Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2472/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC bank olmayan kredit təşkilatının Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC bank olmayan kredit təşkilatı Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 əsas borc üzrə 2870.15 (iki min səkkiz yüz yetmiş ABŞ dolları, 15 sent) ABŞ dolları, faiz borcu üzrə 12.395.90 (on iki min üç yüz doxsan beş ABŞ dolları, 90 sent) ABŞ dolları, cəmi 15.266.05 (on beş min iki yüz altmış altı ABŞ dolları, 05 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Aqrarkredif’ QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ELANTRA” minik markalı (buraxılış ili 2009, ban - KMHDU41BP9U786372, rəngi - ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “İddiaçı’ QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutulub “Aqrarkredif’ QSCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bankla bağlanılan kredit müqaviləsinin xx xxxx 2012-ci il tarixində bitdiyini, lakin xx.xx.2009-cu il tarixli, A/980 saylı kredit müqaviləsi üzrə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmadığını bildirmiş və iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatının iddia ərizəsinə uyğun olduğunu bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən təqdim olunmuş ərizənin qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında iddia tələbinin əsassız olduğunu, bankla bağlanılan kredit müqaviləsinin xx xxxx 2012-ci il tarixdə bitdiyini, lakin xx.xx.2009-cu il tarixli, A/980 saylı kredit müqaviləsi üzrə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmadığını, iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsin məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2009-cu il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə (borcalan) Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC (borcverən) arasında kredit müqaviləsi bağlanılmış və borcverən avtomobil alınması məqsədilə borcalana 16705 (on altı min yeddi yüz beş) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borcalan isə krediti qəbul edərək, qeyd edilən müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq borc faizlərini borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, kredit vəsaitindən istifadə müddəti 36 aydır və müqavilə üzrə son ödəmə müddəti xx xxxx 2012-ci il tarixdə bitir. İş materiallarında olan məxaric oderinə əsasən müəyyən edilir ki, Cavabdeh1 16705 (on altı min yeddi yüz beş) ABŞ dolları məbləğində pulu götürmüşdür. İş materiallarında olan xx xxxx 2009-cu il tarixli A/980 saylı kredit müqaviləsinə əlavəyə əsasən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən xx xxxxxx 2009-cu il tarixdən başlayaraq 36 ay müddətinə, birinci ay 425,93 ABŞ dolları, qalan aylar 620,82 ABŞ dollar, sonuncu ay isə 620,80 ABŞ dolları olmaqla cəmi 22.154.54 ABŞ dolları ödənilməlidir. İş materiallarında olan xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 (ipotekaqoyan) ilə Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC (ipotekasaxlayan) arasında bağlanmış müqavilənin predmeti Cavabdeh1 mülkiyyətində olan Hyundai Elantra markalı minik avtomobilidir. İpoteka ilə yüklü edilmiş avtomobilin qiyməti 20881 (iyirmi min səkkiz yüz səksən bir) ABŞ dolları dəyərində qiymətləndirilmişdir. İpoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipotekaqoyanla ipotkasaxlayan arasında xx xxxx 2009-cu il tarixdə bağlanılmış A/980№-li kredit müqaviləsinə əsasən ipotekasaxlayan tərəfindən ipotekaqoyana minik avtomobilinin alınması məqsədilə 36 ay müddətinə, illik 20%-lə verilmiş 16705 (on altı min yeddi yüz beş) ABŞ dolları məbləğində pul vəsaitidir. İş materiallarında olan xx xxxxxxx 2013-cü il tarixli A/13-117 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh2 Qaçaybəy oğlu qeyd edilən müqavilə üzrə zaminlik öhdəliyini üzərinə götürmüşdür.İş materiallarında olan Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 göndərilmiş bildirişə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən müəyyən edilir ki, xxxx təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və faizlər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar, borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını qeyd edilən müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli FAVK-1851 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh1 ilə bağlanılmış xx.xx.2009-cu il tarixli, A/980 saylı kredit müqaviləsinə dair tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan X5 Edilməsi Agntliyi MMC-nin Cavabdeh1 və Cavabdeh2 Qaçaybəy oğluna ünvanladığı bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 Qaçaybəy oğlu borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Kredit müqaviləsinin müddəti xx.xx.2012ci ildə bitmiş, 8 ildən artıq müddət keçmiş və iddia müddətinin axımı kəsilməmiş və dayandırılmamış və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddəti mövcud pozulmuş hüququn müdafiəsi üçün müddətdir və bu müddət keçdiyindən iddia rədd edilməldiri. Həmçinin məhkəmə qeyd edir ki, əsas öhdəliyə dair iddia rədd edildiyindən, ipoteka və zaminliyə dair tələb də məhkəmə tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş iddia tələbi təmin edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh1 əsas borc üzrə 2870.15 (iki min səkkiz yüz yetmiş ABŞ dolları, 15 sent) ABŞ dolları, faiz borcu üzrə 12.395.90 (on iki min üç yüz doxsan beş ABŞ dolları, 90 sent) ABŞ dolları, cəmi 15.266.05 (on beş min iki yüz altmış altı ABŞ dolları, 05 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Aqrarkredif’ QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ELANTRA” minik markalı (buraxılış ili 2009, ban - KMHDU41BP9U786372, rəngi - ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “İddiaçı’ QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qızma qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutulub “Aqrarkredif’ QSC-nin hesabına ödənilməsi barədə Aqrarkredı̇ t QSC-nin iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2472/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2472/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver