Məhkəmə qərarları › İş №2(103)-2062/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2062/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2062/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 qarşı qarşılıqlı iddia ərizələri ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi", əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil2, İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və sonuncunun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən MM Park” MMC, İddiaçı3 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli Sərəncamından görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının müraciəti və Bakı Şəhər İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0.08 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Nehrəm” Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli Sərəncamdan görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının xx.xx.2014-cü il tarixli, 008/15 saylı müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli 466 saylı sərəncamının 5-ci bəndini nəzərə alaraq: Nərimanov rayonu, AK.H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisinin “Nehrəm” Holdinq Kompaniyasına icazə verilmişdir.

3. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamının 5-ci bəndində dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sərəncamından görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının xx.xx.2015-ci il tarixli, 001 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 466 saylı sərəncamının 5-ci bəndində yaşayış binasının ifadəsi, yaşayış binalarının ifadəsi kimi oxunsun.

4. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikinti işlərinə dair xx.xx.2015-ci il tarixli xüsusi nişandan görünür ki, sifarişçi “Nehrəm” Holdinq Kompansiyası, obyektin ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 945 saylı məhəllə, obyektin təyinatı yaşayış binası/18 mərtəbəli (+texmərtəbə) 2 girişli (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq və texniki sahədir.

5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, “X10” MMC-nin rəhbərliyi xx.xx.2015-ci il tarixli, 004 nömrəli məktubla Rayon İcra Hakimiyyətinə müraciət edərək, X12 küçəsi, 945-ci məhəllədə təqdim olunmuş layihəyə uyğun 2 girişli 18 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti qeyd olunan məsələnin müsbət həllinə etiraz etmir.

6. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 446 saylı Sərəncamının 5-ci bəndi, xx.xx.2015-ci il tarixli, 51 saylı sərəncamı, 11311 saylı inşaat pasportu əsasında Nərimanov rayonu, X12 küçəsi, 945-ci məhəllədə tikintisi nəzərdə tutulan 2 girişli yaşayış binasının inşa edilən 2-ci girişinin mövcud vəziyyətdə təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq (2-ci giriş: 18 mərtəbəli +mansarda, 1-ci, 2-ci və zirzəmi mərtəbələri – qeyri-yaşayış sahəsi, "xxxx" MMCnin işi, LBM A.Həsənov) onun memarlıq hissəsi razılaşdırılır.

7. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli rəydən görünür ki, “Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 945 saylı məhəllədə 2 girişli, 18 mərtəbəli, (+texniki mərtəbə) yaşayış binası (Blok 2:dəyişiklərlə əlaqədar)” üzrə işçi layihəsi bu rəyin 3-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının AR qanunvericiliyində müəyyənləşdirilmişş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə erilən koda dair şəhadətnamədən görünür ki, “Nehrəm” Holdinq Kompaniyasına yaşayış binası (Baş plan üzrə blok 2) Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 945 saylı məhəlləyə 14 fevral 2019-cu il tarixində 001812 kodu verilmişdir.

8. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 14 fevral 2019-cu il tarixli məktubundan görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının xx.xx.2019-cu il tarixli 01/161 nömrəli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 945 saylı məhəllədə 1 ədə 2 girişli 18 mərətbəli yaşayış binasının (Baş plan üzrə blok 2) tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.

9. 30 yanvar 2020-ci il tarixli məznilin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Cavabdeh1 ilə İddiaçı3 xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və mülkiyyət hüquqların qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli 30/16601 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili 500000 manata İddiaçı3 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqaviləni bağlamışdırlar.

10. ünvan 3indən təsdiq edilən Cavabdeh3 30 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına razıdır.

11. ünvan 3indən təsdiq edilən Cavabdeh2 30 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına razıdır.

12. ünvan 3indən təsdiq edilən Cavabdeh4 30 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına razıdır.

13. "xxxx" ASC-nin 30 yanvar 2020-ci il tarixli mədaxil orderindən görünür ki, 230000 manat pul hesaba mədaxil edilmişdir.

14. 19 mart 2020-ci il tarixli X13 müqavilədən görünür ki, “X11” MMC ilə İddiaçı2 MMC razılığa gəlirlər ki, İddiaçı2 MMC ilə “X11” MMC Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 945 saylı məhəllə ünvanında yerləşən 0,386+0,08 ha torpaqdan 0,16 torpaq sahəsi üzərində 1-ci və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələrinin, zirzəmidə 1 mərtəbə avtodayanacaq olacaq bir girişli iki bloklu 18 mərtəbəli (+texniki mərtəbə) yaşayış binasının tikintisi, həmin yaşayış binasındakı mənzillərin satışı və bundan irəli gələn işlərin aparılması ilə əlaqədar birgə fəaliyyəti həyata keçirəcəklər.

15. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 ilkin alqı-satqı müqaviləsinə əsasən pulundan 60000 mnatda aldı yerdə qaldı 210000 manat. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 anasına məxsus evin pulundan 20000 manat aldı, qalan 190000 manat pulu müqaviləyə əsasən alacaqdır.

16. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 İddiaçı1 anasına məxsus evdən 25000 manat pul aldı.

17. 18 fevral 2022-ci il təsis payının alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı3 İddiaçı2 MMC-nin nizamnamə kapitalında ona məxsus 2126979,20 manat olan 100% təşkil edən 1 payının 2126969,2 manat dəyərində mal materialdan ibarət hissəsini 500000 manata, 10 manat təşkil edən hissəsini isə 10 manat ümumilikdə 500010 manata İddiaçı1 satmışdır. İddiaçı1 tərəfindən İddiaçı3 500010 manat notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənildi.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1503 nömrəli 05 may 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzilin sahəsi 17.2 kv.m, 16,5 kv.m və 9,4 kv.m olan tikililərin konstruktiv elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzilin konstruktiv elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların yaranmasının texniki səbəbi tikinti konstruksiya sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər.

19. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 08 aprel 2024-cü il tarixli rəyindən göünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların əmələ gəlmə səbəbləri binanın 1901-ci ildən inşa olunduğundan konstruksiyalarının fiziki cəhətdən köhnəlməsi, tikinti zamanı tikinti norma və qaydalarına əməl olunmaması, vaxtaşırı təmir və bərpa işlərinin aparılmamasıdır. 1-ci sualın cavabında qeyd edilənlər və tikinti quraşdırma işlərinin 2020-ci ildə dayandırıldığı vaxtdan xeyli müddət keçməsi və çatların köhnə olması səbəbindən, qeyd olunan qüsurlar (çatlar) yaxınlıqda tikintiquraşdırma işlərinin aparılması zamanı yaranması barədə vizual texniki müayinə nəticəsində fikir bildirmək mümkün deyil.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1503 nömrəli 23 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzilin sahəsi 17.2 kv.m, 16,5 kv.m və 9,4 kv.m olan tikililərin konstruktiv e elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilir. Fövqaladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Azərinşaatlayihə” DBLKT institutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların əmələ gəlmə səbəbləri 1901-ci ildən inşa olunduğundan konstruksiyalarının fiziki cəhətdən köhnəlməsi, tikinti zamanı tikinti norma və qaydalarına əməl olunmaması, vaxtaşırı təmir və bərpa işlərinin aparılmamasıdır. Eyni zamanda yuxarıda qeyd edilənlər və tikinti quraşdırma işlərinin 2020-ci ildə dayandırıldığı vaxtda xeyli müddət keçməsi və çatların köhnə olması səbəbindən qeyd olunan qüsurlar (çatlar) yaxınlıqda yaxınlıqda tikinti-quraşdırma işlərinin aparılması zamanı yaranması barədə vizual texniki müayinə nəticəsində fikir bildirmək mümkün deyil. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud çatların tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müqayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər.

Birinci instansiya məhkəməsindəki icraat

21. İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbi dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2020-ci il tarixli “mənzilin alqısatqısına dair ilkin müqavilə” üzrə cavabdehin təqsiri üzündən ödənilməmiş 137000 manat cavabdehə ödənilməklə yekun alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi və bütün ailə üzvləri ilə birlikdə qeydiyyatdan və mənzildən çıxarılması, Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsinin onun birtərəfli qaydada “Mənzilin alqı-satqıına dair ilkin müqavilə”–nin pozulması kimi qiymətləndirilməsi və həmin müqavilənin 2.3-cu bəndinə əsasən aldığı 230 000 (iki yüz otuz min) manatın, bundan sonra ödənilmiş 163 000 (yüz altmış üç min) manat pulun, 460 (dörd yüz altmış) manat notariat xərcinin, 100 manat ödənilmiş dövlət rüsumunun, cəmi 363 560 (üç yüz altmış üç min beş yüz altmış) manatın Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi, dəfələrlə verdiyi pulun (əldən çıxmış fayda) və işgüzar nüfuzuna vurduğu zərərin əvəzi kimi 100 000 (yüz min) manat cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.

22. İlk iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı İcra Hakimiyyətinin xx.xx.20003-cu il tarixli 466 aylı Sərəncamı, Bakı icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/157 saylı Ayrıc Aktı, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13 saylı Sərəncamı ilə olan Bakı şəhəri Nərimanov rayonu. AK.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0386+0,08 ha torpaq sahəsi “X11” MMC-yə icarəyə verilmiş həmin torpaq sahəsində 3 bloklu (A.B.C) hündürmətəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. “A” blokunun tikintisi başqa podratçı tərəfindən 2018ci ildə tikilib başa çatdırılmış, blok istismara verilmiş mənzillər satılmış və sakinlərə mülkiyyət hüququna dair Çıxarışlar verilmişdir. 2019-cu ilin sonlarından onlarla “X11" MMCi arasında Bakı şəhəri Nərimanov rayonu. Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 3 bloklu (A.B,C) hündürmərtəbəli yaşayış binasının “B” və “C blokunun tikintisinin birgə həyata keçirilməsi barədə danışıqlar aparılırdı. Bu danışıqlar zamanı ona məlum olmuşdur ki, tikinti sahəsinin ərazisinə daxil olmayan, lakin yanında yerləşən X.Şuşınski küçəsi, ev 33, mənzil 3-də Cavabdeh1 öz ailəsi ilə yaşayır və o tikintinin aparılacacına maneçilik törədəcəkdir. Çünki o, “A" blokunun tikintisi zamanı belə maneçiliklər törətmişdir, Gələcəkdə həmin problemləri yaşamamaq səbəbindən cavabdehlərlə bir neçə dəfə görüşmüş və onun mənzilini almaq istədiyini bildirmişdir. Bu danışıqlar bir müddət davam etdi. Cavabdeh ümumi sahəsi cəmi 59.6 kv.m olan mənzilini 500 000 (beş yüz min) manata satdığını dedi və o məcburiyyət qarşısında qalaraq onunla razılaşdılar. Cavabdeh1 notariat qaydasında təsdiqlənmiş 30 yanvar 2020-cı il tarixli “Mənzilin AlqıSatqısına dair İlkin Müqavilə" bağlayaraq mənzilini İddiaçı3 (podratçı şirkətin o zamanki təsisçisi) satmışdır. Bu mənzilin satılmasına mənzildə qeydiyyatda olan mülkiyyətçinin həyat yoldaşı - Cavabdeh2, oğlu Cavabdeh3, qızı X3 notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişdilər. Müqavilənin şərtlərinə əsasən birinci tərəf Cavabdeh1 satılacaq mənzili 500000 manata qiymətləndirir və həmin qiymətə ikinci tərəf İddiaçı3 satmağı ikinci tərəf isə 500000 manata almağı öhdəsinə götürür. İkinci tərəf İddiaçı3 satış məbləğindən 230000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə birinci tərəf Cavabdeh1 ödəyir, satış qiymətindən qalan 70000 manatını bir aya, 200000 manatını mənzilin alqı-satqıısna dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 230 000 (iki yüz otuz min) manatı notariusun depozit hesabından Bankdan götürmüşdür. Bundan sonra ona İddiaçı1 (podratçı təşkilatın direktoru və hazırda təsisçisi) tərəfindən 70000 (yıitmış min) manta da odənilmişdir. Daha sonra müxtəlif vaxtlarda İddiaçı1 tərəfindən cavabdehlərə bir neçə dəfə pul ödənilmiş (20000+25000+18000) AZN və hazırda cavabdehlərə ödənilmiş pulun cəmi məbləqi 363000 (üç yüz altmış üç min) manat təşkil edir. Ötən müddətdə o dəfələrlə cavabdehlərə müraciət edərək, yekun alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu hal bir çox şəxslərin yanında olub və həmin şəxslər bu faktı məhkəmədə təsdiq edə bilərlər. Eyni zamanda bu halı təsdiq edən telefon danışıqları da vardır. Hər dəfə cavabdehlər müxtəlif bəhanələr gətirməklə, o cümlədən yeni aldığı evin təmirinin başa çatmaması, və s. deyərək, ona yenə vaxt verilməsini xahiş etmişdir. Son iki ayda onlar bir neçə dəfə cavabdehlərə müraciət edərək qalıq pulun alınmasını və yekun alqı-satqı müqaviləsinin bağlanmasının həyata keçirilməsini təklif etmişlər. Lakin yenə də cavabdehlər bundan yayınmışdılar. Bu məsələ ilə bağlı bir neçə dəfə poçt xidməti vasitəsi ilə məktub göndərərək yekun alqı-saıqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin onlar məktubu götürməkdən imtina etdikləri üçün poçt xidməti tərəfindən müvafiq akt da tərtib edilmişdir. Hörmətli məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlərin mənzili tikinti meydançası ərazisinə düşməsə də, onun yaxınlıqında olmasından istifadə edən cavabdehlər, istənilən usulaara əi ataraq tikintinin gedişatına maneçilik törədərək mənzili dəyərindən qat-qat artıq qiymətə tikinti aparan şəxslərə və va başqa şəxslərə satmaq və ya əlavə pul almaq istəyir. Onları belə bir xəbər çatmışdır ki, bəzi şəxslər cavabdehləri təhrik edirlər ki, onlara, onların tikintisinə problemlər yaradaraq ancaq pul alsınlar. Həmin şəxslər qarşılarına məqsəd qoyublar ki, onları şərləyərək, şantaj edərək, hədə-qorxu gələrək şərəf və ləyaqətini alçaldalaraq, vətəndaş və sahibkar kimi işgüzar nüfuzuna xələl yetirmək təhdidi ilə ondan böyük məbləğdə pul alsınlar. Dəfələrlə təklif olunmasına baxmayaraq, onlar yekun alqı-satqı müqaviləsi bağlamaqdan yayınırlar, nə yerdə qalan pulu götürmür, nə aldıqları 363000 manatı qaytarmır., nə də faktiki olaraq onlara məxsus olmayan mənzili boşaltmır. Ona deyirlər ki, onlar mənzili daha 500000 manata satmır, 700000 manata satır, ya siz bununla razılaşın, ya da onlar başqa şəxslərə satacaqdırlar. O onların bu sözləri ilə razılaşmadı və dedi ki, ya onların verdiyi pulu qaytarsınlar ya da mənzili boşaldın. Onlar cavab verdilər ki, nə pulu qaytaracaqlar, nə də mənzildən çıxacaqlar, nə də ki, tikintini aparılmasını qoymayacaqlardır. Cavabdeh2, Cavabdeh3 tikintinin aparılmasına maneçilik törədir, icazəsiz və təhlükəsizlik qaydalarını pozmaqla tikinti meydançasına girir və bununla da özlərinin və tikinti işlərini aparan işçilərin həyat və sağlamlığı üçün real təhlükə yaradırlar. 02 və 03 sentyabr 2022-ci il tarixində tikintidə tamamlama beton işləri aparılarkən Cavabdeh2 və Cavabdeh3 ora gələrək nəlayiq söyüşlər edərək, fəhlə və işçiləri zor tətbiq edəcəkləri ilə hədələyərək, Cavabdeh3 «əlindəki bıçağa oxşar dəmir parçası ilə fəhlələri hədələyərək, vurmağa cəhd edərək, onları nəlayiq küçə söyüşləri ilə təhqir edərək işlərin görülməsinə maneçilik törətmişdirlər. Onda belə narahatçılıq yaranıb ki, Cavabdeh2 və Cavabdeh3 qəsdən özlərinə xəsarət yetirəcəklər və bunu tikintidə baş verməsi barədə yalan məlumat verərək tikintinin dayandırılmasını və böyük məbləğdə təzminat istəyəcəklər.

23. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə 20000 manat miqdarında evə vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasından əlavə, həmçinin əldən çıxmış faydaya görə 64800 manat, gecikdirilmiş, məbləğə görə illik 5 faizinə görə 40500 manat olmaqla cəmi 105300 manatın cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. (iddia tələbi dəqiqləşdirilmişdir).

24. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızma qarşı “müqavilə üzə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi aşağıda qeyd olunanlara əsasən tamamilə əsassız olduğundan iddianı qəbul etmir və təmin edilməməsini xahiş edir. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı2 MMC-nin təsisçisi İddiaçı3 18 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz təsis payını İddiaçı1 satmışdır. Bununla bağlı qeyd edirik ki, onların arasında təsis payının satılmasına dair alqı-satqı müqaviləsi bağlana bilər, lakin nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1 ilə 3cü şəxs İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqavilədə hər hansı MMC-nin tikinti işlərinin həyata keçirilməsi məqsədilə müqavilənin bağlanması qeyd olunmamışdır. Yəni ki, qeyd olunan ilkin müqavilə iki fərqli fiziki şəxs arasında bağlanmışdır. Belə olan halda “MM Park"’ MMC və MMC-nin təsisçisi İddiaçı1 qeyd olunan ilkin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmadıqlarından, qeyd olunan ilkin müqavilə üzrə onlar Cavabdeh1 və ya onun ailə üzvlərinə qarşı hər hansı tələblə iddia qaldımaqda subyektiv hüquqa malik deyillər. Göründüyü kimi, qeyd oluııan tilkili müqavilə iddiaçı Cavabdeh1 ilə 3- cü şəxs İddiaçı3 arasında bağlandığından iş üzrə iddiaçılar İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 iddiaçı kimi hazirki tələblə çıxış etmək üçün subyektiv hiiquqa malik olmadıqlarından qaldırılan iddia tələbi təmin edilə bilməz. Bundan başqa, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə mənzilin alqı-satqısına dair notarial qaydada ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhəri icra hakimiyyəti TİMH qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli, 30/15601 qeydiyyat nömrəli (kitab 1102. səh 165535) qeydiyyat vəsiqəsinə əsasən iddiaçı Cavabdeh1 mülkiyyətində olan, ünvan 6 ünvanda yerləşən mənzilinin 500 000 (beş yüz min) manata “Alıcı” İddiaçı3, yəni cavabdehə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək qeyd olunan müqaviəlin bağlamışlar. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur: "Birinci tərəf' Cavabdeh1 Onhı qızı satılacaq mənzili 500.000 (beş yüz min) manata qiymətləndirir və həmin qiyməti ikinci tərəf İddiaçı3 satmağı, "ikinci” tərəf İddiaçı3 500.000 (bes yiiz min) manata almağı öhdəsinə götürür. "İkinci" tərəf İddiaçı3 satış məbləğindən 230.000 (iki yüz otuz min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf Cavabdeh1 Oulu qızına köçürməyi, satış qiymətindən 70.000 (yetmiş min) manatı 1 aya, 200.000 (iki yüz min) manatı isə mənzilin alqı-satqısına dair müqavilə bağlananadək ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixə kimi ünvan 7 ünvanında yerləşən mənzilin sökülüb sökülməməsindən, sökülmənin qevdə almıb-alınmamasından asılı olmayaraq yekun əlavə müqavilənin bağlanması həvata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur: ‘‘Birinci tərəf “Cavabdeh1 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetrilmədikdə aldığı 300.000 (üç yüz min) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. "Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliyin icra edilməməsi və va lazımı icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərəri əvəzinin ödənilməsi vəzifəsi tərəflərin üzərinə düşür. Müqavilə bağlananda xx.xx.2020-ci il tarixdə 3-cü şəxs İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adına 230.000 (iki yüz otuz min) manat pul köçürülmüş, müqavilədədə nəzərdə tutulduğu kimi bir ay müddətində 70.000 (yetmiş min) manat və pulun qalıq hissəsi yəni cəmi 270.000 (iki yüz yetmiş min) manat pul iddiaçı Cavabdeh1 ödənilməmişdir. Qeyd olunan müqavilədən göründüyü kimi müqavilə üzrə 3-cii səxs İddiaçı3 öhdəlik götürmüşdür ki, xx.xx.2021-ci il tarixə kimi əlavə müqaviləni bağlayıb, qalan məbləği ödəməli idi. İddiaçı kimi hazirki tələhlə çıxış etmək üçün subvektiv hüquqa malik olmadıqlarına görə, o cümlədən qarşılıqlı iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 a rasında bağlanmış ilkin müqaviləyə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərin 3-cü şəxs İddiaçı3 tərəfindən verinə yetirilmədi. Həmçinin Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən artıq xitam verildiyindən və belə bir hüquq mövcud olmadığından həmin müqavilə üzrə hər hansı tələbin irəli sürülməsi əsassızdır və ona görə də iddia tələbi təmin edilməməlidir.

25. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etiraz ərizəsi ünvanlayaraq bildirmişdirlər ki, iddiaçılar İddiaçı1 və MM park MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Daha sonra İddiaçı3 ididaçı kimi işə əlavə olunmuşdur. İddia tələbi aşağıda qeyd olunanlara əsasən tamamilə əsassız olduğundan iddianı qəbul etmirik və təmin edilməməsini xahiş edirlər. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı2 MMC-nin təsisçisi İddiaçı3 18 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz təsis payını İddiaçı1 satmışdır. Bununla bağlı qeyd edirik ki, onların arasında təsis payının satılmasına dair alqı-satqı müqaviləsi bağlana bilər, lakin nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqavilədə hər hansı MMC-nin tikinti işlərinin həyata keçirilməsi məqsədilə müqavilənin bağlanması qeyd olunmamışdır. Yəni ki, qeyd olunan ilkin müqavilə iki fərqli fiziki şəxs arasında bağlanmışdır. Belə olan halda İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 qeyd olunan ilkin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmadıqıqlarından, qeyd olunan ilkin müqavilə üzrə onlar Cavabdeh1 və ya onun ailə üzvlərinə qarşı hər hansı tələblə iddia qaldımaqda subyektiv hüquqa malik deyillər. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər iizrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur: “...məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız Qanunla müəvvən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riavət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni basaa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həvata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, qevd olunan ilkin müqavilə iddiaçı Cavabdeh1 ilə İddiaçı3 arasında bağlandığından is üzrə iddiaçılar İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 iddiaçı kimi hazirki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadıqlarından onlara münasibətdə qaldırgılan iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmənin diqqətinə çatdırırq ki, iddiaçı Cavabdeh1 ilə İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə mənzilin alqı-satqısma dair notarial qaydada ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhəri icra hakimiyyəti TİMH qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli, 30/15601 qeydiyyat nömrəli (kitab 1102, səhl65535) qeydiyyat vəsiqəsinə əsasən iddiaçı Cavabdeh1 mülkiyyətində olan, ünvan 6 ünvanda yerləşən mənzilinin 500000 (beş yüz min) manata “Alıcı” İddiaçı3, yəni cavabdehə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək qeyd olunan müqaviəlin bağlamışlar. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur: “ "Birinci tərəf’ Cavabdeh1 satılacaq mənzili 500.000 (beş yüz min) manata qiymətləndirir və həmin qiyməti ikinci tərəf İddiaçı3 satmağı, “ikinci ” tərəf İddiaçı3 500.000 (besyüz min) manata almağı öhdəsinə götürür. "İkinci" tərəf İddiaçı3 satış məbləğindən 230.000 (iki yüz otuz min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf' Cavabdeh1 köçürməyi, satış qiymətindən 70.000 (yetmiş min) manati 1 aya 200.000 (iki yüz min) manatı isə mənzilin a/qı-satqısına dair müqavilə bağlananadək ödəməyi öhdəsinə götürür. ” Həmin müqavilənin 2.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixə kimi ünvan 8 ünvanında yerləşən mənzilin sökülüb sökülməməsindən, sökülmənin qeydə alınıbalınmamasından asdı olmayaraq yekun əlavə müqavilənin bağlanması həvata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur: “Birinci tərəf “Cavabdeh1 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetrilmədikdə aldığı 300.000 (üç yüz min) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. ’’ Həmin müqavilənin 2.4-cü bəndində qevd olunmuşdur: “İkinci tərəf' İddiaçı3 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə iizrə öhdəliyi verinə yetirmədikdə ödədiyi pulu şeri tələb etməyəcək. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu miiaavilə iizrə öhdəliyin icra edilməməsi və ya lazımı icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zprəri əvəzinin ödənilməsi vəzifəsi tərəflərin üzərinə diisür. Müqavilə bağlananda xx.xx.2020-ci il tarixdə İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adma 230.000 (iki yüz otuz min) manat pul köçürülmüş, müqavilədədə nəzərdə tutulduğu kimi bir ay müddətində 70 000 (yetmiş min) manat və pulun qalıq hissəsi yəni cəmi 270.000 (iki yüz yetmiş min) manat pul iddiaçı Cavabdeh1 ödənilməmişdir. Qevd olunan müqavilədən göründüyü kimi müqavilə üzrə İddiaçı3 öhdəlik götürmüşdür ki. xx.xx.2021-ci il tarixə kimi əlavə müqaviləni bağlayıb, qalan məbləği ödəməli idi. Dəfələrlə müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciətlər olunsa da. keçən müddət ərzində İddiaçı3 tərəfindən hər hansı hərəkət edilməmişdir. Belə olan halda aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı3 öz müqavilə öhdəliyini verinə yetirmədiyi üçün həmin ilkin müqaviləyə artıq xitam verilmişdir. Beləliklə yuxarıda qevd olunanlardan göründüyü kimi iddiaçı Cavabdeh1 ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin müqaviləyə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərin İddiaçı3 tərəfindən verinə yetirilmədiyi, o cümlədən Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən artıq xitam verildiyindən həmin müqavilə üzrə hər hansı tələbin irəli sürülməsi əsassızdır, ona görə də iddia tələbi təmin oluna bilməz.

26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir. (hakim X1)

27. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşmış hüquqi mövqelərə əsasən İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 qeyd olunan ilkin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmadığından, qeyd olunan ilkin müqavilə üzrə o Cavabdeh1 və ya onun ailə üzvlərinə qarşı hər hansı tələblə iddia qaldımaqda subyektiv hüquqa malik olmamışdır. Məhkəmə ilk iddia üzrə İddiaçı3 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə mənzilin alqı-satqısma dair notarial qaydada bağlanmış ilkin müqavilə ilə bağlı irəli sürülən dəlillərlə bağlı hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. müqavilə bağlanan xx.xx.2020-ci il tarixdə İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adına 230.000 manat pul köçürülmüşdır. Lakin müəyyən edilmişdir ki, müqavilədə də nəzərdə tutulduğu kimi bir ay müddətində 70 000 (yetmiş min) manat və pulun qalıq hissəsi yəni cəmi 270.000 (iki yüz yetmiş min) manat pul iddiaçı Cavabdeh1 ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər və Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən qanunvericilikdə və ya tərəflərin könüllü götürdükləri öhdəlikdə nəzərdə tutulan hallarda tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilməsi təsbit edilmişdir. Lakin məhkəmə hesab edir ki, tələbin 137000 manat cavabdehə ödənilməklə yekun alqısatqı müqaviləsinin bağlanmasının təmin edilməsi mümkün deyildir. Beləliklə də, müqavilə üzrə 137000 manat məbləğin ödənilməmiş qalması və xx.xx.2020-ci il tarixli ilkin müqaviləni Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsinin onun birtərəfli qaydada “Mənzilin alqısatqıına dair ilkin müqavilə”–nin pozulması kimi qiymətləndirilməsinə dair ilk iddianın dəlillərinin əsaslı olması öz təsdiqini tapmadığından, eləcə də, müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçı3 tərəfindən verinə yetirilməməsi işin mübahisəsiz və özü tərəfindən etiraf edildiyi halı olduğundan sözügedən məbləgin cavabdehə ödənilməklə yekun alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsinə dair iddia tələbinin təmin edilməsi əsassızdır. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar onlara maddi zərərin vurulmasını, həmin zərərlə qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2-ci, 14-cü, 324-cü, 386-cı, 389-cu, 425-ci, 427-ci, 442-ci, 448-ci, 568-ci, 598-ci, 599-cu, 1096-cı, 1097-ci, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 106-1-ci, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər iizrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. İlk İddiaçı2 MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. İlk İddiaçı2 MMC apellyasiya şikayətinin məzmunun ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

31. Qətnamədən ilk İddiaçı1 da apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. İlk İddiaçı1 apellyasiya şikayətinin məzmunun ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, 19 mart 2020-ci il tarixində İddiaçı2 MMC ilə “NehrəmHoldinq Kompani” MMC arasında bağlanılmış və Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusU X6 tərəfindən təsdiq edilmiş X13 Müqaviləyə əsasən, Bakı şəhəri Nərimanov rayonu, X15 prospekti, 945 945 məhəllə ünvanında yerləşən 3 bloklu (A.B,C) hündürmərtəbəli yaşayış binasının “B” və “C blokunun tikintisinə dair sənədlər toplusu, tikintinin İddiaçı2 MMC-nin vəsaiti hesabına həyata keçirilməsinə, tikintiyə sərəncam verməyə dair bütün hüquqlar 5.000.000 (beş milyon) manata İddiaçı2 MMC-yə satılmışdır. Beləliklə də, yuxarıda qeyd olunan maddəyə əsasən, tələbin güzəşti üzrə tələb etmək hüququ İddiaçı1 keçdiyiüçün, sonuncunun qanunvericiliyə uyğun olaraq, cavabdehlərdən 30 yanvar 2020-ci il tarixli məznilin alqı-satqısına dair ilkin müqavilədən irəli gələn öhdəlikləri tələb etmək üçün tam şəkildə hüququ yaranmış olur.

33. Qətnamədən ilk İddiaçı3 da apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. İlk İddiaçı3 da apellyasiya şikayətinin məzmunu digər ilk iddiaçıların apellyasiya şikayətlərinin məzmunu ilə eyniyyət təşkil edir.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətlərinə qarşı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən yazılı etiraz verilərək apellyasiya şikayətlərinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bundan başqa qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfə 8-ci mikrorayonda ev təklif edilməsinə baxmayaraq qəbul etmir və onlarında tələb etdikləri mənzil Şahların verə biləcəyi məbləğdə olmamaqla mümkünsüzdür. İzahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı3 cavabdehlər ilə ilkin alqı-satqı müqaviləsini fiziki şəxs olaraq bağlamışdır. İddiaçı3 İddiaçı1 təsis payını satmışdır. İddiaçı3 və İddiaçı1 arasında təsis payının ötürülməsinə dair razılıq olmuş və buna dair müvafiq Cavabdeh1 tərəfindən ödənilmiş məbləğidə Şahlar Mətləbə ödəmişdir. İddiaçı3 İddiaçı1 tələblərini güzəşt etmişdir. Əvvəl və sonraki təsisçilər arasında hesablaşma aparılmışdır. Sadəcə olaraq həm İddiaçı3 və İddiaçı1 adından apellyasiya şikayətlərini verməkdə məqsədləri tələb olunan məbləğin hazırda təsisçi olan İddiaçı1 ödənilməsini təmin etməkdir. Burada əsl iddiaçı ilə əvəz olunmağa ehtiyac yoxdur. Çünki ilk iddia tələbi ilə həm əvvəlki həm də indiki təsisçi vermişdir. İddiaçı3 də iddiaçı qismində çıxış etməsi hazırda təsisçi olan İddiaçı1 tələb etdiyi məbləğin almasını təmin etməkdir. Hazırda iddianın ödənilmiş məbləğin geri qaytarılması hissəsində Şahlar Qurbanun xeyrinə tutulması təmin edilməsini xahiş edir.

37. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq göstərmişdir ki, Mətləb bəy və anası Validə xanım arasında keçən alqı-satqıda 137.000 manat məbləği olmayıb. Bugün onlara 170.000 borcu var. Həmin rəqəm isə 2020-ci il üçün ağlabatan hesab olunur. Digər tərəfdən isə Şahların ona verdiyi pul bu evin satılması ilə bağlı olsa da, ona verildiyindən pulu istəyirsə, ayrıca icraatda onu məhkəməyə verə bilər. Digər tərəfdən isə hazırki işdə Şahlardan danışıqları o aparmışdır. Onunla nə atası, nə də anası razılıq əldə etmişdir. Müqaviləyə əsasən 500.000 manatdan onlara 230.000 manat ödənilmiş Şahlar isə ona ümumilikdə 105.000 manat verdiyi üçün hazırda onlara 165.000 manat verməlidir. İlkin müqavilə əsasında 230.000 manat ödənilib. Ümumilikdə, 335.000 manat almışlar. Şahlar bəyin onlara 165.000 manat borcu vardır. Onların təklif etdiyi mənzillə ona görə razılaşmırlar ki, həm mənzil istədikləri yerdə deyil, həmdə mənzilin sahəsi olaraq istədikləri ölçüdə deyil, o cümlədən onlar mülkiyyət sənədi olan mənzil istəyirlər.

38. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 və İddiaçı3 arasında 30 yanvar 2020-ci il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İlkin razılaşmaya əsasən tərəflər arasında olacaq əsas müqavilə 30 may 2021-ci il tarixədək bağlanmalı idi. Lakin qarşı tərəfin vəkil və nümayəndəsinin iddia etdiyinin tam əksinə olaraq, İddiaçı3 əsas müqaviləni bağlamaqdan boyun qaçırmışdır. Belə ki, Cavabdeh1 xanımın həyat yoldaşı Cavabdeh2 dəfələrlə İddiaçı3 əsas alqı-satqı müqaviləsinin bağlanılması barədə müraciət etsədə, ilkin iddiaçı müqaviləni bağlamaq üçün hər hansısa niyyət, arzu, istək göstəricisi olan hərəkət etməmiş, sözün qısası müqavilənin bağlanmaması qarşı tərəfin təqsiri nəticəsində baş tutmamışdır. Belə olan halda AR MM-in 402.5-ci maddəsinə əsasən tərəflər birinin öz öhdəliyini icra etməməsi müqavilənin xitamı üçün əsas sayılmaqdadır. Subyektiv hüququn olub-olmaması məsələsinə gəldikdə isə, İddiaçı1 ilkin alqı-satqı müqaviləsi üzrə tələb etmək hüququ yoxdur. Belə ki, 30 yanvar 2020-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsi üzrə tərəflər İddiaçı3 və Cavabdeh1 xanımdır. Hətta, hesab etsələr də, İddiaçı1 və İddiaçı3 arasında hər hansısa müqavilə bağlanıb, həmin müqavilə üzrə İddiaçı1 İddiaçı3 hüquqi varisi olmayacaqdır. Çünki müqavilə iki fiziki şəxs arasında bağlanıb. Yəni, hansısa hüquqi şəxsdən söhbət getmir ki, kimisə kiminsə hüquqi varisi hesab edək. Qeyd olunanlara əsasən İddiaçı1 subyektiv hüququ olmamasını hesab edirik. Digər tərəfdən isə, İddiaçı1 birinci instansiya məhkəməsinin bir iclasında iştirak etmiş, həmin iclasda izahat verərkən bildirmişdir ki, mənim pulum olmamışdır buna görə də Cavabdeh1 xanımı çağıra bilməmiş və öhdəliyini icra edə bilməmişdir. Yəni, İddiaçı1 özü öhdəliyinin icrasından yayındığını özü etiraf etmişdir. Hətta hesab etsək ki, İddiaçı1 hazır ki, iddia üzrə subyektiv hüququ mövcuddur, belə olan halda belə o öhdəliklərini müqavilə üzrə müəyyən olunmuş şərtlər əsasında icra etmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır.

39. Məhkəmə iclasında iş üzrə digər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 da eyni məzmunlu izahat verərək apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6-ci maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Hazırkı apellyasiya şikayətlərində ilk iddia tələbinin təmin edilməməsi hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən ilk iddia üzrə iddiaçılar MM Park” MMC, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh1 vurulmuş maddi ziyana görə 335000 manat məbləğində pul ilk İddiaçı1 xeyrinə tutulmalıdır.

46. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

48. Hazırki mübahisə üzrə ilk iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

49. Bu baxımdan iddia tələbinə uyğun olaraq ilk iddiaçı Cavabdeh1 verilmiş pulun hazırda iddiaçılara həmin məbləğdə pulun qaytarılmalı olduğunu sübut etməlidir.

50. Hazırkı işin faktiki hallarına əsasən, Bakı İcra Hakimiyyətinin xx.xx.20003-cu il tarixli 466 aylı Sərəncamı, Bakı icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/157saylı Ayrıc Aktı, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13saylı Sərəncamı ilə olan Bakı şəhəri Nərimanov rayonu. AK.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0386+0,08 ha torpaq sahəsi “X11”MMC-yə icarəyə verilmiş həmin torpaq sahəsində 3 bloklu (A.B.C) hündürmətəbəliyaşayış binasının tikintisinə icazə verilmişdir. “A” blokunun tikintisi başqa podratçı tərəfindən 2018-ci ildə tikilib başa çatdırılmış, blok istismara verilmiş mənzillər satılmış və sakinlərə mülkiyyət hüququna dair Çıxarışlar verilmişdir. 2019-cu ilin sonlarından onlarla “X11"MMC-i arasında Bakı şəhəri Nərimanov rayonu. Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 3 bloklu (A.B,C) hündürmərtəbəli yaşayış binasının “B” və “C blokunun tikintisinin birgə həyata keçirilməsi barədə danışıqlar aparılırdı. 19 mart 2020-ci il tarixində İddiaçı2 MMC ilə “X11” MMCarasında bağlanılmış və Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusU X6 tərəfindən təsdiq edilmiş X13 Müqaviləyə əsasən, Bakı şəhəri Nərimanov rayonu, X7, 945 945 məhəllə ünvanında yerləşən 3 bloklu (A.B,C) hündürmərtəbəliyaşayış binasının “B” və “C blokunun tikintisinə dair sənədlər toplusu, tikintinin İddiaçı2 MMC-nin vəsaitihesabına həyata keçirilməsinə, tikintiyə sərəncam verməyə dair bütün hüquqlar 5.000.000 (beş milyon) manata İddiaçı2 MMC-yə satılmışdır

51. Sonradan həmin tikinti sahəsinin ərazisinə daxil olmayan, lakin yanında yerləşən X.Şuşınski küçəsi, ev 33, mənzil 3-də Cavabdeh1 öz ailəsi ilə yaşayır və o, tikintinin aparılacağına maneçilik törətmişdir. Bu səbəbdən onlar arasında uzun müddət danışıqlar aparılmış və daha sonra cavabdeh ümumi sahəsi cəmi 59.6 kv.m olan mənzilini 500 000 manata satdığını demiş və iddiaçı məcburiyyət qarşısında qalaraq onunla razılaşmışdır. Beləliklə Cavabdeh1 ilə İddiaçı3 (podratçı şirkətin ozamankitəsisçisi) arasında notariat qaydasında təsdiqlənmiş 30 yanvar 2020-cı il tarixli “Mənzilin Alqı-Satqısına dair İlkin Müqavilə" bağlanmışdır. Həminmüqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhəri icra hakimiyyəti TİMH qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli, 30/15601 qeydiyyat nömrəli (kitab 1102. səh 165535) qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan, ünvan 11 ünvanda yerləşən mənzilinin 500 000 manata “Alıcı” İddiaçı3, yəni cavabdehə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək qeyd olunan müqaviləni bağlamışlar. Bu mənzilin satılmasına mənzildə qeydiyyatda olan mülkiyyətçinin həyat yoldaşı - Cavabdeh2, oğlu Cavabdeh3, qızı Əliyarova ZeynəbBayram qızı notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişdilər. Müqavilənin şərtlərinə əsasən birinci tərəf Cavabdeh1 satılacaq mənzili 500000 manata qiymətləndirir və həmin qiymətə ikinci tərəf İddiaçı3 satmağı ikinci tərəf isə 500000 manata almağı öhdəsinə götürür. İkinci tərəf İddiaçı3 satış məbləğindən 230000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə birinci tərəf Cavabdeh1 ödəyir, satış qiymətindən qalan 70000 manatını bir aya, 200000 manatını mənzilin alqısatqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 230 000 manatı notariusun depozit hesabından Bankdan götürmüşdür. Bundan sonra ona İddiaçı1 (podratçı təşkilatın direktoru v ə hazırda təsisçisi) tərəfindən 70000 (yetmış min) manat da odənilmişdir. Daha sonra müxtəlif vaxtlarda İddiaçı1 tərəfindən cavabdehlərə bir neçə dəfə pul ödənilmiş (20000+25000+18000) AZN və hazırda cavabdehlərə ödənilmiş pulun cəmi məbləği 363000 manat təşkil edir. Hazırda isə ilk iddiaşılar həmin məbləğin geri qaytarılmasını tələb edirlər.

52. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi rədd edilərkən ona istinad etmişdir ki, Cavabdeh1 adına 230.000 (iki yüz otuz min) manat pul köçürülməsindən sonra qeyri rəsmi (yazılı qəbzlə) ona və ailə üzvlərinə mübahisəli mənzillə bağlı pul verilməsinə dair izahatı və iş materiallarında olan qəbzləri bunu həyata keçirən şəxsin hazırki iddia ilə subyektiv hüquqa malik olmayan şəxs olduğu üçün sübut növü kimi qəbul edilə bilməz və eyni zamanda da qeyd edir ki, bu hal iddiaçı tərəfin bildirdiyi kimi mövcud olduğu təqdirdə belə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz.

53. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı da ilk iddia üzrə İddiaçı3 tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, sonuncu hal-hazırda iş üzrə birgə iddiaçı kimi çıxış etsə də, onunla İddiaçı1 arasında təsis payının satılması ilə bağlı müqavilə imzalandığından, 30 yanvar 2020-cı il tarixli “Mənzilin Alqı- Satqısına dair İlkin Müqavilə" üzrə Cavabdeh1 verilmiş 230000 manat məbləğ ilə İddiaçı1la onun arasında ayrıca haqqhesab olunduğundan və müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qeyd olunmuş tələbin tam şəkildə tam təsis payının sahibinin xeyrinə təmin olunması xahiş edilmişdir.

54. Məhkə kollegiyası qeyd edir ki, ilk iddiaçılardan MM Park” MMC-nin təsisçisi İddiaçı3 18 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz təsis payını İddiaçı1 satdığından, yəni hüququn keçirilməsi (tələbin güzəşti) qaydasında da ilk iddia üzrə tələbin İddiaçı1 xeyrinə təmin edilməsində, yəni onun tərəfindən hazırkı ilk iddia tələbinin irəli sürülməsində hər hansı bir maneə olmamış və müqavilə üzrə öhdəliklər məhz ilkin müqavilədə göstərilən müddətədə icra olunmadığından ödənilmiş pul vəsaitini geri tələb etməkdə də tam subyektiv hüquqa malikdir. İlk iddiaçıların nümayəndəsi və vəkili də məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı3 ilk iddiaçı qismində çıxış etməsi məhz hazırda təsisçi olan İddiaçı1 tələb etdiyi məbləğin almasını təmin etməkdən ibarət olmuşdur və hazırda da iddianın həmin hissədə İddiaçı1 xeyrinə təmin edilməsinə etiraz etməmişdir.

55. Beləliklə, hazırkı işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında bağlanılmış mənzilin ilkin alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Yəni Cavabdeh1 ilə İddiaçı3 arasında 30 yanvar 2020-ci il tarixli mənzilin alqısatqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilələyə əsasən tərəflər üzərinə öhdəlik götürmüşlər ki, xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və mülkiyyət hüquqların qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli 30/16601 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili 500000 manata İddiaçı3 satılacaqdır. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur: “ "Birinci tərəf’ Cavabdeh1 satılacaq mənzili 500.000 (beş yüz min) manata qiymətləndirir və həmin qiyməti ikinci tərəf İddiaçı3 satmağı, “ikinci ” tərəf İddiaçı3 500.000 (beş yüz min) manata almağı öhdəsinə götürür. "İkinci" tərəf İddiaçı3 satış məbləğindən 230.000 (iki yüz otuz min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf' Cavabdeh1 köçürməyi, satış qiymətindən 70.000 (yetmiş min) manati 1 aya 200.000 (iki yüz min) manatı isə mənzilin a/qı-satqısına dair müqavilə bağlananadək ödəməyi öhdəsinə götürür.» Həmin müqavilənin 2.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixə kimi ünvan 8 ünvanında yerləşən mənzilin sökülüb sökülməməsindən, sökülmənin qeydə alınıb- almmamasından asdı olmayaraq yekun əlavə müqavilənin bağlanması həvata keçiriləcəkdir.

56. İşin materiallarından görünür ki, müqavilə bağlanan xx.xx.2020-ci il tarixdə İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adına 230.000 manat pul köçürülmüşdır. xx.xx.2020-ci il tarixli qəbzlə Cavabdeh1 ilkin alqısatqı müqaviləsinə əsasən pulundan 60000 manatı, xx.xx.2020-ci il tarixli qəbzlə Cavabdeh3 anasına məxsus evin pulundan 20000 manatı, xx.xx.2020-ci il tarixli qəbzlə Cavabdeh3 İddiaçı1 anasına məxsus evdən 25000 manat pul almışlar. Qeyd olunan qəbzlər üzrə pulların alınması məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər tərəfindən də təsdiq edilmişdir.

57. Tərəflər arasında bağlanan ilkin müqavilə üzrə öhdəliklərin tam icra olunmamasına səbəb kimi pandemiya ilə əlaqədar olaraq ilk İddiaçı1 maliyyə problemlərinin olması ilə əsaslandırmışdır. Lakin hazırda məhkəmə kollegiyası tərəfindən tərəflərə mübahisənin barışıq zəminində həll edilməsi təklif edilərkən belə ilk iddia üzrə cavabehlər bildirmişlər ki, onların evi İnqilabda yerləşir, təklif edilən ev isə Azadlığa yaxın ərazidədir. Eyni zamanda 5, 6 və ya 7-ci mərtəbədə yerləşən və dedikləri ərazidə olan sahəsi 141 kvadrat metr olan mənzilə razılaşa bilərlər.

58. Beləliklə tərəflər arasında bağlanan ilkin müqavilə üzrə öhdəliklər tam icra edilmədiyindən Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən ilk iddia üzrə Cavabdeh1 müxtəlif vaxtlarda ödənilən pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş pulun geri tələb edilməsi məhz əsassız varlanma qaydasında qiymətləndirilməklə qanuni əsas kimi həmin maddi hüquq normasının dispozitiv şərtlərinə istinad edilməklə ilkin müqavilə üzrə ödənilmiş pulun geri tələb edilməsi təmin edilməldir. Belə ki, ilkin müqavilə üzrə pulun ödənilmiş hissəsindən qalan hissəsinin vaxt müəyyən edilməklə ödənilməsinin təmin edilməsi nəzərdə tutulsa da, (xx.xx.2020-ci ilədək) həmin müddət bitmiş və müqavilə üzrə ilkin iddiaçı tərəfin öhdəliyi icra edə bilməməsi səbəbindən artıq ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Deməli, pulun ödənilməsində ilkin olaraq müqavilə əsası olmaqla əsassız varlanmanı tənzimləyən müddəanın təsiri altına düşməsə də, müqavilə üzrə müəyyən edilmiş müddət başa çatmaqla müqavilə üzrə öhdəliklərə xitam verildikdən sonra Cavabdeh1 həmin müqavilə üzrə ödənilmiş pul müqavilə əsası olmadan qalmaqla, yəni sonradan aradan qalxmış əsasla əsassız varlanma kimi qiymətləndirilməklə geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, əsassız varlanma restitusiya prinsipindən çıxış edir. Həmin prinsipə görə restitusiya iddiaları əsassız varlanmaya qarşı müdafiə vasitəsi kimi tətbiq edilir. Sözügedən halda ilkin iddia üzrə cavabdeh tərəf əsassız olaraq ilkin iddia üzrə iddiaçı tərəfin hesabına varlanmış olar ki, bu da yolverilməz olmaqla əsassız varlanmış şəxsdən əmlakın və ya pulun alınıb verilməməsi mülki hüquq subyektlərinin arasında qeyri-bərabərliyinin yaranmasına və mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxarır.

60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 sonradan aradan qalxmış əsasla əsassız varlandığından (aralarında ödənilmiş pulla bağlı ilkin müqavilə üzrə üzrə öhdəliklərə müddətin başa çatması ilə icra edilməməsi səbəbindən xitam verilməsi baş verdiyindən), yəni müqavilə əsası aradan qalxdığından ümumilikdə ödənilmiş 335000 manat məbləğində pul əsassız varlanmaya söykənən restitusiya qaydasında Cavabdeh1 tutularaq İddiaçı1 xeyrinə tutulmalıdır. Həmin məbləğin də məhz İddiaçı1 xeyrinə tutulmasına münasibətdə qeyd edilir ki, əvvəla İddiaçı2 MMC-yə münasibətdə ilkin iddia təmin edilə biməz. Belə ki, İddiaçı2 MMC tərəfindən hər hansı bir müqavilənin bağlanması və pulun ödənilməsi halı müəyyən edilmir. Lakin İddiaçı1 münasibətdə qeyd edilməlidir ki, sonuncu ilkin alqı-satqı üzrə çıxış etməklə 230000 manatı ödəyən İddiaçı3 təsis payını tam olaraq əldə etmişdir, həmçinin həmin müqavilə üzrə ödənilmiş pula münasibətdə aralarında haqq-hesab edilməklə həmin məbləği Mətləb Mərrəmova ödəmişdir, o cümlədən İddiaçı3 hazırki iddianın İddiaçı1 münasibətdə təmin edilməklə pulun onun xeyrinə tutulmasına ərizə ilə bildirmişdir.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh1 335000 manat məbləğində pul ilk İddiaçı1 xeyrinə tutulmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə ilk iddia qismən təmin edilsin. İilk iddia üzrə Cavabdeh1 335000 manat məbləğində pul ilk iddia üzrə İddiaçı1 xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar