Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2498/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, Ərizəçi X3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi X5 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi X1 Dadaşova olmuşdur. Daha sonra 1993-cü ildə mərhum əri ilə nikah münasibətlərinə daxil olmuş və “Kərimova” soyadına keçmişdir. Lakin, soyadını dəyişdirərkən əvvəlki soyadı barədə məlumatlar qeydə alınmamışdır. Ərizəçinin 1999-cu il tarixdə övladı dünyaya gəlmiş, lakin, müvafiq hüquq müəyyən edici sənədləri (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) indiyə kimi əlvə edilməmişdir. Belə ki, doğum haqqında tibbi sənəddə ərizəçinin soyadı Dadaşova kimi qeyd edilmiş, hazırki soyadı isə Kərimovadır. Doğum haqqında tibbi şəhadətnamədə olan sözügedən uyğunsuzluğun aradan qaldırılması, həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Dadaşova (Kərimova) Gülbəniz Ağacan qızının doğum haqqında şəhadətnaməsinin surəti əlavə edilmişdir. İş materiallarında olan “TƏBİB” publik hüquqi şəxsin “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ləğv edilmiş M.Hacıqasımov adına 1 saylı X10 sənədlərinə əsasən X6 xx.xx.1999-cu il tarixdə diri qız övladı dünyaya gətirmişdir. İş materiallarına 103/u-84 nömrəli forma üçün xx.xx.2006-cı il tarixli Doğum haqqında tibbi şəhadətnamənin kötüyü əlavə edilmişdir. Həmin sənəddə ananın adı X2 qeyd edilmişdir. İş materiallarına Bakı şəhəri Maraqlı şəxs müvafiq imtina məktubu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ərizəçi X1 Dadaşova olmuşdur. Daha sonra 1993-cü ildə mərhum əri ilə nikah münasibətlərinə daxil olmuş və “Kərimova” soyadına keçmişdir. Lakin, soyadını dəyişdirərkən əvvəlki soyadı barədə məlumatlar qeydə alınmamışdır. Ərizəçinin 1999-cu il tarixdə övladı dünyaya gəlmiş, lakin, müvafiq hüquq müəyyən edici sənədləri (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) indiyə kimi əlvə edilməmişdir. Belə ki, doğum haqqında tibbi sənəddə ərizəçinin soyadı Dadaşova kimi qeyd edilmiş, hazırki soyadı isə Kərimovadır. xx.xx.2006-cı il tarixli 103/u-84 nömrəli forma üçün Doğum haqqında tibbi şəhadətnamənin kötüyünə əsasən, ananın adı X2 qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən müvafiq imtina qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. xx.xx.2006-cı il tarixli 103/u-84 nömrəli forma üçün Doğum haqqında tibbi şəhadətnamənin kötüyünün ərizəçi X4 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi X3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2006-cı il tarixli 103/u-84 nömrəli forma üçün Doğum haqqında tibbi şəhadətnamənin kötüyünün ərizəçi X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2498/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2498/2024
28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver