Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2442/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X3 qarşı “pul tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.09.2020-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 1760,40 manat, Cavabdeh4 Süleymn oğlundan 369 manat, Cavabdeh5 408 manat, Cavabdeh2 240 manat, Cavabdeh3 - 309,6 manat, Cavabdeh8 Əlikiram oğlundan 252 manat, Cavabdeh6 459 manat və Cavabdeh7 369 manat tutularaq iddiaçıya ödənilməsi, 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu və digər sənədlər əsasında, İddiaçı MMMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışla təmin edilmişdir. Cəmiyyətinin ümumi yığıncağının 11.01.2020-ci il tarixli protokoluna (qərarına) əsasən yaşayış sahəsinin hər kvadrat metri üçün 0,30 qəpik, binanın daxilindəki qeyriyaşayış sahəsinin hər kvadrat metri üçün 0,40 qəpik, binanın ətrafındakı qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,20 qəpik, binanın zirzəmisində sahə mülkiyyətçisi olmaya şəxslər üçün 1 avtomobil üzrə aylıq icarə haqqı 60 manat, binanın zirzəmisində sahə mülkiyyətçisi olan şəxslər üçün 1 avtomobil üzrə icarə haqqı 20 manat müəyyən edilmişdir. Cavabdehlər vaxtlı-vaxtında xidmət haqlarını ödəmədiklərindən 25.09.2020-ci il tarixədək, Cavabdeh1 - 1760,4 manat (9 ay), Cavabdeh4 - 369 manat (9 ay), Cavabdeh5 - 408 manat (8 ay), Cavabdeh2 - 240 manat (8 ay), Cavabdeh3 - 309,6 manat (9 ay), Cavabdeh8 Əlikiram oğlu - 252 manat (9 ay), Cavabdeh6 - 459 manat (9 ay), Cavabdeh7 - 369 manat (9 ay) xidmət üzrə Cəmiyyətə borc yığılıb, qalmışdır. Bina sakinləri olmaqla cavabdehlər binanın saxlanması, binaya xidmət haqlarını digərləri ilə eyni qaydada, sahələrinə (paylarına) uyğun ödəməli olduqlarına baxmayaraq, heç bir üzrlü səbəb olmadan, qəsdən ödəmirlər. Bu da MMMC-nin yaşayış binasının saxlamaq xərclərinin ödənilməsində çətinliklər yaradır. Xidmətlə bağlı ödənişlər vaxt-aşırı olduğundan, aylar keçdikcə, borcun məbləği də artır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq olmağına baxmayaraq borcun ödənilməsindən boyun qaçırırlar. Prosesin gedişatında İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh5 və Cabbarov Əlikiram tərəfindən MMMC-yə olan borcun tam ödənildiyini göstərmiş, onların cavabdehlərin sırasından çıxarılmasını, 30.04.2021-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 - 2934 manat, Cavabdeh4 - 415 manat, Cavabdeh2 - 430 manat, Cavabdeh3 - 516 manat, Cavabdeh6 - 594 manat, Cavabdeh7 - 415 manat, hüquqi xidmətə görə ödənilmiş 600 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 01.06.2021-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 - 3120 manat, Cavabdeh4 - 633,60 manat, Cavabdeh2 - 459,60 manat, Cavabdeh3 - 551 manat, Cavabdeh6 - 787,20 manat, Cavabdeh7 - 316,80 manat, hüquqi xidmətə görə ödənilmiş 600 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMMC sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 tərəfindən MMMC-yə olan borcun tam ödənildiyini, 87 saylı mənzilin mülkiyyətçisinin X5 olduğunun müəyyən edildiyini göstərmiş, Cavabdeh3 cavabdehlərin sırasından çıxarılmasını, X2 cavabdeh kimi cəlb olunmasını, 01.06.2021-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 - 3120 manat, Cavabdeh4 - 633,60 manat, Cavabdeh2 - 459,60 manat, X1 - 787,20 manat, Cavabdeh7 - 316,80 manat, hüquqi xidmətə görə ödənilmiş 600 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı MMMC ona qarşı 1760,4 manat məbləğində pul tələbi irəli sürmüş, sonradan tələbini 3120 manat məbləğinə yüksəltmişdir. İddia tələbində dəqiq göstərilməsə də belə anlaşılmışdır ki, iddiaçı 2020-ci ilin yanvar ayı da daxil olmaqla həmin tarixdən etibarən ondan aylıq xidmət haqqı tələb etmişdir. İddia ərizəsində və iş materiallarında olan sənədlərdən həmin məbləğin tələb olunmasının heç bir əsası mövcud deyildir. Pul məbləğinin nəyə və hansı hesablamalara əsasən tələb olunduğu iddia ərizəsində açıqlanmayıb. Yəni iddia əsassız şəkildə verilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 14.08.2020-ci il tarixində qeydiyyata alınmışdır. Qeydiyyata əsas olan İddiaçı MMMC-nin 14.08.2020-ci il tarixli ümumi yığmcağının protokolu olmuşdur. Dövlət qeydiyyatına əsas olacaq protokol cox güman ki, özündə qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması kimi məsələləri əks etdirmişdir. Göründüyü kimi, ancaq ehtimallar üzərindən fikir ifadə edə bilir, iddiaçının ış materiallarına əlavə etdiyi sənədlər və iddia ərızəsındəki natamam məlumatlar biz bu əsassız iddia haqqında məhkəməyə doğru-düzgün mövqe bildirməyə imkan vermir. İddiaçı hüquqi şəxsdir və onun dövlət qeydiyyatına alındığı tarix də bu cür qeydiyyat üçün təqdim etdiyi sənədlərdən (14 avqust 2020-ci il tarixli protokol) sonrakı tarixdə baş verməlidir. Belə olan halda, iddiaçı 2020-ci ilin yanvar ayından ondan xidmət haqqı tələb etməkdə haqlı olmamışdır. MM-nin 44-cü maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. İddiaçı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edidiyi halda, ondan 2020-ci ilin yanvar ayına aid olan iddia tələbini irəli sürməkdə haqlı deyildir. İddiaçı ilə aralarında hər hansı bir xidmət göstərilməsi barədə heç bir müqavilə də mövcud deyildir və belə bir müqavilə bağlanması üçün ona müraciət də olunmamışdır. Binanın dövlət tərəfindən istismara qəbul edilib-ediməməsi barədə də iş materiallarından hər hansı bir məlumat alınması mümkün olmamışdır. İddiaçının məhkəməyə xidmət haqqını tələb etməsinin yeganə əsası kimi təqdim etdiyi 11.01.2020-ci il tarixli protokol həm tarixinə görə, həm də 56 nəfər sahə mülkiyyətçilərinin iştirakını nəzərdə tutduğu halda bu barədə sübutu təqdim etmədiyinə görə etibarsızdır. Hesab edir ki, hazırkı sadalanan hallar iddia tələbinin əsassızlığına kifayət edir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 11.03.2020-ci il tarixinədək sədr vəzifəsində olmuşdur. Avqust ayınadək rəsmi fəaliyyəti olsa da, işləməyə imkan verməmişdirlər. 2020-ci ilin sentyaba ayınadək kommunal ödənişləri ödəmiş, oktyabr ayından isə ödəməmişdir. İddiaçı ona rəsmi sənədlərin, möhürün təhvil verilməsi ilə bağlı heç bir yazılı müraciət etməmişdir. Ona görə də şifahi qaydada möhürü təqdim edə bilməz. Qətnamə qəbul edilərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi cavabdehin mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsidir və baxça kimi fəaliyyət göstərir. Pandemiya şəraitində uşaq baxçaları fəaliyyətini dayabdırdığından çalışmamış və bu səbəbdən də, həmin dövr üçün xidmət haqqı ödənilməmişdir. İddiaçı tərəfdə əslində bunula razılaşmış, yəni tərəflər arasında həmin dövr üçün xidmət haqqının ödənilməməsi barədə razılığa gəlinmişdir. Məhz bu səbəbdən də, iddia tələbi ilk olaraq daha az məbləğdə qaldırılmış daha sonradan isə iddia həcmi artırılmışdır. Hesab edir ki, cavabdehin mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsi olduğundan onu tərəfindən heç bir xidmət haqqı ödənilməməlidir. Belə ki, cavabdeh iddiaçının heç bir xidmətindən istifadə etmir. Bundan başqa hesab edir ki, hətta ödəməli olsa belə iddiaçının tələb etmək hüququ rəsmi qeydiyyata alındığı tarixdən sonra yarana bilər. Odur ki, məhkəmədən iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, iddianı etiraf etdiyini, iddiaçı tərəfindən hesab nömrəsi təqdim ediləcəyi təqdirdə borcunu ödəyəcəyini göstərmiş, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi üçün məhkəmə baxış iclaslarının iştirakı olmadan keçirilməsini, qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh7 və X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMMC-nin təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan, 22.05.2019-cu il tarixdə 1119-MM6-0123 nömrə ilə AR Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Reyestrində qeydə alınmış, fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olan hüquqi şəxsdir. Fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 9B ünvanıdır. Cavabdeh4 qanuni təmsilçi olmuş, ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu əsasında X4 onu əvəz etmişdir. İddiaçı MMMC-nin ümumi yığıncağının 11.01.2020-ci il tarixli qərarına əsasən binanın sahə mülkiyyətçilərinin mütləq ödənişləri və haqları aşağıdakı qaydada müəyyən edilmişdir: - Yaşayış sahəsinin hər kvadrat metri üçün 0,30 qəpik; - Binanın daxilindəki qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,40 qəpik; - Binanın ətrafındakı qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,20 qəpik; - Binanın zirzəmisində sahə mülkiyyətçisi olmayan şəxslər üçün 1 avtomobil üzrə icarə haqqı 60 AZN; - Binanın zirzəmisində sahə mülkiyyətçisi olan şəxslər üçün 1 avtomobil üzrə icarə haqqı 20 AZN. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna 17.05.2021-ci il tarixli, **********50 nömrəli cavab məktubunun məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 9B, 64 saylı mənzil ilkin olaraq X6, 11 saylı mənzil ilkin olaraq Cavabdeh2, 87 saylı mənzil ilkin olaraq X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Həmin evin 52 və 57 saylı mənzillərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. 15.09.2016-cı il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 9B, 52 saylı mənzil Cavabdeh4 satılmışdır və mənzilin dəyəri tam ödənilmişdir. 10.03.2020-ci il tarixli, 676476 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh4 tərəfindən 52 saylı mənzilə görə İddiaçı MMMC-nin hesabına 360 manat məbləğində ödəniş edilmişdir. 10.03.2020-ci il tarixli, 676476 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, X5 tərəfindən 87 saylı mənzilə görə İddiaçı MMMC-nin hesabına 400 manat məbləğində ödəniş edilmişdir. İddia ərizəsinə əlavə olunmuş pretenziya məktublarından müəyyən olunur ki, cavabdehlərə kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələblərinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 122.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Beləliklə, işin məhkəmə baxışında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 9B ünvanında yerləşən qeyriyaşayış sahəsi (bağça) Cavabdeh1, 11 saylı mənzil Cavabdeh2, 52 saylı mənzil Cavabdeh4, 64 saylı mənzil Cavabdeh7, 87 saylı mənzil cavabdeh X3 məxsus olmaqla, onların həmin daşınmaz əmlaklara görə bilavasitə qanunvericilin tələblərindən irəli gələn ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, mənzil sahəsinin mülkiyyətçisinin müştərək cəmiyyətdə qanunla iştirak etmək hüququ vardır, lakin onun müştərək cəmiyyətdə iştirak etmək hüququnu həyata keçirməməsi yeni Mənzil Məcəlləsinə görə sahə mülkiyyətçisi kimi ümumi yığıncaq tərəfindən müəyyən edilmiş binanın ümumi saxlanması xərclərindən mülkiyyətçini azad etmir. Onlara məxsus mənzillərə görə Cavabdeh4 tərəfindən 360 manat və cavabdeh X5 tərəfindən isə 400 manat iddiaçı İddiaçı MMMC-nin hesabına ödənilmişdir. Buna görə də işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3120 (üç min yüz iyirmi) manat; Cavabdeh7 316 (üç yüz on altı) manat; Cavabdeh4 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik) manat; Cavabdeh2 459,60 (dörd yüz əlli doqquz manat 60 qəpik) manat və cavabdeh X1 387 (üç yüz səksən yeddi) manat məbləğində kommunal xidmət haqqı borcu tutularaq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddia tələbinin “cavabdehlərdən hüquqi xidmət haqqı qismində 600 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12.04.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən hazırki iş üzrə “Kredo” Vəkil Bürosunun vəkili Vəkil1 xidmətlərinə görə tərəflər 600 manat ödənilməsini razılaşdırmışlar. Təqdim olunmuş 14.04.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Vəkil1 hesabına 500 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki üş üzrə nümayəndənin yardımına görə 300 manat məbləği ağlabatan məbləğ hesab edilməklə, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 50 faiz həcmində təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3120 (üç min yüz iyirmi) manat; Cavabdeh7 316 (üç yüz on altı) manat; Cavabdeh4 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik) manat; Cavabdeh2 459,60 (dörd yüz əlli doqquz manat 60 qəpik) manat və cavabdeh X1 387 (üç yüz səksən yeddi) manat məbləğində kommunal xidmət haqqı borcu tutularaq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i yəni, 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%-i yəni, 15 (on beş) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı MMMCnin xeyrinə ödənilsin. Hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2442/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2442/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver