Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2432/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi ziyan olaraq əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi ziyan olaraq əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-4176/2022 nömrəli qətnaməsinə əsasən ona vurulmuş maddi ziyan olaraq 1.676,40 manat əsassız hesablanmış borcun silinməsi və onun ödədiyi 30,40 manat dövlət rüsumunun "xxxx" MMC-yə aid edilməsi və "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində Maraqlı şəxs kimi göstərmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Çünki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-4176/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Acer notebook, JBL Flip 5 səsucaldan, notebook çantası, aksesuar üçün 1.174 manat ödənilməmiş hissə və İMEİ kodu **********14336 olan “X1 8 Pro” markalı telefon və “Xiaomi” qulaqlıq üçün 466 manat ödənilməmiş hissə olmaqla, cəmi 1.640 manat pul və 36,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)- 2017/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4176/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-4176/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir və icrası İddiaçı üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İddiaçı "xxxx" MMC-dən Acer notebook, JBL Flip 5 səsucaldan, notebook çantası, aksesuar və İMEİ kodu **********14336 olan X1 8 Pro markalı telefon və Xiaomi qulaqlıq almışdır. Təhvil-təslim aktlarına əsasən müqavilədə nəzərdə tutulan əşyalar İddiaçı təhvil verilmişdir. İddiaçı 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 78 manat olmaqla, 1.404 manat dəyərində Acer notebook, JBL Flip 5 səsucaldan, notebook çantası, aksesuar almışdır; 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 50 manat olmaqla, 900 manat dəyərində İMEİ kodu **********14336 olan X1 8 Pro markalı telefon və Xiaomi qulaqlıq almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik İddiaçı tərəfindən lazımınca icra edilməmiş, nəticədə 1.640 manat borcu yaranmışdır. Hazırda İddiaçı iddia tələbində əsassız hesablanmış borc kimi silinməsini tələb etdiyi “ona vurulmuş maddi ziyan olaraq 1.676,40 manat” pul məbləği - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-4176/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı nisyə aldığı əşyaların - Acer notebook, JBL Flip 5 səsucaldan, notebook çantası, aksesuarın dəyərindən ödənilməmiş qalan 1.174 manat borc və İMEİ kodu **********14336 olan “X1 8 Pro” markalı telefon və “Xiaomi” qulaqlığın dəyərindən ödənilməmiş qalan 466 manat borc olmaqla, cəmi 1.640 manat borcun və ödənilmiş 36,40 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 1.676,40 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməli olan borc məbləğini təşkil edir. Bu məbləğ məhkəmə qətnaməsi ilə tutulmalı olan borc məbləği olduğuna görə, İddiaçı tərəfindən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-4176/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan tutulmalı olan 1.676,40 manat pul başqa məhkəmə prosesində mübahisələndirilə və onun silinməsi məsələsinə baxıla bilməz. Çünki, Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.2, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-4176/2022 nömrəli qətnaməsinə əsasən ona vurulmuş maddi ziyan olaraq 1.676,40 manat əsassız hesablanmış borcun silinməsi və onun ödədiyi 30,40 manat dövlət rüsumunun "xxxx" MMC-yə aid edilməsi və "xxxx" MMC-dən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. "xxxx" MMC-nin Sumqayıt PF vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2432/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2432/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver