Məhkəmə qərarları › İş №2(102)-2823/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2823/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2823/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:mənzilin sahəsinə görə artıq ödənilmiş pul vəsaitinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhməd Əhmədov Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkqül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-497/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Podratçı "xxxx" MTK və sifarişçi X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 026/0028 saylı müqaviləyə əsasən, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 26 saylı yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilini hər kv.m 480 manat olmaqla, cəmi 36528 manata almışdır.

2. Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışa əsasən, X və MTK arasında xx.xx.2008-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK-ya məxsus yaşayış kompleksində yerləşən, 26 saylı evin, 2-ci blok, sahəsi 76.1 kv.m olan 28 saylı mənzili almış və mənzilin ümumi dəyərini tamamilə ödəmişdir, MT K-ya borcu yoxdur.

3. Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışa əsasən, X4 ilə MTK arasında xx.xx.2010-cu il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK məxsus yaşayış kompleksində yerləşən, 26 saylı evin 2-ci blok, sahəsi 76.1 kv.m olan 28 saylı mənzili almış, mənzilin ümumi dəyərini tamamilə ödəmiş və MTK-ya borcu qalmamışdır.

4. Podratçı "xxxx" MTK və sifarişçi X4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 026/0028 saylı müqaviləyə əsasən, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 26 saylı yaşayış binası, 2-ci blok, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m olan mənzilini hər kv.m 480 manat olmaqla, cəmi 36528 manata almışdır.

5. Abşeron Rayon İcra Hakimiyy əti Başçısının xx.xx.2013-cü il tarixli, 796 saylı sərəncamına əsasən, "xxxx" MTK-nın rəhbərliyi və vətəndaşın ünvanladığı müraciətdə Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən istismara qəbul olunmuş 26 saylı üç girişli 5 mərtəbəli kooperativ yaşayış binasının 28-ci mənzilində X1 adına verilmiş orderin ləğv edilməsi və mənzilə dair İddiaçı adına order verilməsi xahiş olunmuş, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 26 saylı evin, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m, yaşayış sahəsi 48.1 kv.m, köməkçi sahəsi 28 kv.m olan, 2-ci blok, 1-ci mərtəbə, 28 saylı mənzilə İddiaçı 1 nəfər olmaqla öz adına orderin yazılması, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 079 saylı sərəncamı ilə təsdiq edilmiş X1 adına verilmiş 26 saylı evin, 28 saylı mənzilinin ord erinin ləğv edilməsi qərara alınmışdır.

6. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 3008 saylı orderə əsasən, İddiaçı Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin ümumi sahəsi 76.1 kv.m, yaşayış sahəsi 48.1 kv.m, köməkçi sahəsi 28 kv.m olan, 2-ci blok, 1-ci mərtəbə, 2 otaqlı yaşayış sahəsinə yiyələnmək hüququ vardır. 7. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 saylı maliyyə arayışına əsasən, İddiaçı həqiqətən də, MTK-ya məxsus yaşayış kompleksində inşa olunan 26 saylı evin, 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 66.6 kv.m olan 2 otaqlı, 28 saylı mənzilin ümumi dəyərini tamamilə ödəmiş və MTK-ya borcu yoxdur. 8. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, 223 saylı protokoluna əsasən, İddiaçı ərizə ilə MTK-ya müraciət edərək onun kooperativ üzvlüyünə qəbul edilməsini xahiş etmiş, İddiaçı MTK-nə qəbul edilməsi və ona MTK-nın Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, 1-ci mərtəbə, ümumi sahəsi 66.6 kv.m olan 2 otaqlı, 28 saylı mənzilinin verilməsi, çıxarışa 1 nəfər olmaqla İddiaçı daxil edilməsi qərara alınmışdır.

9. Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, ümumi sahəsi 60.4 kv.m olan 28 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər " xxxx" MTK və "xxxx" MTK-dan (bundan sonra- cavabdehlər) müştərək qaydada çatışmayan mənzil sahəsi üçün 10.205 manat, artıq ödənilmiş kommunal xərclər üçün 650 manat olmaqla, cəmi 10.855 manat pul vəsaitinin və 122 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində texniki yanlışlığa yol verilərək Abşeron Rayon İcra Hakimiyyətinin “maraqlı üçüncü şəxs” qismində deyil, “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

12. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət ed ərək, cavabdehlərdən müştərək qaydada çatışmayan mənzil sahəsi üçün 6.750 manat, artıq ödənilmiş kommunal xərclər üçün 350 manat olmaqla, cəmi 7100 manat pul və 122 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə "xxxx" MTK-dan Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 26 saylı evin, 28 saylı mənzilini almışdır. Mənzili alarkən sənədlərdə mənzilin ümumi sahəsi 76.1 kv.m qeyd edilmişdir. Bununla bağlı ondan müvafiq müqavilə alınaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 796 nömrəli sərəncamına əsasən xx.xx.2013-cü il tarixli, 3008 nömrəli order təqdim edilmişdir. 2022-ci ilin may ayında həmin mənzilə dövlət Reyestrindən çıxarış almaq üçün on a "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 223 nömrəli maliyyə arayışı və MTK üzvlərinin ümumi iclas protokolundan çıxarış təqdim edilmişdir. Maliyyə arayışında və protokolda mənzilin ümumi sahəsinin 66.6 kv.m olmasına etirazını bildirəndə bunun mənzilin daxili sahəsi ilə düzgün olduğu və dövlət reyestrindən çıxarış verilərkən ümumi sahənin 76.1 kv.m olacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə həmin mənzilə dair çıxarış və texniki pasport aldıqdan sonra məlum olmuşdur ki, mənzilin ümumi sahəsi daha da az, yəni 60.4 kv.m-dir. Yəni ölçülər arasında fərq 15.7 kv.m-dir. Bundan başqa, 9 il ərzində mənzilin kommunal xərcləri (istilik təchizatı ödənişləri daxil) 76.1 kv.m sahə üçün hesablanmış və o, bu məbləğləri vaxtında və tam ödəmiş, hazırda da, heç bir borcu yoxdur. Həmin mənzilin olduğu ərazidə 1 kv.m təmirsiz mənzil sahəsi orta bazar qiyməti ilə 650 manat təşkil edir. Mənzilin sahəsi sənədlərdə az qeyd edilməklə cavabdeh təşkilatlar ona ziyan vurmuş və bu ziyan onlardan tutularaq qaytarılmalıdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəydə qeyd edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi 67.1 kv.m-dir.

15. Abşeron Rayon Məhkəməsinin e-2(012)-442/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi (hakim H.Əhmədov) ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 saylı maliyyə arayışı, xx.xx.2022-ci il tarixli, 223 saylı protokoldan çıxarış, Abşero n Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 96 saylı sərəncamı, xx.xx.2013-cü il tarixli, 3008 saylı order əsasında iddiaçının mübahisəli Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilinə sahiblik hüququ tanınmış olsa da, sözügedən mənzilin əvvəlki sahibinin X1 olması və mənzil alqı-satqı müqaviləsinin MTK ilə İddiaçı arasında deyil, məhz X5 ilə bağlanması, mənzilin dəyərinin ödənilərək borcun qalmamasına dair maliyyə arayışının isə MTK tərəfindən verilməsinə baxmayaraq, ödənişin MTK-ya deyil, məhz satıcı X2 ödənilməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır. Başqa sözlə, mənzil alqısatqısına dair sənədlərin MTK tərəfindən verilməsinə baxmayaraq, iddiaçının artıq ödən ilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələb hüququ üzrə cavabdehlik daşımalı olan şəxs də məhz X5 olmuşdur. Beləliklə, mənzilin alınması zamanı mənzilin ümumi sahəsinin 76.1 kv.m olması ilə razılaşaraq mənzilin dəyərindən olan ödənişi X2 ödəmiş İddiaçı artıq ödənilmiş pul vəsaitinin "xxxx" MTK ilə "xxxx" MTK-dan alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı pul tələbi üzrə cavab verməli olan şəxs X5 olmasına baxmayaraq, "xxxx" MTK ilə "xxxx" MTK cavabdehlər qismində qoyulmuşdur. Başqa sözlə, iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxslərə qarşı verildiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 6.1.5, 385.1, 389.1, 405.1, 442, 448.1, 567-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 4, 7, 14.2, 36, 54.1, 54.2, 107, 119.1, 124.2, 150 və 216-236-cı maddələrinə istinad etmişdır. Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdeh tərəfin mənzilə dair sənədləşdirmədə MTK tərəfindən səhvlərin edilməsinin etiraf edilməsi də, özü-özlüyündə MTK-nın hüquqi şəxs olaraq işçilərinin iddiaçıya vurduğu ziyana görə mülki məsuliyyətini yaradır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından görünür ki, mübahisəli mənzillə bağlı müqavilələr, iclas protokolları, maliyyə arayışları cavabdeh təşkilat tərəfindən rəsmiləşdirilmişdir. Mənzilin MTK tərəfindən bir neçə nəfərə satılması barədə sənədlər iş materiallarına əlavə edilmişdir. İddiaçı da mənzilin MTK-dan alıcılarından biri olmuşdur. Məhkəmənin isə müqavilənin İddiaçı və X5 arasında olması barədə nəticəyə gəlməsi əsassızdır. Mülki Məcəllənin 448.1-448.4-cü maddələrinin mənasından görünür k i, hazırkı iş üzrə cavabdeh təşkilatlar mənzilin sahəsində qüsurların olmasını bilsələr də, iş üzrə sənədləşdirməni aparsalar da, iddiaçıya bu barədə məlumat verməmişlər, nəticədə iddiaçı zərər çəkmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi etiraf etmişdir ki, MTK-nın hazırladığı sənədlərdə səhvlərə yol verilmişdir. İş materiallarında olan digər müqavilələrdən də görünür ki, MTK-dan mənzil əldə edənlər ümumi sahəsi 76.1 kv.m. olan mənzil üçün 480 manatdan ödənişlər etmişlər. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxslərə qarşı verildiyindən iddia tələbləri əsaslı deyil, ona görə də təmin edilməməlidir”. Məhkəmə birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəf in əvəz edilməsi məsələsini həll edir. Bu normanın tələbinə görə hakim təqdim edilmiş sənədlər əsasında əsl olmayan təfəin əvəz edilməsi məsələsini hazırlıq iclasında həll etməli idi. MPM-nin 265.4-ci maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İş materiallarından, məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsinin ifadəsindən müəyyən edilmişdir ki, MTK-lar tərəfindən mübahisəli mənzilin sahəsi ilə bağlı müxtəlif ziddiyətli sənədlər mövcuddur. Bu hal vətəndaşların aldadılması üçün istifadə edilməsi ehtimalını yaradır. Məhz bu sənədlərə görə İddiaçı mənzilə görə artıq ödənişlər etmişdir. Məhkəmə bu cinayət xarakterli halların araşdırılması üçün xüsusi qərardad çıxararaq prokurorluq oraqnına göndərməli olsa da, göndərməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında izahat verərək iddianın onlara qarşı yox X2 verilməli olduğu müəyyən edildiyindən iddia düzgün cavabdehə qarşı irəli sürülmədiyi qənaətinə gəldiyini qeyd etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə əsl cavabdehin kim olduğu məhkəmə baxışı icasında müəyyən edilmişdir. Halbuki məhkəmə baxışı iclasında iddiaçı tərəf ola raq şifahi vəsatət verilərək X1 da işə cavabdeh qismində cəlb edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən artıq gec olduğu bildirilərək vəsatət təmin edilməmişdir. Əgər iddia düzgün cavabdehə qarşı verilməmişdirsə MPM-nin 54.1-ci maddəsinin ikinci cümləsinin və 54.2-ci maddəsinin tətbiqindən yayınmaqla iddiaçının hüquqların pozmuşdur.

21. Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" MTK-nın vəkili Vəkil2 yazılı etirazı daxil olmuşdur.

22. Etirazda qeyd edilmişdir ki, şikayətdə göstərilən dəlillər işin faktiki hallarına və məhkəmə təcrübəsinə uyğun deyil. Birinci instansiya məhkəməsinin araşdırmasından da məlum olur ki, iddiaçının cavabdeh saydığı MTK-lar heç bir qanunsuz hərəkətlərə yol verməmiş, nə başqa vətəndaşların, nə də iddiaçının iddia etdiyi hüquqlarını pozmuşlar. İş materialların dan da görünür ki, iddiaçı cavabdehlə hər hansı müqavilə bağlamamış, əksinə, iddiaçıya qədər mübahisə obyekti olan əmlak barəsində bağlanmış podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmişdir (xüsusilə, iddiaçıdan başqa həmin MTK-larla başqa şəxslərin mübahisəsinin olmadığı bunu təsdiq edir). Digər tərəfdən, MTK-ların iddiaçıya qədər bağladığı podrat müqaviləsində həmin mənzilin ümumi sahəsinin 76.1 kv.metr göstərilməsi cavabdehin nümayəndəsinin də birinci instansiya məhkəməsində göstərdiyi kimi – divaraltı sahələrin nəzərə alınmamasından irəli gəlmişdir. Lakin qeyd edilmişdir ki, həmin vaxt MTK-ların bağladığı podrat müqaviləsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvədə olmadığı 2012-ci ilədək bağlanmışdır. Həmin Məcəllənin isə “Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır” norması ilə çıxış edən 59.3-cü maddəsinin tələbləri hazırkı iş üzrə MTK-ların bağladığı podrat müqaviləsinə şamil olunmurdu. Yəni həmin normanın qüvvədə olmadığı 2012-ci ilədək ara divarlarının yerləşdiyi sahələr hesablandığından podrat müqaviləsində bu mənzilin sahəsinin 76.1 kvadrat metr göstərilməsi həmin dövrdə qanun pozuntusu sayılmırdı. Hazırkı iş üzrə isə, birinci instansiya məhkəməsi tərəfindən təyin olunan ekspertiza rəyinin nəticəsinə əsasən, mənzilin ümumi sahəsi 67.1 kv.metr olmuşdur. İddia tərəfinin də iddia tələbini azaltması həmin kvadraturanın işin mübahisə olunmayan tərəfinin olmasını göstərir. MTK-nın 2008ci ildə həmin mənzil barəsində bağladığı podrat müqaviləsində göstərdiyi 76.1 kv.metr ilə 67.1 kv.metr arasında olan 9 kv.metr fərq cavabdehin nümayəndəsinin də birinci instansiya məhkəməsində göstərdiyi kimi – divaraltı sahələrə aid ola bilərdi. Hətta fərz edilsə ki, iddiaçı ilə MTK arasında 2013-cü ildə podrat və ya alqı-satqı müqaviləsi olmuşdur, onda yenə də məlum olur ki, iddiaçı iddia müddətini ötürmüşdür.

23. Sumayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il, 2(105)497/2024 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov, sədrlik edən, məriuzəçi, Lalə Rəhimli və İlqar Dəmirov apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-442/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkə məsi düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli mənzilin iddiaçıdan əvvəlki sonuncu sahibi X5 olmuşdur. Mənzil iddiaçı tərəfindən 2013-cü il tarixdə əldə edilmişdir. İddiaçı onunla X5 arasında müqavilə olmadığına əsaslansa da, cavabdehlərlə müqavilə bağladığını, mənzilə görə nə qədər pul vəsaiti ödədiyini də sübuta yetirə bilməmişdir. Bu ödəmənin mənzilin 1 kv.m-nə görə, yoxsa mənzilin mövcud vəziyyətinin bəyənilərək ödədiyini göstərən mötəbər sübut növü məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında və protokoldan çıxarışda isə mənzilin sahəsi 66,6 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəyinə əsasən, mübahisəli mənzilin ümumi sahəsi 67.1 kv.m (50 m2 yaşayış 17,1 m2 yardımçı) müəyyən olunmuşdur.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında müqavilə mövcud olmadığı halda, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanaraq onun dəyərinin cavabdehlərdən tutulması əsassız olardı. Çünki tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində həll edilməlidir. Tərəflər arasında mənzilin hesablaşma sahəsi ilə bağlı mühüm şərti nəzərdə tutan öhdəliklə bağlı hər hansı müqavilə, razılaşma, saziş və s. olmadığından, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələbləri yalnız mübahisəli mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alına bilər. Digər tərəfdən, mübahisəli mənzillə bağlı digər şəxslərlə "xxxx" MTK ilə bağlanmış yuxarıda adı çəkilən müqavilələrdə mənzilin sahəsinin oxdan-oxa və ya sütunların, divaraltı sahələrin həmin sahəyə aid edilib-edilməməsi, mənzilin təmir və tikinti işləri nəticəsində işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsinin podratçının ziyanına qiymətləndiriləcəyi kimi şərtlər nəzərdə tutulmamışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdi rən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.5, 6.1.5, 385.1, 389.1, 405.1, 442, 448.1, 567, 752, 766, 773-cü maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə1), iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehlər tərəfindən İddiaçı münasibətdə mənzil sahəsi satılarkən vicdanlı davranış sərgilənməmişdir və hal hazırda da iddia tələbi rədd edilməklə bu münasibət davam etdirilir. İddiaçı çatışmayan mənzil sahəsi üçün əlavə pul ödəmiş və həmin mənzilin sahəsi guya 76.1 m2 olduğu üçün on ildən artıqdır ki, komunal xidmətlər üçün əlavə ödənişlər etmişdir və hazırda da qanunsuz olaraq tələb edilir. İddiaçı mənzil "xxxx" MTK-nin tərtib etdiyi rəsmi sənədlər əsasında satılmış (Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktub, Abşeron Rayon İcra Başçısının Sərəncamı, Mənzil sahəsinə dair xx.xx.2013-cü il tarixli 3008 Order), "xxxx" MTK bununla bağlı arxiv işi aparmış və s onradan 2022-ci il tarixdə İddiaçı cavabdeh "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir ki, cavabdehlər məhkəmə gedən dövürdə fəaliyyətləri dayandırılmışdır. MTKların dayandırılma dövrü birinci instansiya məhkəməsi tərəfindən qəsdən apellyasiya şikayəti bir neçə dəfə qəbul edilmədiyi dövrə təsadüf edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətl ər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər ü çün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

36. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

37. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyən ləşdirilir

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bü tün hallar üçün cavabdehdir.

41. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür

42. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

43. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

44. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

48. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlillərlə razılaşmır.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçıdan əvv əl sonuncu sahibi X5 olmuşdur. Mənzil iddiaçı tərəfindən 2013-cü ildə əldə oulunmuşdur. İddiaçı onunla X5 arasında müqavilə olmadığına əsaslansa da, cavabdehlərlə müqavilə bağladığını, mənzilə görə nə qədər pul vəsaiti ödədiyini sübuta yetirə bilməmişdir. Bu ödəmənin mənzilin 1 kv.m-nə görə, yoxsa mənzilin mövcud vəziyyətinin bəyənilərək ödədiyini göstərən mötəbər sübut növü məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında və protokoldan çıxarışda isə mənzilin sahəsi 66,6 kv.m göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəyə əsasən, mübahisəli mənzilin ümumi sahəsi 67.1 kv.m (50 m2 yaşayış 17,1 m2 yardımçı) müəyyən olunmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayə ti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilə mövcud olmadığı halda, balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanaraq onun dəyərinin cavabdehlərdən tutulması əsassızdır. Çünki tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində həll edilməlidir. Tərəflər arasında mənzilin hesablaşma sahəsi ilə bağlı mühüm şərti nəzərdə tutan öhdəliklə bağlı hər hansı müqavilə, razılaşma, saziş və sair olmadığından, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələbləri yalnız mübahisəli mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alına bilər.

59. Digər tərəfdən, mübahisəli mənzillə bağlı digər şəxslərlə "xxxx" MTK ilə bağlanmış yuxarıda adı çəkilən müqavilələrdə mənzilin sahəsinin oxdan-oxa və ya sütunların, divaraltı sahələrin həmin sahəyə aid edilib-edilməməsi, mənzilin təmir və tikinti işləri nəticəsində işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsinin podratçının ziyanına qiymətləndiriləcəyi kimi şərtlər nəzərdə tutulmamışdır.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar olmadığı üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Qeyd olunanl ara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(105)-497/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar