Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2411/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 17.000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 142 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu olmaqla, cəmi 17.245 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 əvvəllər tanımış və münasibəti yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında Nahid müraciət edib ailə vəziyyəti ilə əlaqədar təcili pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Nihad ona bildirmişdir ki, banka müraciət etmiş, bir neçə gündən sonra bankdan ona kredit veriləcək və krediti alan kimi borcumu qaytaracaqdır. Münasibəti yaxşı olduğu üçün xx.xx.2021-ci il tarixdə Nihada 17.000 manat borc vermişdir. Aralarında olan razılaşmaya görə Nihad borcu 2021-ci ilin sentyabr ayının sonunda tam qaytarmalı idi. Nihad bu barədə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq borcu qaytarmamışdır. Ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün X2 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 144 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3. 429,1.3, 442, 448.1, 448.2, 739.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılıb imzalanmış xx.xx.2021-ci il tarixli qəbzə əsasən, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 17000 manat pul borc almış və həmin pulu 2021-ci ilin sentyabr ayının sonunda tam qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıdan yuxarıda göstərilən məbləğdə borc pul götürməsi işin mübahisəsiz hallarını təşkil edir. Buna baxmayaraq, cavabdeh tərəfindən hal-hazıradək 17.000 manat məbləğində borc iddiaçıya qaytarılmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 17.000 manat məbləğində əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 142 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu olmaqla, cəmi 17.245 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17.000 manat məbləğində əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 142 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu olmaqla, cəmi 17.245 (on yeddi min iki yüz qırx beş) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2411/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2411/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver