Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2506/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 nümayəndəsi Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X3 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X12 və Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X1rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X8rşı “intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X3 baş həkimi Nicat Cəlilovun ona töhmət növündə intizam tənbehinin verilməsi barədə 18-1-1-73/3-1-68/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz və əsassız hesab edilərək, ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X13 məhkəmə iclasında Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X3 əlavə cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X3 əlavə cavabdeh kimi işə cəlb edilməsinə etiraz etmədiyindən məhkəmə tərəfindən Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X4 da cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında kiçik tibb bacısı vəzifəsinə təyinolunmaqla tibb sahəsində əmək fəaliyyətinə başlamışdır. 2004-cü ildən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasında sahə tibb bacısı, 2009-cu ildən Əmək və X2 tibb bacısı vəzifəsində işləmişdir. 2016-cı ildə sertifikatlaşdırma imtahanında uğur qazanaraq həmin xəstəxanada baş tibb bacısı vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində üzərinə düşən əmək funksiyalarını qüsursuz icra etmişdir. 2022-ci ildə növbəti sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərmişdir. 2023-cü ilin mart ayında işlədiyi müəssisəyə baş həkim təyin olunan Nicat Cəlilov rəhbərlik etdiyi əmək kollektivinin üzvləri arasında ayrı-seçkilik salaraq, işçilərə qeyri-bərabər münasibət bəslədiyindən, iş prosesi dövründə sərbəst fikrini ifadə edən və işini müstəqil olaraq icra edən, iclaslarda öz əmək funksiyaları daxilində müəssisədə işin səmərəli təşkili, keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı təklifləri olan işçilərin, o cümlədən onun fikirləri baş həkimin xoşuna gəlmədiyindən ona qarşıqərəzli münasibət göstərməyə başlamışdır. Qərəzli münasibətin davamı olaraq xüsusi ilə kollektivin ciddi, özünə hörmətlə yanaşan bəzi qadın üzvlərinə, o cümlədən ona qarşı kobud davranmağa və mütəmadi psixoloji şiddət göstərməyə başlamışdır. Baş həkimin belə kobud və rəhbərə yaraşmayan davranışına etirazını işlədiyi müəssisənin həmkarlar təşkilatının rəhbəri, eyni zamanda kadrlar üzrə mütəxəssis Sevda Əlixanovaya şifahi olaraq bildirmişdir. Bundan sonra baş həkim müəssisənin fəaliyyəti ilə bağlı keçirilən iclaslarda, hətta fəaliyyətinə nəzarət etdiyi orta və kiçik tibb heyəti ilə keçirdiyi iclaslarda onun iştirakını zəruri hesab etməmişdir. Xəstəxananın illik məzuniyyət qrafiklərinin hazırlanması onun əmək funksiyasına aid olmadığı halda, 2024-ü ilin yanvar ayında həmin qrafikin hazırlanması barədə göstəriş vermiş, məzuniyyət qrafikinin hazırlanmasının kadrlar üzrə mütəxəssisin vəzifəsi olduğunu bildirməyinə baxmayaraq, həmin qrafiki hazırlayıb baş həkimə təqdim edən zaman onu otağına buraxmayaraq otaqdan çıxmağını kobud və nəzakətsiz qaydada tələb etmişdir. xx.xx.2024-cü il tarixdə baş həkimin göstərişinə əsasən əvvəldən müəssisədə olan, istifadə edilməmiş 140 ədəd əmək qabiliyyətinin olmaması vərəqələri kadrlar üzrə mütəxəssis və kargüzar tərəfindən ona təhvil verilərkən, o iş otağında həmin vərəqələrin saxlanılması üçün şərait, seyf olmadığını, eyni zamanda həmin vərəqələrin alınma mənbəyi barədə sənəd olmadığını bildirərək həmin vərəqələri qəbul etməkdə imtina etmişdir. Baş həkim onu otağına buraxmadığına görə həmin vərəqələri qəbul etmək üçün seyf və vərəqələrin müəssisəyə haradan daxil olması barədə sənəd tələb etməyinin qanunsuz olduğunu müavini vasitəsi ilə ona bildirdikdən sonra,o bu barədə təlimatı müavin vasitəsi ilə baş həkimə təqdim etmişdir. Bundan sonra, baş həkim onu seyflə təmin etdikdən və aktda vərəqələrin təsdiqedici sənədlərinin olmadığı qeyd edildikdən sonra o, həmin vərəqələri akt əsasında qəbul etmişdir. Bundan dərhal sonra baş həkim onun fəaliyyət sahəsinə aid, onda saxlanılan jurnalları və sənədləri tələb edərək, bir neçə gün özündə saxlayaraq sonradan yazı xəttinin pis olmasını ona kobud şəkildə bildirərək ondan izahat almışdır. xx.xx.2024-cü il tarixdə keçirilən iclas zamanı bütün kollektivin qarşısında onunla aşağılayıcı tərzdə davranaraq, baş tibb bacısı olaraq onun müəssisədə işləyibişləməməyinin heç bir əhəmiyyətinin olmadığını, onun işinin müsəssisə üçün lazım olmadığını bildirərək, əmək kollektivinin qarşısında onun şəxsiyyətini və işgüzar nüfuzunu ləkələmişdir. Əməyin mühafizəsi işinin təşkilində normativ hüquqi aktların tələblərinə riayət edilməsi ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzindən daxil olmuş və xx.xx.2024-cü il tarixdə keçirilən iclasdan sonra, icrası digər işçilərlə yanaşı ona həvalə edilmiş xx.xx.2024 cü il tarixli 18-1-1/2-977/2024 saylı məktubun icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə vəzifə təlimatına uyğun olaraq, xəstəxananın Fizioterapiya, Gastroenterologiya, Kardiologiya, Herentologiya, Terapiya, Nevrologiya şöbələrində olduğu zaman aşkar etdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbir görülməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə xidməti məlumatla yazılı şəkildə baş həkimə müraciət etmişdir. Öz vəzifəsinin icrasını müstəqil olaraq icra etməyi baş həkimin xoşuna gəlmədiyindən, onun ona qarşı qərəzli münasibəti daha da artmış və 2024-cü ilin aprel ayında onun müqavilə müddətinin bitdiyini və əmək müqaviləsinin müddətinin artırılmayacağını kadrlar üzrə mütəxəssis Sevda Əlixanova vasitəsi ilə ona bildirmişdir.Bundan sonra baş həkim, xidməti məlumatda qeyd etdiyi çatışmazlıqların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində tədbir görmək əvəzinə, ondan qisas almaq və gələcəkdə qərəzli olaraq onun əmək müqaviləsinə xitam verilməsinə əsas yaratmaq məqsədi ilə guya işində yol verdiyi ciddi nöqsanlara görə 04 mart 2024-cü il tarixdə əsassız və qərəzli olaraq barəsində töhmət növündə intizam tədbiri tətbiq edilməsinə dair əmr imzalamışdır. Həmin qanunsuz əmri onunla əsaslandırmağa çalışmışdır ki, guya onun tibbi tullantıların idarə edilməsinə dair tələblərin 3.7ci bəndinin tələblərinə riayət etməməyi nəticəsində personalın tullantılarla təhlükəsiz davaranma qaydaları kobud şəkildə pozulmuşdur. Əmrdə istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “ tibbi tullantıların idarə edilməsinə dair tələblər”-in 3.7-ci bəndində “Personala” tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsinin həmin tibb müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirildiyi” qeyd olunur. Həmin tələblərin 3.5-ci bəndinə əsasən Tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlərə qabaqcadan təlim keçməmiş şəxslərin cəlb edilməsi qadağandır. Hazırda tərəfindən mübahisələndirilən, töhmət növündə intizam tənbehinin verilməsinə dair əmrin imzalandığı tarixədək o, tibbi tullantıların idarə edilməsi ilə bağlı heç bir təlimə cəlb edilməmişdir. Təlimə cəlb edilmədiyi üçün də bununla bağlı heç bir sertifikat almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, İddiaçı 2001-ci ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı 2001-ci ildən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında, 2004-cü ildən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasında sahə tibb bacısı, 2009-cu ildən Əmək və X2 tibb bacısı vəzifəsində işləmişdir. İddiaçı 2016-cı ildə sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək, uğur qazanmış, həmin ildə də xəstəxanada baş tibb bacısı vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə həmin xəstəxananın baş həkimi Nicat Cəlilov təyin edilənə qədər iddiaçının əmək fəaliyyətində, işə münasibətində heç bir problem olmamış, o, yüksək peşəkarlıqla öz əmək fəaliyyətini icra etmişdir. Nicat Cəlilov baş həkim təyin edildikdən sonra xəstəxana fəaliyyətinə aid olmayan qaydalar gətirərək, şəxsiqərəzlik etməyə başlamışdır. Baş həkim iddiaçıya baş tibb bacısı vəzifəsindən könüllü şəkildə azad edilməsini təklif etmiş və hazırki iş üzrə xəstəxananın nümayəndəsi, kadrlar üzrə mütəxəssis Sevda Əlixanova vasitəsi ilə də əmək müqaviləsinin müddətinin bitdikdə, əmək müqaviləsinin müddətinin uzadılmayacağı ilə təhdid etmişdir. Təbii ki, iddiaçı bununla bağlı ərizə ilə müraciət etməmiş, nəticədə baş həkimin qərəzli münasibəti daha da artmışdır. Baş tibb bacısı xəstəxananın rəhbərliyində təmsil edilən kadrdır. İddiaçı 1-2 iclasdan savayı, digər iclaslara dəvət edilməmiş, iddiaçının nəzarət sahəsində olan tibb bacıları ilə keçirilən iclaslarda onun iştirakı təmin edilməmişdir. Baş həkim bu şəkildə kobud, nəzakətsiz, psixoloji şiddət sərgiləyən davranışları ilə öz qərəzini daha da nümayiş etdirmişdir. xx.xx.2024-cü ildə baş həkim əvvəldən müəssisədə olan, istifadə edilməmiş 140 ədəd əmək qabiliyyətinin olmamasına dair vərəqin iddiaçıya təhvil verilməsi ilə bağlı göstəriş vermişdir. Həmin vaxt iddiaçı həmin bülletenlərin qəbul edilməsindən imtina etmişdir. Bunun səbəbi bülletenlərin saxlanılması üçün iddiaçının iş otağında seyfin olmaması, bülletenlərin müəssisəyə qəbul edilmə sənədinin olmaması olmuşdur. Daha sonra iddiaçı seyflə təmin edilmiş, bülletenlərin müəssisəyə qəbul edilmə sənədinin olmaması isə aktlaşdırılmışdır. Bundan sonra baş həkimin münasibəti daha da kəskinləşmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda baş həkim iddiaçının tabeliyində olan işçilərin tibbi tulantılarla bağlı qaydaları bilmədiyini əsas gətirərək, iddiaçıya töhmət verildiyini elan etmişdir. xx.xx.2024-cü il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” X13ndən daxil olmuş məktubun icrası ilə bağlı araşdırılma aparılması rəsmi olaraq iddiaçıya tapşırılmış, iddiaçı da həmin məktub əsasında şöbələrdə araşdırma apararaq, çatışmamazlıqlar, nöqsanlarla bağlı xidməti məlumat yazaraq, baş həkimə məruzə etmişdir. Baş həkim həmin xidməti məlumatda qeyd edilən çatışmamazlıqları aradan qaldırmaq əvəzinə, xx.xx.2024-cü il tarixdə iddiaçıya rəsmi olaraq töhmət vermişdir. Əmr tibbi tullantılarının idarə edilməsinə dair tələblərin 3.7-ci bəndinin pozulması nəticəsində personalın tullantılarla təhlükəsiz davranma qaydalarının pozulması ilə əsaslandırılmışdır. Əmr tamamilə əsassızdır. “Tibbi tullantıların idarə edilməsi dair tələb”lərin 3.7-ci bəndinə əsasən, personala tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsinin həmin tibb müəssisəsində tullantıların toplanılmasına cavabdeh şəxs tərəfindən həyata keçirildiyi qeyd edilir. Yəni ki, həmin şəxs personala tullantılarla təhlükəsiz davranma qaydalarını izah etməli, icra etməlidir. Həmin tələblərin 3.5-ci bəndinə əsasən, tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlərə qabaqcadan təlim keçməmiş şəxslərin cəlb edilməsi qadağandır. Bu, imperativ normadır. İddiaçı heç bir vaxt təlimlərə cəlb edilməmişdir və bununla bağlı heç bir sertifikatı da yoxdur. Daha sonra iddiaçı baş həkimə müraciət edərək, onun tibbi tullantıların idarə edilməsinə cavabdeh şəxs olmadığını bildirərək, cavabdehlikdən azad edilməsini xahiş etmişdir. Baş həkim rəsmi olaraq həmin müraciətə cavab verərək, xəstəxana üzrə tibbi tullantılar üzrə təlim keçmiş yeganə şəxsin iddiaçının olduğunu və iddiaçının bununla bağlı sertifikatının olduğunu bildirərək müraciətin icrasının mümkün olmadığını bildirmişdir. İddiaçının baş həkimə digər müraciətinə cavab olaraq, sertifikatın əslinin iddiaçıda olduğu bildirilsə də, iddiaçı təlim keçməmiş, sertifikat əldə etməmişdir. Göründüyü kimi əmrin verilməsi Nazirlər Kabinetinin qərarına da tamamilə zidd olmuşdur. TƏBİB-in tibbi tullantılarla bağlı xx.xx.2023-cü il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” X12 göndərdiyi məktubda qeyd edilir ki, “Tibbi tullantıların idarə edilməsi dair tələb”lərə əsasən, tibbi tullantıların idarə edilməsinə, toplanmasına, saxlanmasına və daşınmasına cavabdeh şəxslər təyin edilməlidir Bu məqsədlə 2 nəfər-əməyin mühafizəsi üzrə məsul şəxs, İPİN üzrə məsul şəxs təyin edilməlidir. xx.xx.2023-cü il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tabeliyində olan bütün xəstəxanaların rəhbərlərinə icra edilməsi üçün rəsmi olaraq göndərmişdir. 8-9 ay müddət keçməsinə baxmayaraq, müəssisə rəhbəri bununla bağlı heç bir tədbir görməmişdir. AR Əmək Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. AR Əmək Məcəlləsinin 188.2-ci maddəsinə əsasən, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. X3 əsasnaməsinin həmin xəstəxananın fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Bu əsasnamə X3 Səhiyyə Nazirliyinin tabeliyində olarkən və xəstəxananın baş həkimi səhiyyə naziri tərəfindən təyin edilərkən təsdiq edilmişdir. 2021-ci ildə TƏBİB-in İdarə Heyətinin qərarına əsasən, Bakı Bakı Baş Səhiyyə İdarəsinin bazasında “Bakı Baş Səhiyyə Mərkəzi” X13 yaradılmışdır. 2022-ci ildə X2 struktur dəyişikləri həyata keçirilmiş, həmin dəyişiklərə əsasən baş həkim təyin edilsə də, onun işə götürmək səlahiyyəti yoxdur. Bugünkü gündə həmin xəstəxananın işəgötürəni “Bakı Baş Səhiyyə Mərkəzi” X13dir. Baş həkim Nicat Cəlilovun təqdim edilmiş əsasnaməyə istinad etməklə, “Bakı Baş Səhiyyə Mərkəzi” X9 adından belə bir əmr verməyə səlahiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. X3 baş həkiminin “Bakı Baş Səhiyyə Mərkəzi” X13ni direktoru tərəfindən verilmiş etibarnamə əsasında işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyəti vardır. İddiaçı 2017-ci ildən həmin işdə məsul şəxs kimi fəaliyyət göstərir. Lakin baş həkim Nicat Cəlilov bir ildir ki, həmin vəzifəyə təyin edilmişdir. İddiaçı müəssisədə bu işlə bağlı əməkdaşlarla təlimlər keçirməli idi. Bununla bağlı rəhbərlik tərəfindən iddiaçıya həmin təlimləri keçirmədiyinə görə töhmət verilmişdir. Həmin etibarnamədə intizam tənbehinin verilməsi öz əksini tapmamışdır. İddiaçıya tibbi tullantıların idarə edilməsi ilə bağlı təlim keçirilməmiş, bununla bağlı sertifikat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X3 nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçıya tibbi tullantıların idarə edilməsi ilə bağlı təlim keçirilməmişdir. Onlarda olan məlumata əsasən, iddiaçı özü şifahi şəkildə həmin təlimlərə cəlb olduğunu bildirmişdir. Tibbi tullantıların idarə edilməsi ilə bağlı cavabdeh şəxsin təyin edilməsi ilə bağlı əmrlərlə iddiaçıdan başqa, şöbələrin böyük tibb bacıları da cavabdeh şəxs təyin edilmişdir. Təsərrüfat şöbəsinin müdiri də tibbi tullantıların idarə edilməsi ilə bağlı cavabdeh şəxs təyin edilmişdir. 06 mart 2024-cü il tarixli əmrlə baş həkim tibbi tullantıların idarə edilməsi ilə bağlı xəstəxana üzrə yenidən iddiaçını cavabdeh şəxs təyin etmişdir. Həmin əmrin 4-cü bəndi ilə xx.xx.2017-ci il tarixli 13 nömrəli əmr, xx.xx.2022-ci il tarixli 22 nömrəli əmr etibarsız hesab edilmişdir. Tibbi tullantıların saxlanılması üçün otaq yoxdur. Lakin iddiaçı buna nəzarət etməlidir və bununla bağlı məlumat verməlidir. Xidməti xasiyyətnaməni o imzalamışdır. Xəstəxanada kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır. Həmçinin Həmkarlar Komitəsinin sədridir. Orta təhsillidir. Onun xasiyyətnamə verməyə səlahiyyəti var. Orada yazılanlar bütün işçilərin mövqeyidir. Baş həkim tərəfindən imzalanmış, məhkəməyə ünvanlanmış arayışda yazılanları oxumamışdır. İddiaçının xəstəxanada dərmanlarla bağlı qanunsuz işlərini görməmişdir. İddiaçı baş tibb bacısı vəzifəsinə keçdikdən sonra aqressiv davranmağa başlamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Müharibə Veteranları Respublika Xəstəxanasının 28 fevral 2024-cü il tarixli 22 nömrəli protokolundan görünür ki, Müharibə Veteranları Respublika Xəstəxanasının baş tibb bacısı (tibbi tullantılar üzrə məsul şəxs) vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyi, maarifləndirmə işini lazımınca aparmadığı nəzərə alınaraq barəsində intizam tənbeh tədbiri görüləcəyi elan edilmişdir. İş materiallarında olan “Tibbi tullantıların idarə olunmasına dair tələblər” haqqında xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, personalın, eləcə də tullantıların idarə olunmasına cavabdeh şəxsin təlimatın tələblərini düzgün yerinə yetirməməsi, görülən işlərin üzərində nəzarətin olmaması, müvafiq qeydiyyat sənədlərində aparılan qeydlərin formal xarakter daşıması aşkarlanmışdır. İş materiallarında olan AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 04 mart 2024-cü il tarixli, 18-1-1-73/3-1-68/2024 nömrəli ”İntizam tənbehinin verilməsi barədə” əmrinə əsasən X4 üzrə tibbi tullantıların idarə olunmasına cavabdeh şəxs, xəstəxananın baş tibb bacısı İddiaçı “Tibbi tullantıların idarə olunmasına dair tələblər”in 3.7-ci bəndinin tələblərinə riayət etməməsi nəticəsində personalın tullantılarla təhlükəsiz davranma qaydaları kobud şəkildə pozulduğundan işində yol verdiyi ciddi nöqsanlara görə Müharibə Veteranlarının Respublika Xəstəxanasının İdarəetmə aparatının baş tibb bacısı İddiaçı AR ƏMnin 186-cı madəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi X.Zamanovanın 17 yanvar 2017-ci il tarixli ”Cavabdeh şəxsin təyin edilməsi haqqında” əmrinə əsasən X4 üzrə “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in icrasının yerinə yetirilməsi məqsədilə xəstəxananın baş tibb bacısı İddiaçı cavabdeh şəxs təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi Nicat Cəlilovun 06 mart 2024-cü il tarixli, 18-1-1-73/3-1-71/2024 nömrəli ”Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in icra edilməsi haqqında əmrinə əsasən X4 üzrə Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in icrasının yerinə yetirilməsi məqsədilə xəstəxananın baş tibb bacısı İddiaçı cavabdeh şəxs təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 İddiaçı ünvanladığı 24 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onun xx.xx.2024-cü il tarixdə ünvanladığı xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizəyə cavab olaraq bilirilir ki, müalicə profilaktika müəssisələrində (MPM) tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair tələblər’-inə uyğun olaraq tənzimlənir. Həmin tələblərin 3.4-cü bəndində “MPM-in rəhbəri tullantıların toplanmasına cavabdeh şəxslə birlikdə hər bir tibb bölməsində tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə tullantıların ilkin toplandığı yerlərdə onların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ gələn tullantıların hesablanmış miqdarına əsasən birdəfəlik tutumların sayını müəyyənləşdirir və onların (polietilen paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir" qeyd edilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin ‘Əməkdaşın vəzifəyə təyin olunması haqqında" 12.07,2023-cü il tarixli məktubunda cavabdeh şəxslərin ‘Əməyin mühafizəsi üzrə məsul şəxs” və “İPİN üzrə məsul şəxs"-lərə həvalə olunması tövsiyə xarakterlidir. “Tibbi tullantıların idarə olunmasına dair tələblər“-in müvafiq bəndində, təyin olunan cavabdeh şəxsin tullantılarla işləmək qaydalarını öyrənməsi, təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçməsi və müvafiq sənəd (şəhadətnamə) alması tələb olunur. Nəzərinə çatdırılır ki, işlədiyi xəstəxana üzrə təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmiş və müvafiq sənəd (şəhadətnamə) almış yeganə əməkdaş odur. Bu səbəbdən onun tibbi tullantıların təhlükəsiz idarə edilməsinə dair cavabdehlikdən azad edilməyi ilə bağlı xx.xx.2024-cü il tarixli yazılı müraciətinin icrası tərəflərindən məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan İddiaçı AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi N.Cəlilova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 24 aprel 2024-cü il tarixli məktubda sözügedən tibbi tullantılar üzrə müəssisədə yeganə şəxs olaraq aldığı təlimin tarixi və məktubda istinad etdikləri onun xəbəri olmayan şəhadətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. İş materiallarında olan AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 İddiaçı ünvanladığı 25 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 24 aprel 2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, təlim keçdiyini təsdiq edən müvafiq sənədin əsli onun özündə saxlanılır. İş materiallarında olan İddiaçı AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi N.Cəlilova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli məktubda qeyd etdikləri guya keçdiyi təlimin və aldığı sertifikatın hansı tarixdə, harada, hansı təşkilat tərəfindən verilməsi və qeydiyyatının aparılması barədə əsaslandırılmış məlumatı və istinad etdikləri sertifikatın surətinin ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan baş tibb bacısının nümunəvi vəzifə təlimatından görünür ki, baş tibb bacısının vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir: orta və kiçik tibb heyətinin səmərəli işinin təşkilini, onların ixtisaslarının artırılmasını təmin edir; orta tibb heyətinin fəaliyyətinin yeni təşkilati formalarının və ehtiyatların qorunması texnologiyalarının təcrübədə tətbiqinə kömək edir; sarğı materiallarının, dərmanların, o cümlədən zəhərli maddələrin və narkotik dərman vasitələrinin vaxtında yazılması, paylanması və saxlanmasını həyata keçirir, onların sərfinin uçotunu aparır; orta və kiçik tibb heyətinin pasiyentlərin qəbulu və evə yazılması üzrə işinə, tibb təşkilatının bölmələri daxilində, o cümlədən təcili tibb yardım çağırışı zamanı pasiyentlərin daşınmasının təşkilinə, orta tibb heyəti tərəfindən xəstələr, hamilələr, zahılar və yeni doğulmuş uşaqlara ixtisaslı qulluq üzrə həkim təyinatının yerinə yetirilməsinə, tibb təşkilatının işinin müalicə-qoruyucu sanitar-gigiyenik, sanitariya-epidemioloji rejiminə nəzarət edir; zəruri uçothesabat sənədləşdirməsini aparır; qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir; müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X2 baş tibb bacısı vəzifəsində işləyir. AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi Nicat Cəlilov tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli, 18-1-1-73/3-1-68/2024 nömrəli ”İntizam tənbehinin verilməsi barədə” əmrə əsasən X4 üzrə tibbi tullantıların idarə olunmasına cavabdeh şəxs, xəstəxananın baş tibb bacısı İddiaçı “Tibbi tullantıların idarə olunmasına dair tələblər”in 3.7-ci bəndinin tələblərinə riayət etməməsi nəticəsində personalın tullantılarla təhlükəsiz davranma qaydaları kobud şəkildə pozulduğundan işində yol verdiyi ciddi nöqsanlara görə Müharibə Veteranlarının Respublika Xəstəxanasının İdarəetmə aparatının baş tibb bacısı İddiaçı AR ƏM-nin 186-cı madəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən ”İntizam tənbehinin verilməsi barədə” əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən:
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcələnin 188-ci maddəsinə əsasən:
1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi Nicat Cəlilov tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli, 18-1-1- 73/3-1-68/2024 nömrəli ”İntizam tənbehinin verilməsi barədə” əmrə nəzər yetirdikdə baş tibb bacısı İddiaçı intizam tənbehinin verilməsinə səbəb olan halın İddiaçı “Tibbi tullantıların idarə olunmasına dair tələblər”in 3.7-ci bəndinin tələblərinə riayət etməməsi və bunun nəticəsində də personalın tullantılarla təhlükəsiz davranma qaydalarını kobud şəkildə pozması olduğu görünür. İddiaçı intizam tənbehinin verilməsinə səbəb olan hala münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı qabaqcadan təlim keçməsi və bununla bağlı ona hər hansı sertifikatın verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Resublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli, 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair tələblər”in 3.5-ci bəndində qeyd edilmişdir ki, tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlərə qabaqcadan təlim keçməmiş şəxslərin cəlb edilməsi qadağandır. Həmin tələblərin 3.6-cı bəndinə əsasən MPM-də tullantılara gündəlik nəzarətin təşkili üçün xüsusi cavabdeh şəxs təyin olunur və o, tullantılarla işləmək qaydalarını öyrənmək, təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almağa borcludur. Buradan da belə bir nəticəyə gəlmək olur ki, İddiaçı tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlər üzrə qabaqcadan təlim keçmədiyindən və bununla bağlı şəhadətnamə almadığından onun belə işlərə cəlb edilməsi qanuna müvafiq deyildir. Bununla yanaşı, AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi Nicat Cəlilov tərəfindən verilmiş ”İntizam tənbehinin verilməsi barədə” əmrdən görünür ki, həmin əmr 04 mart 2024-cü il tarixdə verilmişdir. Buna baxmayaraq, AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi Nicat Cəlilov X4 üzrə Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in icrasının yerinə yetirilməsi məqsədilə xəstəxananın baş tibb bacısı İddiaçı cavabdeh şəxs kimi 06 mart 2024-cü il tarixdə 18-1-1-73/3-1-71/2024 nömrəli ”Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in icra edilməsi haqqında əmri ilə təyin etmişdir. Qeyd edilən hallar 04 mart 2024-cü il tarixli, 18-1-1-73/3-1-68/2024 nömrəli ”İntizam tənbehinin verilməsi barədə” əmrin qərəzli və qanunsuz olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 04 mart 2024-cü il tarixli ”İntizam tənbehinin verilməsi barədə” əmr AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 baş həkimi Nicat Cəlilov tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188.1 və 188.2-ci maddələrinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Lakin məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 nümayəndəsi Nümayəndə2 izahatında X3 baş həkiminin “Bakı Baş Səhiyyə Mərkəzi” X9 direktoru tərəfindən verilmiş etibarnamə əsasında işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyətinin olduğunu qeyd etsə də, baş həkim Nicat Cəlilova işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyəti verən, bununla da onun intizam tənbehi vermək səlahiyyətinin olduğunu təsdiq edən etibarnaməni məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə həmçinin cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli Müharibə Veteranları Respublika Xəstəxanasının Əsasnaməsinə münasibət bildirərək qeyd edir ki, həmin Əsasnamənin qəbul edilməsindən 19 ildən artıq müddət keçmişdir, bu dövr ərzində Səhiyyə sistemi tamamilə dəyişmiş, çoxsaylı struktur dəyişikləri olmuşdur. Bu baxımdan, həmin Əsasnamənin sübut kimi qəbul edilməsi düszgün hesab edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 nümayəndəsi Nümayəndə2 özü izahatında X3 baş həkiminə işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyətinin “Bakı Baş Səhiyyə Mərkəzi” X9 direktorunun etibarnaməsi əsasında verildiyini qeyd etmiş, həmin etibarnaməni isə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən cavabdehlər Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X12 və Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində Respublika X4na kifayət qədər vaxt verilməsinə baxmayaraq onlar İddiaçı tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlər üzrə qabaqcadan təlimin keçirilməsini təsdiq edən sənədi və bununla bağlı ona verilmiş şəhadətnaməni də təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 04 mart 2024-cü il tarixli, 18-1-1-73/3-1-68/2024 nömrəli ”İntizam tənbehinin verilməsi barədə” əmri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh AR “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X9 tabeliyində olan Respublika X3 04 mart 2024-cü il tarixli, 18-1-1-73/3-1-68/2024 nömrəli ”İntizam tənbehinin verilməsi barədə” əmri ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev