Məhkəmə qərarları › İş №2(004)-2452/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2452/2024

10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2452/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “miras qalmış əmlakın maraqlı şəxs tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “miras qalmış əmlakın maraqlı şəxs tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalan Bakı şəhəri Yasamal rayonu İ.Talıblı (Ə.Əhmədov) küçəsi 26 nömrəli evin 40 nömrəli mənzilinin oğlu Maraqlı şəxs tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X3 məhkəmə iclasında ərizəsini müdafiə etdi və bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2115/2017 nömrəli qətnaməsinə əsasən cavabdeh X1 39,420 manat pul tutularaq ona ödənilməlidir. Qətnamə hazırkı vaxta kimi qətnamə icra edilməmişdir. Cavabdeh X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda qətnamə üzrə cavabdeh X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu İ.Talıblı (Ə.Əhmədov) küçəsi 26 nömrəli evin 40 nömrəli mənzili mövcüddur ki, qətnamənin icrasının təmin edilməsi məqsədi ilə qeyd edilən əmlaka icra hərəkətləri yönəldilə bilər. Maraqlı şəxs mərhumun oğludur və cavabdeh dünyasını dəyişdikdən sonra faktiki olaraq cavabdehə aid mənzilə sahiblik edir ki, bu da miras əmlakın faktiki olaraq qəbul edilməsi deməkdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2115/2017- nömrəli qətnaməsinə əsasən cavabdeh X1 39,420 manat pul vəsaiti tutularaq Ərizəçi ödənilməsinə qət edilmişdir. Ərizəçi tələbində borclunun oğlu Maraqlı şəxs anasından miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsini xahiş edir. Hüquq haqqında mübahisə vardır. Hüquq haqqında mübahisə yarandığına görə işə xüsusi icraat qaydasında baxıla bilməz. Tələbkar Ərizəçi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən borclu öldüyünə görə, borclu tərəfin onun vərəsəsi ilə əvəz etməsi və icra hərəkətlərini davam etdirilməsindən ötrü qərar qəbul edilməsi üçün icra məmuruna müraciət etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən borclu öldüyünə görə icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi ilə əvəz etməli və icra hərəkətlərini davam etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, zərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “miras qalmış əmlakın maraqlı şəxs tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. “ExpressPay” vasitəsilə xx.xx.2024-cü il tarixli ******* nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar