Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2478/2024 22.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, cavabdeh Qanuni nümayəndə, cavabdehin vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X1 iştirakı ilə, İddiaçı X8, X6, X7 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 və X6, X7 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər (iddiaçı və cavabdeh) məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Qanuni nümayəndə və onun vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında işdirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X6 barışıq sazişinin təsdiq edilərək icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. Tərəflər razılaşırlar ki, X4 cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasından imtina edir.
2. Cavabdeh yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə 6 ay ərzində hissə-hissə hər ay 3000 (üç min) manat olmaqla ümumilikdə 18000 (on səkkiz min) manatın iddiaçı X2 ödənilməsini öhdəsinə götürür.
3. Cavabdeh Alqadhı X3 Rayon Məhkəməsinin icraatında olan 2(004)-3904/2024 saylı mülki işdən tam imtina edir və həmin iş üzrə məhkəmə hazırlıq iclası başlayana qədər iddia tələbindən imtina etməsinə dair ərizə verəcək və gələcək iddia ərizəsində göstərilən tələblə bağlı iddiaçıya qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir.
4. Bu barışıq sazişi məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və 6 (altı) ay müddətində tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı X8 və X6, X7 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi, cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. Tərəflər razılaşırlar ki, X4 cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasından imtina edir.
2. Cavabdeh yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə 6 ay ərzində hissə-hissə hər ay 3000 (üç min) manat olmaqla ümumilikdə 18000 (on səkkiz min) manatı iddiaçı X2 ödənilməsini öhdəsinə götürür.
3. Cavabdeh Alqadhı X3 Rayon Məhkəməsinin icraatında olan 2(004)-3904/2024 saylı mülki işdən tam imtina edir və həmin iş üzrə məhkəmə hazırlıq iclası başlayana qədər iddia tələbindən imtina etməsinə dair ərizə verəcək və gələcək iddia ərizəsində göstərilən tələblə bağlı iddiaçıya qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir.
4. Bu barışıq sazişi məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və 6 (altı) ay müddətində tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. İddiaçı X8 və X6, X7 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi cavabdehlər yetkinlik yaşına çatmayanlar Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair 2(004)-2478/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov