Məhkəmə qərarları › İş №2(004)-2513/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2513/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2513/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh “X1 Evraskon” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X1 Evraskon” ASC-yə qarşı aylıq ödənişin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Evraskon” ASC-yə qarşı aylıq ödənişin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-8214/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq ödənişin artırılaraq, xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh “Avro X3 Evraskon” ASC-dən hər ay 852 manat 20 qəpik pul alınaraq xx.xx.2003-cü il təvəllüdlü X2 universiteti bitirənədək və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 Evraskon” ASC-nin nümayəndəsi Nümayəndə da, ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini geri götürdüyündən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Evraskon” ASC-yə qarşı aylıq ödənişin artırılması tələbinə dair 2(004)-2513/2022 nömrəli mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar