Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-758/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlununun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(105)4/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcraçı Cavabdeh MMC və sifarişçi İddiaçı arasında bağlanmış 2021-ci il 10 fevral tarixli alqı-satqı müqaviləsi ilə icraçı sifarişçiyə məxsus sahəni (Salyan rayonu QardiliYenikənd kəndlərində yerləşən torpaq sahəsi) 1 dəst 204.000 manat dəyərində çiləmə suvarma sistemi və 1 dəst 18.700 manat dəyərində damlama suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.4-cü bəndinə əsasən, bu müqavilə ondan ötrü bağlanır ki, İddiaçı məxsus Salyan rayonu, Qardili kəndində yerləşən 39,88 ha torpaq sahəsində 1 dəst çiləmə suvarma sistemi quraşdırılacaqdır; - 1.5-ci bəndinə əsasən, bu müqavilə ondan ötrü bağlanır ki, İddiaçı məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 3,5 ha torpaq sahəsində 1 dəst damlama su varma sistemi quraşdırılacaqdır; - 2.1-ci bəndinə əsasən, malların və onların çatdırılması daxil olmaqla ümumi dəyəri 222.700 manat təşkil edir; - 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə 2.1-ci bəndində qeyd edilən malların dəyərinin 20%-i müqavilə imzalandıqdan sonra təqdim edilən hesab-faktura əsasında 5 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq İcraçının təqdim etdiyi bank hesabına nağdsız qaydada köçürülür; - 4.3-cü bəndinə əsasən, icraçı tərəfindən göndərilən malların sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq icraçı tərəfindən sifarişçiyə geri ödənilməlidir; - 5-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə sifarişçinin podrat sahəsinə çatdırılmasını lazımı qa ydada icra etmək, müqavilənin 4.3cü bəndində qeyd edilən hal baş verdikdə sifarişçinin tələbi ilə həmin malların dəyəri hesablanaraq sifarişçiyə geri ödəmək, bu müqavilə üzrə satılan mallarda sifarişçi tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsur və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək və s. – icraçının vəzifələrinə aid edilmişdir; - 5.1.1-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə sifarişçinin podrat sahəsinə çatdırılmasını və quraşdırılmasını lazımı qaydada icra etmək icraçının vəzifəsi kimi müəyyən olunmuşdur; - 6-cı bəndinə əsasən, icraçı tərəfindən satılan motor və filtirə 2 il, suvarma sistemi borularına 5 il, digər mallara 2 il müddətinə zəmanət verilir. 2. 2021-ci il 1 5 fevral tarixli 01 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə alqı-satqı müqaviləsi üzrə 44.540 manat ödəniş olunmuşdur.
3. Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş 2023cü il 28 fevral tarixli UNİ/F 07-068/23 nömrəli mütəxəssis rəyindən görünür ki, sifarişçi Cavabdeh MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri Salyan rayonu Qardili kəndi ərazisində yerləşən damlama suvarma sisteminin texniki xüsusiyyətlərinin müəyyən еdilməsi üçün işlər həyаtа kеçirərək, avadanlığın mövcud vəziyyəti, faktiki texniki xüsusiyyətləri, istismar yeri, şəraiti və s. nəzərə alınmaqla apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən sualları aşağıdakı kimi cavablandırmışlar: - Damlama suvarma sisteminin yağmurlama başlıqları “Atom 42FC”-lərin fa ktiki texniki xüsusiyyətləri istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun deyil; - Damlama suvarma sisteminin başlıqları “Atom 42FC”-lərin atış məsafəsi faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmadığından ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələr mövcuddur; - Suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsi mümkün deyil; - Sistemin detalları və avadanlıqları, həmçinin sahəyə çəkilmiş su boruları, hovuz xüsusi olaraq “Atom 42FC” başlıqları üçün quraşdırıldığından və suyun təzyiqi, boruların diametri, avadanlığın gücü və s. bu başlıqlar üçün hesablandığından sistemin tədqiq edi lmiş sahənin tam suvarılması üçün işlək vəziyyətə gətirilməsi mümkün deyil. 4. 2022-ci il 7 dekabr tarixində Cavabdeh MMC cavabdeh "xxxx" Şirkətinə qarşı “mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147.647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat olmaqla, ümumilikdə 147.647 ABŞ dollarının və 542 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində tələb əsaslandırılarkən qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətindən satın alınmış bir dəst damlama-sulama sistemi "xxxx" MMC tərəfindən iddiaçıya satılmış və bu zaman müəyyən olunmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. Həmin işə baxılarkən iddiaçının nümayəndəs i Vəkil2 izahatında "xxxx" Şirkətindən alınan və iddia ərizəsində qeyd olunan mübahisəli damlama-sulama avadanlıqlarının iddiaçının Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırıldıqdan sonra onların qüsurlu olduğunun müəyyən edildiyini, qüsurlar həmin çiləmə-sulama sistemi quraşdırıldıqdan sonra aşkar edildiyini, buna görə də iddiaçıya (sifarişçi) tərəfindən Cavabdeh MMC-yə irad bildirildiyini və həmin sifariş üzrə pul məbləğinin bir hissəsinin Cavabdeh MMC-yə ödənilmədiyini qeyd etmişdir.
5. Həmin iş üzrə məhkəmənin 2023-cü il 2 mart tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə İddiaçı tərəflərin vəsatəti əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 22 may tarixli e-22(119)-85/2023 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddiası avadanlığın nasazlığının cavabdehin təqsiri üzündən baş verdiyi iddiaçı tərəfindən sübut olunmadığından və digər əsaslarla təmin olunmamışdır. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 oktyabr tarixli 2-2(105)-114/2023 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 1 mart tarixli 2-2(102)-75/2024 nömrəli qərarı ilə də apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 7 iyun tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 86.540 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi Salyan rayonu ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan iddiaçı 2021-ci il 10 fevral tarixində cavabdeh ilə ona məxsus Salyan rayon Qardili kəndi ərazisində yerləşən torpaq sahəsində suvarma sisteminin quraşdırılması ilə əlaqədar müqavilə bağlamışdır. Müqavilədə nəzərdə tutulan işlər icraçı tərəfindən yerinə yetirilmiş, lakin sahənin suvarılması zamanı sistemin effektiv olmadığı müəyyən edilmişdir. Suvarma sisteminin qüsurlu olması səbəbindən sahədə əkilmiş yoncanın bir hissəsi məhv olmuş, bununla iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. İddiaçı suvarma sisteminin qüsurlu olm ası ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh məsələnin araşdırılması və tədbirlərin görülməsi ilə bağlı ona vəd vermiş, lakin bu vaxta qədər nəticə əldə edilməmişdir. Daha sonra iddiaçı cavabdehdən dəymiş ziyanın ödənilməsini xahiş etmiş, onlar isə araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişlər. Lakin hazırkı vaxtadək məsələnin həlli ilə bağlı heç bir nəticə olmamışdır. İddiaçıya qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar 30.000 manat, suvarma sisteminə görə ilkin ödəniş kimi cavabdehə ödədiyi 44.540 manat, eyni zamanda əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12.000 manat olmaqla, ümumilikdə 86.540 manat məbləğində ziyan dəymişdir.
8. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Salyan rayonunda yerləşən ona məxsus torp aq sahəsində quraşdırılmış sulama sisteminə özbaşına müdaxilə etmiş, sistemi sökmüş və tam yararsız hala salmışdır. Bu faktı təsdiq edən şahidlər, fotoşəkillər və s. sübutlar var. Qeyd edilənlərdən başqa, iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri tam həcmdə yerinə yetirməmiş, cavabdehə ödəməli olduğu pul vəsaitini bu günədək ödəməmişdir. İddiaçının təqdim etdiyi sübutlardan da görünür ki, əsl zərər dəymiş tərəf cavabdehdir.
9. İddiaçı tərəfin vəsatəti əsasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus əkin sahəsinə damlama-çiləmə suvarma sistemi 2021-ci ildə quraşdırılmışdır. Həmin sistem quraşdırılmamışdan əvvəl əkin sahəsi ənənəvi suvarma üsulu ilə suvarılırdı. Quraşdırılmış damlama-çiləmə suvarma sistemi yararsız olduğundan, həmin vaxt sahədə bitmiş yoncanın s uvarılması mümkün olmamış və məhsul məhv olmuşdur. Boruların çəkilməsi üçün qazıntı işləri iddiaçı tərəfindən həyata keçirilmiş, lakin həmin işlərin görülməsi üçün iddiaçının traktorçuya nə qədər pul ödəməsindən məlumatı olmamışdır.
10. İddiaçı tərəfin vəsatəti əsasında şahid kimi dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iki il yarımdan artıq olmaqla, iddiaçıya məxsus sözügedən torpaq sahəsini sulayır. Həmin torpaq sahəsinə suvarma sistemi quraşdırıldıqdan sonra arxların içində borular olduğundan, əkin sahəsinin əvvəlki qaydada (ənənəvi üsulla) suvarılmasında çətinliklər yaranmışdır. 2022-2023-cü illərdə və cari ildə qeyd olunan torpaq sahəsində yonca çıxsa da, məhsuldarlıq təxminən 35% təşkil etmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 29 iyul tarixli e-2-2(119)23/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 44.540 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – H.Alıyeva).
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı (sifarişçi) və cavabdeh arasında 2021-ci il 10 fevral tarixli alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Salyan rayonu, Qardili və Yenikənd kəndində yerləşən sahəni çiləmə və damlama suvarma sistemi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən ona məxsus sahədə quraşdırılmalı olan malların dəyərinin 20 faizi, yəni 44.540 manat məbləğində cavabdehə 2021-ci il 15 fevral tarixində ödəniş olunmuşdur. Bundan sonra cavabdehin sifarişi ilə "xxxx" Şirkəti tərəfindən istehsalçı firma olan “X3 İhracat Sanay i Ticaret” Anonim Şirkətindən damlama-sulama sistemi əldə edilərək 2021-ci ilin aprel ayında cavabdehə göndərilmişdir. Cavabdehin işçiləri tərəfindən Salyan rayonu, Qaradilli kəndində iddiaçıya məxsus ərazidə 2021-ci ilin təxminən may-iyul aylarında quraşdırılan həmin damlama (çiləmə) suvarma sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edilmişdir. Buna görə iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir.
13. Hazırkı iş üzrə cavabdehin "xxxx" Şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsində və həmin işə baxılarkən cavabdehin nümayəndəsi Vəkil2 izahatında (yuxarıda § 4) iddiaçının Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırılan damlama, çiləmə suvarma sisteminin qura şdırıldıqdan sonra qüsurlu olduğunun müəyyən edildiyini bildirmişdir.
14. Tərəflər arasında 2021-ci il 10 fevral tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 44.540 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslı olmuşdur.
15. İddiaçı iddia ərizəsində qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar 30.000 manat və əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etsə də, tələbin həmin hissələrdə əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut (ödəniş sənədi, rəy, müqavilə və s.) məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia həmin hissələrdə əsassız olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442, 567, 568.1, 581.1, 587 və 588-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv olunması, iddianın isə təmin edilmiş hissədə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbayc an Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 16 aprel tarixli 10/578 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - İddiaçıya məxsus, Salyan rayonu, Qardili kəndi ərazisində yerləşən 39.88 ha torpaq sahəsində suvarma sisteminin quraşdırılması üçün aparılmış işlərə sərf edilmiş materialların və işlərin həcmi smetada göstərilmişdir; - Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir.
20. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 2025-ci il 22 aprel tarixli 7/1429/404 nömrəli digər ekspert rəyində aşağıdakılar göstər ilmişdir: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X6 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əsasən iddiaçıya məxsus 39.88 ha sahədə 2024-cü ildə 6 ha yonca və 9 ha taxıl bitkisi əkilmişdir. Sahənin qalan (24.88 ha) hissəsi 4-5 illik əkilən yonca sahəsi olduğu müəyyən olunmuşdur; - Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən olunduğundan, ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir.
21. Məhkəmə-qiymətləndirmə ekspertizası üzrə “AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC-nin 2025-ci il 21 iyul tarixli AS 07-023/25 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Yonca bitkisi kənd təsərrüfatında geniş yayılmaqla çox məhsuldar yem bitkisidir. Normal suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Suvarılan bölgələrdə qrunt səviyyəsindən, torpağın nəmliyindən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma işi həyata keçirilməlidir. Payız səpinindən sonra yonca sahələrini şaxtalar düşənə qədər 2 dəfə suvarmaq lazımdır. Aran bölgələrində yonca sahəsində növbəti suvarma mart ayında aparılmalıdır. Əgər yonca sahələri hər biçindən sonra 2 dəfə suvarılarsa, 5 dəfə biçin əməliyyatının aparılması mümkündür. Monitorinq nəticəsində məlum olmuşdur ki, 2021-ci ildə Salyan rayonu üzrə yonca bitkisinin məhsuldarlığı birinci biçində orta hesabla 300, ikinci biçində 220 bağlama olmuşdur (hər 1 ha sahəyə g örə). Hər yonca bağlamasının (kip, pres) orta qiyməti birinci biçində 2,50 manat, ikinci biçində 3,30 manat təşkil etmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən, iddiaçıya məxsus Salyan rayonu, Qardili kəndi ərazisində yerləşən 39.88 ha torpaq sahəsindən 2021-ci ildə 2 biçin zamanı orta hesabla 20.222 bağlama yonsa məhsulu tədarük edilə və tədarük məsrəfləri (biçin, presləmə, daşıma və s. işləri üçün çəkilən xərclər) çıxılandan sonra satışından orta hesabla 47.250 manat qazanc (xalis gəlir) əldə oluna bilərdi; - Ərazi üzrə qazma işlərinin 2021-ci ildə dəyəri barədə ixtisaslaşmış fərdi sahibkarlar arasında monitorinq aparılmış, yerləşmə yerindən, sahənin relyefindən, işlərin həcmindən asılı olaraq 0,80 metr dərinliyində boru kanallarının qazılması və torpağın əks doldu rulması üçün hər 1,0 metr üçün iş haqqı 1,50 manat müəyyən edilmişdir. Yerində baxış-müayinə zamanı təsdiq olunmuşdur ki, iddiaçıya məxsus Salyan rayonu Qardili kəndi ərazisində yerləşən 39,88 ha torpaq sahəsində suvarma sisteminə aid boruların quraşdırılması ilə əlaqədar sahədə traktorla 0,80 metr dərinliyində kanalların qazılması və həmin kanallara yerləşdirilən boruların üzərinin torpaqla örtülməsi (basdırılması) işləri icra edilmişdir. Görülən işlərin həcmi (qazılaraq borular basdırılmış kanalların ümumi uzunluğu) 7.604 metr və bu işlərə çəkilmiş xərclərin miqdarı (məbləği) 11.406 manat təşkil etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(105)-4/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, iddiaç ı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın rədd olunduğu hissədə ləğv olunmaqla, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia qismən təmin olunmuş, cavabdehdən yonca məhsuluna görə dəymiş ziyanın əvəzi kimi 30.000 manat, boruların quraşdırılması ilə əlaqədar çəkilmiş xərcin əvəzi kimi 11.406 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 350 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 170 manat dövlət rüsumlarının əvəzi olmaqla, cəmi 41.926 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehdən ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat pulun tutularaq “ AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – M.Hüseynov, hakimlər – Z.Məmmədov və V.Hacıyev).
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etdiyi hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 2021-ci il 10 fevral tarixli alğı-satqı müqaviləsinin şərtinə uyğun olaraq sifariş verdiyi malın, yəni çiləmə-damlama suvarma sisteminin dəyərinin 20%-ni təşkil edən 44.540 manat pul qabaqcadan cavabdehə ödəmiş, lakin suvarma sisteminin avadanlıqları cavabdeh tərəfindən gətirilib yerində quraşdırıldıqdan və istifadəsinə başlanıldıqdan sonra həmin suvarma sisteminin özünü doğrultmadığı, cavabdehin təminat verdiyi texniki göstəricilərə malik olmadığı, gözl ənilən nəticə və səmərə vermədiyi, bir sözlə, qüsurlu və yararsız olduğu məlum olmuşdur. Cavabdehin sifarişi əsasında yerində araşdırma aparmış "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən verilmiş rəydə də çiləmə-damlama suvarma sisteminin yağmurlama başlıqları “Atom 42FC”-lərin faktiki texniki göstəricilərinin istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun olmadığı, bu səbəbdən ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələrin əmələ gəldiyi, suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsinin mümkün olmadığı göstərilmişdir.
24. Ona görə də iddiaçı haqlı olaraq malı (suvarma sistemini) almaqdan (alğı-satqı müqaviləsinin icrasından) imtina etmiş və həmin mala görə ödədiyi pulu geri tələb etmişdir. İddiaçının belə hüquqa malik olması MM-in 587.2-ci maddəsi ilə təsbit edilmişdir. Həmin maddəyə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin... İddiaçı qanuna müvafiq olaraq alğı-satqı müqaviləsinin icrasından im tina etmiş və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir.
25. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən satdığı suvarma sisteminə görə ona ilkin olaraq ödənilmiş 44.540 manat pulun iddiaçıya geri qaytarılmasını qət etməsi qanuni və əsaslı olmuşdur.
26. İddiaçı cavabdehdən aldığı suvarma sisteminin sonuncu tərəfindən bəyan edilmiş və təminat (qarantiya) verilmiş texniki üstünlüklərinə inanaraq həmin sistemin tətbiqinin daha yüksək məhsuldarlığa və müvafiq olaraq daha çox gəlir əldə edilməsinə səbəb olacağına ümid etmiş, lakin suvarma sistemi qüsurlu və yararsız olmaqla işləmədiyindən iddiaçı nəinki gözlədiyi nəticələri (faydanı) əldə edə bilməmiş, eyni zamanda 40 ha torpaq sahəsində əkilmiş yonca bitkisindən ənənəvi suvarma üsulu ilə 2021-ci ildə götürə biləcə yi məhsul və gəlirdən də məhrum olmuş, bundan əlavə, sahəyə suvarma sisteminin quraşdırılması (su borularının yeraltı çəkilməsi) ilə əlaqədar sərf etdiyi xərc də itki (ziyan) qismində onun üzərində qalmışdır.
27. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia uğurlu sayılır. İddiaçının ona dəymiş zərərin ödənilməsi ilə bağlı tələbinin qanuni əsası kimi MM-in 21.2 və 443.1-ci maddələri nəzərdən keçirilə bilər.
28. Öhdəliyini lazımınca icra e tməyən, yaxud qüsurlu icra edən müqavilə tərəfi bunun nəticəsində digər tərəfə dəymiş zərəri ödəməyə borcludur. Dəymiş zərərə isə borclunun cavabdeh olduğu öhdəliklərin yerinə yetirilməməsi, yaxud lazımınca yerinə yetirilməməsi nəticəsində kreditorun həm məruz qaldığı real itkilər (baş tutmayan müqavilə üzrə çəkdiyi xərclər, əldə edəcəyi əmlakdan məhrum olması və s.), həm də adi mülki dövriyyə şəraitində əldə etməyə əsaslı gözləntisinin olduğu gəlirlər (əldən çıxmış fayda) aiddir.
29. Bu baxımdan, iddiaçının ona məxsus torpaq sahəsindən 2021-ci ildə gəlir götürə bilməməsi, digər tərəfdən, icrasından imtina etməli olduğu alğı-satqı müqaviləsi üzrə görülmüş müəyyən işlərə xərc çəkməsi ona dəymiş zərər kimi nəzərə alınmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ona məxsus tə xminən 40 ha torpaq sahəsində 2020-ci ildə çoxillik yonca növü əkmiş və 2021-ci ildə sahədən yonca məhsulu tədarük edərək satıb gəlir əldə etməyi planlaşdırmışdır. 2021-ci ilin may-iyul aylarında sahəyə suvarma sistemi quraşdırıldığına, lakin sistem qüsurlu olduğuna (işləmədiyinə) görə sahənin suvarılması mümkün olmamış, sahədə yonca bitsə də, suvarılmadığı üçün məhv olmuş, nəticədə həmin il sahədən yonca bitkisi tədarük edilməmişdir. Bununla iddiaçı cavabdehin təqsiri (müqavilə öhdəliyini qüsurlu icra etməsi) üzündən ona 30.000 manat məbləğində ziyan dəydiyini iddia etmişdir. Bundan başqa, iddiaçı suvarma sisteminə aid boruların yeraltı çəkilməsinə görə 12.000 manat pul xərclədiyini bildirərək, həmin məbləğdə pulun da ona dəymiş zərərin əvəzi kimi cavabdehin hesabına qaytarılmasını tələb etmişdir.
30. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi ilə bağlı, yəni iddiaçıya əldən çıxmış gəlir və alğısatqı müqaviləsi üzrə çəkilmiş xərc qismində zərərin dəyib-dəyməməsi, zərərin dəyməsi təsdiq olunduğu halda onun həcmi barədə mötəbər məlumatlar əldə edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
31. Məhkəmə kollegiyası iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X6 İnkişaf Mərkəzinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 25-ci il 16 aprel və 22 aprel tarixli ekspert rəyləri verilmişdir.
32. Qeyd edilən ekspertiza rəyləri səthi və natamam olmaqla məhkəmə üçün lazım olan məlumatları (nəticələri) özündə əks etdirmədiyindən, məhkəmə kollegiyası məhkəmə- qiymətləndirmə ekspertizası təyin etmiş, “AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC tərəfindən 2025-ci il 21 iyul tarixli verilmişdir.
33. Həmin ekspertiza rəyi ilə iddiaçının 2021-ci ildə 40 ha yonca sahəsindən 2 biçin zamanı orta hesabla 47.250,0 manat məbləğində gəlir əldə edə bilməsinin mümkünlüyü müəyyən olunmuşdur. Halbuki, iddiaçı özü 2021-ci ildə 40 ha torpaq sahəsində əkilmiş yonca məhsulunun cavabdehin təqsiri üzündən (sahənin suvarılmaması səbəbindən) məhv olmasına görə ona dəymiş zərəri 30.000 manat məbləğində hesablamışdır. İddi açı öz hesablamasında hər hektar sahədən birinci biçin zamanı 280 ədəd, ikinci biçin zamanı 160 ədəd yonca bağlaması (presi) tədarük etməyin mümkünlüyünü, hər bağlamanın satış qiymətinin müvafiq olaraq 2,0 manat və 2,50 manat, məhv olmuş məhsulun ümumi dəyərinin 38.400 manat məbləğində, tədarük məsrəflərinin isə 8.400 manat təşkil etməsini, beləliklə də 2021-ci ildə 40 ha sahədə əkilmiş yonca məhsulunun susuzluqdan məhv olması nəticəsində ona 30.000 manat məbləğində ziyan dəyməsini göstərmişdir. İddiaçı ona dəymiş zərəri hesablayarkən yonca bitkisinin məhsuldarlığını və satış qiymətini müvafiq ilin orta statistik göstəricilərdən xeyli aşağı olan hədlərdə götürmüşdür.
34. Mülki prosessual qanunvericiliyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin ha kim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu normaya uyğun olaraq məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə yonca məhsuluna görə dəymiş ziyanın əvəzi kimi 30.000 manat pulun tutulması qənaətinə gəlmişdir.
35. İddiaçı suvarma sisteminə aid boruların sahədə quraşdırılması ilə əlaqədar, yəni boruların torpağın altında yerləşdirilməsi üçün traktorla 0,80 metr (80 sm) dərinliyində kanalların qazılması, boruların kanallara qoyulması və üstünün torpaqla örtülməsi işlərinə 12.000 manat xərc çəkdiyini bildirərək, baş tutmayan alğı-satqı müqaviləsi üzrə çəkdiyi həmin xərcin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etmişdir. Ekspert tərəfindən qeyd olunan işlərə çəkilmiş xərcin 11.406 manat təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası bu his sədə iddia tələbinin qismən, yəni 11.406 manat məbləğində təmin olunması qənaətinə gəlmişdir.
36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 385.1, 425.1, 442, 443.1, 443.2, 443.4, 443.9, 448.1, 567, 568.1, 581.1, 581.2, 586.1, 586.2, 587 və 588-ci maddələrinə, MPM-in 218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Kassator şikayətində MM-in 587-ci maddəsi üzrə bildirir ki, həmin normanın 2.1ci bəndinin tələbinə görə, alıcı əşya üçün ödədiyi pulu o halda tələb edə bilər ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin, yəni müqavilənin ləğv edilməsini tələb etsin. Birinci in stansiya məhkəməsi qanunun bu tələbini nəzərə almadan, qanun normasını hissəvi və iddiaçının xeyrinə tətbiq etmişdir. Beləliklə iddiaçının əsassız varlanması üçün şərait yaranmış, qanun düzgün tətbiq edilməmişdir.
39. MPM-in 77.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi ekspertiza təyin etmişdir. Bununla da məhkəmə iddiaçının təqdim etməli olduğu sübutun əsassız olaraq əldə edilməsinə imkan vermişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəf ekspertiza keçirilməsi barəsində heç vəsatət də verməmişdir.
40. MPM-in 217.1-ci maddəsi üzrə - məhkəmə qanunu düzgün tətbiq etməməklə, qanunsuz və əsassız qətnamə qəbul etmiş, bununla da qeyd olunan normanın tələbləri pozulmuşdur.
41. Kassator şikayətinin digər bölməsində bildirir ki, apellyasiya məhkəməsi cavabdehin şikayətində qeyd etdiyi pozunt uları araşdırmadan, qanun pozuntusuna yol verilməklə ekspertiza təyin etmiş, bununla da tərəfsizlik və qərəzsizlik prinsiplərini pozulmuşdur. Məlum olduğu kimi, hər bir tərəf öz istinad etdiyi halları sübut etməlidir və sübutları hər bir tərəf özü təqdim edir. Məhkəmə o vaxt sübutun əldə edilməsinə köməklik edə bilər ki, tərəf özü həmin sübutu müstəqil təqdim edə bilməsin. Apellyasiya məhkəməsi bir neçə dəfə ekspertizanın keçirilməsi barəsində qərar verməklə, MPM-in 77.1.-ci maddəsinin tələblərini pozmuşdur.
42. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Salyan rayonunda yerləşən ona məxsus torpaq sahəsində quraşdırılmış sulama sisteminə özbaşına müdaxilə etmiş, sistemi sökmüş və tam yararsız hala salmışdır. Bu faktı təsdiq edən ş ahidlər, fotoşəkillər və s. sübutlar var. Qeyd edilənlərdən başqa, iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri tam həcmdə yerinə yetirməmiş, cavabdehə ödəməli olduğu pul vəsaitini bu günədək ödəməmişdir. İddiaçının təqdim etdiyi sübutlardan da görünür ki, əsl zərər dəymiş tərəf cavabdehdir. Məhkəmə qeyd olunan sübutları da araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bötüvlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitind ə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətd ə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardı ğı hazırlıq işləri nəzərə alınır.... 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur....” “Maddə
586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olara q əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır....” “Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməs i. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəl mirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə
588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları ü çün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.”
47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sü butların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
50. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 51.Ekspertiza ilə bağlı dəlillərə münasibətdə isə Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə zərərin dəyib-dəyməməsi, zərərin dəyməsi təsdiq olunduğu halda onun həcmi barədə mötəbər məlumatlar əldə edilməsi üçün haqlı olaraq ekspertiza təyin etmişdir. Məhkəmənin belə səlahi yyəti isə MPM-in 97-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur.
52. Həmçinin o da qeyd olunmalıdır ki, Cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddiası Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 22 may tarixli e-2-2(119)85/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə iddia ərizəsində və işə baxılarkən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 izahatında İddiaçı Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırılan çiləmədamlama suvarma sisteminin quraşdırıldıqdan sonra qüsurlu olduğunun müəyyən edildiyi bildirilmişdir. 53.Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir. 54.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 55.MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(105)-4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.