Məhkəmə qərarları › İş №2(004)-2395/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2395/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2395/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi Maraqlı şəxs2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixində Bakı şəhərində qeydiyyatda olduğu ünvandan məhrum olmuşdur. O və ailə üzvləri yuxarıda qeyd edilən ünvanda yaşamışlar. ünvan 3 ünvan 4 ünvanı kimi qeyd edilirdi. Həmin evdən onlara 11.2 kv metr sahə verilmişdir. Həmin sahə üzərindən X18 və o ev növbəsinə götürülmüşlər. Bu barədə Yasamal rayon İcra Hakimiyyəti (keçmiş oktyabr rayonu) 24 fevral 1988 -ci il tarixində sərəncam vermişdir, (sərəncam əlavə edilir) Hazırda o və ailə üzvləri kirayədə, qohumların himayəsində yaşayırlar. Cavabdehlər qeydiyyatda olduğu ailəsinə məxsus evə daxil olmağa icazə vermirlər. Onun qeydiyyatda olduğu yaşayış sahəsindən başqa mülkiyyətində mənzil yoxdur. Dəfələrlə cavabdehlərə müraciət etməsinə baxmayaraq, onlar öz qanunsuz əməllərindən əl çəkmirlər və onu evə buraxmırlar. Qeyd edir ki, atası Muradov Mehdaman vəfat edən günə qədər yuxarıda qeyd edilən mübahisəli mənzildə qeydiyyatda olmaqla bərabər yaşamışdır. (2 nömrəli forma arayışının təsdiq edilmiş surəti əlavə olunur) Əlavə olaraq bildirir ki, mübahisəli evdə cavabdehlər yaşayırlar. O məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qevd edir ki, cavabdehlər onun bibisi və bibisinin oğludur. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Maraqlı şəxs2 və Maraqlı şəxs1 hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi, Cavabdeh isə əsl cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən İddiaçı ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının evlərinin olmamasını əsas gətirərək, onun mülkiyyətində olan mənzilə köçməsini tələb etməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi Maraqlı şəxs2 məhkəməyə izahatında iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Oktyabr Rayon Xalq Deputatları Sovetinin 4/3 №-li, 24 fevral 1988-ci il tarixli qərarının notarial təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən Oktyabr rayonu, ünvan 5 ünvanında yaşayan X18 və onun ailə üzvləri (4 nəfərdən ibarət tərkibdə-özü, əri və iki oğlu) ev növbəsinə qeydiyyata götürülmüşlər. İş materiallarında olan forma 2 arayışından görünür ki, X2 və İddiaçı həqiqətən də, Oktyabr rayonu, ünvan 5 ünvanında yerləşən 11.2 kv.m. sahədə yaşamışlar və həmin evdə qeydiyyatda olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilən Arayışından görünür ki, mübahisəli ünvanda qeydiyyatda olanlar siyahısında Maraqlı şəxs1 və Maraqlı şəxs2 var. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 6 ünvanda yerləşən mənzil 04.07.2018-ci il tarixdən Cavabdeh Aaməmməd oğlunun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3883 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 17 may 2021-ci il tarixli aktın məzmunundan görünür ki, qonşular – X13, X6, X4, X8, X14, X9, X15 aktı tərtib edirlər ondan ötrü ki, X18 və İddiaçı ünvan 6 ünvanında heç vaxt yaşamayıblar, hal-hazırda da yaşamırlar. (akt həmin şəxslərin imzaları ilə təsdiq edilmişdir). İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 7 ünvanda yerləşən mənzil Oktyabr Rayon Xalq Deputatları Sovetinin 4/3 №-li, 24 fevral 1988ci il tarixli qərarına əsasən X18 və onun ailə üzvlərinin istifadəsinə verilmiş, daha sonra həmin mənzil Cavabdeh adına özəlləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış verilmiş, həmin mənzil hal-hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı isə həmin mənzildə yaşamır və daimi yaşamaq üçün uzun müddətdir ki başqa yerə köçmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı 1988-ci ildən mübahisəli mənzildən istifadə hüququ yaranmış olsa da, o, həmin mənzildən uzun müddət əvvəl könüllü olaraq köçərək, mənzildə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixədək (1982-ci ildə) yarandığıdan və iddiaçının mübahisəli yaşayış sahəsinə qeydiyyata düşdüyü zaman mənzil dövlət mənzil fonduna aid edildiyindən hazırki mübahisə köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. 08.07.1982-ci ildə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin İ və Vİ hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, şəxsin yaşayış sahəsindən istifadə hüququnun yaranıb saxlanması üçün yuxarıda sadalanan qanunvericilik normalarında əks olunan müvafiq şərtlərin mövcudluğu vacibdir. Evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi üçün isə məhkəmə tərəfindən əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Belə ki, həmin maddənin mənasından göründüyü kimi kirayədarın və ya mübahisəli sahədə yaşayan istifadəçilərin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün onlar, məhz daimi yaşamaq məqsədilə başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Belə ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçıya məxsus evdə əvvəllər yaşasa da, hazırda onun mübahisəli mənzildə yaşaması və mülkiyyətçi ilə birgə təsərrüfat aparması iş materialları ilə öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş aktı tərtib etmiş qonşuların ifadələrinə əsasən iddiaçının və anasının ünvan 7 ünvanında yaşamaması, onlara aid hər hansı əşyanın mübahisəli evdə olmaması müəyyən edilmişdir. Bu kimi faktlar İddiaçı məhz daimi yaşamaq niyyətilə başqa yerə köçmüş olduğunu təsdiqləyir və onun mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə səbəb olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından, iddiaçının həmin evə köçürülməsini tələb etməsi əsassızdır. Bundan başqa, iddiaçı ərizəsində qeyd etmişdir ki, o, hal-hazırda da ünvan 6 ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Bu səbəbdən onun həmin mənzilə köçürülməsi barədə tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin dəlili də əsassızdır. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. İddiaçının cavabdehə məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar