı, 2 ədəd dayaz meyvəqabı, 4 ədəd çərəz qabı, 21. 2 ədəd hündürayaqlı göy desert qabı, 22. 2 ədəd hündürayaqlı ağ desert qabı, 23. 4 ədəd dördkünc konfetqabı, 24. 2 nəfərlik çay dəsti (bordo rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki+ 2 ədəd qızılı çayqaşığı, 25. 2 nəfərlik qəhvə dəsti (krem rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki 26.BOGEMA 2 ədəd konfet qabı, 2 ədəd limon qabı, 2 hissəli güldan+meyvəqabı, 1 ədəd güldan, 1 ədəd qapaqlı konfetqabı (göy rəngdə), 1 ədəd Xonça-bulud, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd meyvəqabı (qızılı ayaqlı), 1 ədəd çərəzqabı 5 hissəli (qızılı ayaqlı), 1 ədəd göy güldan 27.KARACA 2 ədəd Ayaqlı tortqabı (kəpənəkli), 2 ədəd yaşıl rəngdə nahar dəsti 6 nəfərlik ( hər bir dəstdə 1 bulud , 6 dayaz böyük qab, 6 dayaz kiçik qab, 6 dərin qab), Oval formada şirniyyat qabıağ rəngdə, Lokumqabı- qızılı 28. 1ədəd 12 nəfərlik çemodan qaşıq-çəngəl-bıçaq dəsti (qaşıq,çəngəl,bıçaq,çay qaşığı,qəhvə qaşığı, köməkçi süfrə qaşıqları ) 2 ədəd 12 nəfərlik qaşıq-çəngəl-bıçaq dəsti, 1 gümüş çay dəstinə daxildir- 1 çaydan,6 fincan,1 qəndqabı, 1 gümüş qəndqabı, 2 ədəd firlanan şirniyyat qabı, 2 ədəd metal konus ayaqlı şamdan, 2 ədəd uzunsov dekor qabağ və boz rəngdə dəlikli, 2 ədəd ağ rəngdə dəlikli meyvəqabı, 12 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd nəlbəki ( armudu stəkan üçün), 1 qutu suvenir çayqaşığı dəsti (Özbəkistan), 2 dəst suvenir çayqaşığı dəsti ( hər birində 6 ədəd) 29. Yataq otağı mebel dəstinə (Merinos firması) daxildir: 1 ədəd ikinəfərlik çarpayı ( 2 ədəd tumbo ilə birlikdə), 1 ədəd ikiqapılı, 1 qapısı güzgülü qarderob şkafı, 1 ədəd güzgülü kamod şkaf, 4 siyirməli, 1 ədəd ortopedik ikinəfərlik çarpayı matrası (Merinos) 30. 1 ədəd çılçıraq ( Philips firması, Satral Elektrik mağazasından), 31. 1 ədəd hündürayaqlı gecə lampası ( Philips firması, Satral Elektrik mağazasından), 32. Pərdə-“Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 33. Çarpayı örtüyü və 2 yastıq üzü--“Röya” pərdə-tül mağazasından, 34. Misir naxışlı çarpayı örtüyü və 2 yastıq üzü- Jado firması, 35.İran xalçası- ipək, işıqda rəngi dəyişən (2m x 3m), 36.Kiçik xalça- boz (1,5m x 1m), 37. 6 ədəd balış (qu tükündən 50X70), 38. 2 ədəd balış (qu tükündən 70X70), 39. 2 ədəd ikinəfərlik sintefon yorğan, 40. 2 ədəd birnəfərlik sintefon yorğan, 41. 2 ədəd yun yorğan, 42. 1 ədəd qu tükündən kompakt yığılabilən ikinəfərlik döşək (öz sandığında), 43. 4 ədəd nazik sırıqlı pambıq yay yorğanı, 44. 3 cüt ədyal (2ədəd ağ, 2 ədəd yaşıl, 2 ədəd ikiüzlü), 45. 1 ədəd çəhrayı vafliqabaritli ədyal, 46. Çəhrayı çarpayı örtüyü və 2 yastıq üzü, 47. 6 ədəd böyük hamam dəsmalı, 48. 10 ədəd üz dəsmalı 49. Mətbəx: 1 ədəd soyuducu-buz dolabı X7, 1 ədəd qaz peçi – Siemens, 1ədəd mikrodalğalı soba- KenWood, 1 ədəd elektrikli bişirmə sobası, 1 ədəd şirəçəkən maşın- Bosch, 1 ədəd mikser+blender Bosch, 1 ədəd qırmızı tozsoran – Bosch, 1 ədəd elektrikli süpürgə- Bosch, Qabyuyan- Bosch, 1 ədəd kofeüyüdən-Tefal, Teflon qazan dəsti yaşıl (2 ədəd qapaqlı qazan, 1 ədəd qapaqlı tava,) - Aura firması, 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (ikidəstəli), 1 ədəd şüşə qapaqlı qara qranitteflon tava (birdəstəli), 2 ədəd qapaqlı şüşə qazan, 2 ədəd şüşədən soba üçün bişirmə qabı, 1 ədəd 6 nəfərlik çəngəl-qaşıq-bıçaq dəsti, 1 ədəd şamdanlı şüşə çaydan, 1 ədəd dördmərtəbəli metal çərəz qabı, Səhər yeməyi dəsti: 2 ədəd qapaqlı metal yağ/pendir qabı, 2 ədəd metal qapaqlı şüşə qənd/şəkər qabı, 2 ədəd duz/istiot qabı, 1 ədəd salfet qabı, 1 dəst güzgülü padnos dəsti ( 3 müxtəlif ölçülü padnos), 1 dəst teflon tava qaşıqları, 1 dəst teflon dəstəli mətbəx alətləri, 1 ədəd bıçaq dəsti (7 müxtəlif ölçülü bıçaq), 2 ədəd qapaqlı saxsı sıyıq qazanı ( biri dairəvi, biri oval formalı), 1 ədəd metal çörəkqabı, 10 ədəd çay dəsmalı, 10 ədəd mətbəx dəsmalı, Masa örtüyü 2 hissəli (ağ və qəhvəyi) TAÇ firması, 2 ədəd masa örtüyü- krem-bej rəngli, 1 ədəd masa örtüyü –işləməli, ortası tül, 1 qutu masa östüyü və masa salfeti GELİN firması 50. Hamam otağı:PaltaryuyanSamsung firması Diamond modeli 51.Uşaq otağı: 1 ədəd xalça – Liliya firması (qəhvəyi-ağ kürəcikli naxışlar 2m x 3m), 1 ədəd xalça- bordo rəng ( 1m x 2m) əşyaların siyahıya alınması və özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 09 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MTK, sədri X1 ümumi sahəsi 96 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə ünvanında inşa edilən 4 bloklu, 12 mərtəbəli 99 mənzilli yaşayış evinin 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 28 saylı mənzili Cavabdeh satmışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və akt qeydləri kitabında 537 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 2 uşağı vardır: xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddsəinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı 2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları var. Birgə nikah dövründə Bakı şəhəri, ünvan 2 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzil Cavabdeh tərəfindən alınmışdır. Hazırda iddiaçı həmin mənzilə uşaqları ilə birlikdə köçürülməyi və sadalanan əşyaların köçəcəyi məznildə ona təhvil verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 2012-ci il tarixdə bağlanmış nikah pozulmamış və tərəflərin birgə nikahından doğulmuş 2 azyaşlı uşaqları ananın himayəsindədir. Beləliklə, həm İddiaçı, həm də tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 da Cavabdeh ailə üzvü hesab edilir. İddiaçı və uşaqlar Cavabdeh ailə üzvü hesab edildiyindən artıq onların Bakı şəhəri, ünvan 2 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzilindən istifadə hüququ yaranmışdır. Qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış nikah hazırda pozulmadığından və birgə nikahdan doğulmuş 2 azyaşlı uşaqları da cavabdehin ailə üzvü hesab edildiyindən iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzilə sadalanan əşyalarla birlikdə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İki azyaşlı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə birlikdə Balı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilinə (Yeni ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) köçürülsün. Sadalanan əşyalar köçəcəyi mənzildə özünə təhvil verilsin: 1.Qonaq otağı mebel dəstinə (TİLSİM model) daxildir: 1 ədəd masa (açılıb-bağlanan), 8 ədəd stul (satılıb əvəzində 6 stul və 1 transformer jurnal masası alınıb), 1 ədəd güzgülü ağ kamod – üçqapılı, 1 ədəd alçaq qəhvəyi şkaf- birqapılı, 1 ədəd hündür ağ şkaf- ikiqapılı, 1 ədəd hündür qəhvəyi şkaf- birqapılı, 1 ədəd televizor altlığı mini-stend 2. Divan- Sabrina firmasindan 3 hissəli künc modeli, qəhvəyi, 3.Çılçıraq (İspaniya), 4. 1 xalça- ağ-qəhvəyi ipək saplarla, saçaqlı (3m x 4m), 5. 1 xalça –qəhvəyi ipək saplarla, saçaqlı (2m x 3m), 6. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 7. Televizor- Samsung firması 8. DVD- LG firması 9. 18 nəfərlik çox parçalı dördkünc formalı keramika yemək, çay və qəhvə dəstinə (Germany) daxildir: 18 ədəd böyük qab, 18 ədəd kiçik qab, 18 ədəd dərin şorba qabı, 18 ədəd kasa, 3 ədəd bulud, 1 ədəd şorba qazanı, 1 ədəd iri dərin qab, 8 ədəd duz qabı, 8 ədəd istiot qabı, 1 ədəd yağ qabı, 2 ədəd zeytun qabı, 1 ədəd salat qabı, Çay dəstinə daxildir:, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 6 ədəd qəhvə fincanı, 6 ədəd qəhvə, nəlbəkisi, 1 ədəd çaydan, 1 ədəd qəhvədan, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd qənd qabı, 10. 6 ədəd hündür qara ayaqlı bakal, 6 ədəd viski bakalı, 6 ədəd rumka, 4 ədəd qapaqlı qəndqabı, Dördbucaq şirniyyat dəsti-1 bulud və 6 qab Villeroy Boch firmasından olan qablar: 11. 18 ədəd hündürayaqlı bakal, 12. 12 ədəd hündürayaqlı bakal ( SCHOTT model ), 13. 12 ədəd dondurma qabı, 14. 2 ədəd göy güldan (biri hündür, biri alçaq), 15. 2 güldan ( biri ağ, biri boz), 16. 1 güldan-( Nachtmann model), 17. Guldan və meyvəqabı dəsti ( İGİZİA model), 18. Sushi seti (1 ədəd uzun qab, 2 ədəd balaca qab, 2 ədəd sous qabı), 19. Metal qazan dəsti - 5 qazan, 4 qapaq ( VMF firma), 20. Balıqqulağı formasında meyvəqabı dəsti – 1 ədəd dərin meyvəqabı, 2 ədəd dayaz meyvəqabı, 4 ədəd çərəz qabı, 21. 2 ədəd hündürayaqlı göy desert qabı, 22. 2 ədəd hündürayaqlı ağ desert qabı, 23. 4 ədəd dördkünc konfetqabı, 24. 2 nəfərlik çay dəsti (bordo rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki+ 2 ədəd qızılı çayqaşığı, 25. 2 nəfərlik qəhvə dəsti (krem rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki 26.BOGEMA 2 ədəd konfet qabı, 2 ədəd limon qabı, 2 hissəli güldan+meyvəqabı, 1 ədəd güldan, 1 ədəd qapaqlı konfetqabı (göy rəngdə), 1 ədəd Xonçabulud, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd meyvəqabı (qızılı ayaqlı), 1 ədəd çərəzqabı 5 hissəli (qızılı ayaqlı), 1 ədəd göy güldan 27.KARACA 2 ədəd Ayaqlı tortqabı (kəpənəkli), 2 ədəd yaşıl rəngdə nahar dəsti 6 nəfərlik ( hər bir dəstdə 1 bulud , 6 dayaz böyük qab, 6 dayaz kiçik qab, 6 dərin qab), Oval formada şirniyyat qabı- ağ rəngdə, Lokumqabı- qızılı 28. 1ədəd 12 nəfərlik çemodan qaşıq-çəngəl-bıçaq dəsti (qaşıq,çəngəl,bıçaq,çay qaşığı,qəhvə qaşığı, köməkçi süfrə qaşıqları ) 2 ədəd 12 nəfərlik qaşıq-çəngəl-bıçaq dəsti, 1 gümüş çay dəstinə daxildir- 1 çaydan,6 fincan,1 qəndqabı, 1 gümüş qəndqabı, 2 ədəd firlanan şirniyyat qabı, 2 ədəd metal konus ayaqlı şamdan, 2 ədəd uzunsov dekor qabağ və boz rəngdə dəlikli, 2 ədəd ağ rəngdə dəlikli meyvəqabı, 12 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd nəlbəki ( armudu stəkan üçün), 1 qutu suvenir çayqaşığı dəsti (Özbəkistan), 2 dəst suvenir çayqaşığı dəsti ( hər birində 6 ədəd) 29. Yataq otağı mebel dəstinə (Merinos firması) daxildir: 1 ədəd ikinəfərlik çarpayı ( 2 ədəd tumbo ilə birlikdə), 1 ədəd ikiqapılı, 1 qapısı güzgülü qarderob şkafı, 1 ədəd güzgülü kamod şkaf, 4 siyirməli, 1 ədəd ortopedik ikinəfərlik çarpayı matrası (Merinos) 30. 1 ədəd çılçıraq ( Philips firması, Satral Elektrik mağazasından), 31. 1 ədəd hündürayaqlı gecə lampası ( Philips firması, Satral Elektrik mağazasından), 32. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 33. Çarpayı örtüyü və 2 yastıq üzü--“Röya” pərdə-tül mağazasından, 34. Misir naxışlı çarpayı örtüyü və 2 yastıq üzü- Jado firması, 35.İran xalçası- ipək, işıqda rəngi dəyişən (2m x 3m), 36.Kiçik xalça- boz (1,5m x 1m), 37. 6 ədəd balış (qu tükündən 50X70), 38. 2 ədəd balış (qu tükündən 70X70), 39. 2 ədəd ikinəfərlik sintefon yorğan, 40. 2 ədəd birnəfərlik sintefon yorğan, 41. 2 ədəd yun yorğan, 42. 1 ədəd qu tükündən kompakt yığılabilən ikinəfərlik döşək (öz sandığında), 43. 4 ədəd nazik sırıqlı pambıq yay yorğanı, 44. 3 cüt ədyal (2ədəd ağ, 2 ədəd yaşıl, 2 ədəd ikiüzlü), 45. 1 ədəd çəhrayı vafli-qabaritli ədyal, 46. Çəhrayı çarpayı örtüyü və 2 yastıq üzü, 47. 6 ədəd böyük hamam dəsmalı, 48. 10 ədəd üz dəsmalı

49. Mətbəx: 1 ədəd soyuducu-buz dolabı X7, 1 ədəd qaz peçi – Siemens, 1ədəd mikrodalğalı soba- KenWood, 1 ədəd elektrikli bişirmə sobası, 1 ədəd şirəçəkən maşın- Bosch, 1 ədəd mikser+blender Bosch, 1 ədəd qırmızı tozsoran – Bosch, 1 ədəd elektrikli süpürgə- Bosch, Qabyuyan- Bosch, 1 ədəd kofeüyüdən-Tefal, Teflon qazan dəsti yaşıl (2 ədəd qapaqlı qazan, 1 ədəd qapaqlı tava,) - Aura firması, 1 ədəd şüşə qapaqlı qara qranitteflon tava (ikidəstəli), 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (birdəstəli), 2 ədəd qapaqlı şüşə qazan, 2 ədəd şüşədən soba üçün bişirmə qabı, 1 ədəd 6 nəfərlik çəngəlqaşıq-bıçaq dəsti, 1 ədəd şamdanlı şüşə çaydan, 1 ədəd dördmərtəbəli metal çərəz qabı, Səhər yeməyi dəsti: 2 ədəd qapaqlı metal yağ/pendir qabı, 2 ədəd metal qapaqlı şüşə qənd/şəkər qabı, 2 ədəd duz/istiot qabı, 1 ədəd salfet qabı, 1 dəst güzgülü padnos dəsti ( 3 müxtəlif ölçülü padnos), 1 dəst teflon tava qaşıqları, 1 dəst teflon dəstəli mətbəx alətləri, 1 ədəd bıçaq dəsti (7 müxtəlif ölçülü bıçaq), 2 ədəd qapaqlı saxsı sıyıq qazanı ( biri dairəvi, biri oval formalı), 1 ədəd metal çörəkqabı, 10 ədəd çay dəsmalı, 10 ədəd mətbəx dəsmalı, Masa örtüyü 2 hissəli (ağ və qəhvəyi) TAÇ firması, 2 ədəd masa örtüyü- krem-bej rəngli, 1 ədəd masa örtüyü –işləməli, ortası tül, 1 qutu masa östüyü və masa salfeti GELİN firması

50. Hamam otağı:PaltaryuyanSamsung firması Diamond modeli 51.Uşaq otağı: 1 ədəd xalça – Liliya firması (qəhvəyi-ağ kürəcikli naxışlar 2m x 3m), 1 ədəd xalça- bordo rəng ( 1m x 2m). Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar