Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2436/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin dəyişməsi ilə bağlı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin dəyişməsi ilə bağlı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 458-ci məhəllə 12 nömrəli evin 10 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 458-ci məhəllə 12 nömrəli evin 10 nömrəli mənzilini keçmiş mülkiyyətçisi X1 234.000 manat satın almışdır. xx.xx.2014-cü tarixli RX № ******* nömrəli çıxarışa əsasən həmin mənzil onun xüsusi mülkiyyətinə keçirmişdir. X4 mənzili satandan sonra ona təhvil vermiş və köçüb getmişdir. ASAN Xidmət mərkəzindən xx.xx.2020-ci il tarixdə arayış alarkən ona məlum olmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə onun mənzilində qeydiyyatda olmasına dair şəxsiyyət vəsiqəsi verilmişdir. O, Cavabdeh tanımır, mənzili alan zaman təqdim edilmiş forma 2 arayışında qeydiyyatda olmamışdır. O, Cavabdeh mülkiyyətindəki mənzilə qeydiyyata alınmasına hər hansı bir razılıq verməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. “AZEMİS” sistemindən əldə edilmiş Cavabdeh adına qeydiyyata alınmış +**********32 mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 14:18:23-də SMS bildirişi göndərilməklə məhkəmə iclasının xx.xx.2020-ci il tarixə saat 09:00-a təyin edilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və rəsmi sənədlərlə təsdiq edilir ki, xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 458-ci məhəllə 12 nömrəli evin 10 nömrəli mənzilini 234.000 manat İddiaçı satmışdır. X2 arvadı X3 mənzilin satılmasına xx.xx.2014-cü il tarixdə yazılı razılıq vermişdir. Notariat işinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli forma 2 arayışından müəyyən edilir ki, alqı-satqı zamanı mənzildə yalnız X4 qeydiyyatda olmuşdur. X4 mənzili satandan sonra İddiaçı təhvil vermiş və ailəsi ilə birlikdə köçüb getmişdir. xx.xx.2014-cü tarixli RX № ******* nömrəli çıxarışa əsasən həmin mənzil İddiaçı xüsusi mülkiyyətinə keçirmişdir. İddiaçı ASAN Xidmət mərkəzindən xx.xx.2020-ci il tarixdə arayış alarkən ona məlum olmuşdur ki, onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 458-ci məhəllə 12 nömrəli evin 10 nömrəli mənzilində tanımadığı Cavabdeh xx.xx.2017-ci il tarixdə qeydiyyatda olmasına dair şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yarandığına görə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, iddiaçının ailə üzvü olmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsasaz adlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Çünki, yaranmamış istifadə hüququnun itirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 458-ci məhəllə 12 nömrəli evin 10 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 458-ci məhəllə 12 nömrəli evin 10 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2436/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2436/2020
05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver