Məhkəmə qərarları › İş №2(004)-2402/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(004)-2402/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2402/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10 və İddiaçı13 cavabdehlər Nümayəndə2 və "xxxx" MTK-ya qarşı “müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi” tələbinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2402/2023 nömrəli qətnaməsinə dair əlavə qətnamənin çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10 və İddiaçı13 cavabdehlər Nümayəndə2 və "xxxx" MTK-ya qarşı “müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh "xxxx" MTK arasında müvafiq mənzillərin alqı-satqısına dair müqavilələr bağlanmışdır. Sözügedən müqavilələr üzrə ödənişlər iddiaçılar tərəfindən tam həyata keçirilmişdir. Lakin, cavabdeh "xxxx" MTK müqavilə öhdəliklərinə əməl etməməklə mənzilləri iddiaçılara təhvil vermir. Bu səbəbdən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2402/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 38 saylı mənzilin iddiaçı X1, həmin binada yerləşən 26 və 27 saylı mənzillərin İddiaçı2, həmin binada yerləşən 1 saylı, 50 saylı, 51 saylı, 52 saylı və 54 saylı mənzillərin İddiaçı3, həmin binada yerləşən 2 və 3 saylı mənzillərin İddiaçı4, həmin binada yerləşən 14 və 16 saylı mənzillərin İddiaçı5, həmin binada yerləşən 41 saylı mənzilin İddiaçı6, həmin binada yerləşən 53 saylı mənzilin İddiaçı7 İbrahim oğluna, həmin binada yerləşən 17 saylı mənzilin İddiaçı8, həmin binada yerləşən 49 saylı mənzilin İddiaçı9h Sultan oğluna, həmin binada yerləşən 28 saylı mənzilin İddiaçı10, həmin binada yerləşən 37, 39, 40 və 42 saylı mənzillərin İddiaçı11, həmin binada yerləşən 30 saylı mənzilin İddiaçı12 və həmin binada yerləşən 18 saylı mənzilin İddiaçı13 təhvil verilməsi öhdəliyi qoyulması, iddia tələbi Nümayəndə2 dair hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. Belə ki, iddia tələbində qeyd edilməsinə və sözügedən hissədə sübutlar təqdim edilməklə məhkəmə araşdırması aparılmasına baxmayaraq qətnamənin əsaslandırıcı və nəticə hissəsində Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 1 saylı, 50 saylı, 51 saylı, 52 saylı və 54 saylı mənzillərin İddiaçı3 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuş, lakin, qətnamənin təsviri hissəsində qeyd olunanlar nəzərə alınmaqla həmin binada yerləşən 29 saylı mənzilin İddiaçı3 təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qeyd edilməmişdir. Göstərilən nöqsan aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2402/2023 nömrəli qətnaməsinə dair əlavə qətnamə qəbul edilməli və Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 29 saylı mənzilin İddiaçı3 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 229, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2402/2023 nömrəli qətnaməsinə dair əlavə qətnamə qəbul edilsin. Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 29 saylı mənzilin İddiaçı3 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Qətnamədən 30 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar