Məhkəmə qərarları › İş №2(004)-2495/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2495/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2495/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN Xidmət” X13 cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “Asan Xidmət” X13 cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1954-cü ildə Ermənistanın Tumanyan rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə atasının adı qrafasında – “X18”, anasının adı qrafasında – “X14” göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxxx 1954-cü ildə Ermənistan Respublikası Tumanyan rayonunda anadan olmuşdur. Doğum haqqında Şəhadətnaməni də həmin ölkədə almışdır və hal-hazırda doğum haqqında şəhadətnamənin surəti qalsa da əsli itmişdir. Doğum haqqında şəhadətnamənin bərpası üçün 1 saylı Bakı “Asan Xidmət” X6 müraciət etsə də imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, qızlıq soyadı Əliyeva olmuş, evləndikdən sonra Həkimova soyadını qəbul etmişdir. Ermənistanda anadan olmuşdur. Rayonları Allahverdi indiki Tumanyan rayonudur. Minayə xanım onun bacısıdır. Ailədə 6 bacı 2 qardaş olmuşlar. X1, atası X9r. Bacısı xx xxxxx 1954-cü ildə anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, Minayə xanım onun bacısıdır. Bacısı Minayə xx xxxxx 1954-cü il tarixdə anadan olmuşdur. Ailədə 6 bacı 2 qardaş olmuşlar. X1, atası X9r. Hamısı Ermənistanda anadan olmuşlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 652929 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə anadan olmuş, atası X18, X1dır. İş materiallarında olan AZE 0******* seriya nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistan, Tumanyan rayonunda anadan olmuşdur. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” X4 Ərizəçi ünvanladığı 26 mart 2023-cü il tarixli məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İş materiallarında olan AZE 13173539 seriya nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1960-cı il tarixdə Ermənistan, Tumanyan rayonunda anadan olmuşdur. İş materiallarında olan Rusiya Federasiyası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1947-ci il tarixdə Ermənistan SSRİ-də anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 046708 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 086573 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 083320 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İV-JQ 445666 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 287344 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 303811 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1966-cı il tarixdə Ermənistan SSRİ, Tumanyan rayonunda anadan olmuş, atası X18, X1dır. İş materiallarında olan AZ-İ 245727 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 424 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 275364 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi 1975-ci il tarixdə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olmuş və 1980-ci ildə əməyin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Beləliklə, məhkəmə ərizəçinin izahatın, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Ərizəçi xx xxxxx 1954-cü il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X18”, anasının adı qrafasında – “X14” göstərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsindən və doğum haqqında şəhadətnamənin surətindən də görünür ki, Ərizəçi xx xxxxx 1954-cü il tarixdə Ermənistanın Tumanyan rayonunda anadan olmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1954-cü il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında Şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X18”, anasının adı qrafasında – “X14” göstərilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar