Məhkəmə qərarları › İş №2(004)-2434/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2434/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2434/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 İddiaçı qohumudur. Asiman Zeynalov 2008-ci il tarixdə özünə Bakı şəhərindən mənzil alınması ilə bağlı iddiaçıya müraciət etmişdir. İddiaçı da qohumunun xahişini yerə salmayaraq "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, blok 7, mərtəbə 1, 625 nömrəli mənzilin alınmasında Asiman Zeynalova köməklik göstərmişdir. xx.xx.2008-ci il tarixdə X4 ilə "xxxx" MMC arasında həmin mənzilə dair 7408 nömrəli müqavilə bağlanmışdır. X4 tərəfindən sözügedən mənzilin dəyəri tam ödənilmiş və bununla bağlı sonuncuya müvafiq maliyyə arayışı verilmişdir. Lakin, "xxxx" MMC həmin mənzili bir neçə il Asiman Zeynalova təhvil verməmişdir. Qəbul edilmiş məhkəmə qətnamələri əsasında mənzilin Asiman Zeynalova təhvil verilməsi təmin edilmişdir. Məhkəmə mübahisələrinin yaranması və mənzilin gec təhvil verilməsinə görə Asiman Zeynalovun valideynləri iddiaçını gühanlandırmış və mənzilin dəyərinin ödənilməsini İddiaçı tələb etmişlər. İddiaçı həmin mənzilin dəyərinin Asiman Zeynalovun valideynlərinə ödəmişdir. Bununla da, iddiaçı hesab edir ki, həmin mənzilə dair "xxxx" MMC ilə Asiman Zeynalovla bağlanmış müqavilə dəyişdirilərək iddiaçının adına bağlanmalı və bu barədə maliyyə arayışı verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsində müqavilələr azadlığı prinsipi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Prinsip” latın sözü olub “rəhbər, bağlanğıc müddəa” mənasını verir. İerarxiya baxımından ümumi-hüquqi və ya sahəvi prinsiplərə zidd olan hüquq normaları etibarsızdır. Mülki hüququn müqavilə azadlığına zidd olan hüquq norması etibarlı hesab oluna bilməz. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə bağlı bildirir ki, “müqavilə azadlığı” prinsipinin tələbləri və MM-in 390.1-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə mülki hüquq münasibətlərinin subyektlərinin üzərinə iradələrinə zidd müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna olunur. İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, “....xx.xx.2008-ci il tarixdə X4 ilə "xxxx" MMC arasında həmin mənzilə dair 7408 nömrəli müqavilə bağlanmışdır. X4 tərəfindən sözügedən mənzilin dəyəri tam ödənilmiş və bununla bağlı sonuncuya müvafiq maliyyə arayışı verilmişdir. Lakin, "xxxx" MMC həmin mənzili bir neçə il Asiman Zeynalova təhvil verməmişdir. Qəbul edilmiş məhkəmə qətnamələri əsasında mənzilin Asiman Zeynalova təhvil verilməsi təmin edilmişdir. Məhkəmə mübahisələrinin yaranması və mənzilin gec təhvil verilməsinə görə Asiman Zeynalovun valideynləri iddiaçını gühanlandırmış və mənzilin dəyərinin ödənilməsini İddiaçı tələb etmişlər. İddiaçı həmin mənzilin dəyərinin Asiman Zeynalovun valideynlərinə ödəmişdir.....”. Yəni həmin mənzilin hüquqi və faktiki baxımdan X2 məxsus olması mübahisəsizdir. İddiaçı əgər həmin mənzilin dəyərini təkid altında Asiman Zeynalovun valideynlərinə ödəmişdirsə də, bu xüsusat hazırki iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Yəni, iddiaçı ilə müvafiq mənzilə münasibətdə MTK arasında hər hansı hüquq münasibətlərinin yaranması müəyyən edilmir. Hüquq münasibəti xx.xx.2008-ci il tarixdə X4 ilə "xxxx" MMC arasında həmin mənzilə dair 7408 nömrəli podrat müqaviləsi əsasında yaranmışdır. Hüquq münasibəti mövcud olmadığı halda hüququn yaranması istisna edilir. Ümumiyyətlə hazırki iddia tələbi üzrə Cavabdeh MTK-nın cavabdeh ola bilməsinə dair hər hansı hüquqi sənədlər mövcud deyildir, iddiaçı bu barədə sübutlar təqdim etməmişdir. Belə ki, müqavilə üzrə podrat münasibətləri Cavabdeh MTK ilə deyil, "xxxx" MMC ilə yaranmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə Cavabdeh MTKya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar