Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2456/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi X1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi X1 “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 11.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X1, atası X6, anası Ərizəçi göstərilməklə 26.09.1987-ci il tarixdə Macarıstanın Budapeşt şəhərində doğulma faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etmişdir. Sonradan, ərizəçi X1 nümayəndəsi və vəkili X8 ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, 26.09.1987-ci ildə Macarıstanın Budapeş şəhərində doğulmuş X1 atası - 21.11.1964-cü ildə Bakı şəhərində doğulmuş X6 (milliyyəti - azərbaycanlı); anası - xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi (milliyyəti - rus) olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi; 26.09.1987-ci ildə Macarıstanın Budapeş şəhərində doğulmuş X1 doğum akt qeydində “ata” bəndində - 21.11.1964-cü ildə Bakı şəhərində doğulmuş X6 (milliyyəti - azərbaycanlı); “ana” bəndində - xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi (milliyyəti - rus) yazılmaqla, itmiş doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X1 nümayəndəsi və vəkili X8 məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, 21.11.1964-cü ildə Bakı şəhərində doğulmuş X6 və xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi 02.08.1986-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahından 26.09.1987-ci il təvəllüdlü X7 adlı bir qızı var. X6 həbçi olduğuna və Macarıstanın Budapeşt şəhərində xidmət etdiyinə görə, X7 Budapeştdə doğulmuşdur. Sonradan Bakı şəhərinə qayıtmışlar və X3 Bakı şəhərində doğum haqqında şəhadətnamə almışlar. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsinin əslini naməlum şəraitdə itirmişdir. Yeni doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs 10.03.2021-ci il tarixli 05/Q-485/69 nömrəli arayışından müəyyən edilir ki, X1 barəsində doğum akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən ona təkrar doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X4 və Ərizəçi X1 doğma valideynləri olmaları, X4 və Ərizəçi arasında 02.08.1986-cı ildə bağlanmış nikahın pozulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2001-ci il tarixli 2-377/2001 nömrəli qətnaməsi ilə sübuta yetirilir. Ərizəçi hüquqi əhəmiyyəti olan qohumluq faktını başqa qaydada əldə edə bilmir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi (keçmiş Kirov) rayon VVAQ şöbəsi tərəfindən verilmiş 02.08.1986-cı il tarixli İV-JQ 322602 seriyalı nikah haqqında şəhadətnamənin surətindən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2001-ci il tarixli 2-377/2001 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən və şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, 21.11.1964-cü ildə Bakı şəhərində doğulmuş X6 və xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X2 02.08.1986-cı ildə Bakı şəhəri Binəqədi (keçmiş Kirov) rayon VVAQ şöbəsində 816 nömrəli akt qeydi ilə nikahlarını bağlayaraq ailə qurmuşlar. Nikah bağlanandan sonra arvada “Ələkbərova” soyadı verilmişdir. X6 ilə Ərizəçi birgə nikahından 26.09.1987-ci ildə Macarıstanın Budapeş şəhərində X7 adlı bir övladı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2001-ci il tarixli 2-377/2001 nömrəli qətnaməsi ilə X6 ilə Ərizəçi arasında 02.08.1986-cı ildə 816 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Maraqlı şəxs 10.03.2021-ci il tarixli 05/Q-485/69 nömrəli arayışından müəyyən edilir ki, X1 doğum akt qeydi qeydiyyat şöbəsində aşkar edilməmişdir. Arxiv məlumatları 1984-990cı illərə dair ilkin, 1988-1994-cü illərə dair barpa akt qeydləri yoxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı sübutların məcmusu ilə müəyyən edilir ki, ərizəçi X7 26.09.1987-ci ildə Macarıstanın Budapeş şəhərində doğulmuşdur, atası - X6; anası Ərizəçidır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir, qeydiyyat orqanında doğum akt qeydi aşkar edilmədiyinə görə, təkrar doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.09.1987-ci ildə Macarıstanın Budapeş şəhərində doğulmuş X1 atası - 21.11.1964-cü ildə Bakı şəhərində doğulmuş X6 (milliyyəti - azərbaycanlı); anası - xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi (milliyyəti - rus) olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 26.09.1987-ci ildə Macarıstanın Budapeş şəhərində doğulmuş X1 doğum akt qeydində “ata” bəndində - 21.11.1964-cü ildə Bakı şəhərində doğulmuş X6 (milliyyəti - azərbaycanlı); “ana” bəndində - xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi (milliyyəti - rus) yazılmaqla, itmiş doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2456/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2456/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver