Məhkəmə qərarları › İş №2(004)-24/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-24/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-24/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X16, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qarşı “paylı mülkiyyətdə olan evin sahiblik və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı, X4, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan evin sahiblik və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 nömrəli evin ona aid olan hissəsinə köçürülməsi, evin giriş-çıxış qapılarının açarlarının ona təqdim edilməsi, evin mülkiyyətçilər arasında istifadə qaydalarının müəyyən edilməsi, evin ona aid olan hissəsində təmir işlərinə başlamasına şərait yaradılması, mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 nömrəli evin ona aid olan hissəsinə köçürülməsi, evin giriş-çıxış qapılarının açarlarının ona təqdim edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 mənzilin ona məxsus 1/4 hissədə mülkiyyət hüququnu pozan hərəkətlər edilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********40-10301 reyestr №-li, ********** qeydiyyat №-li elektron çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Z.Adigözəlov küçəsi, dalan 15, ev 12 saylı paylı mənzilin 1/4 hissəsi ona, 1/4 hissəsi X18, 1/4 hissəsi Cavabdeh1 və 1/4 hissəsi Cavabdeh3 məxsusdur. Lakin, bu günədək mənzilin mülkiyyətçisi olduğu ona aid olan hissəsinə daxil olub sahiblik edə, istədiyi kimi istifadə edə bilmir. Sözügedən mənzilin ilk əvvəl 1/4 hissəsinin sahibi olmuş X19 xx.xx.1976-cı il tarixdə dünyasını dəyişsə də, sonradan həmin ev üzrə ünvanda çoxsaylı aidiyyatı olmayan şəxslər faktiki olaraq yaşamasalar da, özlərinə məxsus mənzillərdə yaşasalar da məqsədli şəkildə qanunsuz yollarla daimi pasport qeydiyyatına alınmasına nail olmuşlar. Belə ki, həmin mənzilin 1/4 hissəsinin sahibi olmuş mərhum Məmmədəli Əliyevin qızı (yəni, vərəsəsi) və sonradan alqı-satqı müqaviləsi əsasında özünə məxsus 1/4 hissədən ibarət payı ona satmış X5 adına verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, hal-hazırda həmin mənzil üzrə ünvanda:

1. Cavabdeh1;

2. Cavabdeh2 (Tamilla Əliyevanın qardaşı arvadı) 1971-cı ildə;

3. Cavabdeh3 (Tamilla Əliyevanın bacısı qızı) 1990-cı ildə;

4. Cavabdeh4 (Tamilla Əliyevanın qardaşı qızı) 1990-cı ildə;

5. Cavabdeh10 (Tamilla Əliyevanın qardaşı qızı) 1987-ci ildə;

6. Cavabdeh5 (Tamilla Əliyevanın qardaşı oğlu) 1992-ci ildə;

7. Cavabdeh6 2016-cı ildə;

8. Cavabdeh7 (Tamilla Əliyevanın qardaşı nəvəsi) 2016-cı ildə;

9. Cavabdeh9 (Tamilla Əliyevanın qardaşı nəvəsi) 2014-cü ildə qanunsuz yollarla daimi pasport qeydiyyatına alınmışlar. Mənzildə daimi pasport qeydiyyatında olan cavabdehlər mənzilin giriş-çıxış qapısının açarlarının onlarda olmasından istifadə edərək, eləcə də, mənzildə faktiki olaraq heç vaxt yaşamasalar da, həmin mənzilin qapısını daima bağlı saxlayaraq onun daxil olmasına və istədiyi kimi istifadə etməsinə ciddi maneələr yaradırlar. Dəfələrlə tərəfindən cavabdehlərə müraciət edərək mülkiyyətçisi olduğu evə daxil olmasına şərait yaradılması, giriş-çıxış qapısının açarlarının ona təqdim edilməsini xahiş etsə də, ona qarşı daima aqressiv, dözümsüzlük münasibəti göstərilmiş, telefon zənglərinə cavab verilməmiş, mənzilə daxil olmasına və istifadə etməsinə şərait yaradılmamış, maneələr yaradılmışdır. Bununla bağlı hətta hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edərək pozulmuş hüquqlarının bərpa olunmasında köməklik göstərilməsini xahiş etsə də, məsələ mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. Cavabdehlərin hərəkətləri əsassızdır və mövcud qanunvericiliyin tələbinə tam ziddir. Prosesin gedişində Cavabdeh4 cavabdehlər İddiaçı, X4, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X10 arasında bağlanmış Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov küçəsi dalan 15, 12 saylı evin 1/4 hissəsinin alqı-satqı müqaviləsinin, DƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən evin 1/4 hissəsi ilə bağlı İddiaçı adına verilmiş çıxarışın və X6 adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, 12 saylı fərdi yaşayış evi babası X11 və onun qardaşı X22 1/2 hissədə mülkiyyətində olmuşdur və bu barədə xx.xx.1952-ci il tarixli Çıxarış mövcuddur. 1976-cı ildə babası Əliyev Məmmədəli vəfat etmiş, Əliyev Kafar isə 1941-ci ildə müharibəyə çağırılmış və geri qayıtmamışdır. X19 adı çəkilən ünvanda oğlu X20 və onun ailəsi ilə birlikdə yaşamışdır. X2 rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, 12 saylı fərdi evlə bağlı babası X7 miras qalmış daşınmaz əmlakı faktiki qəbul etmiş varisdir. X12 2008-ci ildə vəfatından sonra adı çəkilən miras əmlakı faktiki qəbul edən Cavabdeh5 üç övladı- Cavabdeh10, Cavabdeh4 və Cavabdeh5 olmuşdur. Yasamal rayonu, Z.Adıgözəlov küç. dalan 15, 12 saylı evin X3 və X6 adlarına rəsmiləşdirilməsi fərdi evdə daimi yaşayan və düzünə vərəsələrin iştirakı olmadan aparılmış və bu zaman aidiyyatı qurumlar daşınmaz əmlaka baxış keçirməmişdirlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən dəlillər absurddur, heç bir hüquqi əsası yoxdur, ərizə qanunsuz olduğu üçün təmin edilməməli və rədd edilməlidir. Belə ki, məhkəmə hazırlıq iclasında Cavabdeh4 tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilsə də, hakim həmin ərizəni tərəflərə təqdim etmədən özü araşdırmış, Cavabdeh4 həmin Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, ev 12 saylı evə mülkiyyət hüququ olmadığı üçün bu hal bütün cavabdehlərin və şəxsən onun nəzərinə çatdırılmış, tərəfindən həmin ərizəyə münasibət bildirilməsi üçün ərizənin və əlavə edilmiş sənədlərin verilməsini xahiş etsə də verilməmiş və qarşılıqlı iddianın qəbul edilməsi üçün Mülki Məcəllədə göstərilən tələbin şərtlərinə uyğun olub-olmaması barədə qərar növbəti məhkəmə iclasında qəbul ediləcəyi bildirilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə məhkəmədən ünvanına daxil olmuş bildirişdən məlum olmuşdur ki, qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən artıq icraata götürülmüş və artıq hətta digər şəxs X13 da cavabdeh qismində məhkəmə prosesinə cəlb edilmişdir. Hesab edir ki, bu ciddi prosessual qanun pozuntusudur və mülki prosessual qanunvericiliyin tələbinə ziddir. Eyni zamanda, ərizənin məhkəməyə təqdim edilməsi üçün müvafiq qaydada dövlət rüsumu ödənilməmiş, qoşma olaraq əlavə edilmiş sənədlər arasında qəbz yoxdur. Bu da qanunvericiliyin tələbinə əsasən ərizənin geri qaytarılması üçün əsasdır. Cavabdeh4 sözügedən paylı mənzildə daimi pasport qeydiyyatında olsa da, mülkiyyət sahibi deyil, bu səbəbdən də həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Cavabdeh4 iddia ərizəsində AR Mülki Məcəlləsinin 339-cu maddəsinin yəni, hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin mtnayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı barədə tələbinin ona qarşı pozulduğunu əsas gətirərək, alqı-satqı müqaviləsinin, çıxarışların ləğv edilməsini məhkəmədən xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut, dəlil təqdim etmir, ona qarşı kim sui-istifadə hallarına yol vermiş, onu aldatmış, zorakılıq etmiş, kimlər hədə təsiri altında pis niyyətlə razılığa gəlmiş və bu səbəbdən kimlər və necə ağır vəziyyətə düşdüyünü qeyd etmir və əsaslandırmır. Məhkəməyə təqdim edilmiş ərizə heç bir sübuta söykənmir, əqdin etibarsız hesab edilməsi məhkəmədən xahiş edilsə də ona qarşı konkret hansı qanun pozuntusuna yol verildiyi, əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı qaydaların, qadağaların, şərtlərin, hüquq normalarının pozulması ilə olması, hansı şəxsi və necə aldatması və s. barədə, eləcə də, məhkəmə tərəfindən sözügedən hansı qanuni əsaslarla etibarsız hesab edilməli olması barədə qanunvericiliyin müvafiq maddələrinə istinad edərək heç bir sübut göstərmir, bilərəkdən yan keçir, cavabdehin hansı qanuni maraqlarının təmin edilmədiyi açıqlamır, aydınlıq gətirilmir. Bütün yazılanların əksinə olaraq, həmin alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələbinə, qaydalara, şərtlərə riayət olunmaqla, mənzildə 1/4 paya sahib olan X13 tərəfindən payı satın almaqda üstünlük hüququ olan bütün mülkiyyətçilərə yəni, Cavabdeh1, Cavabdeh3 və Rəfiqə Hacı qızının qeydiyyatda olduqları ünvanlara yazılı bildirişlər göndərilmiş, ona məxsus payı 35.000 manata satmaq niyyətinin olması ilə bağlı ilk öncə onlara təklif etmiş, payı satın almaqdan imtina etdikləri, heç münasibət bildirmədikləri üçün, bildirişin verildiyi gündən 45 gün keçdikdən sonra onu əldə etmədikləri üçün T.Əliyeva öz payını ona satmışdır. Həmin alqı-satqı müqaviləsi də tərəflərin iradə ifadəsinə tam uyğun şəkildə bağlanmış, imzalanmış və notariat xidməti tərəfindən təsdiq edilərək rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlərin hər hansı hüquqları pozulmadığı üçün qarşılıqlı iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur, qanunsuzdur və məhkəmə tərəfindən təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia ərizəsində Cavabdeh4 qeyd edir ki, sözügedən mənzilin 1/4 hissəsini bibisi X13 11 saylı Notariat kontorunda bağlanmış alqısatqı müqaviləsinə əsasən, İddiaçı satmış və bu səbəbdən o, ailə üzvləri ilə fərdi evi tərk etməlidir. Bununla bağlı bildirir ki, həm Cavabdeh4, həm də digər bütün cavabdehlər və onların ailə üzvləri həmin mənzildə pasport qeydiyyatında olsalar da, daima özlərinə məxsus evlərdə yaşamış, evlilik həyatı qurduqdan sonra evdən köçmüş və həyat yoldaşlarına məxsus evdə yaşamış, bugünkü gündə də yaşayırlar. Hal-hazırda həmin mənzil çox bərbad, təmirsiz vəziyyətdədir, Cavabdeh10 tərəfindən kirayə verilmiş, evdə təkcə kirayəçi yaşayır. Eləcə də, Cavabdeh4 təqdim etdiyi ərizədə həmin evi tərk etməsini ondan kim, nə vaxt və hansı formada tələb etdiyini nədənsə qeyd etmir, məhkəməyə təqdim etdiyi ddia ərizəsində mənzildən cavabdehlərin çıxarılması ilə bağlı tələb, hər hansı bir müddəa belə yoxdur, yazılanlar həqiqətə uyğun deyil, yalandır. Cavabdeh4 məhkəməyə təqdim etdiyi ərizədə yazır ki, mərhum atası Aydın Əliyev həmin əmlakı faktiki qəbul etmişdir. Atası vəfat etdikdən sonra həmin əmlakı üç övladı Aytəkin, Aynur, Anar qəbul etmişlər. Həmin əmlakın Tamilla Əliyevanın və Cavabdeh3 adına rəsmiləşdirilməsi onların, yəni vərəsələrin iştirakı olmadan aparılmış və müvafiq orqanlar da əmlaka baxış keçirməmişlər. Bununla bağlı qeyd edir ki, babanın ölümündən sonra həmin miras əmlakı guya ki, mərhum atası Aydın Əliyev faktiki qəbul etdiyini, onun ölümündən sonra isə guya ki, övladları faktiki olaraq qəbul etdiyini qeyd etsə də, nədənsə açıqlamır ki, baba Məmmədəli Əliyev 1976-cı ildə öldükdən sonra atası Aydın Əliyev dünyasını dəyişən 2008ci ilədək, 32 il ərzində hansı səbəbdən yerli notariat xidmətinə müraciət edərək vərəsəlik şəhadətnaməsi almamış, vərəsə kimi tanınmamış və əmlaka sahib olmamışdır! Hansı səbəbdən həmin mənzil 1-ci növbəli vərəsələr, yəni Məmmədəli Əliyevin uşaqları: X8 və X13 yox, dünyasını dəyişmiş Aydın Əliyevin uşaqları: Aynur, Aytəkin, Anara məxsus olmalıdır! Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğu izahat verərək, onun təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin heç bir hüquqi əsası olmadığından təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ilkin və qarşılıqlı iddia üzrə cavabdehlərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında təqdim edilmiş xx.xx.2021-ci il tarixli 4Ə/11 reyestr nömrəli notariat işində olan xx.xx.2021-ci il tarixli AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 92.3 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/8 hissəsini bütünlüklə alıcı İddiaçı satılmışdır. X1 tərəfindən fərdi yaşayış evinin digər paylı mülkiyyətçilərinə qanunun tələbinə müvafiq olaraq üstün satın alma barədə bildiriş göndərilmiş və notariat işinə əlavə edilnmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi dalan 15, 12 saylı fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X17, 1/4 hissəsi Cavabdeh1 və 1/4 hissəsi Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi dalan 15, ev 12 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/1465 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı Şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15ci dalanda yerləşən Azərbaycan Respublikası MDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı paylı mülkiyyət kimi qeydiyyata alınmış ümumi sahəsi 92.30 kv.m olan 12 nömrəli evini 1/4 hissəyə naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.| 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti- X14 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Eyni zamanda tədqiq olunan yaşayış evindən İddiaçı payına düşən 1/4 (dörddə bir) hissə - 23,075 kv.m sahənin yardımçı sahələri ilə birlikdə naturada təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*- nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X14 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbədə yerləşən 1 və 4 saylı otaqlar və B literli tikilinin birinci mərtəbəsində yerləşən 1 saylı tikilini (6,0 kv.m.) İddiaçı istifadəsinə verilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalanda yerləşən Azərbaycan Respublikası MDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı paylı mülkiyyət kimi qeydiyyata alınmış ümumi sahəsi 92.30 kv.m olan 12 nömrəli evini 4 hissəyə naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti- X14 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Eyni zamanda tədqiq olunan yaşayış evindən İddiaçı payına düşən 1/4 (dörddə bir) hissə - 23,075 kv.m sahənin yardımçı sahələri ilə birlikdə naturada təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*- nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X14 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqlar, ikinci mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim olunmuş ekspert rəylərinə müqayisəli şəkildə qiymətləndirərərk belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qoyulmuş suallar dana əhatəli şəkildə cavablandırıldığına görə, hazırki mübahisənin həllində qeyd olunan ekspert rəyi ilə təklif olunan variant tətbiq olunmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, 12 saylı fərdi yaşayış evi 1/4 hissədə İddiaçı, 1/4 hissədə X17, 1/4 hissədə Cavabdeh1 və 1/4 hissədə Cavabdeh3 ümumi paylı mülkiyyətindədir. X1 tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 92.3 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə satıcıya məxsus 2/8 hissəsinin alıcı İddiaçı satılması barədə xx.xx.2021-ci il tarixli AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunmaqla bağlanılmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ilkin iddia üzrə iddiaçı öz mülkiyyətinə sahiblik, ondan istifadə edə bilmir. Belə olduğu halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı haqlı olaraq, hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, ilkin iddia tələbi təmin ediməli, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 nömrəli evin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqlar, ikinci mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilməklə, o, həmin otaqlara köçürülməli, evin giriş-çıxış qapılarının açarlarının iddiaçıya təqdim edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 mənzilin ona məxsus 1/4 hissədə mülkiyyət hüququnu pozan hərəkətlər edilməsi qadağan olunmalıdır. Məhkəmə qarşılıqlı iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə qarşılıqlı iddia üzrə iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 nömrəli fərdi yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Belə olan halda, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh10 cavabdehlər cavabdehlər İddiaçı, X4, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqlar, ikinci mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilməklə, o, həmin otaqlara köçürülsün. Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin giriş-çıxış qapılarının açarları İddiaçı təqdim edilsin. Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/4 hissədə mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qadağan olunsun. İddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı, X4, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X16, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 tutularaq, X9, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində elektron qaydada Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar