Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2433/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı “LAGUNA" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh13, Cavabdeh5, Cavabdeh4, Cavabdeh11 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh11 qarşı “kommunal xidmətlərə görə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh11 qarşı “kommunal xidmətlərə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4465,97 manat kommunal borcun, Cavabdeh2 2847,70 manat kommunal borcun, Cavabdeh12 4466,0 manat kommunal borcun, Cavabdeh3 4827,67 manat kommunal borcun, Cavabdeh13 2802,91 manat kommunal borcun, Cavabdeh4 2803,50 manat kommunal borcun, Cavabdeh5 1626,49 manat kommunal borcun, Cavabdeh6 5250,0 manat kommunal borcun, Cavabdeh7 3245,35 manat kommunal borcun, Cavabdeh8 3665,62 manat kommunal borcun, Cavabdeh9 2460,13 manat kommunal borcun, Cavabdeh10 Əbülfəl oğlundan 2630 manat kommunal borcun, Cavabdeh11 Vaqif oğlundan 3180,13 manat kommunal borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 4465,97 manat kommunal borcun, Cavabdeh13 2802,91 manat kommunal borcun, Cavabdeh4 2803,50 manat kommunal borcun, Cavabdeh5 1626,49 manat kommunal borcun, Cavabdeh6 5250 manat kommunal borcun, Cavabdeh7 3245,35 manat kommunal borcun, Cavabdeh10 Əbülfəl oğlundan 2630 manat kommunal borcun, Cavabdeh11 Vaqif oğlundan 3180,13 manat kommunal borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdime dərək, Cavabdeh1 4465,97 manat kommunal borcun, Cavabdeh13 2802,91 manat kommunal borcun, Cavabdeh4 2803,50 manat kommunal borcun, Cavabdeh5 1626,49 manat kommunal borcun, Cavabdeh6 5250 manat kommunal borcun, Cavabdeh7 3245,35 manat kommunal borcun,, Cavabdeh11 Vaqif oğlundan 3180,13 manat kommunal borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyvəli Başçısının müvafiq Sərəncamına əsasən ünvan 1 ünvanda coxmənzilli (351 ədəd yaşayış mənzili) yaşayış binası inşa edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 591 saylı Sərəncamı ilə təsdiq edilmiş dövlət qəbul komissiyasının Aktına əsasən həmin binalar istismara qəbul edilmişdir. Binalarda məskunlaşma başa çatsa da, sakinlər qanunvericiliklə onlara verilmiş hüquqlardan və səlahiyyətlərdən istifadə elməyərək binaya kommunal xidməti həyata keçirmək və ümumi əmlakı idarə etmək məqsədi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmadıqları və binanın mühəndis - kommunal avadanlıqlarının istismarına aid cari xidməti müqavilələr (öhdəliklər) İddiaçı MTK ilə bağlanmış olduqları səbəbindən İddiaçı MTK məcbur qalıb sakinlərə kommunal xidmətlərini və ümumi əmlakın idaretməsini təşkil etməli olmuşdur. Buna görə də İddiaçı MTK tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı Qərarı ilə müəyyən edilmiş tariflər və kommunal, enerji xidmət müqavilələri əsasında hər bir mənzilə kommunal xidmətlərinin və ümumi əmlakın saxlanma və istismar xərclərinin həcmi və məbləği müəyyənləşdirilmişdir. Bu məqsədlə cəmi bina üçün hesablanmış kommunal və digər xidmətlərinin dəyərinin ümumi məbləği sahə mülkiyyətçilərinin istifadəsində olan cəmi sahələrə bölünmüş, hər bir yaşayış və qeyri yaşayış sahəsinin aylıq kommunal xidmət haqqının və əmlak saxlama, istismar xərclərinin dəyəri əvvəl 34 qəpik, xx.xx.2019-cu il tarixdən isə 28 qəpik olmaqla təyin edilmişdir (misal 78,0 kv.metr cəmi sahəsi olan mənzil üçün aylıq xidmət haqqının dəyəri 78,0 kv.metr x 0,34 manat = 26 manat 52 qəpik təşkil etmişdir). Bununla bağlı MTK tərəfindən bina sakinlərinin kommunal və s. xərclərlə bağlı ümumi yığıncağı çağırılmış və onun Qərarı əsasında MTK sədrinin müvafiq əmri verilmiş, bütün sahə mülkiyyətçilərinin, o cümlədən cavabdehlərin istifadəsində olan sahələr üçün kommunal xidmət haqqı hesablanmış, paylı mülkiyyətdə olan ümumi əmlakın saxlanılması barədə hər bir üzvün üzərinə dıişən ödəniş haqqı təyin edilmişdir. Həmin vaxtdan sakinlər, o cümlədən cavabdehlər fasiləsiz xidmətlər ilə (zibil daşınması, 6 ədəd liftlərin daimi işləməsi üçün texniki xidməti, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə, abadlıq, cari təmir və s.) təmin olunmuşlar. Baxmayaraq ki, sakinlər tərəfindən üzərlərinə düşən öhdəliklə bağlı ödənişlər uzun müddət qismən və yaxud cox cüzi həcmdə ödənilsə də MTK rəhbərliyi daxili borclar hesabına illərdir həmin xidmətlərin haqqını tam şəkildə ödəmiş və binanın kommunal xidmətləri ilə təmin edilməsi fasiləsiz şəkildə aparılmış, hal-hazırda da aparılır. Lakin bir sıra sakinlərin, o cümlədən cavabdehlərin kommunal ödənişləri qismən və ya tam şəkildə uzun müddət ödəməkdən boyun qaçırması İddiaçı MTK-ya külli miqdarda maddi ziyan vurmuş, ümumi əmlakın qorunmasına, saxlanmasına, istismarına, təhlükəsizliyinə real təhlükə yaratmışlar. Borclu sakinlərdən daxil olası məbləğin ödənilməsi üçün onlara dəfələrlə yazılı və şifahi bildiriş-xəbərdarlıq edilsədə heç bir nəticəsi olmamışdır. Nəticədə bu hal kommunal xidmətə görə hesablanmış vəsaiti vaxtında və tam ödəyən digər sakinlərin haqlı narazılığına, onların paylı mülkiyyətdə qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş, İddiaçı MTK-nın külli miqdarda borclanması hesabına maliyyə vəziyyəti xeyli pisləşmişdir. Hal-hazırda sakinlərdən, o cümlədən cavabdehlərdən daxil olası vəsaitin-debitor borclarının ödənilməməsi səbəbindən bu sahədə ciddi problemlər yaranmağa başlayıb. MTK tərəfindən binada cari təmir, abadlıq və bərpa işlərinin vaxtında aparılmasında ciddi çətinliklər yaranmış, iddiaçının büdcəsinə xeyli miqdarda zərər vurulmuş, vergi orqanları ilə məhkəmə mübahisəsi yaranmış və MTK rəhbərliyinin hüquqları məhdudlaşdırılmış, müəssisənin bank hesablarına həbs qoyulmuş və nəhayət binanın istismarına dair təmir-profılaktik xərcləri artmışdır ki, bu da mövcud ümumi əmlakın vaxtından əvvəl dağılmasına real şərait yaradır. AR Mənzil Məcəlləsinin müəyyən etdiyi kimi qanunvericilik kommunal xidmətlərinin göstərilməsini, yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsini və ödənilməsini tənzimləyir (m.m.6.0.10,6.0.1 1), yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən edir (m. 10.0.16), yaşayış və qeyri yaşayış sahəsinin sahibləri: ümumi əmlakın saxlanılması yükünü daşıyır (m.29.3) və ümumi əmlakın saxlanılması qaydalarına (m.29.4) riayət etməyə və xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur (m. 135.1) coxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir (m.38.1), ümumi əmlakın saxlanılması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir (m.38.2), sahiblikdə olan sahənin istifadə edilməməsi kommunal və digər məlum xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. (m.l37.10) Cavabdehlərin həmin hərəkətləri yuxarıda istinad olunan mövcud normativ tələblərə ziddir. Bundan başqa,Azərbaycan Respublikası Prezidentinin imzaladığı xx.xx.2018-ci il tarixli, 1395-VQD saylı Qanuna əsasən kommunal xidmətinin haqqının vaxtında ödənilməməsi İnzibati Xəta hesab olunur (İXM, maddə 393-1.4) və ödənilməyən məbləğin 100% - dən - 150% - dək cərimə tətbiq edilir. Beləliklə, cavabdehlərin ödəməli olduqları aylıq kommunal xidməti haqqı məbləğinin vaxtında və tam ödənilməməsi ”Laguna” MTK nın fəaliyyətinə və yaşayış binalarının ümumi əmlakının vaxtından əvvəl xarab olmasına səbəb olmaqla zərər yaradır, kommunal-mühəndis avadanlıqların istənilən zaman sıradan çıxaraq fövqaladə hallar yaratmasına səbəb ola bilər. Eyni zamanda məlumat üçün bildiririk ki, iddiaçının eyni iddia tələbi ilə cavabdehlərin yaşadıqları binanın digər sakinlərinə qarşı iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli, 2(004)-4462/2019 və 2(004)-3445(2022) saylı və xx.xx.2021-ci il tarixli 2(004)-6995/2021 saylı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli, 2(103)-13436/2019 saylı və 2(103)-3124/2022 qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli, 2( 102)-3385/2020 və 2(102)-6676/2022 saylı Qərarları ilə təmin edilmiş, məhkəmə aktları qüvvəyə minmiş və Yasamal Rayon İcra Şöbəsi tərəfindən borclu sakinlərin əmlakları üzərinə həbs qoyulmaqla, ödənişlər təmin edilməklə məcburi qaydada icra təmin edilmişdir. Cavabdeh11 nümayəndəsi Nümayəndə2 və Cavabdeh7 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı “LAGUNA" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlərin bir neçəsi ilə barışıq sazişi bağlanmış və onlar borcu ödəmişlər. Odur ki, iddia tələbinin iddianın həcminin azaldılması barədə ərizəyə uyğun olaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzili 05 avqust 2021-ci il tarixdə satmışdır. Mənilin mülkiyyətçisi o olduğu vaxtlarda mənzildə kirayəçi qalmışdır və kirayəçinin ödəniş etməməsindən onun məlumatı olmamışdır. MTK tərəfindən ona bu barədə məlumat verilməmişdir. Həmçinin, Cavabdeh5 məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh13 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o mənzili 2016-cı ildə alaraq orada yaşamışdır. 2016-cı ildə 6-7 ay müddətində ödənişləri etmişdir. Sonra da orada yaşamamışdır. Onunla heç bir müqavilə bağlanmamışdır. Həmçinin, Cavabdeh13 məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2013-cü ildə ev almış, 2018-ci ildə evi təmir etməyə başlamışdır. Təmir vaxtından da bütün ödənişləri etmişdir. Ondan əvvəl də ödənişlər barədə məlumatı olmamışdır. Həmçinin, Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh11 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Nümayəndə2 mənzili 2018-ci ildə almışdır və 2019-cu ilin fevral ayından o qardaşına məxsus mənzildə yaşayır. O, bir neçə dəfə MTK-nın rəhbərliyinə onunla müqavilə bağlayaraq kommunal xidmət haqqının ödənilməsini istəməsi barədə müraciət etmişdir. Lakin, ona bununla bağlı MTK tərəfindən təklif gəlməmişdir. Öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olmalıdır. Lakin onlar arasında nə yazılı, nə də şifahi müqavilə imzalanmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də (Cavabdeh6 xx.xx.2023-cü məhkəmə bildirişini sifarişli poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir.), cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev mənzil 226 Cavabdeh11 xüsusi mülkiyyətindədir və xx.xx.2018-ci il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş əmlak məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 120,70 kv.m olan 2 nömrəli mənzil Cavabdeh7 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş əmlak məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,40 kv.m olan 128 nömrəli mənzil Cavabdeh4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş əmlak məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 120,70 kv.m olan 51 nömrəli mənzil Cavabdeh13 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş əmlak məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 102,60 kv.m olan 48 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş əmlak məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 136,30 kv.m olan 154 nömrəli mənzil Cavabdeh6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50,9 kv.m olan 129 nömrəli mənzili Dzhafarov Zokhraba satmışdır. İş materiallarında olan İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2013-cü il tarixli 10№-li protokolundan çıxarışa əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq aylıq kommunal xərclərin 1 kv.m düşən dəyərinin 0,34 manat qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı MTK-nın xx.xx.2013-cü il tarixli əmrinə əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A” və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə kommunal ödənişin məbləği 0,34 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MTK –nın xx.xx.2019-cu il tarixli əmrinə əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A” və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə sakinlərdən onlara məxsus sahəyə görə xx.xx.2019-ci il tarixdən aylıq hər kv.m üçün kommunal ödənişin məbləği 0,28 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 01 may 2019-cü il tarixli “Laguna " MTK-nın Bakı şəhəri, Yasamal rayon, Ə.Əhmədov 45, Korpus "A ", Korpus “B" iinvanında inşa etdiyi 32488,36 m2 yaşayıq sahasi olan binaların saxlanılması va onlara kommunal xidmat üzra aylıq (30 təqvim günü) kommunal xərclərin smetasından görünür ki, zibil pulu 400 manat, eleklik enerji pulu (həyət və 3 blok və su nasosları) 750 manat, lift xidmət pulu 750 manat, generatorator xidmət pulu 70 manat, nasosxana xidmət haqqı 200 manat, torpaq icarəsi, vergi haqqı və digər vergilər 425 manat, mühafizə (kənar polis oxrana) üçün 1134 manat, işçilərin əmək haqqı 3090 manat, Dövlət Sosial Müdafiə Fonduna ə/h 25 % 803 manat, su pulu həyətyanı sahə 40 manat, daxil olmuş vəsaitdən 20% binanın saxlanması xərclərinə (təmir,maşın pulu,usta pulu,material pulu.vəs.) 1502 manat olmaqla, aylıq kommunal xərclər cəmi 9164 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK üzrə ünvan 6 ünvanında yaşayan borclu sakinlərin kommunal pulu ödənişlərinin hərəkət cədvəllərindən görünür ki, kommunal borclar: Cavabdeh1 2013-cü ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 117,22 kv.m sahəsi olan 48 saylı mənzilə görə 4465,65 manat; Cavabdeh7 2013-cü ilin iyun ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 126,72 kv.m sahəsi olan 2 saylı mənzilə görə 3245,28 manat; Cavabdeh6 2013-cü ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 148,82 kv.m sahəsi olan 154 saylı mənzilə görə 5250,15 manat; Cavabdeh13 2017-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 126,72 kv.m sahəsi olan 52 saylı mənzilə görə 2802,84 manat; Cavabdeh4 2013-cü ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 85,53 kv.m sahəsi olan 128 saylı mənzilə görə 2803,47 manat; Cavabdeh5 2014-cü ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 53,12 kv.m sahəsi olan 129 saylı mənzilə görə 1626,33 manat; Cavabdeh11 2015-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayına qədər istifadəsində 148,82 kv.m sahəsi olan 226 saylı mənzilə görə 3180,15 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı üzvlərinin ümumi iclasının xx.xx.2013-cü il tarixli 10 sayll protokolundan Çıxarışa əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A” və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.m düşən dəyəri 0, 34 azn qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. İddiaçı MTK–nın xx.xx.2019-cu il tarixli əmrinə əsasən də sakinlərdən onlara məxsus sahəyə görə xx.xx.2019-ci il tarixdən aylıq hər kv.m üçün kommunal ödənişin məbləği 0,28 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, həmin yaşayış sahəsinin binasının bəzi mülkiyyətçiləri, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh11 tərəfindən uzun müddətdir ki, kommunal xərclər ödənilməmişdir. Halbuki, mənzil qanunvericiliyinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1- ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərəgörə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Bununla belə məhkəmə cavabdehlər Cavabdeh13, Cavabdeh4, Cavabdeh5nun, Cavabdeh7 və Cavabdeh11 iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh11 tutulmalı olan kommunal borcun məbləği Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia yaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmçinin məhkəmə hesab edir ki, kommunal ödənişlərin məbləği hesablanarkən, müvafiq mənzillərin “Kooperativ Binanın Mənzil Tikintisi haqqında” müqavilədəki göstərilən sahəsi deyil, faktiki sahəsi nəzərə alınmalıdır. Belə ki, iş materialları ilə Cavabdeh11 məxsus 226 saylı mənzilin sahəsinin 135,2 kv.m, Cavabdeh7 məxsus 45 saylı mənzilin sahəsinin 120,70 kv.m, Cavabdeh4 məxsus 128 saylı mənzilin sahəsinin 88,40 kv.m, Cavabdeh13 məxsus 51 saylı mənzilin sahəsinin 120,70 kv.m, Cavabdeh1 məxsus 48 saylı mənzilin sahəsinin 102,60 kv.m, Cavabdeh6 məxsus 154 saylı mənzilin sahəsinin 136,30 kv.m və Cavabdeh5 məxsus 129 saylı mənzilin sahəsinin 50,9 kv.m olması təsdiq olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh5 mənzili xx.xx.2021-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyindən həmin müddətdən sonra sonrakı dövr üçün yaranmış kommunal xidmət haqqı borcunun ödənilməsi üçün məsuliyyət daşımır. Beləliklə məhəmə tərəfindən məyyən edilmişdir ki, Cavabdeh1 məxsus mənzilin ümumi sahəsi 102,60 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla 2013-cü ilin fevral ayından 2019-cu ilin may ayınadək ödənilməmiş kommunal xidmət haqqı 2616 manat (102,60 kv.m x 0,34 AZN manat x 75 ay =2616 manat), hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2019-cu ilin may ayından 2023-cü ilin fevral ayınadək ödənilməmiş kommunal xidmət haqqı 1292,40 manat (102,60 kv.m x 0,28 AZN manat x 45 ay =1292,40 manat) olmaqla, ümumilikdə kommunal borcu 3908,40 manat; Cavabdeh6 yaşadığı mənzilin ümumi sahəsi 136,30 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla 2013-cü ilin fevral ayından 2019-cu ilin may ayınadək ödənilməmiş kommunal xidmət haqqı 3475,50 manat (136,30 kv.m x 0,34 AZN manat x 75 ay =3475,50 manat), hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2019-cu ilin may ayından 2023-cü ilin fevral ayınadək ödənilməmiş kommunal xidmət haqqı 1717,20 manat (136,30 kv.m x 0,28 AZN manat x 45 ay =1717,20 manat) olmaqla, ümumilikdə kommunal borcu 3475,5 manat; Cavabdeh13 yaşadığı mənzilin ümumi sahəsi 120,70 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2020-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək ödənilməmiş kommunal borc 1115,07 manat (120,70 kv.m x 0,28 AZN manat x 33 ay =1115,07 manat); Cavabdeh7 yaşadığı mənzilin ümumi sahəsi 120,70 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2020-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək ödənilməmiş kommunal borc 1115,07 manat (120,70 kv.m x 0,28 AZN manat x 33 ay =1115,07 manat); Cavabdeh11 məxsus olan mənzilin ümumi sahəsi 135,20 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2020-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək ödənilməmiş kommunal borc 1249,05 manat (135,20 kv.m x 0,28 AZN manat x 33 ay =1249,05 manat); Cavabdeh4 yaşadığı mənzilin ümumi sahəsi 85,53 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2020-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək ödənilməmiş kommunal borc 311,22 manat (85,53 kv.m x 0,28 AZN manat x 33 ay =311,22 manat); Cavabdeh5 məxsus olmuş 214,20 mənzilin ümumi sahəsinin 51 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla 2020-ci ilin aprel ayından 2021-cü ilin avqust ayınadək ödənilməmiş kommunal borc 214,20 manat (51 kv.m x 0,28 AZN manat x 15 ay =214,20 manat) təşkil edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3908,40 (üç min doqquz yüz səkkiz manat qırx qəpik) manat məbləğində kommunal borc, Cavabdeh13 1115,07 (bir min yüz on beş manat yeddi qəpik) manat məbləğində kommunal borc, Cavabdeh4 311,22 (üç yüz on bir manat iyirmi iki qəpik) manat məbləğində kommunal borc, Cavabdeh5 214,20 (iki yüz on dörd manat iyirmi qəpik) manat məbləğində kommunal borc, Cavabdeh6 5192,70 (beş min yüz doxsan iki manat yetmiş qəpik) manat məbləğində kommunal borc, Cavabdeh7 1115,07 (bir min yüz on beş manat yeddi qəpik) manat məbləğində kommunal borc və Cavabdeh11 1249,05 (bir min iki yüz qırx doqquz manat beş qəbik) manat məbləğində kommunal borc tutularaq İddiaçınə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3908,40 (üç min doqquz yüz səkkiz manat qırx qəpik) manat məbləğində kommunal borc, Cavabdeh13 1115,07 (bir min yüz on beş manat yeddi qəpik) manat məbləğində kommunal borc, Cavabdeh4 311,22 (üç yüz on bir manat iyirmi iki qəpik) manat məbləğində kommunal borc, Cavabdeh5 214,20 (iki yüz on dörd manat iyirmi qəpik) manat məbləğində kommunal borc, Cavabdeh6 5192,70 (beş min yüz doxsan iki manat yetmiş qəpik) manat məbləğində kommunal borc, Cavabdeh7 1115,07 (bir min yüz on beş manat yeddi qəpik) manat məbləğində kommunal borc və Cavabdeh11 1249,05 (bir min iki yüz qırx doqquz manat beş qəbik) manat məbləğində kommunal borc tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2433/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2433/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver