Məhkəmə qərarları › İş №2(004)-2412/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2412/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2412/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hesablanmış pul borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hesablanmış pul borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, internetdən istifadəyə görə cavabdeh tərəfindən ona hesablanmış 1571 manat borcun silinməsi, cavabdehə ödədiyi 400 manat pulun və dövlət rüsumu kimi ödədiyi 38 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, xx.xx.2021-ci il tarixində iddiaçı İraq İslam Respublikasının Kərbəla şəhərinə dini xarakterli ziyarətə getmişdir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra ona cavabdeh ‘‘Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilmişdir ki, xaricdə olduğu zaman internetə görə 1971 (min doqquz yetmiş bir ) manat borc pul hesablanmışdır. Halbuki o, xaricdə olduğu zaman internetdən istifadə etmişdir və qeyd olunan borcun hansı səbəbdən yaranmasından məlumatı yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, o, xaricə getməmişdən əvvəl təxminən xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə zəng edərək, xaricdə olduqda internet tarifləri ilə maraqlanmışdır. Lakin tariflər onu qane etmədiyi üçün operatora xaricdə internetdən istifadə etməyəcəyini bildirmiş və ona cavabdehin operatoru tərəfindən bildirilmişdir ki, xaricdə olduğu müddətdə interneti bağlanacaqdır. Lakin göründüyü kimi cavabdehin təqsiri səbəbindən internet xətti bağlanmadığı üçün xaricdə olduğu müddətdə internet xidmətindən istifadə etmədiyi halda ona əsassız pul borcu hesablanmışdır. O, Azərbaycan Respublikasına qayıtdıqda qeyd olunan borcun telefon danışığı borcu olduğunu güman edərək, 400 manatını ödəmişdir. Lakin sonradan borcun istifadə etmədiyi internet xidməti ilə bağlı olduğunu öyrənmişdir. Göründüyü kimi internet xəttinin bağlanması ilə bağlı onun müraciətinə dair cavabdeh öz vəzifəsini icra etməmişdir. Buna görə də cavabdeh tərəfindən .Azərbaycan Respublikası Mülki Məcəllənin tələbləri pozulduğu üçün istifadə etmədiyi xidmətə görə adına hesablanmış borcun silinməsi zəruridir. Cavabdeh məhkəməyə etiraz ünvnalayaraq bildirmişdir ki, İddiaçı ********* nömrəsi üzrə yaranmış 1571.27 manat məbləğində maddi ziyan vurulmasını mübahisələndirir. İddiaçının tələbinin əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. ********** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “Azercell Telekom" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ********* nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil internet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (rominq xidməti çərçivəsində internetdən istifadə tariflərə uyğun olaraq, ölkə daxilində isə Mobil internet Paketi aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir Mobil İnternet paketi aktiv olmadığı halda hər 1 MB üçün 0,40 manat) xidmət haqqı hesablanır. ********** nömrənin xx.xx.2021-ci il tarixli hesab-fakturasına aid izahlı fakturada əks olunan bütün zənglər (digər xidmətlərdən istifadə və Rominq xidməti çərçivəsində həyata keçirilmiş zənglər və internet xidmətindən istifadə də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilmişdir. ********** nömrədə Rominq xidməti çərçivəsində xx.xx.2021-ci il tarixində 9/20/2021-16:42-9/20/2021-16:54 radələrində İraqın “Asiacell GPRS” və Türkiyənin “Turkcell” operatorlarına məxsus mobil rabitə şəbəkələrindən 9/20/2021 16:37 - 9/20/2021 16:40 istifadə olunmuşdur. O cümlədən, ********** nömrədə xx.xx.2021-ci il tarixində saat 16:42-dən saat 16:54-dək mütəmadi olaraq Mobil İnternet xidmətindən istifadə edilmiş (ümumilikdə İraq, Asiacell GPRS 9/20/2021 16^42-9/20/2021 16:54 -də 110.51mb = 1768.13 AZN ƏDV; Turkey, Turkcell GPRS 9/20/2021 16:37- 9/20/2021 16:40-də 7.85mb = 7.77 AZN ƏDV) və tariflərə müvafiq olaraq da haqq (ƏDV daxil 1579, 27 manat) hesablanaraq fakturada öz əksini tapmışdır. Həmçinin, xx.xx.2021-ci il tarixində tariflərə müvafiq olaraq internetdən istifadə edilmiş haqq hesablanaraq fakturada öz əksini tapmışdır. Cavabdeh MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətləri ilə əlaqədar rominq xidməti çərçivəsində xarici ölkənin operatorunun ' şəbəkəsi seçildikdə və həmçinin müəyyən müddətdən bir əlavə məlumat xarakterli “Xoş Gəldin” (“Bon Voyaj") SMS-nin göndərilməsi nəzərdə tutulur. xx.xx.2021-ci il tarixində saat 16:33 və xx.xx.2021ci il tarixində sat 16:42 dəqiqələrdə ********** nömrədə də rominq xidməti çərçivəsində xarici ölkənin operatorunun şəbəkəsi seçilərkən aşağıdakı məzmunda SMS göndərilmişdir: “İraqa xos geldiniz! Yalniz Ooredoo ve ZAİN shebekelerinde 1GB=19.9 AZN internet paketinden faydalana bilersiniz! Qoshulmaq uchun *100*1001#YES yigin. Rominqde tariflərin nisbeten yuksek olmasini nezere alaraq istifadeden evvel Musteri Xidmetlerinden tarifleri deqiqlesdirmeyi tovsiye edirik. X1 (+**********00) zeng pulsuzdur. Azerbaycanin İraqda sefirliyi: +**********376. Seferiniz uğurlu olsun! www.azercell.com/roaming. “Turkiyeye xos gəlmisiniz! Artiq Turkiyede BUTUN operatorlarin shebekelerinde 1GB=19.9 AZN ve 400MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! Zeng 1deq=1AZN, 1SMS=0.15AZN, 1MB=0.99AZN. Azerbaycanin Turkiyedeki sefirliyi: +**********79. Seferiniz uğurlu olsun! www.azercell.com/roaming. ********** nömrədə İddiaçı Cavabdeh MMC-nin Müştəri Xidmətinə zəng edərək rominqin açılmasını xahiş edir. Operator tərəfindən ona bildirilir ki, internetdən istifadə zamanı ehtiyatlı olmağı, İraqda internet tarifləri çox bahadır, internet xəttin bağlanmasını bildirir. Abunəçi deyilənləri təsdiq edir və bildirir ki, interneti açıq qoymayacaq bağlayacaq(səs yazısı əlavə edilrir-disk). Mobil internet xidmətindən istifadə imkanının məhdudlaşdırılmasına və ya həmin nömrəyə ümumiyyətlə xidmət göstərilməsinin dayandırılmasına dair Cavabdeh MMC-yə hər hansı abunəçi müraciət daxil olmamışdır. ********** nömrədə xx.xx.2021-ci il tarixində (avans məbləği və ödənişlər nəzərə alınmaqla ödəniləcək məbləğ 1579,27 manat təşkil edir) 1848,42 manat və xx.xx.2021-ci il tarixində 5,00 manat, xx.xx.2021 -ci il tarixində 5.00 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ********** nömrəyə müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq, ikitərəfli olaraq xidmət göstərilməsinə məhdudiyyət qoyulub. Beləliklə də, İddiaçı istifadəsinə verilmiş ********** nömrəsinə “Azercell” tərəfi xx.xx.2021-ci il, xx.xx.2021 -ci il tarixli və 25.11,2021-ci il tarixli faktura dövrlərini əhatə edən müddətlər ərzində müxtəlif çeşidli telekommunikasiya xidmətləri göstərilmiş, o cümlədən xx.xx.2021-ci il tarixində X2 tərəfindən mübahisələndirilən Rominq və internet xidmətlərindən istifadə edilmiş (izahlı qaimə əlavə edilir-B.M.) və tariflərə müvafiq olaraq da haqq hesablanaraq xx.xx.2021-ci il tarixli fakturada öz əksini tapmışdır. ********** nömrədə xx.xx.2021-ci il tarixində 1848,42 manat (avans məbləği nəzərə alınmaqla ödəniləcək məbləğ 1571,2 manat təşkil edib) məbləğində faktura kəsilmişdir. ********** nömrədə xx.xx.2021-ci il tarixin 5,00 manat məbləğində, xx.xx.2021-cu il tarixində 5,00 manat məbləğində fakturalar kəsilmişdir. Nömrədəki faktura borcunun son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ********** nömrə müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq ikitərəfli olaraq bağlanmaqla xidmət göstərilməsinə məhdudiyyət qoyulmuşdur. Göstərilənləri nəzərə alaraq bildirlər ki, ********** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında Cavabdeh MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. İİ. Abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bilər və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə etmək imkanına malikdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.1-ci maddəsinə əsasən “Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitin aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, “AZERCELL” Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği “AZERCELL”-ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır”. Abunə Müqaviləsinin 4.5-ci maddəsinə əsasən ““AZERCELL” öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaql' müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir”. Göründüyü kimi, kredit limiti keçildikdə nömrənin bağlanması "Azercell Telekom” MMC-nin öhdəliyi deyil, hüququdur. Mobil İnternet xidmətindən istifadəni isə cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən qarantiya (zəmanət) şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və s. barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə edə bilərlər. “Azercell Telekom" MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin internet xidmətindən istifadə zamanı mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Bundan başqa, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə istifadə etdikləri ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə və balans hesabatlarını müstəqil şəkilce idarə edə (Nümunə üçün, SAMSUNG mobil cihazının (Android OS) menyusu vasitəsi ilə Mobil internet xidmətindən istifadənin sazlanması imkanlarına dair Arayış əlavə edilir) bilərlər. Mobil internet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən qarantiya (zəmanət) şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və s. barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə ede bilərik. Abunə Müqaviləsinin müddəalarına əsasən hər hansı məlumatın, məbləğin abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas deyil. “Azercell Telekom MMC-nin Telefon Mərkəzinə daxil olmuş ********** nömrəsi ilə bağlı müraciət zamanı təmsilçi tərəfindən rominq xidmətinə dair bütün suallar cavablandırılmış, ətraflı izahlar verilmişdir, iddiaçının ərizəsində göstərilə* guya ona MX tərəfindən bildirilən “********** nömrəsi rouminq qaydaları üzrə dərhal deaktivlədiriləcək” mülahizəsinin həqiqətən ona bildirilməsini təsdiq edən hər hansı fakt isə tərəfimizdən aşkar edilməyib. "xxxx" MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə və ya xidmət göstərilməsinə dərhal məhdudiyyət qoyulacağına dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlar mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi ilə bağlı öhdəlik götürülməmişdir. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı Azercellə zəng etdiyi zaman operator ona rominq xidmətini söndürülməsini əks halda ona borc yazılacağını bildirmişdir. Bunu məhkəməyə təqdim edilmiş diskdən də aydın şəkildə eşitmək olur. İddiaçının məlumatı olmaması barədə dedikləri əsassızdır. İş materiallarında olan Azercell Telekom MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli abunə müqaviləsinə əsasən müəyyən olunur ki, Azercell Telekom ********** nömrəli telefon nömrəsi üzrə telekommunikasiya xidmətlərinin göstərilməsini, abunəçi isə bu xidmətin müqabilində haqqın ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı qoşulduğu tarif paketinə əsasən aylıq 139 manat ödəməklə rominq xidməti çərçivəsində göstərilən xidmət istisna olmaqla 5000 MB həcmində mobil internetdən istifadə imkanı verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azercell Telekom MMC tərəfindən təqdim edilmiş hesab fakturadan görünür ki, abonent İddiaçı 1517,27 manat məbləğində borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı xaricə getməmişdən əvvəl təxminən xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə zəng edərək, xaricdə olduqda internet tarifləri ilə maraqlandığını, lakin tariflər onu qane etmədiyi üçün operatora xaricdə internetdən istifadə etməyəcəyini bildirdiyini və ona cavabdehin operatoru tərəfindən xaricdə olduğu müddətdə internetin bağlanacağının deyildiyini iddia etsə də, iş materialları ilə həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməlmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş disk dinlənilən zaman cavabdehin əməkdaşı tərəfindən iddiaçıya rominq xidmətləri haqqında məlumat verildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən, tələbi rədd edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı internetdən istifadəyə görə cavabdeh tərəfindən İddiaçı hesablanmış 1571 manat borcun silinməsi, cavabdehə ödədiyi 400 manat pulun və dövlət rüsumu kimi ödədiyi 38 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar