Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2521/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə müəyyən olunur ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/005Ş nömrəli əmrinə və İddiaçı xidməti vəsiqəsinin surətinə əsasən İddiaçı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsininin “Logistika Mərkəzi” gömrük postunda inspektor vəzifəsində işləməklə gömrük xidməti kapitanı xüsusi rütbəli şəxs olmuşdur. İddia tələbi üzrə iddiaçı gömrük qulluqçusu, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati orqan və tərəflər arasındakı münasibətlər işçi ilə dövlət arasında olan publik hüquq münasibətləri olduğundan və iddia ərizəsində qeyd olunan mübahisə predmeti inzibati orqanın publik (hakimiyyət xarakterli) fəaliyyəti nəticəsində qəbul edilmiş qərarla əlaqədar olduğundan inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddia mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qaldırılmalıdır. İddiaçı özü də iddia ərizəsinin nəticə hissəsində ”....cavabdeh inzibati orqan....” ifadəsindən istifadə etmiş və müvafiq əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı gömrük qulluqçusu statusunda deyil, mülki müqavilə münasibətləri əsasında cavahdeh orqanda işləmiş olsaydı hüquq münasibəti mülki hüquq münasibəti kimi qiymətləndirilə bilərdi. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddianın inzibati prosessual hüquq normaları çərçivəsində aidiyyatı inzibati məhkəmədə qaldırılması hüququ izah olunmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2521/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2521/2025
18.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver